Search is not available for this dataset
text
stringlengths
10
518k
Bu, SSRİ, Bolqarıstan və Hindistanın şiddətli narazılığına səbəb oldu.
Çünki BMT müşahidəçiləri də İsrail hərbi qüvvələrinin Suriyanın daxili bölgələrinə doğru irəlilədiklərini doğrulamışdı, halbuki 7 iyunda etdiyi açıqlamada qarşı tərəflərin qəbul edəcəyi halda, özünün də 233 və 234 saylı atəşkəs qərarlarını qəbul edəcəyini demişdi.
Bu vəziyyətə görə Təhlükəsizlik Şurası 9 iyunda, Suriya və İsrailin toqquşmaları dayandırmalarını tələb edən 235 saylı qərarını verdi.
Bu qərara rəğmən, İsrail ordusunun 10 iyunda Kuneitranı işğal etməsindən sonra Sovetlər yayımladıqları bəyanatla İsrail ilə diplomatik münasibətləri kəsdiklərini elan etdilər və İsrail bu hərəkətlərini durdurmazsa, digər ölkələrlə birlikdə ona sanksiyalar tədbiq edəcəklərini bildirdilər.
Bundan sonra, İsrail 10 iyun saat 16:30-da bütün hərbi əməliyyatlartını dayandırdılar.Altıgünlük müharibə ilə İsrail Qüdsü tamamilə ələ keçirincə vəziyyət İslam dünyası üçün böyük əhəmiyyət kəsb edirdi.
Pakistan 16 iyunda Baş Katibə məktub göndərərək, Qüdsün İsrail şəhəri olmasının qarşısının alınmasını istədi.
Həmçinin BMT-yə 194 və 303 saylı qətnamələrini xatırladaraq, Qüdsün işğalına qarşı çıxmağa çağırdı.
Pakistanın qaldırdığı məsələlərin müzakirəsinə başlanılan zaman, İsrail Şərqi Qüdsü İsrail hakimiyyətinə salan bir sıra tədbirlər gördü.
Bu BMT-də olan müzakirələri daha da qızışdırdı.
İslam ölkələri qədər Latın Amerikası ölkələri də İsrailə qarşı çıxırdı.
Onlar Qüdsün ayrı varlıq – korpus seperatum – qəbul edilərək, beynəlxalq hakimiyyətə tabe edilməsini istəyirdilər.
Müharibədən sonra SSRİ-nin istəyi ilə 17 iyunda başlanan BMT fövqəladə iclası SSRİ üçün tam bir güc nümayişi oldu.
Sovetlər İsrailə qarşı güclü diplomatik kompaniya başladaraq Ərəb müttəfiqlərini heç olmasa diplomatik sahədə qalib etməyə çalışırdı.
Buna görə də, mübahisələr SSRİ-nin rəhbərlik etdiyi sosialist dövlətləri və Ərəb dövlətləri ilə İsrail arasında xeyli gərginləşdi.
Bu müharibə barədə müzakirə mövzusu iki məsələ var idi: Müharibənin başlanmasında kimin günahkar olması Müharibənin nəticələrinni necə aradan qaldırlmasıSSRİ və Ərəb dövlətləri müahribənin nəticələrinin silinməsi və sülhün reallaşmasını İsrailin işğal etdiyi torpaqlardan çəkilmsində görərkən, İsrail sülhü prinsip olara...
O, əlindəki torpaqlardan istifadə edərək Ərəbləri ikili görüşlərə məcbur etməyi planlaşdırırdı.
SSRİ BMT iclasına o qədər önəm vermişdi ki, onu iclasda baş nazir Kosigin səviyyəsində təmsil olunurdular.
Kosigin 10 iyun günü etdiyi uzun çıxışında müharibənin yeganə günahkarının İsrail olduğunu və ölkəsinin İsrail işğallarını heç vaxt qəbul etməyəcəyini bildirdi.
