Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
ÇXR uyğurları yerli əhalidən daha çox milli azlıq kimi sinifləndirmişdi və hanlar onlardan daha üstün və daha yerli əhali hesab edilirdi. |
ÇXR milyonlarla hanın Sintszyana miqrasiyasını təşkil etmiş, onların siyasi və iqtisadi olaraq hakim olmalarına şərait yaratmışdı.XIX əsrin başlanğıcında – Tzin sülaləsinin bölgəni yenidən ələ keçirməsindən 40 il sonra Sintszyanın şimalında han və hueylərin sayı 155.000 min idi. |
Bu bölgənin cənubunda yaşayan uyğurların sayından təxminən 2 dəfə çox idi. Tzin sülaləsi zamanı XIX əsrdə həyata keçirilən əhalinin siyahıyaalınması zamanı bölgənin etnik göstəriciləri də əks etdirilmişdi. |
Bu dövrdə bölgədə yaşayanların 30 faizi han, 60 faizi isə türk kimi göstərilmişdi. |
1953-cü ildə isə göstəricilər dramatik formada dəyişmişdi. |
Əhalinin 6 faizi han, 75 faizi uyğur idi. 2000-ci ildə də əhalinin faiz nisbəti yenidən kəskin dəyişmişdi – 40.57 faiz han və 45.21 faiz uyğur. |
Professor Stenli V. Tups bildirir ki, Sintszyanın bugünkü demoqrafik göstəriciləri Tzin hakimiyyətinin erkən dövrü ilə bənzərdir. |
Tzinlər Sintszyanın şimalındakı monqolları (çunqar-oyratları) köçürdükdən sonra onların yerinə hueyləri, hanları, uyğurları, xibeləri və qazaxları köçürdülər. |
Bu zaman Sintszyanın 1/3-ni təşkil edən şimalı hueylərdən və hanlardan, 2/3-i təşkil edən və Tarim Basin adlanan cənub hissəsi isə uyğurlardan ibarət idi.ÇXR-nin etnik azlıq siyasətinin han əhalisindən ayrı olaraq uyğur etnik kimliyini gücləndirməsinə baxmayaraq, bəzi alimlər iddia edir ki, rəsmi Pekin qeyri-rəsmi form... |
Eyni zamanda, rəsmi dairələr hər hansısa separatizm hallarının meydana çıxmaması üçün də əllərindən gələni edirlər. |
Mədəni fərqliliklərə əlavə olaraq, hökumətin bu siyasəti zaman-zaman uyğurlarla hanlar arasında toqquşmalara səbəb olmuşdur. |
Digər tərəfdən, miqrasiyanın nəticəsi və hökumətin siyasəti uyğurların dini azadlıqlarının və hərəkət etmə sərbəstliyinin məhdudlaşması ilə nəticələnmişdir. |
Bir çox uyğur iddia edir ki, hökumət onların tarixlərini və ənənəvi mədəniyyətlərini məhv etmək istəyir. |
Digər tərəfdən bəzi hanlar uyğurların "bir uşaq siyasəti"ndən azad olmalarını, universitetlərə daha rahat qəbul olmalarını və separatizmə daha meylli olmalarına vurğu edirlər.Hanlarla uyğurlar arasındakı bu gərginliklər son illərdə müxtəlif etiraz dalğalarına səbəb olmuşdur. |
Sintszyanda baş vermiş etnik və kültürəl toqquşmalara misal olaraq 1997-ci il Gülcə hadisələrini, 2008-ci il Qaşqar hücumunu, 2008 Yay Olimpiya Oyunlarından əvvəlki narahatlıqları və digər içik həcmli hücumları göstərmək olar. |
Bilavasitə səbəblər İğtişaşlar Quanqdonq əyalətinin Şaoquan şəhərində baş vermiş şiddət hadisələrindən günlər sonra baş verdi. |
Burada xeyli sayda miqrant işçi qıtlığını ortadan qaldırmaq üçün işə götürülmüşdü. |
Dövlət mətbuatına görə, bundan narazı qalan keçmiş işçi 6 uyğur kişi tərəfindən 2 han qadına təcavüz edildiyi barədə şayiələr yaymışdı. |
Rəsmi dairələrin bildirdiyinə görə, sonradan bu iddianı doğrulayacaq heç bir sübut tapılmamışdır. |
Bu şayiələr Quanqdonq zavodunda etnik əsaslı toqquşmalara səbəb oldu və 25–26 iyun tarixində baş vermiş hadisələr zamanı iki uyğur qətlə yetirildi. |
Sürgündə olan uyğur liderləri öldürülənlərin sayının çox olduğunu bildirmişdilər. |
