Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Məhz SSRİ-nin maddi və mənəvi dayağı nəticəsində ABŞ buna qarşı hər hansı tədbir görmədi. |
Livanın ardınca İraq da bu doktrinadan imtina etdiyini rəsmi şəkildə bildirdi. |
Beləliklə, Misirə "3-lər təcavüzü" kimi bu doktrina da müvəffəqiyyətsizliyə düçar oldu, lakin ABŞ özünün Yaxın Şərq siyasətindən əl çəkmirdi. |
1959-cu il martın 24-də İraq Bağdad paktından çıxdığını elan etdi. |
Paktın digər üzvləri olan İngiltərə, Türkiyə, Pakistan və İran 1959-cu ilin iyulun 25-də SENTO 152 (Mərkəzi Müqavilə Təşkilatı) adlanan hərbi blok təşkil etdilər. |
Onun baş qərargahı Bağdaddan Ankaraya köçürüldü. |
Bu hərbi blok vasitəsilə ABŞ bloka daxil olan ölkələrin ərazisində gələcəkdə, lazım gələrsə, hərbi-strateji tədbirlər planı həyata keçirməyi və bu ərazilərdən "soyuq müharibə" və Orta Şərq siyasəti ilə əlaqədar olaraq bir plasdarm (meydan) kimi istifadə etməyi planlaşdırırdı. |
Orta Şərqdə BƏƏS faktoru 1960-cı illərin əvvəllərindən etibarən Orta Şərq regionunun daxili hadisələrində və xarici siyasətində yeni bir ünsür aktiv olaraq rol oynamağa başlamışdır- BƏƏS. |
Ərəb BƏƏS Sosialist partiyası birinci planda Suriya və İraqın daxili siyasətində hakim olmuş, bunun nəticəsi olaraq da, Nasirin Ərəb dünyasındakı fəaliyyətinə də bəzən güclü təsir göstərə bilmişdir. |
BƏƏS partiyasının İraq və Suriyadakı fəaliyyətinin bir-birindən böyük fərqləri vardır.BƏƏS partiyası 1943-cü ildə Salah Bitar və Mişel Əflaqın aktiv iştirakı ilə Suriyada yaradılmışdır. |
1943-cü ildə partiyanı quranlar bunlardır: Mişel Əflaq, Salah Bitar, Mithət Bitar, Dr. Razzaz, Dr. Əli Cabir, Dr. Abdullah Aldüldaim, Dr. Vəhib əl-Qanim, Dr. Camal əl-Atassi, Dr. Musa Rizik, Bədii əl-Qasım, Sami əd-Drubi və Əbdül Birr İyun əs-Sud. |
BƏƏS partiyasının bütün ideologiyası Mişel Əflaq və Salah Bitar tərəfindən yaradılmışdır. |
Mənası Renesans və ya İntibahdır. |
Partiya yarandığı gündən Suriya millətçiliyini yox, Ərəb millətçiliyini müdafiə etmişdir.Partiyanın ilk konqresi 1947-ci ildə keçirilmişdir. |
Bu konqresdə partiyanın nizamnaməsi və proqramı qəbul edilmişdir. |
Qəbul edilən proqrama görə, BƏƏS partiyası Ərəb partiyası olmaqla yanaşı, milli, sosialist, xalqçı və inqilabçıdır. |
VII maddəyə görə Ərəblərin vətəni Toros dağlarından Bəsrə körfəzinə, Ərəb okeanına (Hind okeanı), Efiopiya dağlarına, Böyük Səhraya, Atlantik okeanına və Aralıq dənizinə qədər uzanan torpaqlardır. |
Proqram tək bir Ərəb milləti və tək bir Ərəb dövlətindən bəhs edir. |
Partiyanın xarici siyasətinin təməli Ərəb millətçiliyi olmuşdur. |
Partiya proqramına görə sosial xidmətlər, təbii qaynaqlar, böyük sənaye müəssisələri, nəqliyyat millətin malıdır və dövlət tərəfindən idarə edilməlidir. |