Kosiginə görə, İsrail işğal etdiyi torpaqlrı dərhal boşaltmalı və etmiş olduğu hücuma görə Misir, İordaniya və Suriyaya kompensasiya verməli idi. Qısası bu təməl prinsiplər SSRİ-nin Orta Şərqdə sülh üçün təklif etdiyi layəhinin əsasları idi.SSRİ baş naziri Kosiginin çıxışına cavab olaraq 19 iyunda etdiyi çıxışında İsra...
Ardıyca sülhə doğru getmənin lazım olduğunu, atəşkəs razılıqlarının nə sülh, nə də müharibə olduğunu və bu tip razılaşmanı artıq qəbul etməyəcəklərini bildirdi.
Kosiginlə Abba Ebanın çıxış etdiyi 19 iyun günü ABŞ prezidenti Conson da Vaşinqtonda etdiyi çıxışda Orta Şərqdə sülh üçün bu 5 prinsipi təklif edirdi: Regiondakı hər dövlət yaşama haqqına sahibdir.
Hər dövlət digərlərinin də yaşama haqqına hörmət etməlidir, Qaçqınlar məsələsinə ədalətli həll tapılmalıdır, Beynəlxalq su yollarından hər bir kəsin maneəsiz keçmə hüququ vardır, Regiondakı bütün dövlətlərin siyasi müstəqillik və ərazi bütövlüyünə hörmət göstərilməlidir.ABŞ nümayəndəsi Artur Qoldberq də 20 iyunda etdiy...
İsrailin tamamilə məhvə tərk edilməsi kimi qəbul etdiyi SSRİ layihəsinin BMT prinsiplərinə zidd olduğunu bildirərək, ABŞ-nin öz layihəsini təqdim etdi.ABŞ qətnamə layihəsi əvvəlcə bütün tərəfləri atəşkəsə mütləq şəkildə riayət etdikdən sonra əsas məqsədin Orta Şərqdə daimi sülh yaradılması olduğunu vurğulayır və sülhün...
ABŞ-nin irəli sürdüyü III tərəf məsələsi İsrailin birbaşa danışıqlar şərti ilə uyuşmurdu.
ABŞ qərar layihəsi ən mühüm qismi isə Orta Şərq sülhünün təməl şərtlərini bildirməsi idi.
Buna görə sülh Consonun göstərdiyi 5 şərtlə reallaşa bilərdi.
Ərəb ölkələri çoxu ABŞ-nin bu təklifini həmin anda rədd etdilər.
Digər dövlətlər isə bu şərtlərin müzakirə edilməsi üçün ilk öncə İsrailin işğal etdiyi torpaqları boşaltmasını istədilər.Varşava paktı üzvləri içində Rumıniya maraqlı mövqe sərgilədi.
Rumıniya Baş Naziri Maurer, 23 iyunda etdiyi çıxışda İsrailin işğal etdiyi torpaqlardan çəkilməsini istəyərkən, Ərəb ölkələrinə də məsələləri danışıqlar yolu ilə həll etməyi təklif etmiş və bölgədəki bütün dövlətlərin müstəqil və suveren varlığına hörmət edilməsini istəmişdi.
Türkiyə XİN rəhbəri İhsan Sabri Çağlayangil də 22 iyunda etdiyi çıxışında Türkiyənin xarici siyasətinin siyasi müstəqilliyə və ərazi bütünlüyünə əsaslandığını bildirdikdən sonra güc yolu ilə torpaq qazanılmasının əleyhinə olduğunu bildirmişdi.Bütün müzakirə boyünca ortaya atılan layihələrin əksriyyəti İsrailin işğal et...
Bu vəziyyətdə BMT Baş Məclisinin kilidləndiyi bəlli idi. Avstriya və Finlandiya tərəfindən dəstəklənən İsveç Baş Məclisə məsələnin Təhlükəsizlik Şurasına transferini nəzərdə tutan layihəsini təqdim etdi.
