Search is not available for this dataset
text
stringlengths
10
518k
Komanda çempionatın gümüş medalını qazanmış Rostovun "OIK" komandasını hər iki oyunda məğlub etməsinə baxmayaraq rəqibdən 2 xal geri qalaraq yekunda bürünc mükafatla kifayətlənməli oldu.
Neftyanik"in əsas qapıçısı Sergey Kramarenko mövsüm ərzində keçirdiyi 34 matçın 17-də qapısını toxunulmaz saxlaya bildi.
SSRİ Kuboku "Neftyanik" püşkatmaya əsasən 1965/66 SSRİ Kuboku turnirinə 1/16 finaldan başlayırdı.
Rəqib isə Volqoqradın "Rotor Volqoqrad" klubu idi. Komandanın əsas qapıçı Sergey Kramarenko həmçinin əsas hücumçular Anatoli Banişevski, Kazbek Tuayev və Eduard Markarov səfər matçına aparılmamışdı.
Neftyanik"dən kapitan sarğısını Anatoli Qryazev daşıyırdı.
Baş hakimi Boris Solovyov olan matçı 8000 azarkeş izləyirdi.
Görüşdə əsas vaxt 0:0 hesabı ilə başa çatdı.
Əlavə vaxtda isə rəqib komandanın oyunçusu, Valeri Poqorelov 117-ci dəqiqədə fərqlənərək komandasını növbəti mərhələyə çıxardı.
Komandanın rəisi vəzifəsini kağız üzərində ikinci məşqçi Valentin Xlıstov icra etsə də, 1966-nın ortalarından sonra bu posta İdman Komitəsində çalışan Şövkət Orduxanov təyin olundu.
Məşqçi heyəti 1965-ci ildə baş məşqçi postunda edilmiş dəyişiklikdən sonra baş məşqçi postuna Vasili Sokolov təyin olundu.
Onun köməkçisi postuna isə futbolçu karyerasını yenicə bitirmiş Əhməd Ələsgərov təyin edilir.
Lakin 1 il sonra, 1966-cı ilin avqust ayında Bakıda Fransanın "Tuluza" komandasına qarşı keçirilmiş (2–1) yoldaşlıq oyunundan qısa müddət sonra Vasili Sokolov Moskvaya getmək qərarına gəlir.
Bu anda gənc Əhməd Ələsgərov klubun baş məşqçi postuna sahib olur.
O, sələfləri tərəfindən yaradılmış bazadan məharətlə istifadə edərək komandanı inamla SSRİ çempionatında medala qədər gətirib çıxarır.
Tibbi heyət Klubun baş həkimi Boris Xetaqurov idi. O, kluba 1965-ci ilin aprel ayında təyin edilmiş, 1966-cı ilin yanvar ayından etibarən isə əsas komandada çalışmağa başlamışdı.
Xetaqurov həmçinin masajçı vəzifəsini də yerinə yetirirdi.
Neftyanik" ev oyunlarını rəsmi açılışı 1951-ci ilin 16 sentyabrında olmuş Lenin adına Respublika stadionunda keçirirdi.
Komanda 1966-cı ildə burada 18 çempionat və 2 yoldaşlıq oyunu olmaqla ümumilikdə 20 oyun keçirmişdir.
Komandanın heyəti Heyət 25 futbolçudan təşkil edilmişdir ki, burada digər mövqelərə nisbətən yarımüdafiəçilər üstünlük təşkil edirdi.
Komandanın 2 əsas oyunçusu, Anatoli Banişevski və Eduard Markarov 1966-cı ildə İngiltərədə keçirilən FİFA Dünya Kubokunda SSRİ milli futbol komandasının heyətinə daxil olunduqları üçün, bu amil onların iştirak etdikləri ümumi oyun sayına təsir göstərmişdir.
Komandanın ən gənc üzvü 19 yaşlı yarımmüdafiəçi Anatoli Oqerçuk idi. Transferlər 1965-ci ildə futbol mövsümünün bitməsindən sonra 6 oyunçu komandadan ayrıldı, əvəzində isə yeni 6 oyunçu komandaya cəlb olundu.
Komandadan ayrılan futbolçulardan ikisi, növbəti mövsüm komandanın baş məşqçisi olacaq Əhməd Ələsgərov zədə səbəbindən, Yuri Kuznetsov isə yaş səbəbindən futbolçu karyeralarını bitirdilər.
