Search is not available for this dataset
text
stringlengths
10
518k
Qaradağ qaz-benzin zavodunun bazası əsasında Azərbaycan qaz emalı zavodunun yaradılması.
1 yanvar - Bayram Bayramov (kəşfiyyatçı) - 123-cü alayın kəşfiyyat bölüyünün komandiri.
30 yanvar – VI Flipp, İspaniya kralı 2 mart – Deniel Kreyq, ingilis aktyoru 30 mart – Selin Dion, kanadalı müğənni 28 may – Kayli Minouq, Avstraliyalı pop müğənni 30 iyul – Terri Kryus, ABŞ aktyoru.
5 avqust – Marin Le Pen, Fransız siyasətçisi.
9 avqust - Erik Bana, avstraliyalı aktyor 25 sentyabr – Vill Smit, tanınmış Amerika aktyoru.
28 sentyabr – Naomi Uotts, Britaniyalı aktrisa 12 oktyabr - Hyu Cekman, Avstraliyalı televiziya, kino aktyoru və prodüseri 3 dekabr - Brendan Freyzer, ABŞ aktyoru 8 dekabr - Can Yılmaz - türk aktyoru, ssenarist və yazıçı Con Steynbek – Amerika yazıçısı,1962-ci il Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (d.1902).
Behrəng – Azərbaycan əsilli İran yazıçısı və sosialist siyasi xadimi (d.1939).
Martin Lüter King - vətəndaş hüquqları müdafiəçisi.
1 iyun – Helen Keller – amerikalı pedaqoq, aktivist, yazıçı, müəllimə və ictimai xadim.
1968-ci il futbol üzrə SSRİ çempionatı SSRİ-nin 30-cu futbol çempionatı olmaqla, 1968-ci ilin 28 mart — 17 noyabr tarixləri arasında keçirilmişdir.
Turnirin qalibi Kiyevin "Dinamo" komandası olmuşdur.
Yekun cədvəl Xarici keçidlər
1968-ci il may hadisələri — Fransa tarixinə aid olan bu sosial böhran məşhur Fransa xadimi prezident Şarl de Qollun istefasına və hökumətin buraxılmasına gətirib çıxardı.
Hadisələrdən əvvəlki vəziyyət Qəribədir ki, may böhranı onillərlə davam edən iqtisadi inkişaf fonunda baş verdi.
II Dünya müharibəsindən sonra olan bu dövr Şanlı otuzillik adlanır.
Həmin dövrdə Fransa həyat səviyyəsinə görə Dünya liderləri sırasında idi. Lakin son aylarda işsizliyin səviyyəsinin artması cəmiyyətdə vəziyyəti dəyişdi.
1968-ci ilin əvvəlində işsizlərin sayı 500 min nəfərə çatmışdı.
Hətta o dövrdə ali məktəblərdə təhsil almaq kütləvi hal aldığı üçün tələbələr arasında yataqxana və nəqliyyat problemi kritik həddə çatmışdı.
Buna qarşılıq olaraq hökumət ali təhsil müəssisələrinə vakant yerlərin azaldılmasını müzakirəyə çıxardı, bu da tələbələrin etirazlarına səbəb oldu.
Hadisələrin inkişafı İlk olaraq tələbə hərəkatı baş vermiş, ikinci mərhələdə işçilər hərəkata dəstək vermiş və son olaraq hadisələrin siyasi nəticələri görünmüşdür.
Tələbə hərəkatları İlk olaraq Nanter la Defans Universitetinin tələbələri nümayişlərə başladılar.
3 mayda Sorbonna Universiteti tələbələri də onlara qoşuldular, 6 mayda Fransa Milli Tələbə Birliyinin (fr.
UNEF-Union Nationale des Étudiants de France) çağırışı ilə etirazçı tələbələrin sayı 20 minə çatdı.
Etirazçıların əsas lideri isə 23 yaşlı Daniel Kon-Bendit idi. Əsasən Marksist-Leninist, anarxist və digər solyönümlü tələbə hərəkatının əsas şüarı Qadağan etmək qadağandır idi. Artıq 13 mayda etirazçıların sayı bir milyon idi. İşçilərin tələbələrə qoşulması 14 mayda fabrik işçiləri etirazlara qoşulur, bir neçə fabrik t...
16 mayda tətil edən fabriklərin sayı 50-yə çatır.
17 mayda 200 min, 18 mayda isə 2 milyon işçi tətil edir.
Bir həftə sonra isə etirazçı fəhlələrin sayı 10 milyona çatır, bu Fransa işçi qüvvəsinin üçdə ikisini təşkil edirdi.
Əmək haqlarının artılması vədlərinə baxmayaraq, işçilər meydanları tərk etmədilər.
Şarl de Qoll və hökumətin istefasını tələb etdilər.
Şarl de Qollun Parisi tərk etməyi və seçkilər 29 mayda Şarl de Qoll kürəkəninə "Onlara prezident sarayına hücum etmək fürsəti vermək istəmirəm ki, mənə görə qan tökülsün.