Əksərən müsəlman dövlətlərindən ibarət olan dövlətlər Təhlükəsizlik Şurasının borcunu layiqincə yerinə yetirmədiyini əsas gətirərək buna qarşı çıxdı, lakin layihə qəbul edildi və işğal edilmiş torpaqlar məsələsi Baş Məclisdən Təhlükəsizlik Şurasına keçirildi.Təhlükəsizlik Şurası Orta Şərqdə sülh problemini müzakirə etm...
Misir bu müraciətindəə İsrailin 5 iyun 1967-ci ildə Misir, İordaniya və Suriyaya etdiyi hücum sonunda işğal etdiyi torpaqlardan çəkilməməkdə israr etməsinin Orta Şərqdə təhlükəli vəziyyət yaratdığını irəli sürərək, Təhlükəsizlik Şurasının bu məsələni müzakirə etməsini istədi.Şura müzakirələrə başlayanda qarşısında iki ...
Hər iki layihə də ABŞ prezidenti Consonun ortaya atdığı "sülh üçün 5 şərt" əsasında hazırlanmışdı, lakin 3 dövlət tərəfindən hazırlanan layihə daha bitərəf olub, hər iki tərəfə təxminən bərabər öhdəliklər verirdi.
242 saylı qətnamə Müzakirələr getdiyi zaman etdiyi çıxışında ABŞ nümayəndəsi xüsusən iki prinsip üzərində durdu.
Birincisi İsrailin işğal etdiyi torpaqları boşaltması, digəri isə Ərəb ölkələrinin İsrail ilə sülhə yanaşması idi.SSRİ-də 20 noyabrda bir layihə irəli sürdü.
Bu layihə də digərləri kimi görünsə də, bir çox baxımdan İsrailin daha çox əleyhinə idi və İsrailin dərhal işğal etdiyi torpaqları boşaltmasını əsas götürürdü.16 noyabrda İngiltərə Ərəb dövlətləri ilə danışıqlar apardıqdan sonra nəhayət ki, öz layihəsini irəli sürdü.
İngiltərənin layihəsi üçlü layihənin giriş hissəsində düzəlişlər aparılmış forması idi.
Üçlü layihəni hazırlayan dövlətlər bundan sonra öz layihələrini İngiltərənin layihəsinin lehinə geri çəkdilər.
Beləliklə, İngiltərənin hazırladığı layihə 242 saylı qərar adı ilə qəbul edildi.242 saylı qərarın əsasları belə idi: Qərarın əvvəlində müharibə yolu ilə torpaq qazanılmasının qəbul edilməyəcəyi və bölgədəki hər dövlətin təhlükəsizlik içində yaşaya biləcəyi, ədalətli və davamlı sülh ehtiyacı bildirildikdən sonra I paraq...
Bölgədəki hər dövlətin suverenlik, ərazi bütövlüyü və siyasi müstəqilliyi ilə, güc təhdidindən və gün tədbiqindən uzaq olaraq, təhlükəsiz və tanınmış sərhədlər içində, sülh şəraitində yaşama haqqının tanınması.Qərarın ikinci paraqrafında beynəlxalq su yollarında sərbəst üzmə haqqının təmin edilməsi, qaçqınlar problemin...
Qanuniliyini bu gün belə saxlayan bu qərar müxtəlif şərhlərə məruz qalmışdır.
Qərarı şərh edərkən SSRİ nümayəndəsi qərarın tədbiq edilməsi üçün İsrailin işğal etdiyi torpaqları boşaltmasının əsas şərt olmasını bildirdi.
Üstüörtülü formada olsa belə Fransa da belə bir bəyanat vermişdi.
İsrail XİN rəhbəri Eban isə tamamilə əks fikirdə idi və ona görə qərarın əsas ünsürü sülh müqaviləsinin imzalanması idi. Suriya prezidenti Atassi 23 noyabrda verdiyi müsahibədə 242 saylı qərarı Ərəblərə hücum olduğunu bildirdi.
Suriya XİN rəhbəri də 242 saylı qərarı tanımadığını bildirdi.
