Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Human Rights Watch isə, 6–7 iyul tarixlərində 43 uyğur kişinin Çin təhlükəsizlik qüvvələri tərəfindən aparıldığını bildirmişdir. |
Onlar həmçinin, bunun ayzberqin sadəcə görünən tərəfi olduğunu da əlavə etmişdirlər. |
Human Rights Watch idda edir ki, 20-i yaşlarında olan və polis tərəfindən aparılan uyğurlardan 20 oktyabr 2009-cu il tarixindən etibarən heç bir xəbər alınmamışdır. |
7 iyul tarixində Urumçidə hanların silahlarla müşayiət olunan böyük ölçülü nümayişləri başladı. |
İştirakçıların sayı barədə qərb mətbuatında müxtəlif iddialar var idi. Göstərilnə say yüzlərlədən 10.000-ə qədər dəyişirdi. |
The Times uyğurlarla hanlar arasında toqquşmaların olduğunu və hanların uyğurlardan intiqam almaq üçün silahlandığını yazmışdı. |
Nümayişi dağıtmaq üçün polis gözyaşardıcı qazdan istifadə etdi. |
Meqafonla ıhaliyə müraciət edilərək evlərinə getmələri istənilirdi. |
Urumçinin partiya təşkilatının sədri Li Zhi maşının damından meqafonla insanları dağılışmağa səsləyirdi. |
Kütləvi etirazlar 8 iyulda tamamilə başa çatdı. |
Şəhər boyunca tək-tük hadisələr baş versə də, ümumi olaraq hadisələr normal axarına geri dönürdü. |
İğtişaşlardan sonrakı günlərdə minlərlə insan şəhəri tərk etməyə başladı və avtobus qiymətləri 5 dəfə bahalaşdı.10 iyulda çəhər rəhbərliyi "ictimai təhlükəsizliyə" görə şəhər məscidlərinin ibadət üçün qapadıldığını elan etdi. |
Həmçinin, çox sayda insanların bir yerə toplanmasının, ənənəvi cümə ibadəti olan cümə namazlarının toplu formada qılınmasının təhlükəli olduğu deyildi. |
Lakin uyğurlar kütlələr halında toplanaraq, cümə namazlarını qılırdılar. |
Hər hansısa hadisəyə səbəb olmamaq üçün rəhbərlik iki məscidin ibadətə açılmasına icazə verdi. |
Cümə namazından sonra insanlar hələ də həbsdə saxlanılanların azadlığa buraxılması üçün etiraz etmələrinə baxmayaraq, nümayiş dağıdıldı və 5–6 nəfər həbs edildi.Avqust ayının əvvəllərində 300 nəfərdən çox insan həbs edildi. |
BBC-ə görə, iğtişaşlar səbəbi ilə həbs edilənlərin ümumilikdə sayı 1.500 nəfərdən çox idi. The Financial Times isə həbs edilənlərin sayının təxminən 4.000 nəfər olduğunu təxmin edirdi. |
Qeyd etmək lazımdır ki, bu zaman Urumçi həbsxanaları artıq dolmuşdu. |
Buna görə də, məhbusların ordunun anbarlarında saxlanılmasına başlanmışdı. |
Uyğur-Amerikan Assosiasiyası görə, xeyli sayda uyğur jurnalist və bloqqer də iğtişaşlardan sonra həbs edilmişdir. |
Onlardan biri olan jurnalist Qeyrət Niyaz xarici mətbuata müsahibə verdiyi üçün 15 il həbsə məhkum edilmişdi. |
Digər səs-küylü həbs isə İlham Tohti ilə baş verdi. |
Minzu Universitetində iqtisadiyyat müəllimi olan Tohti də Sintszyan hakimiyyətini tənqid etdiyi üçün iğtişaşlardan iki gün sonra həbs edilmişdi. |
Reaksiyalar və cavablar Daxili reaksiya Kommunikasiya kəsintiləri Mobil telefon və internet xidmətləri iğtişaşlar zamanı və ondan sonra bir müddət məhdudlaşdırılmışdı. |
Çin mobil telefon xidməti "hadisələrin daha da böyüməməsi" üçün mobil zəngləri kəsdiyini bildirmişdi. |
Həmçinin, Sintszyana edilən və ya buradan edilən beynəlxalq zənglər da bloklanmışdı. |
Regiona internet verilişi ya tamamilə dayandırılmış, ya da bəzi yerli saytlar qapadılmışdı. |
