Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Birinci Ərəb-İsrail müharibəsindən sonra qonşu dövlətlər arasında münasibətlər normallaşmadı. |
İsrail Misirin 1950-ci ildən bağladığı Tiran boğazını yenidən öz gəmilərinin keçməsinə açmaq üçün 1956-cı ildə Sinay yarımadasını işğal etdi (İngiltərə və Fransanın yardımı ilə). |
Bir müddət keçdikdən sonra İsrail buradan qoşunlarını geri çəkməyə məcbur oldu, lakin bunun müqabilində Misirlə Tiran boğazının həmişə açıq saxlanılması barədə razılıq əldə edildi. |
Bölgəyə BMT-nin Sülh Qüvvələri yerləşdirilsə də, silahsızlaşdırma barədə razılığa gəlmək mümkün olmadı. |
Müharibənin başlanmasına bir neçə ay qalmış münasibətlər xeyli gərginləşmişdi. |
Misirin Tiran boğazını bağlamaqla bağlı təhdidlərinə İsrail tərəfi 1956-cı ildəki mövqeyinin dəyişmədiyini bildirməklə cavab verdi, yəni Tiran boğazının bağlanılmasını İsrail özünə qarşı müharibə elanı kimi qəbul edəcəkdir (a casus belli). |
May ayında Misir prezidenti Camal Əbdül Nasir Tiran boğazının bağlanıldığını və qoşunlarını İsraillə sərhədə cəmləşdiriləcəyini elan etdi. |
Bundan bir qədər sonra İsrail Hərbi Hava Qüvvələri Misir Hərbi Hava Qüvvələrinin və hava limanlarının əksəriyyətinin darmadağın edilməsi ilə nəticələnən hava hücumunu reallaşdırdı. |
İsrail tərəfi bu hücumun Misirin hücumunu qarşısını almaq üçün olduğunu bildirmişdi. |
Bu hadisə müharibə ilə bağlı ən çox müzakirə edilən hadisələrdən biridir. |
Misir Silahlı Qüvvələri hazırlıqsızlıq yaxalanmışdı. |
İsrailin ilk hücumu nəticəsində Misir Hərbi Hava Qüvvələrinin demək olar ki, bütün bölmələri və texnikası döyüş qabiliyyətindən məhrum edildi. |
Bunun ardınca yenə misirlilərin gözləmədiyi halda İsrail qüvvələri Qəzzəyə və Sinaya qurudan hücuma keçdilər. |
Hazırlıqsız Misir qüvvələri geri çəkilməyə başladı və qısa müddət sonra Camal Əbdül Nasir Sinayın boşaldılması barədə əmr verdi. |
İsrail bu döyüşlərdə az sayda itki versə də, Misir xeyli canlı qüvvə və zirehli texnika itirdi. |
Müharibənin başlanmasından bir həftə əvvəl Misir ilə İordaniya müdafiə pakti imzalamışdı. |
Bu razılaşmaya görə İordaniya müharibədə heç bir aktiv rola sahib olmayacaqdı və onun əsas vəzifəsi İsrailin bu regionda yeni torpaq qazanmasına mane olmaq idi. İordaniya Hərbi Qüvvələri Misir Baş Qərərgahına tabe edilmişdi. |
Misirə ilk hücum reallaşdıqdan sonra İordaniya ordusunun misirli komandanı Qahirədən dərhal İsrail üzərinə hücuma keçmək barədə əmr almışdı. |
İordaniyalılar Misirin hərbi qüvvələrin darmadağın edib geri dönən İsrail qırıcılarını İsrailin hücumunu dəf edib, əks hücuma keçən Misir qırıcıları olduqlarını düşünmüşdülər. |
İsrailin əks-hücumu nəticəsində Şərqi Yerusəlim də daxil olmaqla, İordan çayının qərb sahili o cümlədən, Qolan təpələri işğal edildi. |
8 iyunda Misir və İordaniya atəşkəsə razılıq verdilər. |
9 iyunda Suriya da atəşkəsə razılaşdı. |
11 iyunda isə İsrail atəşkəsi imzaladı. |