Evlənmə milli vəzifədir, təhsil Ərəb millətinin birliyinə inanmış yeni nəslin yaradılması məqasədini həyata keçirəcəkdir.I Ərəb-İsrail müharibəsindən sonra BƏƏS partiyası yaranmış əlverişli şəraitdən istifadə edərək, demək olar ki, bütün Ərəb dövlətlərində şöbələr açdı. |
1958-ci ildə Suriya və Misir birləşdiyi zaman onun hökumət kabinetində 4 BƏƏS üzvü nazir və 1 prezident köməkçisi olmuşdur.Lakin Camal Əbdül Nasir ilə BƏƏS partiyasının birliyi çox da uzun çəkmədi. |
BƏƏS-in daha çox demokratik bir dövlət düşünməsi, Nasirin isə qatı mərkəziyyətçi olması əsas problem idi. Nəticədə hökumət kabinetindəki BƏƏS-çilərin sayı tədricən azaldı.Nəhayət, 28 sentyabr 1961-ci ildə zabitlər və bir qisim siyasətçilər birlikdə çevriliş edərək Birləşmiş Ərəb Cümhuriyyətinə son verdilər. |
Bu zaman BƏƏS-in Suriya qolunun rəhbəri olan Əkrəm Hourani bu çevrilişi hərarətlə dəstəkləmişdir. |
Onlara görə Birləşmiş Ərəb Cümhuriyyəti Suriyanın misirləşdirilməsi cəhdi olmuşdur.BƏSS partiyasının əsasən vətəni Suriya olmuşdur. |
28 sentyabr çevrilişini bu dəfə birbaşa hərbçilər tərəfindən edilən 28 mart 1962 çevrilişi izlədi. |
General Zəhrəddin liderliyindəki xunta bütün siyasi partiyaları qadağan etdi. |
Bundan sonra BƏƏS-in çox güclü olduğu Hama, Hums, Lazkiyə və Banyas kimi şəhərlərdə xalq etirazlara başladı. |
Bu vəziyyət qarşısında xunta geri addım atdı və mülki hökumətin qurulacağını, azadlıqların veriləcəyini bildirdi.8 fevral 1963-cü ildə İraqda BƏƏS-çilərin etdiyi çevriliş Suriya BƏƏS-çilərini də cəsarətləndirdi və 8 mart 1963-cü ildə baş verən çevriliş ilə BƏƏS-çilər iqtidarı ələ aldılar. |
Salah Bitar baş nazir oldu, ümumiyyətlə ölkəni İnqilab Komandanlığı idarə edirdi.BƏƏS-çilərin bu çevrilişi BƏƏS ilə Sosialist Birliyi, Ərəb Milli Hərəkatı, Birləşmiş Ərəb Cəbhəsi kimi Nasirçi partiyaların münasibətini son dərəcə kəskinləşdirdi. |
8–11 may 1963-cü ildə Hələb və Şamda baş verən qarışıqlıqların ardıyca, 18 iyulda Nasirçilər uğursuz çevriliş cəhdi etdilər. |
Çevriliş yatırılan zaman minlərlə mülki və hərbçi insan öldürüldü. |
Salah Bitarın 4 avqustda qurduğu yeni hökumətdə artıq bir nəfər belə Nasirçi yox idi. Ərəblərin birləşmə cəhdləri Sosialist BƏƏS partiyasının 8 fevral 1963-də İraqda, 8 mart 1963-də Suriyada hakimiyyətə gəlməsi və BƏƏS ideologiyasının ölkə fərqi olmadan bütün Ərəbləri bir millət olaraq bir bayraq altına toplamağı məqsə... |
1963-cü ilin mart ayında Bağdad, Şam və Qahirə arasında bir sıra görüşlər keçirildi. |
Birləşmiş Ərəb Cümhuriyyətinin süqutunu hələ də qəbul edə bilməyən Camal Əbdül Nasir, bu dəfə Suriya və İraqlıların birləşmə təkliflərinə o qədər də istəkli yanaşmadı, lakin 7–17 aprel 1963-cü il görüşmələrindən sonra yaradılması planlanan dövlətin 13 maddəlik konstitutsiya layihəsi hazırlandı. |