9 iyul tarixində Urumçinin Hot Tak otelində qalan Əl-Cəzirə jurnalisti bildirmişdi ki, onların oteli şəhərdə internetə giriş mümkün olan yeganə yer idi, lakin onlar öz mesajlarını və ya beynəlxalq zənglərini reallaşdıra bilmirdilər. |
Yerli saytların əksəriyyəti və google senzuraya məruz qaldı. |
Tez bir zamanda etirazlardan çəkilmiş görüntülər Twitterdə, YouTubeda və Flickrdə yayımlandı. |
Əksər dünyanın digər yerlərindən Sintszyan saytlarına giriş qadağan edildi. |
14 may 2010-cu il tarixinə qədər, yəni təxminən bir il Sintszyanda internet məhdud şərtlər altına verildi. |
Çinin dövlət tərəfindən idarə olunan televiziyaları etirazçıların maşınları yandırması videolarını durmadan yayımlayırdılar. |
Rəsmilər isə partiyanın verdiyi reaksiyanı təkrarlayırdılar. |
Bələdiyyə sədri Nur Bəkri verdiyi müsahibəsində Şaoquan hadisəsini barədə danışmış və Quanqdonq, Sintszyan hadisələrinin hökumət tərəfindən ədalətli və ətraflı formada araşdırıldığını bildirmişdi. |
Bəkri hadisələrinin əvvəlcədən planlanmış və düşünülmüş olduğunu bildirmişdi. |
Sintszyan Regional Xalq Konqresinin Daimi Komitəsinin katibi Eligen İmibaxi 5 iyul iğtişaşlarını "ekstremizm, separatizm və terrorizm" nümunəsi adlandırmışdı.Çin mətbuatı öz fəaliyyətində iğtişaşları ətraflı formada əks etdirmişdi. |
İğtişaşlar və qarşıdurmalar sakitləşdirildikdən sonra, Çin dövləti xarici jurnalistləri bölgəyə dəvət etdi. |
Bu hadisə əvvəllər görülməmişdi. |
Təxminən 100 mətbu orqandan olan jurnalistlər tez bir zamanda Sintszyana gəldilər. |
Hoy Tak otelində yerləşdirilən jurnalistlərlə 30 internet əlaqəsi paylaşılmmışdı. |
The Financial Times Çinin bu siyasətini 2008-ci il Tibet hadisələri zamanı baş vermiş "ictimai münasibətlər fəlakəti"ndən sonra alınmış qərar olaraq qiymətləndirmişdi.İğtişaşlar yatırıldıqdan sonra Çin mətbuatı geniş həcmli propaqandaya başladı. |
Propaqandada Sintszyandakı etnik harmoniya təbliğ edilirdi. |
Yerli televiziyalarda uyğur və han musiqiçilərdən təşkil edilmiş xor "Biz eyni ailənin üzvləriyik" mahnısını oxuyurdu. |
İğtişaşlar zamanı "qəhrəmancasına hərəkət edən" uyğurlar barədəproqramlar çəkilirdi. |
Yük maşınları küçələrdə gəzərək şüarlar səsləndirirdi. |
Əsas şüar insanları "3 qüvvəyə – terrorizmə, separatizmə və ekstremizmə" qarşı xəbərdar etmək idi.Çin prezidenti və Kommunist Partiyasının baş katibi Hu Cintao İtaliyadakı Böyük Səkkizlər görüşlərimi yarımcıq qoyaraq, ölkəsinə geri döndü. |
Təcili Siyasi Büronu iclasa çağıran Cintao, Daimi Komitənin üzvü Zhou Yonqkanqı təhlükəsizliyi və nizami təmin etmək üçün Sintszyana göndərdi. |
Cənubi Çin Gündəlik Postası qəzeti hökumətdəki mənbəsinə istinadən bildirirdi ki, Urumçi hadisələri hakimiyyətin inqilabın 60 illiyi ilə bağlı planladığı tədbirlər planına da təsir etmişdir. |
Quanqdonq Əyalət Komitəsinin katibi Vanq Yanq hökumətin etnik azlıqlara olan siyasətində dəyişikliklərə getməsinin vacib olduğunu bildirmiş, əks halda müəyyən problemlərlə qarşılaşa biləcəyini demişdi. |
Bir təhlükəsizlik planlayıcısı inqilabın 60 illiyi münasibətilə Sintszyana qonşu bölgələrdən də qoşun göndəriləcəyini, bölgədəki ümumi təhlükəsizlik qüvvələri sayının 130.000-ə çatdırılacağını demişdi. |
İğtişaşlardan sonra Çin hökuməti Rəbiyyə Qədirin səfər etdiyi ölkələrə diplomatik təzyiqlər etməyə başladı. |
İyulun sonlarında Hindistan "Çinin məsləhəti" ilə Rəbiyyə Qədirin viza müraciətini rədd etdi. |