Nasir də 242 saylı qərara qarşı çıxdı.
Etdiyi çıxışda o, Misirin İsraili dövlət kimi tanımayacağını, İsrail ilə hər hansı sülh danışığı aparmayacağını, İsrail gəmilərini Süveyş kanalına buraxmayacağını və Fələstin xalqının haqlarını görməzdən gəlməyəcəyini bildirdi.
Təhlükəsiz və tanınmış sərhədlər" ifadəsi ilə, "İsrailin işğal etdiyi torpaqlardan çəkilməsi" ifadəsindən hansının daha üstün olması sualına heç bir zaman cavab tapılmadı.
Beləliklə də, 242 saylı qərar qüvvəyə mindiyi gündən mübahisələrə səbəb oldu.
Yarrinq missiyası BMT Təhlükəsizlik Şurasının 22 noyabr 1967-ci il tarixli və 242 saylı qətnaməsində Baş Katibə tərəflər arasında sülhü təmin edəcək vasitəçilik cəhdlərini artırmaqla bağlı xüsusi nümayəndə təyin etməsi vəzifəsi də verilmişdi.
U Thant 23 noyabrda İsveçin Moskvadakı səfiri Dr. Qunnar Yarrinqi xüsusi nümayəndə olaraq seçdi.
Dr. Yarrınq Nyu-Yorka gəlib tərəflərin BMT-dəki nümayəndələri ilə görüşdü.
Bundan sonra Kiprə gedərək, qərargahını burada qurdu.
BM Baş Katibinin Yarrinq missiyası ilə bağlı olan və iyun 1967 – dekabr 1970-ci ili əhatə edən məruzəsinə görə Yarrinqin ilk dövr təmasları və onun nəticələri belə olmuşdur:İsrailə görə Yaxın Şərqdə sülh İsrail ilə digər əlaqəli dövlətlər arasında birbaşa müzakirələrdə reallaşa bilərdi.
Və belə bir sülh reallaşmadıqca İsrailin işğal etdiyi torpaqlardan çəkilməsi müzakirə mövzusu ola bilməzdi.
Hətta, İsrail hökuməti Yarrinqə bu müzakirələrin gündəm maddələrini belə təklif etdi.
Bu maddələr İsrailin öz istəklərini ehtiva edirdi.
Digər tərəfdən İsrail 242 saylı qərara bağlılığını bildirirdi, lakin bu qərarın məqsədi olan sülhü reallaşdırmanın ən yaxşı yolu olaraq birbaşa müzakirələri gördüyünü deyirdi.
İsrailə görə tərəflərlə dolayı yolla da müzakirələr edilə bilərdi, yetər ki bu dolayı müzakirələr birbaşa müzakirələrə gətirib çıxarsın.
Yəni İsrail 1967-ci il müharibəsindən sonra qəti şəkildə ortaya qoyduğu birbaşa danışıqlar şərtindən bir qədər güzəştə gedirdi.İsrailin bu təklifləri Misir və İordaniya tərəfindən lap əvvəldən qəbul edilmədi.
Misir İsrailin öncə işğal etdiyi torpaqlardan çəkilməsini şərt qoyarkən, İordaniya, İsrailin 242 saylı qərarı tədbiq etməsini istədi.
Bundan əlavə hər iki dövlət də İsrail ilə birbaşa danışıqlara getməyəcəklərini bildirdilər.Suriya elə ilk gündən 242 saylı qərarı qəbul etmədiyi üçün Yarrinq Suriya ilə təmasa keçmədi.
Bir müddət ara verən Yarrinq, 1968-ci ilin avqust ayından yenidən görüşmələrə başladı.
Köhnə fikir ayrılıqları qalmaqla yanaşı, indi yeni bir problem də ortaya çıxmışdı.