Bu layihəyə görə federasiyanın bir prezidenti olacaq, üzv dövlətlərin dövlət rəhbərləri isə prezident köməkçisi vəzifəsini daşıyacaqdılar. |
Federasiya rəhbəri hər üç dövlətin silahlı qüvvələrinin də baş komandanı olacaqdı. |
Beləliklə, bu 3 dövlət arasında hərbi ittifaqdan daha yuxarı səviyyəli olan hərbi bütünləşmə meydana gəlmiş olurdu. |
Küveyt və İordaniya da bu federasiyaya maraq göstərsə də, 17 apreldə Qahirədə yayımlanan bəyanatda federasiyanın yalnız sosialist dövlətlər üçün olduğu bildirilirdi. |
Beləcə, kapitalist və monarxist Ərəb dövlətləri bu ittifaqdan kənarda saxlanılırdı. |
Lakin, Suriyadakı Sosialist Birliyi, Ərəb Milli Hərəkatı, Birləşmiş Ərəb Cəbhəsi və Ərəb Sosialist Cəbhəsi kimi Nasirçi partiyaların hökumətdə bərabər təmsil edilməyi istəmələri, BƏƏS-in isə buna razı olmaması, 1963-cü ildə Camal Əbdül Nasirin Suriyada baş verən çıxışlara dəstək verməsi və Nasirçilərin uğursuz çevriliş... |
Hakimiyyətə gələn General Əbdüssəlam Arifin Suriya ilə münasibətləri yaxşı olmadığı üçün Misir ilə yaxınlaşmağa başladı. |
Qahirə ziyarəti zamanı birləşmə prosesinin getdiyini bildirdi. |
Plana görə, bu iki dövlətin iştirakı ilə üst qurum formalaşdırılmalı, dövlət rəhbərləri ilə yanaşı hər dövlətdən 6 nümayəndə də bu qurumda iştirak etməli idi. 1964-cü ilin 26 mayında bu iki dövlət 48 ölkədə ortaq təmsilçilik qurulduğunu elan etdi. |
1965-ci ilin may ayında baş tutmuş görüşlərdə General Arif ilə Camal Əbdül Nasir FAT-a maddi və mənəvi dəstək olacaqlarını bildirsələr də, artıq birləşmədən heçnə danışmadılar.Əbdüssəlam Arifin Misir ilə yaxınlaşma siyasəti tamamilə İraqın daxili siyasəti və BƏƏS-çilərdən qurtulma məqsədi daşıyırdı. |
Bundan əvvəlki təcrübələrə görə Nasirin də İraqla birləşməyə çox da həvəsli olmadığı bilinir. |
Çünki, İsrailə qarşı mübarizədə Misirin üstünlük verdiyi ölkə İsraillə sərhədi olmayan İraq yox, Suriya idi.Sonda, Nasir Suriya ilə 4 noyabr 1966-cı ildə ittifaq mahiyyətində razılığa gəlməyə nail oldu. |
Bu razılaşmaya görə, tərəflərdən birinə edilən hücum hər iki tərəfə də edilmiş sayılacaq, tərəflər belə vəziyyətdə bütün gücləri ilə bir-birilərinə yardım edəcəklərdi. |
Bundan əlavə, hər iki Baş Qərərgah nümayəndələrindən ibarət olan Ortaq Komandanlıq yaradılırdı.İraq prezidenti Abdürrəhman Arif 7 noyabrda verdiyi müsahibədə İraqın hələlik bu müqaviləyə qoşulmayacağını, lakin bu müqavilənin Əlcəzair kimi proqressiv Ərəb ölkələrini də içinə almasının lazım olduğunu, Suriyaya qarşı hər ... |
Suriya-Misir müqaviləsi ratifikasiya edildikdən sonra 1967-ci ilin mart ayında qüvvəyə mindi. |