Bu müharibə nəticəsində İsrail Misir, İordaniya və Suriyanın hərbi sektoruna çox böyük zərbə vurdu. |
Ərəb dövlətləri ümumilikdə 20.000 canlı qüvvə itirdi, halbuki İsrailin itkisi cəmi 1000 nəfər olmuşdu. |
İsrailin bu qədər asan qələbə qazanmasının səbəbi güclü hərbi xadimlərə malik olması, möhtəşəm müharibə planı hazırlaması ilə yanaşı, Ərəb dövlətlərinin hərbi xadimlərinin döyüş bacarığının zəif olması və müharibəyə yaxşı hazırlaşmaması ilə əlaqədar idi. Müharibə nəticəsində İsrail Misirdən Sinay yarımadasını, Qəzzə ke... |
Müharibədə əldə edilən uğursuzluqdan sonra Camal Əbdül Nasir bütün məsuliyyəti öz üzərinə götürərək istefa verdi, lakin bütün ölkə boyunca Nasir lehinə mitinqlər başladı və o, yenidən vəzifəsinə geri qayıtdı. |
Altıgün müharibəsində İsrailin asanlıqla qələbəsi İsrail Silahlı Qüvvələrində həddindən artıq özünəinamın yaranmasına səbəb oldu. |
Bunun nəticəsində də, Yom Kippur müharibəsinin ilk günlərində İsrail anidən məğlub oldu, lakin bir müddət keçdikdən sonra İsrail qüvvələri yenidən üstünlüyü ələ ala bildilər. |
Müharibənin yaratdığı ən böyük problemlərdən biri də qaçqınlar məsələsi olmuşdur. |
Müharibə nəticəsində 300.000 fələstinli İordan çayının qərb sahilindən, təxminən 100.000 suriyalı isə Qolan təpələrindən köçməyə məcbur oldu. |
Ərəb dövlətlərində yaşayan yəhudilər ya ölkədən qovuldular, ya da ölkəni tərk etməyə məcbur edildilər. |
Köçənlər daha çox İsrailə və Avropaya köçmüşdür. |
Ərəb dövlətlərindən Misir, Suriya, İordaniya müharibədə birbaşa iştirak etsə də, onlara İraq və Livan hərbi yardım göstərmiş, demək olar ki, yerdə qalan digər bütün Ərəb dövlətləri iqtisadi və siyasi dəstək vermişdilər. |
Diplomatik münasibətlər 1948–1949 Ərəb-İsrail müharibəsi İsrailin quruluş müharibəsi idi. 1956-cı il Süveyş böhranı isə Misir ilə Qərbi qarşı-qarşıya gətirən müharibə olmuş və İsrail bu müharibədə bir növ "yan qüvvə" rolunu oynamışdır. |
1967-ci ildəki Ərəb-İsrail müharibəsi isə İsrail ilə bütün Ərəb dünyasını qarşı-qarşıya gətirən və nəticələri baxımından da Orta Şərqdə təsirlərini indiki dövrə qədər davam etdirəcək yeni bir dövr açmışdır. |
Süveyş böhranınıdan Altıgünlük müharibəyə qədərki dövrdə regionda xeyli diplomatik hadisələr baş vermiş və bunların nəticəsi də müharibəyə gətirib çıxarmışdır. |
Dünyada Soyuq müharibənin gərginləşməsi Orta və Yaxın Şərq regionuna da təsirsiz ötüşmədi. |
Kuba böhranı və Pekin-Moskva toqquşmaları da Ərəb-İsrail münaqişəsinə öz təsirini göstərmişdi. |
Bundan əlavə Sovet İttifaqı Orta Şərq məsələsində Süveyş böhranı zamanı qazandığı siyasi və diplomatik üstünlüyü itirməmək üçün Ərəb-İsrail toqquşmalarında Misirdən və ümumilikdə Ərəb dünyası tərəfdən çıxış etmişdir.Süveyş böhranı və Eyzanhauer doktrinasından sonra Orta Şərqin ənənəvi üstün dövlətləri olan İngiltərə və... |
Bu baxımdan müharibənin baş verməsində SSRİ və ABŞ arasında gedən Soyuq müharibə də əsas amillərdən olmuşdur. |
Eyzenhauer doktrinası 1956-cı il Süveyş böhranından sonra ABŞ Yaxın Şərqdə daha da fəallaşdı. |
