Search is not available for this dataset
text
stringlengths
10
518k
21 dekabr — SSRİ Luna 13 peykini kosmosa göndərdi.
Peykin vəzifəsi Ayın səthini araşdırmaq idi. Bərdə və Ağdaş rayonları ərazisində Bərdə Dövlət Təbiət Yasaqlığının yaradılması.
Mingəçevir futbol klubun təməli olan "Toxucu" klubu yaradıldı 18 dekabr – Mehriban Zəki, Azərbaycan aktrisası 11 yanvar – Alberto Cakometti, İsveçrə heykəltaraşı 15 may - Alfred Amtman-Briyedit, latış aktyoru, rejissor və pedaqoq 23 iyul – Montqomeri Klift, ABŞ aktyoru
1966-ci il futbol üzrə SSRİ çempionatı — SSRİ-nin 28-ci futbol çempionatı olmaqla, 1966-ci ilin 10 aprel — 30 noyabr tarixləri arasında keçirilmişdir.
Turnirin qalibi Kiyevin "Dinamo" komandası olmuşdur.
Yekun cədvəl Xarici keçidlər
1966 Avroviziya Mahnı Müsabiqəsi (ing.
Eurovision Song Contest 1966; fr.
Concours Eurovision de la chanson 1966) — sayca 11-ci Avroviziya Mahnı Müsabiqəsidir.
Frans Qallın ifa etdiyi "Poupée de cire, poupée de son" mahnısı ilə 1965 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1966-cı ildə Lüksemburq müsabiqəyə ikinci dəfə ev sahibliyi etmək hüququ qazanmışdı.
Müsabiqə ölkənin paytaxtı Lüksemburq şəhərində Villa Luvinyidə keçirilmişdir.
Müsabiqə 1966-cı ilin 5 mart tarixində baş tutmuşdur.
18 ölkənin iştirak etdiyi müsabiqədə Avstriya təmsilçisi Udo Yürqens ifa etdiyi "Merci, Chérie" mahnısı ilə ən çox səs toplayaraq, Avroviziya 1966-nın qalibi olmuşdur.
Müsabiqədə artıq üçüncü dəfə ölkəsini təmsil edən Udo Yürqens Avstriyaya Avroviziyada ilk qalibiyyətini yaşatmışdı.
Xarici keçidlər Eurovision.tv Həmçinin bax Avroviziya Mahnı Müsabiqəsi
FIFA Dünya Çempionatı 1966 — sayca səkkizinci dünya çempionatı olub, 11-30 iyul tarixlərində İngiltərədə keçirilmişdir.
Finalda İngiltərə Qərbi Almaniyanı 4-2 məğlub edərək çempionatın qalibi olmuşdur.
Bu qələbə İngiltərənin ilk dünya çempionatı qələbəsi olmaqla, çempionata ev sahibliyi edən və qalib olan üçüncü ölkə olmuşdur.
İlk ikisi isə 1930-da Uruqvay və 1934-də İtaliya olmuşdu.
Final oyunu Uembli stadionunda keçirilmiş və televiziyada ağ-qara yayımlanan sonuncu dünya çempionatı finalı olmuşdur.
Həmçinin, bu oyun görüşün yan hakimi Tofiq Bəhramovun İngiltərənin xeyrinə saydığı mübahisəli qol qərarına görə tarixə düşmüşdür.
Bu çempionat, oyunları stadionlarda izləyən tamaşaçıların sayı üzrə rekordu 1994-cü il ABŞ-dəki çempionatadək, 28 il qorumuşdur.
İngiltərə – 1966 Final Mərhələsi 11 – 30 iyul 16 komanda 4 qrupda mübarizə apardıqdan sonra, hər qrupdan 2 qalib komanda 1/4 finala yüksələrək mübarizəni olimpiya sistemi ilə davam etdiriblər.
1 614 677 tamaşaçı (orta hesabla hər oyunda 50 459) 89 qol (orta hesabla hər oyunda 2,78) Ən yaxşı futbolçu – Çarlton (İngiltərə), Eysebio (Portuqaliya) "Het-trik" (bir oyunda üç qol) – Herst (İngiltərə) "Poker" (bir oyunda dörd qol) – Eysebio (Portuqaliya) Yubiley qolu: 700-cü qol R. Çarlton (İngiltərə) Bombardir: Eys...
1966 Neftyanik mövsümü — 1966-cı il futbol üzrə SSRİ çempionatı "Neftyanik"in turnirdə doqquzuncu, ardıcıl olaraq isə yeddinci iştirakı idi. Komanda çempionatla yanaşı həmçinin SSRİ Kuboku turnirində də çıxış edirdi.