Turnir cədvəli Səfərdə keçirilən OİK Rostov — Neftyanik (1:3) matçında rəqib oyunçu avtoqola imza atmışdır.
Qol vuran oyunçular Təltifetmə mərasimi Dekabrın 5-i, Konstitusiya günündə Lenin adına Respublika stadionuda bürünc medalların və SSRİ İdman Komitəsinin üçüncü dərəcəli diplomlarının "Neftyanik" komandasına təqdim edilməsinə həsr olunmuş mərasim keçirildi.
Respublika Kommunist Partiyasının birinci katibi Vəli Axundov mərasimi canlı izləyirdi.
Medalların təqdimatından öncə çıxış edənlər arasında komandanın rəisi Şövkət Orduxanovda var idi. Əsasnaməyə görə mövsüm ərzində keçirilən oyunların minimum 50 faizində iştirak etmiş oyunçulara medal təqdim olunurdu.
Neftyanik"də 18 oyuna çıxaraq bu səddi adlayan 12 futbolçuya medal təqdim edildi.
İntizamsızlığa görə klubdan xaric edilmiş Sergey Melkumova medal təqdim olunmayıb.
Əvəzində müstəsna hal kimi SSRİ millisində xidmətlərinə görə klubda cəmi 14 oyunda iştirak etməsinə baxmayaraq Anatoli Banişevskinin adı siyahıya salınıb.
Respublika stadionunda təşkil edilmiş mərasim "Neftyanik" və "Dinamo Kirovabad" komandalarının yoldaşlıq görüşü ilə yekunlaşıb.
Oyun "Dinamo"nun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Oyunun fasiləsində SSRİ Futbol Federasiyasının sədri Nikolay Ryaşentsev, Azərbaycan Futbol Federasiyasının sədri Adil Eldarov və federasıyanın baş məşqçisi Rauf Adıgözəlov "Neftyanik"in 12 futbolçusuna medalları təqdim ediblər.
Nailiyyətdə böyük xidmətləri olmuş klubun rəisi Şövkət Orduxanov, məşqçilər Əhməd Ələsgərov və Valentin Xlıstov, inzibatçı Aydın İsmayılov və həkim Boris Xetaqurov da diplomla təltif olunublar.Tədbirdən sonra birinci katib Vəli Axundov oyunçuların şərəfinə ziyafət təşkil edib.
Görüş zamanı klubun rəisi Şövkət Orduxanov baş katibdən bir futbol bazasının inşası üçün yer ayrılmasına kömək etməsini istəyib.
Əvəzində 1967-ci ilin əvvəlində baza tikmək üçün ovçular stendinin ərazisi Respublika İdman Komitəsinin ixtiyarına verilib.
Təltif olunan futbolçular Çempionat ərzində "Neftyanik"in oyununa ən çox azarkeş sonuncu turda — "Spartak Moskva" ilə keçirilən qarşılaşmada gəlmişdir.
Bu oyunda stadionun gerçək tutumundan daha çox, 45,000 azarkeş oyunu izləmişdir.
Nisbətən ən az azarkeş isə 20-ci turda — "Torpedo Moskva" ilə oynanılan matçda qeydə alınmışdı (20,000).
Ümumilikdə isə Bakıda keçirilən oyunları 647,000 tamaşaçı canlı izləmişdir ki, bu da hər oyuna orta hesabla 35,944 tamaşaçı deməkdir.
Oyunlar üzrə azarkeş sayı Yoldaşlıq oyunları "Neftyanik" 1966-cı ildə həm çempionat öncəsi hazırlıq dönəmində, həm də çempionatda yaranan fasilə zamanı bir neçə yoldaşlıq oyunları keçirmişdir.
Komandanın keçirdiyi yoldaşlıq oyunlarını ölkədaxili və beynəlxalq olaraq iki hissəyə ayırmaq olar.
Beynəlxalq yoldaşlıq oyunlarının bir qismi Çexoslovakiya səfərində baş tutub.
Bakı təmsilçisi burada keçirdiyi 3 matçı 2 qələbə və 1 məğlubiyyətlə başa vurub.
Bakıda isə sonuncu Türkiyə çempionatının üçüncüsü olmuş "Gənclərbirliyi" və Fransa liqasını dördüncü pillədə bitirmiş "Tuluza" komandaları ilə qarşılaşıb.Bakıda "Tuluza" ilə oynanılan matç fransızların idmana yaraşmayacaq tərzdə kobud oynamaları ilə yadda qaldı.