1957-ci ilin yanvarın 5-də ABŞ prezidenti D. Eyzenhauer Yaxın və Orta Şərq ölkələrində Birləşmiş Ştatların siyasəti haqqında xüsusi məktubla konqresə müraciət etdi. |
Eyzenhauerin bu məktubu Sovet İttifaqının və beynəlxalq kommunizmin təcavüzünə qarşı yönəldilmişdi. |
O, regionda böhranlı vəziyyətin hökm sürdüyünü, həmin dövrdə dünyada neft ehtiyatlarının 2/3-sinin burada cəmləşdiyini və Yaxın Şərqin Avropa, Asiya və Afrika arasında qapı rolu oynamasını və üç səmavi dinin yarandığı yer olduğunu bildirərək, lazım olduğu təqdirdə Yaxın və Orta Şərqdə ABŞ hərbi qüvvələrini tətbiq etməy... |
Prezident doktrinanın məzmununu konqresə göndərdiyi məktubda izah edirdi: Eyzenhauer öz doktrinasında Sovet təhlükəsini xüsusilə qeyd edirdi. |
O, göstərirdi ki beynəlxalq kommunizmin təhdid etdiyi istənilən millət öz ərazi bütövlüyünü və siyasi müstəqilliyini təmin etmək üçün hərbi yardıma ehtiyac hiss edərsə ABŞ onlara kömək etməyə hazırdır. |
Qlobal siyasi səpkidə doktrina irimiqyaslı hərbi münaqişələrə cavab olaraq irəli sürülmüş və SSRİ–nin Süveyş böhranı ilə əlaqədar olaraq Misirə soxulmaq cəhdinin qarşısının alınmasına yönəldilmişdi. |
Böyük Britaniya və Fransanın uğursuzluğu nəticəsində regiondakı qüvvələr balansında boşluq yaranmışdı. |
Ona görə də prezident regionda ABŞ-nin təsirinin gücləndirilməsini vacib hesab edirdi. |
Vəziyyəti mürəkkəbləşdirən amillərdən biri Misir lideri Camal Əbdül Nasirin SSRİ ilə ABŞ-nin maraqlarının toqquşmasına imkan yaradan mövqeyi idi. Camal Əbdül Nasir bu dövrdə kömək aldığı üçün "müsbət bitərəf" mövqedə dururdu. |
Eyzenhauer Konqresə göndərdiyi məktubda yazırdı: Eyzenhauerə görə iki şey edilməli idi: birincisi bölgə dövlətlərinin iqtisadi çətinliklərinin aradan qaldırılmasına yardım etmək, ikincisi isə kommunizm təhlükəsinin nələrə yol açacağını onlara başa salmaq, nəticədə bu ölkələri kommunizmə əks mövqeyə gətirmək. |
Bu hədəfləri əsas götürən Eyzenhauer 5 yanvar 1957-ci ildə Konqresə göndərdiyi və Eyzenhauer doktrinası adını alan məktubunda bütün bunları açıqladıqdan sonra, Konqresdən aşağıdakı məsələlərdə ona səlahiyyət verməsini xahiş edirdi: Müstəqilliklərini qorumaq üçün iqtisadi inkişaf etməkdə olan Orta Şərq ölkələrinə iqtisa... |
Bu ölkələr arasından müraciət edən ölkəyə hərbi yardımlar etmək. |
Beynəlxalq kommunizmin nəzarəti altında olan hər hansı bir dövlətdən gələcək açıq silahlı hücuma qarşı bölgə dövlətləri istədiyi təqdirdə, ABŞ Silahlı Qüvvələrinin istifadəsi.Bu məqsədləri reallaşdırmaq üçün prezident Eyzenhauer 3 il müddətinə, hər il üçün 200 milyon dollar vəsait istəyirdi. |
Doktrinanın Orta Şərqdə ABŞ ordusundan istifadə bəndi Senatda böyük mübahisələrə səbəb oldu. |
Buna baxmayaraq, Eyzenhauer istədiyi səlahiyyətləri ala bildi və "Joint Resolution to Promete Peace and Stability in the Middle East" adını alan Konqres qərarı 9 martda qüvvəyə mindi. |