1966-cı il mövsümü Azərbaycan klublarının SSRİ yüksək liqasında ən yaxşı nəticəsi hesab olunur.
Belə ki, "ağ-qaralar" 19 komandanın yarışdığı turnirdə yekun nəticə olaraq üçüncü yeri tutaraq bürünc medala sahib oldu.
Buna qədər komandanın ən yaxşı nəticəsi 1963-cü ildə keçirilmiş çempionatda altıncı yeri tutmaq olmuşdur.
Bu mövsüm yalnız çempionatda qalib olan komanda və Kubokun qalibi (və ya finalçısı) Avropa miqyaslı turnirlərə qatıla bildiyindən, "Neftyanik"in Avropada debütü mümkün olmadı.
Klub ev oyunlarını Lenin stadionunda keçirirdi.
Fevral ayında SSRİ İdman Cəmiyyətləri və Təşkilatları İttifaqı Mərkəzi Şurasının Rəyasət Heyəti keçən mövsüm son 3 pilləni tutaraq aşağı dəstəyə düşməli olan "Lokomotiv Moskva", "Torpedo Kutaisi" və Odessanın "OİK" klublarını liqada saxlamaq qərarını aldı.
1966-cı il futbol üzrə SSRİ çempionatı əvvəlcədən planlaşdırıldığı kimi aprelin 17-də deyil, 10-da start götürdü və noyabr ayının 30-dək davam etdi.
Çempionata hazırlığın həlledici mərhələsi Kislovodskda keçirildi.
İyirmi gün davam edən təlim-məşq toplanışında əsas diqqət fiziki hazırlığa, habelə gənclərin sınaqdan keçirilməsinə ayrıldı.
Yekunda hücum və müdafiə xəttindən razı qalan məşqçilər yarımmüdafiədə problemlərin olduğunu gördülər.
Mövsümün startı ərəfəsində Bakıda təşkil edilən son məşqlərdə məhz bu çatışmazlığın aradan qaldırılması üzərində işlədilər.
Mövsüm ərzində keçirilən oyunlarda baş məşqçilər adətən 4–2–4 və ya 4–3–3 taktiki sxeminə üstünlük veriblər.
Birinci dövrə Aprel ayının 10-da 19 komandanın iştirakı ilə 28-ci SSRİ futbol çempionatı başladı.
Neftyanik"A" qrupunun güclülər dəstəsində mübarizə aparırdı.
İlk turda Bakıda Belarus təmsilçisi "Dinamo Minsk" ilə keçirilən matç 0:0 bitdi.
Neftyanik" ilk qələbəni 3-cü turda evdə "Dinamo Moskva" komandası ilə oyunda əldə etdi: ilk hissədə Sergey Melkumovun vurduğu qol "Neftyanik"ə çempionatda ilk qələbəni qazandırdı.
Ardıyca evdə Donetskin "Şaxtyor"u məğlub edildi.
Çempionatın 8-ci turunda "Neftyanik" tarixinin ən böyükhesablı qələbələrindən birini qazandı.
Evdə "Torpedo Kutaisi" ilə oynayan "Neftyanik" yekunda 7:0 hesablı qələbə qazandı.
Bu oyunda Eduard Markarov het-trikə imza atdı və həmçinin Valeri Hacıyev penalti zərbəsini dəqiq vura bilmədi.
Ümumiyyətlə ilk 8 turdan sonra "Neftyanik" çempionatda məğlub olmayan 4 komandadan biri idi. Lakin daha sonra komanda ardıcıl olaraq Leninqrad, Alma-Ata və Daşkənd səfərlərindən xalsız döndü və 12-ci turda Bakıda Odessanın "Çernomorets" klubu məğlub edildi.
Ardıyca səfərdə, Tbilisi və Yerevanda yerli komandalara məğlub olduqdan sonra baş məşqçi Vasili Sokolov istefa ərizəsi yazmadan postundan getdi.
17-ci turdan etibarən "Neftyanik" oyunlara Əhməd Ələsgərovun rəhbərliyi altında çıxmağa başladı.
İlk dövrənin son ev oyununda "Torpeda Moskva" üzərində 2:0 hesablı qələbə qazanılır.
Bu turdan sonra ilk dövrə bitir və komandalar növbəti turdan etibarən ikinci dövrəyə başlayırlar.
Beləliklə ilk dövrəni "Neftyanik" 7 qələbə, 5 heç-heçə və 6 məğlubiyyətlə 7-ci pillədə bitirdi.
Topların sayı isə 25–15 komandanın xeyrinə idi. İkinci dövrə Bu dövrənin 4-cü oyununda "Neftyanik" çempionatda gümüş medal qazanacaq Rostovun "OİK" kollektivini səfərdə 1:3 hesabı ilə məğlub edir.