1966-cı ilin 9 avqustunda İraqda hakimiyyətə Naci Talib gəldi. |
Naci Talib "Altıgünlük müharibə"nin başlanmasına az qalmış – 10 may 1967-ci ildə istefa etdi və Əbdürrəhman Arif baş nazirliyə gətirildi. |
Onun rəhbərliyi altında İraq "Altıgünlük müharibə"yə girdi. |
Beləcə "Altıgünlük müharibə"də iştirak edəcək qüvvələr müəyyən edildi. |
FAT faktoru 1967-ci il müharibəsindən əvvəl Ərəb dünyasında meydana gələn ən mühüm hadisələrdən biri də, təsirini hal-hazırda da davam etdirən, Ərəb-İsrail mübarizəsinin ən mühüm faktorlarından biri halına gələn və hal-hazırda Fələstin xalqının siyasi varlığının tək təmsilçisi sayılan Fələstin Azadlıq Təşkilatının (FAT... |
Bəzi qaynaqlar əl-Fətihin Yasir Ərafat tərəfindən 1958-ci ildə Küveytdə qurulduğunu bildirsə də, bəzi Avropa tarixçiləri əl-Fətihin 1950-ci illərdə Qərbi Almaniyanın Ştuttqart şəhərində təhsil alan bəzi Fələstinli tələbələr tərəfindən qurulduğunu iddia edir Digər mənbələrə görə isə, Qəzzənin İsrail tərəfindən işğalında... |
Əsl adı Əbdürrəhman Əbdülrauf Ərafat əl-Qudva əl-Hüseynidir. |
Ərafat Qüds müftisi Əmin əl-Hüseyni ilə yaxın qohum olduğu üçün əsl adını açıqlamaqdan həmişə qaçmışdır. |
Ərafat 1951-ci ildə Qahirədə mühəndislik təhsili alırdı. |
1953-cü ildə Süveyş kanalı üzərindəki ingilis qoşunlarına basqın edən tələbələrlə birgə olmuşdur. |
Müsəlman Qardaşlarla münasibətləri olduğuna görə 1957-ci ildə Misirdən qaçmağa məcbur olmuş və 1968-ci ilə qədər qara siyahıda olduğuna görə geri dönə bilməmişdir. |
Misirdən Küveytə keçən Yasir Ərafat buradakı fələstinli tələbə və biznesmenləri təşkilatlandırdı və Qərbi Almaniyada hücrələr yaratdı. |
Yasir Ərafat və ətrafı özünü intiqam nəslinin üzvləri kimi görürdülər və onlara görə onlar artıq Fələstin mübarizəsini özlərindən əvvəlki məğlub nəslin əlindən almışdılar. |
Bunun səbəbi Ərəb dövlətlərinin – Misir, İraq, Suriya və İordaniyanın Fələstin məsələsindən öz mənafeləri üçün istifadə etmələri olmuşdur. |
Camal Əbdül Nasir ilk vaxtdan əl-Fətihə qarşı olmuşdur. |
1961-ci ildə Əlcəzairin Fransadan müstəqillik qazanması fələstinlilər üçün də ilham mənbəyi oldu. |
Fələstinli qaçqınların ilk konqresi 28 may – 3 iyun 1964-cü ildə Qüdsün Ərəblərə aid hissəsində oldu. |
Bu konqresdə FAT-ın yaradılmasına qərar verildi və bu təşklatın konstitutsiyası mahiyyətində olması üçün 29 maddəlik Fələstin Milli Misaki (əl-Misak əl-Vatani əl-Filastani) qəbul edildi. |
Bu Misaka görə Fələstin ingilis mandatı zamanındakı Fələstin torpaqlarıdır, bu torpaqlar Ərəb vətənidir, Fələstin xalqı Ərəb birliyinə inanır və Ərəb birliyi ilə Fələstinin qurtuluşu bir-birini tamamlayan iki təməl hədəfdir. |