Doktrinanın İsrail parlamentində qəbulu xeyli çətinliklərlə üzləşdi, lakin uzun sürən mübahisələrdən sonra Ben Qurion doktrinanın müharibə şəraitində İsrailin təhlükəsizliyini tam olaraq təmin etmədiyini etiraf etdi, buna baxmayaraq, müharibənin qarşısının alınmasına kömək edəcək bir faktor olduğunu bildirdi. |
İsrailin doktrinanı qəbul etməsi ilə SSRİ tərəfindən dəstəklənən Ərəb dövlətlərinə qarşı artıq tək olmayacağını söylədi. |
1957-ci ilin 4 iyununda İsrail parlamenti Eyzenhauer doktrinasını 39 bitərəf, 5 əleyhinə, 59 nəfər lehinə olmaqla qəbul etdi. |
5 əleyhinə səs İsrail Kommunist partiyasının deputatlarından gəldi. |
Bitərəf səsləri isə sağçı Herut, mərkəzçi Ümumi Sionistlər, Axdut və Mapam partiyaları vermişdi. |
Doktrina SSRİ-yə hərbi təzyiq göstərmək və Dalles diplomatiyasının əsasını təşkil edən "mühasirə" siyasətini reallaşdırmaq üçün bir vasitə idi. Bundan əlavə bəhs olunan regionda ABŞ-nin siyasətinə maneə olan "neytralizm baryeri"ni aradan qaldırmaq öhdəçiliyini də öz üzərinə götürmüşdü. |
ABŞ konqresi Eyzenhauerin məktubunu müzakirə etdikdən sonra 1957-ci ilin mart ayında məktubda öz əksini tapan məsələləri yerinə yetirmək üçün dövlət büdcəsindən 200 milyon dollar vəsait ayırdı. |
Bu vəsait əsasən bu regionda sosial inkişafa və təcavüzkarlara qarşı (İngiltərə, Fransa və İsrail) başlayan milli hərəkatlara qarşı yönəldilmişdi. |
Eyzenhauerin bu məktubu sonra onu göndərənin adı ilə adlanaraq rəsmi ədəbiyyatlarda "Eyzenhauer doktrinası" kimi tanındı, lakin doktrina regionda xoş qarşılanmadı. |
Buna ilk etiraz edən Orta Şərq ölkələrindən Misir və Suriya oldu. |
ABŞ hökuməti hələ 1955-ci ildə Suriyada baş verən hərbi çevrilişlər seriyasında özünü Ərəb Sosialist İntibah Partiyası adlandıran (BƏƏS partiyası) hakimiyyətə gələcəyini bilirdi. |
Bu partiyanın təşkil etdiyi hökumətə kommunistlər də daxil olmuşdu. |
Misirə qarşı üçlər ittifaqının müdaxiləsi zamanı isə Suriya üç dövlətlə (Fransa, İngiltərə, İsrail) diplomatik əlaqələri kəsib elan etmişdi ki, o Misirə könüllü dəstələr göndərməklə köməklik göstərəcəkdir. |
ABŞ isə bunun qarşılığında Suriyanı "beynəlxalq kommunizmin bazası" adlandırdı. |
ABŞ 1957-ci ilin avqustunda yerli amerikanpərəst qüvvələrdən istifadə edərək Dəməşqdə siyasi çevriliş etməyə cəhd etdi, lakin bu çevriliş baş tutmadı. |
Belə olan təqdirdə ABŞ Suriyanın timsalında regiona hərbi müdaxilə təşkil etməyə çalışdı. |
Hücuma dəstək vermək üçün isə ABŞ-nin Aralıq dənizində olan 6-cı hərbi donanması Suriya sahillərinə doğru hərəkət etdirildi. |
Müdaxilə təhlükəsi SSRİ-nin məsələyə qarışması nəticəsində aradan qalxdı. |
1957-ci ilin oktyabrın 19-da SSRİ elan etdi ki, Suriyaya hər hansı bir müdaxilə təşkil edilərsə, o, BMT-nin bəyannaməsi və özünün təhlükəsizliyini təmin etmək prizmasından çıxış edərək təcavüzün qurbanına hərtərəfli yardım etmək üçün lazımı tədbirlər görəcəkdir. |
Moskva artıq rəsmi şəkildə Türkiyənin Suriyaya qoşun yeritməsinə cavab olaraq Suriyaya yardım edəcəyini bildirdi. |
Bununla bərabər SSRİ öz ordusunu Qafqaz sərhədi boyu cəmləmişdi. |