Əvvəlcə hesabda önə keçən fransızlar sonradan 2 qol buaraxaraq geri düşdülər.
Neftyanik"in qollarını Mübariz Zeynalov və Kazbek Tuayev vurdu.
Neftyanik" futbolçularının qarşısını ala bilməyən rəqib futbolçular kobud oyuna başladılar və bu oyunçular arasında mübahisəyə səbəb oldu.
Artıq ilk hissədə zədələndiyi üçün Semiqlazov və Banişevski ikinci hissədə oyuna davam edə bilmədilər.
Nəticədə matç təxminən 20 dəqiqə dəyandırılsa da, sonradan davam etdirildi və yekunda "ag-qaralar" qələbə qazandı.
Mövsümün sonunda SSRİ-də çap edilən əksər idman dərgiləri medal qazanmış üçlük barədə yazılar dərc etdi.
Bunlardan biri Rusiyada nəşr edilən "Sportivnıye iqrı" jurnalı idi. Məqalədə "Neftyanik"in rəhbərlik və heyəti barədə məlumat dərc edilmişdir.2006-cı ildə "Futbol Dünyası qəzeti "Neftyanik" komandasının SSRİ çempionatının bürünc medallarını qazanmasının 40 illiyinə həsr olunmuş "Bürünc Neftçi-40" adlı xüsusi buraxılışı...
Buraxılışda keçmiş futbolçular: Yaşar Babayev, Valeri Hacıyev, Sergey Kramarenko, Mübariz Zeynalov və Kazbek Tuayevin xatirələri dərc olunmuşdur.
Həmçinin turnir cədvəli və komandanın keçirdiyi bütün oyunlar haqqında statistika məlumatları qeyd edilmişdir.
Populyar mədəniyyətdə Bürünc medal qazanıldıqdan sonra Mirzə Mustafayevin rejisorluğu ilə Bürünc "Neftçi" adlı sənədli film çəkilib.
Filmdə "Neftyanik"in tarixi, bürüncə gedən yolu əks edilmişdir.
Mübahisəli məqamlar Rostov səfərində "OİK" ilə qarşılaşmada "Neftyanik" 1:3 hesablı qələbə qazandı.
Mübahisə doğuran məsələ həmin oyunda "Neftyanik"dən qolların kimin vurması idi. Oyunun keçirildiyi həftə "Azərbaycan gəncləri", "Azərbaycan bədən tərbiyəçisi" və "Bakı" qəzetləri nəşr etdikləri nömrədə iki dəfə Kazbek Tuayevin bir dəfə isə Anatoli Banişevskinin fərqləndiyini yazsalar da "Kommunist" qəzeti Tuayevlə Bani...
Oyunun protokolunda da məhz belə göstərildiyindən statistikada belə qeydə alınıb.
Donetskdə "Şaxtyor"la oyundan öncə xoşagəlməz hal yaşandı.
Qələbə qazanacaqları halda "Şaxtyor" Neftyanik" ilə aradakı xal fərqini ikiyə endirəcəkdi.
Bu səbəbdən təşkilatçılar idmanla bir araya sığmayan üsullara əl atdılar.
Qaydaların ziddinə gedən Donetsk şəhər rəhbərliyi "Neftyanik"i hətta minimum şəraitlədə təmin etmədi.
Futbolçular məşqləri kələ-kötür, daş kimi bərkimiş torpaq meydanda keçirməli oldu.
Matçqabağı normal məşq prosesi keçə bilməyən komanda yekunda minimal hesabla məğlub oldu.
1966 Tekstilşik FK mövsümü — Tekstilşik klubunun oynadığı ilk mövsüm.
Tekstilşik klubu, hazırda Azərbaycanın birinci liqasında "Mingəçevir" adı altında fəaliyyətinə davam edir
21 aprel - Yunanıstanda mühafizəkar hərbçilərin hakimiyyəti öz əllərinə alması, 1952-ci il Konstitusiyasının ləğv edilməsi.
* iyun - İsrailin Misir, Suriya və İordaniya üzərinə hücumu.
Altıgünlük müharibədə Ərəb dövlətlərinin məğlub olması.
İsrail tərəfindən Qəzzə bölgəsinin, Sinay yarımadasının, Şərqi Qüdsün, İordan çayının qərb sahilinin və Suriyanın Colan təpəliklərinin işğal olunması.