Rəbiyyə Qədirin Yaponiya səfərindən sonra Çindəki yapon səfiri XİN-ə çağırıldı və ona bu bməsələ barədə Çinin narazılığı bildirildi. |
Rəbiyyə Qədirin öz həyatı barədə çəkilmiş filmin təqdimatı üçün Avstraliyaya getməsindən sonra Çin Avstraliyaya da etiraz etmiş və filmin təqdim edilməməsini istəmişdi. |
İnternetdəki münasibət Çin internetində qarşıdurmalara münasibət rəsmi dövlət münasibətindən fərqli oldu. |
İnternetdəki bloklamalara və senzuraya baxmayaraq, internet istifadəçiləri qarşıdurmalar barədə öz fikirlərini yazmağa davam etdilər. |
Müzakirəçilər arasında hökumət tərəfindən çıxış edənlər olsa da, uyğurların niyə bunu etdiklərini öyrənməyə çalışanlar da az deyildi. |
Hökumət nümayəndələri tez bir zamanda müxtəlif şərhləri və yazıları silsələr də, günahkarların tapılıb cəzalandırılması ümumi tələb idi. Bəzi postlarda həm hanlar, həm də zlıqlar tərəfindən sevilən general Vanq Zhenə həsr edilirdi. |
Bir çox uyğur Sintszyanda kommunist hakimiyyətinin yenidən möhkəmlənməsindən sonra repressiyaya məruz qalacaqlarından qorxurdu. |
Beynəlxalq reaksiyalar Hökumətlərarası təşkilatlar BMT: Baş katib Pan Gi Mun bütün tərəfləri təmkinli olmağa çağırdı və Çini mülki əhalini, vətəndaşlarını qorumağa çağırdı. |
Həmçinin, o, Çini insanların sərbəst toplaşma, söz azadlıqlarına hörmət etməyə çağırdı. |
İnsan hüquqları aktivisti Navi Pilley ölənlərin sayından təşvişə düşdüyünü və iğtişaşların yalnız bir gün olduğunu nəzərə alsaq, ölü sayının həddindən artıq çox olduğunu bildirdi. |
O, həmçinin bildirmişdi ki, Çin məhbuslarla beynəlxalq normalara uyğun formada davranmalıdır. |
Şanxay Əməkdaşlıq Təşkilatı: Bu təşkilat rəsmi bəyanat yayımlayaraq hadisələr zamanı həyatını itirən günahsız şəxslərin ailələrinə başsağlığı verdiklərini bildirdi. |
Həmçinin, təşkilat Sintszyanın Çinin ayrılmaz hissəsi olduğunu, buna görə də, hadisələri Çinin daxili işi olduğununa inandıqlarını əlavə etdi. |
Rusiya XİN rəhbəri Sergey Lavrov etirazçıları etnik dözümsüzlük yayan şüarlar səsləndirdiklərinə görə qınadı. |
Çinin qonşuları olan Qazaxıstan və Qırğızıstan qaçqın axınları üçün hazırlaşdıqlarını və sərhəddə nəzarətin gücləndirildiyini bildirdilər. |
Qazaxıstan dövlətinin Çini dəstəkləməsinə baxmayaraq, paytaxt Almatıda 5 min uyğur Sintiszyanda uyğurlara qarşı sərt güc tədbiq edilməsinə etiraz etdi. |
İslam Əməkdaşlıq Təşkilatı: Çini sərt və lazım olandan daha çox güc tətbiq etdiyinə görə qınayan təşkilat Çini məsuliyyət daşıyanların tapmağa çağırdı. |
Həmçinin, Çin etirazlara səbəb olan məsələləri həll etməyə çağırılırdı. |
Avropa İttifaqı: liderlər narahatlıqlarını dilə gətirdilər və Çini etirazçılarla ortaq məxrəcə gəlməyə səslədilər. |
Almaniyanın kansleri Angela Merkel etnik azlıqların hüquqlarına hörmətlə yanaşılmasının lazım olduğunu vurğuladı. |
İtaliya Prezidenti Giorgio Napolitano, Hu Cintao ilə keçirdiyi mətbuat konfransında insan haqları mövzusunda xüsusilə dayandı və dedi ki, "Çində əldə olunan iqtisadi və sosial tərəqqi insan hüquqları baxımından yeni tələblər qoyur. |
Uyğurlarında yaşadığı və əsas əhalisi türk mənşəli olan Türkiyə rəsmi formada "dərin təssüf " hissi keçirdiyini bildirmiş və Çini günahkarları ələ keçirməyə çağırmışdı. |
Baş nazir Rəcəb Tayyib Ərdoğan hadisəni "soyqırım kimi" adlandırmışdı. |
Ticarət və sənaye naziri Nihat Ərgün Çin mallarını boykot etməyə çağırmışdı, lakin onun bu çağırışı uğursuz oldu. |