Getməyə qərar verdim, boş saraya heç kim hücum etməz" deyərək vertolyotla Parisi tərk etdi.
Prezident Almaniyanın Baden-Baden şəhərindəki Fransa hərbi qərargahında General Jak Massyu ilə görüşür.
Ordunun hökumətin arxasında olduğundan əmin olduqdan sonra Şarl de Qoll doğulduğu Kolombe le Döz-Eqliz qəsəbəsinə qayıdır.
30 mayda 400-500 min etirazçı Əlvida de Qoll şüarları səsləndirərək Paris küçələrində irəlilədilər.
Polis və ordu inqilabın baş verməməsi üçün minimum güc tətbiq etməklə vəziyyətə nəzarət edirdilər, lakin Fransa Kommunist Partiyası da hakimiyyətə keçməyin legitim yolla mümkün olduğunu bəyan edərək inqilaba qarşı olduqlarını bildirdilər.
Böhrandan sonra keçirilən ümumxalq sorğusundan da məlum oldu ki, o dövrdə əhalinin 57%-i istənilən silahlı qarşıdurmaya qarşı idi. Həmin gün Şarl de Qoll 23 iyuna seçkilər təyin etdi və postunu tərk etdi.
800 min adam Fransa bayraqları ilə Şanzelize prospektindən keçdi.
Hadisələrdən sonra Şarl de Qollun seçkilər təyin edərək postunu tərk etməsindən sonra tələbə və işçi etirazlarının sürəti getdikcə azalır.
16 iyunda polis Sorbonna daxil olur.
Şarl de Qollun qorxduğunun əksinə olaraq 23 və 30 iyunda keçirilən seçkilərdə onun partiyası qalib gəlir.
Seçkilərin nəticəsinə görə 487 yerlik parlamentdə Respublikanı Qoruma Birliyi (fr.
UDR-Union pour la Défense de la République) 354, Sosialistlər 57, Kommunistlər 34 yer qazanır.
Buna baxmayaraq Şarl de Qollun siyasi qələbəsi qısamüddətli olur.
27 aprel 1969-cu ildə mərkəzi hakimiyyətin bölgələr arasında bölünməsi və senata üzvlük məsələləri referenduma çıxarılır.
52,41% "yox" ilə qalib gəlməsinə baxmayaraq vəzifəsini tərk edir.
Siyasi nəticələrindən əlavə may hadisələrinin təsiri mədəniyyət, iqtisadiyyat və s. sahələrdə də hiss olunmaqdadır.
Toplumda ənənəvi qanunlardan imtina edilməsi və hakimiyyətin sorğuya çəkilməsinə səbəb olan muxtariyyət, fərdi inkişaf, yaradıcılıq və şəxsiyyətə önəm verilməsi kimi yeni dəyərlər ortaya çıxmışdır.
Hadisələrdən sonra 1970-1975-ci illərdə əxlaqi qanunlar müzakirəyə çıxarılır.
Cinsi azadlıq və feminizm inkişaf edir.
Kilsənin gücündə də hadisələrdən sonra sarsılma hiss olunur.
Hadisələrdən sonra dini zərurətləri yerinə yetirənlərin sayında kəskin azalma müşahisə olunmuşdur.
Şüar və divar yazıları Hər hakimiyyət pozur.
Mütləq hakmiyyət mütləq pozur.
Qurumların xalqa xidmət etməyini istəyirik, xalqın qurumlara xidmət etməyini yox.
İnqilab komitələrə yox sizə aiddir.
İnqilabsız keçən bir həftəsonu, inqilabla keçən bir aydan daha qanlıdır.
Qadağan etmək qadağandır.
Mümkün olmayanı istəyin.
Xoşbəxtliyini əlindən alırlar.
Səki daşlarının altında bir çimərlik var.
Kapitalizmi qoruyan itlər və ya onun xidmətçiləri olmaq istəmirik.
Xəyal qurmayanlar nələrdən məhrum olduqlarını bilməzlər.
1968 Avroviziya Mahnı Müsabiqəsi (ing.
Eurovision Song Contest 1968; fr.
Concours Eurovision de la chanson 1968) — sayca 13-cü Avroviziya Mahnı Müsabiqəsidir.
Sendi Şounun ifa etdiyi "Puppet on a String" mahnısı ilə 1967 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1968-ci ildə Böyük Britaniya müsabiqəyə üçüncü dəfə ev sahibliyi etmək hüququ qazanmışdı.
Müsabiqə ölkənin paytaxtı London şəhərində Royal Albert Hall-da keçirilmişdir.
Müsabiqə 1968-ci ilin 6 aprel tarixində baş tutmuşdur.
Bu müsabiqə rəngli yayımlanan ilk Avroviziya Mahnı Müsabiqəsi olaraq tarixə düşmüşdür.