Daha sonra Bakıda növbəti ev oyununda "Dinamo Tbilisi" ilk dəfə məğlub edilir.
Neftyanik"in hücum tandemi — Banişevski, Tuayev və Markarov 3:2 bitən matçda qolların müəllifi olurlar.
Daha sonra komanda ardıcıl olaraq 6 oyun qələbə qazanır.
Bakıda Gürcüstan təmsilçisi məğlub edildikdən sonra səfərdə növbəti Gürcüstan təmsilçisi, "Torpedo Kutaisi" çempionat ərzində ikinci dəfə məğlub edilir.
Ardıyca səfərdə məğlub olduğumuz "Zenit", "Kayrat" və "Paxtakor" klubları ardıcıllıqla Bakıda məğlub edilir.
Yarışın bitməyinə 3 tur qalmış komanda səfərdə Kiyev "Dinamo"su ilə qarşılaşırdı.
Bu oyunun nəticəsinə əsasən "Neftyanik" ilk dəfə Kiyevdə Dinamo üzərində 1:2 hesablı qələbə qazanır.
Bu oyunda "Neftyanik"dən qolları 23 və 37-ci dəqiqələrdə Eduard Markarov və Anatoli Banişevski vurmuşdur.
Son iki turda isə komanda rəqiblərini evdə qəbul edəcəkdi.
Əvvəlcə Moskvanın "MOİK" ilə görüş qolsuz başa çatır, son turda isə rəqib digər Moskva təmsilçisi, "Spartak" komandası idi. İkinci dövrənin son oyununda "Neftyanik" evdə "Spartak Moskva" ilə qarşılaşırdı.
Noyabrın 30-u keçirilən matçda bürünc medalı təmin etmək üçün "Neftyanik"ə heç-heçə belə kifayət edirdi lakin doğma meydan amili və stadiona gələn 45.000 azarkeş "Neftyanik"in qələbəsində xüsusi rol oynadı.
Oyunun keçiriləcəyi saat qəflətən dəyişdirildiyindən "Neftyanik"in rəisi Şövkət Orduxanovun təşəbbüsü ilə təşkilatçılar Bakı küçələri boyunca səsgücləndiricilər vasitəsilə insanları dəyişiklikdən xəbərdar edirdilər.
Oyuna maraq olduqca böyük idi. Matç nəinki Azərbaycan televiziyası ilə canlı yayımlanırdı həmçinin Gürcüstan və Ermənistana da translyasiya edilirdi.Görüşün baş hakimi Estoniyadan Euqen Xyarms idi. Oyunun ilk hissəsində Banişevski dubl edərək "Neftyanik"i hesabda önə çıxardı.
İkinci hissədə isə son nöqtəni Markarov qoydu və yekunda "ağ-qaralar" 3:0 hesabıyla qələbə qazanaraq, tarixində ilk dəfə olaraq SSRİ çempionatının medallarını qazandı.
Həmçinin bu nəticə ilə futbol üzrə SSRİ yüksək liqasında medal qazanmış ilk Azərbaycan klubu kimi tarixə düşdü.
Onu da qeyd etmək lazımdır ki, "Neftyanik"in 2 əsas oyunçusu, Anatoli Banişevski və Eduard Markarov mövsümün ortasında FİFA Dünya Kubokuna yollanan SSRİ millisinin heyətinə daxil edildikləri üçün komanda 1 ay əsas oyunçularının xidmətindən məhrum olmuşdur.
Əks təqdirdə komandanın daha yüksək nəticə qazanma şansı yüksək idi. Əlavə göstəricilər Mövsümü çempion kimi bitirmiş "Dinamo Kiyev"i səfərdə məğlub edən yeganə komanda "Neftyanik" oldu.
Hər mövsümün sonu təqdim edilən "Əzmkar qələbə" mükafatına "Neftyanik" layiq görüldü.
Ağ-qaralar"Kayrat"la birgə hesabda geri ola-ola ən çox qələbə əldə edən komanda idi. Mövsüm sonu elan edilən SSRİ-nin "33 ən yaxşı futbolçusu" siyahısına "Neftyanik"dən Anatoli Banişevski və Kazbek Tuayev daxil edildi.
Neftyanik" Bakıda oynadığı heç bir matçda məğlub olmadı.
Ağ-qaralar" ümumilikdə 13 qələbə və 5 heç-heçəyə nail oldular.
Mövsüm ərzində Dinamo Kiyev"dən sonra ən çox böyükhesablı qələbə qazanmış komanda "Neftyanik" idi. Əhməd Ələsgərovun yetirmələrinin hesabında 6 belə qələbə var idi. Komandanın bombardiri 14 qolla Kazbek Tuayev oldu.