Çində uyğur əhaliyə qarşı təzyiqlərə etiraz olaraq xeyli sayda türk vətəndaş ölkədəki Çin səfirlikləri və konsulluqları qarşısında etiraz nümayişləri keçirdilər. |
Türkiyədə belə bir münasibətin göstərilməsi Çin mətbuatında da geniş formada əks etdirildi. |
Rəbiyyə Qədir isə Türkiyənin uyğurlarla bağlı məsələdə məhdudiyyətlərlə qarşılaşdığını bildirdi, çünki Türkiyənin uyğur məsələsinə müdaxiləsi Çinin də Türkiyənin problemi olan kürd məsələsinə müdaxiləsi ilə nəticələnə bilərdi.İslam Əməkdaşlıq Təşkilatındakı ərəb ölkələri siyasi olaraq Çini dəstəkləyirdilər. |
Səudiyyə Ərəbistanı və Misir bu işdə xüsusilə fərqlənirdilər. |
Onlar təşkilatda anti-Çin hərəkatın böyüməməsi üçün əllərindən gələni etdilər. |
Misir Çinin problemini özünün məzhəbçi problemi ilə oxşarlıq təşkil etdiyinə görə bu cür addım atırdı. |
Sudan da Çinə qarşı çıxmaqla öz daxili probleminə xarici müdaxilənin olmasına zəmin yarada biləcəyindən çəkinirdi. |
İndoneziya isə öz daxilində olan islamçı qruplaşmaları sakitləşdirmək üçün ictiamiyyətə Sintszyan hadisələrinin dini yox, etnik əsaslı olduğunu bildirdi. |
Pakistan, Səudiyyə ərəbistanı və Misir Çinin təşkilatda hadisələrlə bağlı məlumat verməsinə şərait yaratdı. |
Ərəb Liqası, Səudiyyə Ərəbistanı və İran məsələ ilə bağlı heç bir mövqe sərgiləmədilər. |
Sonradan Çin İran və Səudiyyə Ərəbistanla münasibətlərini daha da inkişaf etdirdi. |
Onun bunda məqsədi bu ölkələr vasitəsiylə İslam dünyasına daha çox təsir edə bilmək istəyi idi.Əfqanıstan, Kamboca və Vyetnam çinin "lazımı tədbirləri gördüyünə inandıqlarını" və Çinin "ərazi bütövlüyünü və suverenliyini dəstəklədiklərini" bildirdilər. |
Mikroneziyanı vite-prezidenti Alik Alik isə hadisələri "terror hərəkəti" adlandırdı.İran isə Türkiyə və İƏT-nın narahatlığını paylaşdıqlarını və Çinin Sintszyanda yaşayan müsəlmanların hüquqlarına hörmətlə yanaşmasının vacibliyi vurğuladı.Yapon hökuməti hadisələri narahatlıqla izlədiklərini bildirdi. |
Sinqapur hökuməti isə tərəfləri diaoloqa çağırdı. |
Tayvan hökuməti isə toqquşmaları şiddətləndirilənlərin məsuliyyətə cəlb edilməsinə səslədi. |
Baş nazir Liu Çiao-şiuan tərəfləri təmkinli olmağa çağırmaqla, Çinin gələcəkdə etnik azlıqların hüquqları məsələsinə daha həssas yanaşaçağına inandığını bildirdi. |
Tayvan 2009-cu ilin sentyabr ayında Rəbiyyə Qədirə viza verməkdən imtina etdi. |
Tayvan bu hərəkətini Rəbiyyə Qədirin BMT tərəfindən terror təşkilatı kimi tanınan Şərqi Türküstan İslami Hərəkatı ilə əlaqələrinin olması iddiaları ilə əsaslandırmışdı.İsveçrə təmkinli olmağa çağırış etdi və həyatını itirənlərin ailələrinə başsağlığı bildirdikdən sonra çinin mətbuat və ifadə azadlığına hörmət etməyə ça... |
Avstraliyanın baş naziri Kevin Rudd "çətinliklərin sülh yolu ilə həllinə inandığını" bildirdi. |
Serbiya separatizmə qarşı olduğunu və bütün "problemlərin sülh yolu ilə həll ediləcəyinə inandığını" bildirdi. |
Belarus ölmüş insan sayına və regiona dəymiş ziyana görə təəssüf hiss keçirdiyini və vəziyyətin yaxın vaxtda normala dönəcəyinə ümid etdiyini bildirdi.Norveç və Niderlandda vəziyyət fərqli oldu. |
Niderlanddakı Çin səfirliyinə uyğur aktivistlər tərəfindən hücum oldu. |
Aktivistlər səfirliyin şüşələrini, pəncərələrini sındırdı və Çin bayrağını yandırdı. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.