Rəsmi dövlət agentliyi olan Xinhua Xəbər Agentliyi isə şayiəni yayan şəxsin həbs edildiyi barədə məlumat yaydı. |
Uyğurlarsa hakimiyyətin uyğur işçiləri müdafiə etmədiyini və uyğurların qətlə yetirilməsinə görə heç bir hanın həbs edilmədiyini iddia edirdilər. |
Buna etiraz etmək üçün 5 iyulda Urumçidə etiraz yürüşü təşkil edildi. |
Etirazçıların məqsədi hadisələri ətraflı araşdırmaq üçün hökuməti təşviq etmək idi.Bir anda nümayiş zorakılığa çevrildi. |
Hökumət bəyanatında iğtişaşları "əvvəlcədən qurulmuş, mütəşəkkil zorakılıq… xaricdən təhrik edilmiş və qanunsuz olaraq həyata keçirilmiş" adlandırdı. |
Sintszyan regional hökumətinin katibi Nur Bəkri 6 iyulda Şaoquan hadisələrindən separatçıların istifadə etdiyini, bazar günü hadisələrinin xarici qüvvələr tərəfindən etnik və sosial stabilliyi pozmaq üçün təşkil edildiyini bildirdi. |
Hökumət sürgündə olan azadlıq qrupunu Dünya Uyğur Konqresini (DUK) iğtişaşları internet üzərindən qızışdırmaqda və təhrik etməkdə günahlandırdı. |
Hökumət mənbələri, Tibetdəki iğtişaşlardan sonra etdiyi nitqlərə və Urumçidə bir şey olacağını söylədiyi telefon yazılarına istinadən xüsusilə Rəbiyyə Qədiri günahlandırdı. |
Çinli dövlət məmurları DUK-i üzvü olduğu iddia edilən və video yaymaqla etnik münaqişəni qızışdırmaqda ittiham olunan bir şəxsi həbs etdi. |
Həmin şəxs uyğurları hanlara qarşı vuruşmağa çağırırdı. |
Urumçi şəhərinin bələdiyyə sədri Cirla İsaməddin isə etirazçıların QQ qrupları üzərindən onlayn formada təşkilatlandığını bildirmişdi. |
Gündəlik Çin" qəzeti hadisələr zamanı etirazların Orta Şərqin terrorçu təşkilatlarına yardım etmək və separatizmi dəstəkləmək üçün təşkil edildiyini yazmışdı. |
Rəbiyyə Qədir bu iddiaları rədd edirdi və etirazlarla əlaqəsinin olduğunu rədd edərək, əsas səbəb kimi ağır polis zülmünü, Şaoquan hadisələri zamanı meydana çıxan narahatlığı və uzun illərdir davam edən Çin zülmünü göstərirdi. |
O, həmçinin etirazların heç bir terrorçu və separatçı təşkilatla əlaqəsinin olmadığını da bildirirdi. |
DUK üzvləri hadisələrin belə gərginləşməsinə səbəb kimi isə polisin kütləni dağıdarkən sərt gücdən istifadə etməsini göstərirdilər. |
Zamanla bütün partiyalar etirazların əvvəlcədən planlanlaşdırıldığı firkində həmfikir oldu, əsas müzakirə məsələsi isə şiddətin əvvəlcədən planlaşdırıldığımı yoxsa spontan formada ortaya çıxdığı məsələsi idi. Digər müzakirə edilən məsələ isə etirazların sepraratçı arzularla ya sosial ədalətsizliklə bağlı olduğu idi. İl... |
Nümayişlər dinc formada başlamışdı və rəsmi dairələrin, şahidlərin bildirdiyinə görə, iştirakçıların sayı təxminən 1000 idi. Lakin DUK iştirakçıların sayının 10.000 olduğunu bildirib.6 iyul tarixində Nur Bəkri ötən günün rəsmi vaxt göstəricilərini elan etdi. |
Bu hesabata görə, təxminən yerli vaxtla 17:00-da 200 etirazçı Xalq Meydanın toplanmış və onlrın 70 nəfəri həbs edilmişdir. |
Bundan sonra kütlə əsasən uyğurların yaşadığı Cənubi Ciefanq yolu üzərində, Erdaoqiaoda və Şanxi keçidində toplaşmışdır. |
Təxminən 19:40-da min nəfərdən çox etirazçı Şanxi keçidindəki xəstəxananın qarşısına toplaşmış və 300 nəfərdən çox şəxs Renmin yolunu və Nanmen bölgəsini bloklamışdır. |
Bəkrinin bildirdiyinə görə, etirazçılar polisin 20:18-də kütləyə müdaxilə etməsindən sonra ərazidəki avtobusları yandırmağa başlamışdır.Nümayişlər necə nəzarətdən çıxması dəqiq bilinmir. |