Misaka görə Fələstinin qurtuluşu qanuni müdafiə olub, bu baxımdan da, Fələstinin 1947-ci ildəki bölgüsü ilə, Balfurun 1917-ci ildəki bəyanatı keçərsizdir.FAT və təşkilatın katibi ilk gündən Misirin təsiri altına düşdü. |
Təşkilatın mərkəzi də Qahirədə idi. Əl-Fətih ilə FAT-ın bu rəqabəti 1967-ci il müharibəsinə qədər davam etmişdir. |
Bu müharibədən sonra əl-Fətihin üstünlük qazanması və baş katib Şükeyrinin 1967-ci ilin dekabr ayında istefasından sonra FAT-ın idarəsi əl-Fətihin əlinə keçmişdir. |
Bundan sonra FAT-ın 1964-cü il Misakı 1968-ci ildə əl-Fətihin istəyi ilə daha sərtləşdirilərək dəyişdirilmişdir. |
Bu Misakın I maddəsində Fələstin, Fələstin xalqının vətənidir deyilirkən, 1964-cü il Misakında olduğu kimi, bu misakın II maddəsində də Fələstin olaraq, ingilis mandatı altındakı Fələstin torpaqları qəbul edilirdi, dolayı yolla İsrailin varlığı rədd edilirdi.Bu misakın qəbul edilməsindən sonra Nasirin də dəstəyi ilə Ər... |
FAT-ın quruluşu əl-Fətihin fədayin fəaliyyətlərini 1965-ci ilin əvvəlindən etibarən birdən birə artırmasına səbəb olmuşdur. |
1965-ci ilin ilk 3 ayında əl-Fətih 7-si İordaniya torpaqlarından, 3-ü Qəzzədən olmaqla İsrailə 10 sabotaj hücumu təşkil etmişdi. |
Bu ilin sonuna qədər ümumilikdə İsrailə 35 belə hücum olmuşdur və bu hücumların 28-i İordaniya torpaqlarından olmuşdur. |
Həmin ərəfədə fələstinlilərin digər təşkilatı əl-Asifa (Fırtına) da qurulmuşdur. |
Əl-Fətihin bu fəaliyyətlərinə Misir, Livan və İordaniya qarşı mıxırdı. |
Misirin müxalifətinin səbəbi Fələstin mübarizəsində öz üstünlüyünü itirmə qorxusu idisə, digər dövlətlər İsraillə müharibənin başlamasından qorxurdular. |
Yalnız Suriya 1966-cı il çevrilişindən sonra əl-Fətihə böyük dəstək vermiş və İsraillə münasibətlərini daha da sərtləşdirmişdi. |
Suriya prezidenti Dr. Atassi israilə qarşı sərhədsiz müharibədən bəhs edirdi. |
Onun müdafiə naziri və gələcək Suriya prezidenti Hafiz Əsəd isə deyirdi: Suriyanın belə siyasəti iki nəticəni meydana çıxardı. |
Birincisi, İsrailin BMT Təhlükəsizlik Şurasına 16 may 1966-cı il tarixli şikayətində əl-Fətih və əl-Asifa təşkilatlarından ilk dəfə bəhs edilirdi. |
İkincisi isə, İsrailin bu iki təşkilara qarşı aktiv mübarizə aparmaması Misir, İordaniya və Livanı da cəsarətləndirdi və onlar da bu təşkilata yardımları artırmağa başladılar. |
1966-cı il çevrilişindən sonra Suriya-Misir yaxınlaşması da müşahidə edilirdi. |
Bunun nəticəsində əl-Fətih İsrailə qarşı 1965-ci ildə 35, 1966-cı ildə 41 əməliyyat təşkil etmiş ikən, 1967-ci ilin ilk altı ayındaca 71 əməliyyatı həyata keçirmişdi. |
Bu əməliyyatlar Suriya, İordaniya və Livan ərazisindən reallaşdırılmışdı. |