Bu nəticə çempionatda 6-cı göstərici idi. Banişevski çempionat oyunlarının yalnız yarısında iştirak etdiyi üçün cəmi 12 dəfə fərqlənməyə imkan tapdı.
Neftyanik" Bakıda keçirdiyi matçlarda 30 qol, səfərdə keçirdiyi oyunlarda isə 17 qola imza atmışdır.
Buraxılan topların sayına gəldikdə isə Bakıda sadəcə 5 top buraxan komanda səfər matçlarında 23 top buraxdı.
Ümumilikdə "Neftyanik" keçirdiyi 36 oyunun 18-də qələbə qazanmış, bərabər və məğlubiyyətlə bitən oyunların sayı isə 9-dur.
Mövsüm ərzində 55 top vurmuş əvəzində isə 28 top buraxmışdır.
Bu göstəricilərə əsasən "Neftyanik" mövsümdə ən çox qol vuran üçüncü və ən az top buraxan ikinci komanda oldu.
Komanda çempionatın gümüş medalını qazanmış Rostovun "OIK" komandasını hər iki oyunda məğlub etməsinə baxmayaraq rəqibdən 2 xal geri qalaraq yekunda bürünc mükafatla kifayətlənməli oldu.
Neftyanik"in əsas qapıçısı Sergey Kramarenko mövsüm ərzində keçirdiyi 34 matçın 17-də qapısını toxunulmaz saxlaya bildi.
SSRİ Kuboku "Neftyanik" püşkatmaya əsasən 1965/66 SSRİ Kuboku turnirinə 1/16 finaldan başlayırdı.
Rəqib isə Volqoqradın "Rotor Volqoqrad" klubu idi. Komandanın əsas qapıçı Sergey Kramarenko həmçinin əsas hücumçular Anatoli Banişevski, Kazbek Tuayev və Eduard Markarov səfər matçına aparılmamışdı.
Neftyanik"dən kapitan sarğısını Anatoli Qryazev daşıyırdı.
Baş hakimi Boris Solovyov olan matçı 8000 azarkeş izləyirdi.
Görüşdə əsas vaxt 0:0 hesabı ilə başa çatdı.
Əlavə vaxtda isə rəqib komandanın oyunçusu, Valeri Poqorelov 117-ci dəqiqədə fərqlənərək komandasını növbəti mərhələyə çıxardı.
Komandanın rəisi vəzifəsini kağız üzərində ikinci məşqçi Valentin Xlıstov icra etsə də, 1966-nın ortalarından sonra bu posta İdman Komitəsində çalışan Şövkət Orduxanov təyin olundu.
Məşqçi heyəti 1965-ci ildə baş məşqçi postunda edilmiş dəyişiklikdən sonra baş məşqçi postuna Vasili Sokolov təyin olundu.
Onun köməkçisi postuna isə futbolçu karyerasını yenicə bitirmiş Əhməd Ələsgərov təyin edilir.
Lakin 1 il sonra, 1966-cı ilin avqust ayında Bakıda Fransanın "Tuluza" komandasına qarşı keçirilmiş (2–1) yoldaşlıq oyunundan qısa müddət sonra Vasili Sokolov Moskvaya getmək qərarına gəlir.
Bu anda gənc Əhməd Ələsgərov klubun baş məşqçi postuna sahib olur.
O, sələfləri tərəfindən yaradılmış bazadan məharətlə istifadə edərək komandanı inamla SSRİ çempionatında medala qədər gətirib çıxarır.
Tibbi heyət Klubun baş həkimi Boris Xetaqurov idi. O, kluba 1965-ci ilin aprel ayında təyin edilmiş, 1966-cı ilin yanvar ayından etibarən isə əsas komandada çalışmağa başlamışdı.
Xetaqurov həmçinin masajçı vəzifəsini də yerinə yetirirdi.
Neftyanik" ev oyunlarını rəsmi açılışı 1951-ci ilin 16 sentyabrında olmuş Lenin adına Respublika stadionunda keçirirdi.
Komanda 1966-cı ildə burada 18 çempionat və 2 yoldaşlıq oyunu olmaqla ümumilikdə 20 oyun keçirmişdir.
Komandanın heyəti Heyət 25 futbolçudan təşkil edilmişdir ki, burada digər mövqelərə nisbətən yarımüdafiəçilər üstünlük təşkil edirdi.
Komandanın 2 əsas oyunçusu, Anatoli Banişevski və Eduard Markarov 1966-cı ildə İngiltərədə keçirilən FİFA Dünya Kubokunda SSRİ milli futbol komandasının heyətinə daxil olunduqları üçün, bu amil onların iştirak etdikləri ümumi oyun sayına təsir göstərmişdir.