Bəziləri buna səbəb kimi polisin davranışlarını göstərir. |
Polisin kütləyə qarşı sərt gücdən istifadə etməsi əsas gətirilir. |
Dünya Uyğur Konqresi hadisələr başlayan zaman cəld formada bəyanat yayımladı və etirazlar zamanı polisin etirazçılara qarşı ölümcül müdaxilə göstərdiyini, çox sayıda şəxsin həyatını itirdiyini bildirdi. |
Rəbiyyə Qədir etirazçılar arasında provakatorların olduğunu iddia edirdi. |
Bəziləri isə şiddətdən ilk dəfə etirazçıların istifadə etdiyini bildirmişdir. |
Hökumətin rəsmi mövqeyi bu zorakılığın yalnız etirazçıların təşəbbüsü ilə başlamaması, xaricdəki Uyğur separatçıları tərəfindən əvvəlcədən düşünülmüş və əlaqələndirilmiş olması idi. |
Yerli ictimai təhlükəsizlik bürolarının bildirdiyinə görə, xeyli sayda uyğur iğtişaşlarda iştirak etmək üçün başqa şəhərlərdən Urumçiyə gəlmiş və 2–3 gün əvvəldən silahlar hazırlamağa başlamışlar. |
Lakin bu iddialar heç vaxt sübut olunmadı. |
Eskalasiya və yayılma Polislə qarşıdurmadan sonra etirazlar daha da şiddətləndi. |
Etirazçılar polisə daş atmağa, maşınları yandırmağa və dükanlara daxil olmağa başladı. |
Başlanğıcda iğtişaşlarda 1.000 uyğur iştirak edirdisə, sonradan bu say 3.000-ə çatdı. |
Xarici jurnalistlər isə hər iki dindən və etnosdan olan qrupların bir-birilərinə hücum edə biləcəklərini bildirmişdilər. |
Hər halda, iğtişaşlar zamanı hər iki etnosun bir-birinə hücumları reallaşmışdı. |
Etirazçıların əksəriyyətinin uyğurlardan ibarət olmasına baxmayaraq, şiddət göstərənlərin hamısı heç də uyğurlar deyildi. |
Etirazlar zamanı bir çox hanın və uyğurun bir-birilərinə kömək etdiyi, canını xilas etdiyi müşahidə edilmişdi. |
Şəhərə 1.000 polis yeridildi. |
Polislər göz yaşardıcı qazlardan, su sırnaqlarından, dəyənəklərdən və s.-dən istifadə edirdi. |
Şəhərdəki barrikadalar təmizlənildi və şəhərə zirehli texnika yeridildi.Mətbuat konfransı zamanı bələdiyyə sədri Cirla İsaməddin bildirdi ki, 20:15-dən etibarən etirazçılar döyüşməyə və dağıtdılar törətməyə başlamış, polis maşınlarını devirmiş və yandırmışdırlar. |
20:30-dan isə Cənubi Ciefanq yolunda toqquşmalar daha da gərginləşmiş və etirazçılar hücumlarını daha da kəskinləşdi. |
Tezliklə 700–800 etirazçı Xalq Meydanından Dximen və Xiaoximen bölgəsinə getmiş və burada polislə toqquşmağa başladı. |
Hadisələr zamanı 6 nəfər həyatını itirmiş, 6-ı polis olmaqla, 26 nəfər yaralandı. |
Qaynar nöqtəlrə olan Renmin yoluna, Nanmenı, Tuanjie yoluna, Yanan yoluna və Cənubi Xinhua yoluna əlavə polis qüvvələri göndərildi. |
Polis 22:00-da kommersiya küçələrində və yollarda nəzarəti ələ ala bildi. |
Lakin uyğurların çinlilərlə toqquşması və etirazları digər küçələrdə davam edirdi. |
Bələdiyyə sədrinin bildirdiyinə görə, bundan sonra polis kiçik qruplara bölünmüş və küçələri təmizləməyə başladı. |
Həmçinin, küçələrdə maın sıxlığının və xaosun qarşısını almaq üçün təxminən 12 saatlıq nəqliyyata məhdudiyyət gətirildi.Rəsmi xəbər agentliyi olan Xinhua agentliyi hökumətin digər yerlərdə də iğtişaşlar təşkil edilməsinə inandığını yazmışdı. |
Bu yerlərə misal olaraq isə, Ağsu və Yili prefekturaları göstərilirdi. |
Etiraz nümayişləri Sintszyanın cənubunda yerləşən Qaşqara da sıçramışdı. |