Beləki, Ərəb ölkələrinə görə İsrailin işğal etdiyi bütün torpaqlardan çəkilməsi məsələsi, 242 saylı qərara görə işğal altındakı bütün torpaqları əhatə etməkdə idi. İsrailə görə isə bütün toraqlar yox, 242 saylı qərarın öngördüyü təhlükəsiz və tanınmış sərhədlərin lazım bildiyi torpaqların xaricində qalan torpaqlardan ç...
Bunun qarşsıında Yarrınq öz missiyasını I dövr üçün 1968-ci ilin noyabrında yenidən dondurdu.Yarrinq II dövr görüşmələrinə 1969-cu ilin fevralında Misir, Livan, İordaniya və İsrailə səfər etməklə başladı.
Səfərlərə ərzində bu dövlətlərə rəsmi şəkildə bəzi suallarla müraciət etdi.
Bu suallar belə idi: Tərəflər 242 saylı qərarı sülhün təməli olaraq qəbul edirlər mi ?
Müharibədən əl çəkməyə qərarlıdırlar mı ?
Təhlükəsiz və tanınmış sərhədləri necə başa düşürlər ?
Tiran boğazı, Aqaba körfəzi və Süveyş kanalı kimi su yollarından sərbəst keçişin təmin edilməsini istəyirlər mi ?
Qaçqınlar məsələsindəki fikirləri nədir?Dövlətlərin verdikləri cavablardan göründü ki, əvvəlki mövqelərində heç bir yumşalma və ya dəyişiklik yoxdur.
Belə olunca Yarrinq üçün artıq işi davam etmənin mənası qalmamışdı.
Bu səbəblə işini saxlayaraq səfir olduğu Moskva şəhərinə geri döndü.
Rocers planları Yarrinq missiyasının uğursuzluğundan sonra ABŞ işə qarışdı.
ABŞ XİN rəhbəri Vilyam Rocers 28 oktyabr 1969-u ildə Sovet səfiri Dobrininə 3 maddəlik İsrail-Misir razılaşması təklif etdi.
Bu planın əsası İsrail ilə Misirin sülhə gətirilməsi, bir-birilərinə qarşı müxtəlif hücumlardan qaçınmaları və buna qarşılıq olaraq İsrailin də özünə həm Sinayda, həm də Şarm əl-Şeyxdə bəzi təhlükəsizlik tədbirlərinin təmin ediməsi şərtilə, işğal etdiyi Sinay torpaqlarından çəkilməsi idi.
Plana görə bu şərtlər əsas götürülməklə Yarrinq vasitəçiliyinə davam edəcəkdi.
İsrailin bu zaman Misirin yeni bir hücumundan narahat olduğu üçün ABŞ XİN rəhbəri Rocers Misirdən alacağı hücum etməmə sözü qarşılığında İsraildən Sinaydan geri çəkilmə vədini almaq, bunu təmin etmək üçündə İsrailin ABŞ-dən davamlı silah istəklərini təsir vasitəsi kimi istifadə etmək istəyirdi.ABŞ dövləti bu planı elan...
Nasir isə Rocers planını öyrəndikdən sonra ABŞ-ni bir nömrəli düşmən elan etmişdi.
Planın elan olunmasından sonra Misir və SSRİ bu planı dərhal rədd etdilər, lakin ən şiddətli münasibət İsraildən gəldi.
22 dekabrda edilən hökümıt kabineti iclasından sonra Baş Nazir Qolda Meyer verdiyi müsahibədə deyirdi: Rocers planı İsraildə və ümumiyyətlə dünya Sionistləri arasında böyük narazılıqla qarşılandı.
İsrailin bu plana digər cavabı da Süveyş cəbhəsindəki hücumlarını artırması oldu.
Misir isə bunun cavabını , Nasirin Moskva səfərindən sonra, SSRİ-dən SAM-3 raket qurğularını almaqla verdi.
Bütün bunlardan sonra Rocers ikinci plan hazırladı.
Rocers, Misir, İsrail və İordaniya hökumət rəhbərlərinə məktub göndərdi.