Bundan sonra Türkiyə ordusunu sərhəddən çəkdi. |
Suriyaya qarşı olan bu təhlükə onu Misir ilə yaxınlaşdırdı. |
1958-ci ilin fevralın 1-də Suriya və Misiri birləşdirən Birləşmiş Ərəb Respublikası yaradıldı və onun ilk prezidenti Misir prezidenti Camal Əbdül Nasir oldu. |
Bu respublikaya Misir və Suriyanın torpaqları daxil idi. Məhz bundan sonra bütün Ərəb ölkələrində milli-azadlıq hərəkatları güclənməyə başladı. |
Livanda "Eyzenhauer doktrinası"nı qəbul etmiş prezident Şumana qarşı etiraz dalğaları başlandı. |
Ən mühüm tarixi hadisə isə 1958-ci ilin iyulun 14-də İraqda olmuş inqilab idi. Başda 44 yaşlı briqada generalı Əbdül Kərim Qasım olmaqla vətənpərvər zabitlərdən ibarət olan "azad zabitlər" xalqın köməkliyi ilə hərbi çevriliş edərək ölkədəki monarxiyanı devirdi. |
Kral II Feysəl və ingilis agenti olan baş nazir Nuri Səid öldürüldü. |
İraq respublika elan olundu və onun ilk prezidenti elə general Qasım oldu. |
Qasım prezident seçildikdən sonra İraqın Bağdad paktından çıxdığını elan etdi. |
Ölkədən ingilis qoşunlarını çıxardıqdan sonra SSRİ ilə dostluq və qarşılıqlı əməkdaşlıq haqqında müqavilə bağladı. |
Bu isə Qərbin İraqda eləcə də Yaxın Şərq regionunda həm siyasi nüfuzuna, həm də neft sahəsində olan monopoliyaya qarşı böyük təhlükə törədirdi. |
Buna cavab olaraq, ABŞ İngiltərə ilə birgə Orta Şərqə hərbi müdaxilə etməyə qərar verdilər. |
1958-ci ilin iyulun 15-də Livan sahillərinə ABŞ-nin 6-cı hərbi donanmasının gəmiləri yaxınlaşdılar və quruya hərbi-dəniz süvari ordusu çıxarıldı. |
Həmin ilin iyulun 17-də isə ingilis hava desant qüvvələri İordaniyanın paytaxtı olan Amman şəhərini tutdu. |
İngilis-amerikan təcavüzkar bloku Livan və İordaniya ərazisindən İraqa müdaxilə etmək üçün istifadə etmək niyyətində idi, lakin SSRİ-nin yenidən məsələyə müdaxilə etməsi onlara İraqda inqilabı devirməyə və Suriyada amerikansayağı hakimiyyət təşkil etməyə imkan vermədi. |
Hələ, iyulun 16-da SSRİ rəsmi şəkildə İraq respublikasını tanıdığını elan etmişdi. |
Sovet İttifaqı dərhal Livandan ABŞ ordusunun və İordaniyadan ingilis ordusunun çıxarılmasını tələb etməklə bərabər, SSRİ, ABŞ, İngiltərə, Fransa və Hindistanın iştirakı ilə Orta Şərq məsələsinin tənzimlənməsinə dair konfransın çağrılmasının təklif etdi.Türkiyə baş verən hadisələrlə əlaqədar olaraq Suriya sərhədində yen... |
ABŞ tərəfi SSRİ-nin bu təklifini qəbul etmədi. |
Belə olduqda SSRİ-nin müraciəti əsasında BMT-nin Baş Məclisinin fövqəladə sessiyası çağırıldı. |
Məclis Orta Şərqdə baş verən prosesləri müzakirə edərək yekunda Livan və İordaniyadan tez bir zamanda ingilis və amerikan ordusunun çıxarılması haqqında qərar qəbul etdi. |
ABŞ və İngiltərə uzun müddət konfransın işini uzatsalar da, sonda öz hərbi qüvvələrini regiondan çıxarmağa başladılar. |
Bundan sonra Livan hökuməti "Eyzenhauer doktrinası" na qoşulmaqdan imtina etdiyini bildirdi və SSRİ ilə yaxınlaşdı. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.