Cənubi Çin Səhər Postası qəzeti Qaşqarda dükanların bağlı olmasını, əsas məscidin Çin ordusu tərəfindən mühasirəyə alınıb qapadıldığını yazırdı. |
Yerli uyğurlar polis qüvvələrini sərtgüc tətbiq etməkdə ittiham edirdilər. |
Onların bildirdiyinə görə, polis dinc nümayişə müdaxilə edib, güc tətbiq edərək 50 uyğuru həbs etmişdi. |
Bir digər toqquşma xəbəri 7 iyulda gəldi. |
Məscidin yaxınlığında 50-dən çox uyöur həbs edilmişdi. |
Qaşqar Müəllimlər İnistitutunda 12.000-dən çox tələbə universitet şəhərciyinə qapadılmışdı. |
Gümanki, onlardan bəziləri etiraz nümayişlərində iştirak etmək üçün Urumçiyə getmişdi. |
Yaralananlar və dəymiş ziyan İğtişaşların ilk saatlarında dövlət mətbuatı ölənlərin sayınnı 3 olduğunu elan etmişdi, lakin ilk gecəki toqquşmalardan sonra ölənlərin sayı sürətli formada yüksəldi. |
6 iyulda Xinhua agentliyi 129 nəfərin öldüyünü elan etdi. |
Növbəti günlərdə də həm dövlət mətbuatı, həm də partiya mənsubları ölü sayı barədə müxtəlif rəqəmləri dilə gətirdilər. |
Nəhayət, 18 iyul tarixində ölü sayının 197, yaralı sayının isə 1.721 olduğu elan edildi. |
Dünya Uyğur Konqresi isə ölülərin sayının 600 cıvarında olduğunu idda edirdi. |
Xinhua ölənlərin və yaralananların etnik göstəricilərini verməkdə tələsmirdi. |
Lakin The Times və The Daily Telegraph kimi qəzetlərin bildirdiyən görə həyatını itirənlərin əksəri han idi. 10 iyul tarixində Xinhua nəhayətki, ölülərin etnik mənsubiyyətini elan etdi. |
Həyatını itirən 184 şəxsdən 137-i han, 46-ı uyğur və 1-i huey idi. Şahidlərin bildirdiyinə görə, 12 nəfərlik uyğur etirazçı qrupu polis tərəfindən güllələnmişdi. |
Yaralananların da sayı təxminən buna uyğun idi. Xəstəxanaların verdiyi məlumata əsasən yaralıların 2/3-ü hanlar təşkil edirdi. |
Dünya Uyğur Təşkilatı isə qətlə yetirilən əksər uyğurun hesabatlarda yer almadığını bildirirdi. |
2009-cu ilin avqustunda Çin hökuməti tərəfindən bəyan edilmiş hesabata görə, həyatını itirmiş 156 mülki şəxsdən 123-ü han, 10-u uyğur və 1-i mancurdur. |
Uyğurlar isə bunu qəbul etmir və rəqəmlərin həqiqəti əks etdirmədiyini bildirirlər. |
Xinhua həmçinin, 627 maşının yandırıdığını və 633 konstruksiyanın ziyan gördüyünü də bildirmişdi.Urumçi bələdiyyə sədri hər ölən günahsız şəxsin ailəsinə ¥200.000, dəfn xərclərinə görə isə, ¥10.00 verildiyini bildirdi. |
Bu rəqəmlər sonradan iki qat artırıldı. |
Bəldiyyə sədri kompensasiya xərclərinin ümumilikdə ¥100 milyon tutacağını təxmin etdiyini bildirmişdi. |
5 iyuldan sonra Şəhərdəki vəziyyət hələ gərgin olarkən, xarici jurnalistlər şəhərə dəvət edildilər. |
Onlar şəhərdə olarkən Çin ordusu mənsubları ilə uyğur ailələri arasında aqressiv mübahisələrin şahidi olmuşdular. |
Ailələr övladlarının heç bir əsas olmadan həbs edildiyini bildirirdilər. |
Uyğur qadın The Daily Telegraph jurnalistinə bildirmişdi ki, 6 iyul gecəsində Çin ordusu onlar yaşayan məhəlləyə daxil olmuş, qapılarını qırmış və heç bir əsas olmadan bütün kişiləri həbs etmişdir. |
7 iyul tarixində rəsmi dairələr 1.434 nəfərin həbs edildiyini bildirdi. |
200–300 nəfərlik uyğur qadın qrupu əsassız həbs edilənlərin azad edilməsi üçün etirazlara başladılar. |
Nümayiş zamanı vəziyyət gərginləşsə də, polislə toqquşma baş tutmadı. |
Rəbiyyə Qədir 10.000-ə yaxın şəxsin bir gecədə yoxa çıxdığını bildirmişdir. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.