17 ölkənin iştirak etdiyi müsabiqədə İspaniya təmsilçisi Massiel ifa etdiyi "La, la, la" mahnısı ilə cəmi bir səs fərqi ilə Avroviziya 1968-in qalibi olmuşdur.
Bu İspaniyanın Avroviziyada ilk qalibiyyəti idi. Müsabiqədə qalib gələn mahnı "La, la, la" Avroviziya səhnəsində əslində tanınmış ispan müğənnisi olan Xuan Manuel Serrat tərəfindən ifa edilməli olduğu halda, Serratın mahnını Katalan dilində ifa etmək istəyi müğənninin İspaniya dövlət kanalı tərəfindən müsabiqədə iştira...
Nəticə olaraq Xuan Manuel Serrat TVE tərəfindən Massiel ilə əvəz edilmişdir.
Səsvermənin saxtalaşdırılması iddiaları 2008-ci ilin may ayında İspaniyalı rejissor Montse Fernandes Villa tərəfindən hazırlanan sənədli filmdə mövzü Fransada baş verən 1968-ci ilin may hadisələrinin "Frankist İspaniya"ya təsiri idi. Sənədli filmdə eyni zamanda İspaniyanın Avroviziya 1968-də qalibiyyətinə toxunan rejis...
İddiaya görə, 1968-ci ildə İspan dövlət kanalının rəsmiləri müsabiqədə iştirak edən müəyyən Avropa ölkələrinə səyahət etmiş və dövlət kanallarına pul qarşılığında İspaniyaya Avroviziyada səs vermələri təklif edilmişdir.
Rejissor iddiaya əsas mənbə olaraq, 1968-ci ildə İspan dövlət kanalında çalışan jurnalist Xose Mariya İnyiqonun rejissor ilə müsahibəsini göstərmişdir.
Sənədli filmdə əslində Avroviziya 1968-də ikinci yeri qazanan Böyük Britaniya təmsilçisi Kliff Riçardın müsabiqədə qalib gəlməli olduğu bildirilmişdir.
Sənədli filmin yayımlanmasından sonra qalib mahnını ifa edən müğənni Massiel iddiaların gerçək olmadığını bildirərək, filmin yayımlandığı kanalın əsl məqsədinin sadəcə skandal yaratmaq olduğunu iddia etmişdir.
Xarici keçidlər Eurovision.tv Həmçinin bax Avroviziya Mahnı Müsabiqəsi
1968 UEFA Avropa Çempionatı Finalı — 1968-cı il 8 və 10 iyun tarixlərində İtaliyanın paytaxtı Roma şəhərində yerləşən Olimpiko stadionunda İtaliya və Yuqoslaviya milli komandaları arasında keçirilmiş UEFA Avropa Çempionatı final matçı.
İlk matç 1-1 hesablı bərabərliklə başa çatdı.
Cavab matçında isə İtaliya yığması Luici Riva və Pietro Anastasinin qolları ilə yekunda 2-0 hesabı ilə turnirin qalibi oldular.
Oyunun nəticələri Oyunun nəticələri
Laçın rayonunun Qaragöl ərazisinin, Qubadlı rayonunun Çayzəmi ərazilərinin, Qazax rayonunun Kəmərli kənd ərazilərinin, Kəlbəcər rayonunun Zod qızıl yatağı ərazilərinin bir hissəsi Moskva rəhbərliyinin qərarı ilə Ermənistana verilir.
Ağstafa su anbarının istismara verilməsi.
14 iyul - Heydər Əlirza oğlu Əliyevin Azərbaycan KP MK-nın I katibi vəzifəsinə seçilməsi.
Şirvan Dövlət Qoruğunun yaradılması.
Abşeron yasaqlığının təşkil olunması.
Kür-Araz ovalığının Cənub-Şərqi Şirvan düzənliyində (Bəndovan Dövlət Təbiət Yasaqlığının əsasında,1961) Şirvan Dövlət Təbiət Qoruğunun yaradılması.
Lerik və Yardımlı rayonları ərazisində Zuvand Dövlət Təbiət Yasaqlığının yaradılması.
İsmayıllı rayonu ərazisində İsmayıllı Dövlət Təbiət Yasaqlığının yaradılması.
Qubadlı rayonu ərazisində Qubadlı Dövlət Təbiət Yasaqlığının yaradılması.
Ordubad və Culfa rayonları ərazisində Ordubad Dövlət Təbiət Yasaqlığının yaradılması.
Bakı poladtökmı zavodunun işə salınması.
11 fevral – Cennifer Eniston, Amerika aktrisası.
25 aprel – Albert Aqarunov, yəhudi əsilli Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi iştirakçısı.
14 may – Keyt Blanşet, avstraliyalı kinoaktrisa.
25 may – Enn Heç, amerikalı aktrisa.
26 may – Anjelika Varum, rus müğənnisi.
14 iyun — Elroy Çester, 44 yaşına iki gün qalmış Texasın Hantsvill şəhərindəki Texas Dövlət Həbsxanasında edam olunan bir dustaq.
23 iyun – Achinoam Nini, müğənni.