Məktubda tərəflərə ABŞ-nin Yaxın Şərqdə davamlı sülhün qurulmasına çox əhəmiyyət verdiyini, sülhün reallaşmasının ən yaxşı yolunun isə tərəflərin Yarrınqlə əməkdaşlıq etmələri olduğunu, bu əməkdaşlığın bazasının da 242 saylı qərar olduğunu bildirərək, tərəflərin 1 iyuldan 1 oktyabra qədər 90 gün müddətində olduqları ye...
Misirlə İsrailin atəşkəs bağlaması ilə Süveyş cəbhəsində gücdənsalma müharibəsi də dayanmış oldu.
7 avqustda 90 günlük qüvvəyə minən atəşkəs BMT-nin 4 noyabr 2628 saylı qərarı ilə 90 gün daha uzadıldı.Tərəflər II Rocers planını qəbul etdiklərinə görə Yarrinq missiyasına davam edə bilərdi.
Buna görə xüsusi nümayəndə 21 avqustda tərəfləri görüşməyə dəvət etdi, lakin İsrail hökuməti 8 sentyabrda verdiyi cavabda Misirin 7 avqust atəşkəsini pozduğunu, bu pozuntunun fasiləsiz formada davam etdiyini, kanalın qərb sahilinə SAM raketlərinin yerləşdirilməkdə olduğunu, halbuki atəşkəsin standstill olması, yəni 7 a...
Beləcə Yarrinq missiyası daha başlamamış kəsilmiş oldu.
Buna görə də BMT Baş Katibi Kurt Valdheym 14 sentyabrda BMT-yə təqdim etdiyi illik hesabatda Yaxın Şərqdə sülh cəhdlərinin uğursuzluğa məruz qaldığını deməkdə idi.İsrailin qatılmama vəziyyəti 4 ay davam etdi.
Nəticədə İsrail XİN rəhbəri Abba Eban 28 dekabr, 1970-ci ildə Yarrinqə göndərdiyi mesajda mövcud vəziyyətin İsrailin görüşmələrə qatılmasına icazə verdiyini bildirdi.
Yəqin ki, İsraili buna getməyə məcbur edən şərtlər ABŞ-nin İsrailə daha çox silah vermək təminatı, Konqresin İsrailə silah satışını tamamilə kreditə bağlamaq qərarı və ABŞ-dən istədiyi qədər konvansional silah satın almaq icazəsi idi.İsrailin bu mövqe dəyişdirməsindən sonra Yarrinq yenidən hərəkətə keçdi, lakin 1971-ci...
Belə ki, Misirə görə sülh yalnız İsrailin işğal etdiyi torpaqları boşaltması ilə mümkün idi, İsrailə görə isə tanınmış və təhlükəsiz sərhədlər müəyyən edilmədikcə İsrailin 5 iyun öncəsi sərhədlərə çəkilməsi müzakirə mövzusu ola bilməzdi.
Hadisələr belə cərəyan etdikdən sonra, Yarrinq missiyasını yenidən saxladı və Moskvaya geri döndü.Yarrinq missiyası tam uğursuzluqla sonlanmaqla bərabər, İsraillə Misir arasında bəzi fikir ayrılıqları da yaratdı.
Bunlardan birincisi 1971-ci il yanvar ayında İsrail Müdafiə naziri Dayanın ortaya atdığı formul idi. Müvəqqəti razılıq mahiyyətindəki plana görə İsrail qoşunları kanaldan 20 mil geriyə çəkiləcək, buna qarşılıq olaraq Misir də Süveyş kanalını dünya su nəqliyyatına açacaqdı.
Misirin yeni lideri Ənvər Sədata görə bu təklif 242 saylı qərarda tutulanın ziddinə, işğal edilmiş torpaqların çox kiçik bir hissəsinin azad edilməsi idi.
Buna görə də rədd edildi, halbuki rəsmi Vaşinqton Dayanın təklifini irəliyə doğru addım kimi dəyərləndirmişdi.