Ordular və silahlar İsrailin quru qüvvələri 60.000-i daimi olmaqla, 250.000–265.000 qədər idi. 1948–1949-cu il müharibəsindən sonra İsraildə kişilərin 49 yaşına qədər və qadınların 39 yaşına qədər hər il bir ay hərbi təlim görməsi məcburiyyəti gətirilmişdi. |
Buna görə də tərxis yerinə icazə deyimi istifadə olunurdu. |
Bu sistem sayəsində hücum edilərkən geridəki yaşayış məntəqələrinin əhalisinin həm ehtiyat qüvvələrini təşkil etməsi, həm də strateji müdafiəni təmin etməsi münkün olmuşdur. |
Cəbhədə birinci xətdə xidmət edəcək 24–26 hissədən mövcud idi. Arxada isə 14 hissəlik ehtiyat qüvvələri var idi. O dövr üçün Misirin hərbi gücü haqqında verilən rəqəmlər 300.000–310.000-dir. |
Bunun 120.000-ə qədərini Milli Mühafizəçilər və ehtiyat qüvvələr təşkil etməkdə idi. Yerdə qalan hissə isə əsl döyüşə biləcək qüvvə idi, lakin bunun da 30.000-ə qədəri Yəməndə idi. Müharibə başlanan zaman Misirdə 400–500 Sovet hərbi mütəxəsisi var idi. İordaniya silahlı qüvvələri 2-i ədəd zirehli hissə olmaqla, 11 hiss... |
Tanklar ABŞ istehsalı Patton, Şerman və İngiltərə istehsalı Senturion tankları idi. Hava qüvvələri isə ən az yarısı Mirage, Mystere və səsdən sürətli Super-Mystere (24 ədəd) olmaqla, 300 təyyarədən ibarət idi. Misir silahlı qüvvələrinin zirehli qüvvələri, əsas etibarilə Sovet istehsalı (T-34, T-54 VƏ T-54B kimi) 1.300-... |
Bu təyyarələrin 55 ədəd Sukhoi-7, 163 dənəsi MİG-21, 40 dənəsi MİG-19 idi ki, bunların hamısı səsli təyyarələr idi.İordaniya silahlı qüvvələrinin zirehli texnikaları 70–80 ədəd Senturion, yerdə qalanı M-48 Patton tankları olmaqla 200 ədəd tankdan ibarət idi. Hərbi hava qüvvələri isə 20 ədəd İngiltərə istehsalı Havker-H... |
Nasir, 1956-cı il müharibəsindən sonra İsraillə hələ müharibə etməmək fikrində qəti idi. O, yaxşı hazırlanmadan, beynəlxalq atmosfer uyğun hala gəlmədən İsrail ilə müharibə etməməyə çox diqqət edirdi. |
Müharibədən 5 həftə əvvəl, 7 apreldə İsrail təyyarələri Qolan təpələrindəki Suriya mövqelərini bombaladığı və 6 Suriya təyyarəsini vurduğu zaman Misir heç bir reaksiya göstərməmişdi. |
Həmçinin, bu zaman Misir ordusunun böyük bir hissəsi Yəməndə idi. İsrail Xarici İşlər Naziri Abba Ebanın 1966-cı ildə etdiyi təxminə görə, 1967-ci il nə sülh, nə də müharibə ili olacaqdı. |
Müharibə yaxınlaşdığı zaman, İsrail Suriya ilə müharibə başlayacağı halda belə Misirin bu müharibəyə girməyəcəyini düşünürdü.Lakin Suriya məsələsi müharibəni başladan qığılcım oldu və 13 maydan etibarən hadisələr tam bir gərginlik halında, böyük sürətlə müharibəyə doğru getməyə başladı. |
13 may günü Qahirəyə gələn Sovet nümayəndə heyəti Nasirə İsrailin Suriya sərhədlərinə 11–13 korpusluq qüvvə yığdığını demişdi. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.