SSRİ-yə məxsus "Venera-4" avtomatik planetlərarası elmi-tədqiqat kosmik stansiyasının Veneranın səthinə enməsi.
26 yanvar — Azərbaycan müəllimlərinin VIII qurultayının keçirilməsi.
6 noyabr — Bakı metropoliteninin ilk 6 stansiyasının istismara verilməsi.
Yevlax-Bərdə-Ağdam dəmiryol xəttinin istifadəyə verilməsi.
Kirpi" jurnalının nəşrə başlaması.
Heydər Əliyevin Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədri seçilməsi.
Kənd Təsərrüfatı Nazirliyi nəzdindəki Təbiəti Mühafizə və Ovçuluq İdarəsi əsasında Azərbaycan SSR Dövlət Təbiəti Mühafizə Komitəsinin təşkil olunması.
12 iyun - Naxçıvan Ədəbiyyat Muzeyi açılmışdır.
5 iyun — Valdis Pelş, latış şoumeni 3 fevral — Yaşar Musayev, mühəndis 20 fevral — Kurt Kobeyn, musiqiçi və "Nirvana" qrupunun yaradıcısı 20 iyun — Nikol Kidman, avstraliyalı kino aktrisası 1 iyul — Pamela Anderson, Kanada əsilli ABŞ aktrisası və fotomodel 18 iyul — Vin Dizel, Amerikalı aktyor 25 iyul — Mett LeBlan, Am...
21 aprel - Yunanıstanda mühafizəkar hərbçilərin hakimiyyəti öz əllərinə alması, 1952-ci il Konstitusiyasının ləğv edilməsi.
* iyun - İsrailin Misir, Suriya və İordaniya üzərinə hücumu.
Altıgünlük müharibədə Ərəb dövlətlərinin məğlub olması.
İsrail tərəfindən Qəzzə bölgəsinin, Sinay yarımadasının, Şərqi Qüdsün, İordan çayının qərb sahilinin və Suriyanın Colan təpəliklərinin işğal olunması.
SSRİ-yə məxsus "Venera-4" avtomatik planetlərarası elmi-tədqiqat kosmik stansiyasının Veneranın səthinə enməsi.
26 yanvar — Azərbaycan müəllimlərinin VIII qurultayının keçirilməsi.
6 noyabr — Bakı metropoliteninin ilk 6 stansiyasının istismara verilməsi.
Yevlax-Bərdə-Ağdam dəmiryol xəttinin istifadəyə verilməsi.
Kirpi" jurnalının nəşrə başlaması.
Heydər Əliyevin Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədri seçilməsi.
Kənd Təsərrüfatı Nazirliyi nəzdindəki Təbiəti Mühafizə və Ovçuluq İdarəsi əsasında Azərbaycan SSR Dövlət Təbiəti Mühafizə Komitəsinin təşkil olunması.
12 iyun - Naxçıvan Ədəbiyyat Muzeyi açılmışdır.
5 iyun — Valdis Pelş, latış şoumeni 3 fevral — Yaşar Musayev, mühəndis 20 fevral — Kurt Kobeyn, musiqiçi və "Nirvana" qrupunun yaradıcısı 20 iyun — Nikol Kidman, avstraliyalı kino aktrisası 1 iyul — Pamela Anderson, Kanada əsilli ABŞ aktrisası və fotomodel 18 iyul — Vin Dizel, Amerikalı aktyor 25 iyul — Mett LeBlan, Am...
1967-ci il futbol üzrə SSRİ çempionatı SSRİ-nin 29-cu futbol çempionatı olmaqla, 1967-ci ilin 2 aprel — 4 dekabr tarixləri arasında keçirilmişdir.
Turnirin qalibi Kiyevin «Dinamo» komandası olmuşdur.
Yekun cədvəl Xarici keçidlər
Altıgünlük müharibə (ivr.
מלחמת ששת הימים, translit.
Milhemet Şeşet Ha Yamim), Uğursuzluq (ərəb.
Əl-Nəksa), 1967-ci il müharibəsi (ərəb.
Hərb 1967), İyun müharibəsi, 1967-ci il Ərəb-İsrail müharibəsi və ya Üçüncü Ərəb-İsrail müharibəsi — 1967-ci ilin iyun ayının 5-dən 10-a qədər İsrail ilə qonşuları Misir – o dövrdəki rəsmi adı ilə Birləşmiş Ərəb Respublikası, Suriya və İordaniya arasında baş vermiş hərbi münaqişə.