Search is not available for this dataset
text
stringlengths
10
518k
Tez bir zamanda etirazlardan çəkilmiş görüntülər Twitterdə, YouTubeda və Flickrdə yayımlandı.
Əksər dünyanın digər yerlərindən Sintszyan saytlarına giriş qadağan edildi.
14 may 2010-cu il tarixinə qədər, yəni təxminən bir il Sintszyanda internet məhdud şərtlər altına verildi.
Çinin dövlət tərəfindən idarə olunan televiziyaları etirazçıların maşınları yandırması videolarını durmadan yayımlayırdılar.
Rəsmilər isə partiyanın verdiyi reaksiyanı təkrarlayırdılar.
Bələdiyyə sədri Nur Bəkri verdiyi müsahibəsində Şaoquan hadisəsini barədə danışmış və Quanqdonq, Sintszyan hadisələrinin hökumət tərəfindən ədalətli və ətraflı formada araşdırıldığını bildirmişdi.
Bəkri hadisələrinin əvvəlcədən planlanmış və düşünülmüş olduğunu bildirmişdi.
Sintszyan Regional Xalq Konqresinin Daimi Komitəsinin katibi Eligen İmibaxi 5 iyul iğtişaşlarını "ekstremizm, separatizm və terrorizm" nümunəsi adlandırmışdı.Çin mətbuatı öz fəaliyyətində iğtişaşları ətraflı formada əks etdirmişdi.
İğtişaşlar və qarşıdurmalar sakitləşdirildikdən sonra, Çin dövləti xarici jurnalistləri bölgəyə dəvət etdi.
Bu hadisə əvvəllər görülməmişdi.
Təxminən 100 mətbu orqandan olan jurnalistlər tez bir zamanda Sintszyana gəldilər.
Hoy Tak otelində yerləşdirilən jurnalistlərlə 30 internet əlaqəsi paylaşılmmışdı.
The Financial Times Çinin bu siyasətini 2008-ci il Tibet hadisələri zamanı baş vermiş "ictimai münasibətlər fəlakəti"ndən sonra alınmış qərar olaraq qiymətləndirmişdi.İğtişaşlar yatırıldıqdan sonra Çin mətbuatı geniş həcmli propaqandaya başladı.
Propaqandada Sintszyandakı etnik harmoniya təbliğ edilirdi.
Yerli televiziyalarda uyğur və han musiqiçilərdən təşkil edilmiş xor "Biz eyni ailənin üzvləriyik" mahnısını oxuyurdu.
İğtişaşlar zamanı "qəhrəmancasına hərəkət edən" uyğurlar barədəproqramlar çəkilirdi.
Yük maşınları küçələrdə gəzərək şüarlar səsləndirirdi.
Əsas şüar insanları "3 qüvvəyə – terrorizmə, separatizmə və ekstremizmə" qarşı xəbərdar etmək idi.Çin prezidenti və Kommunist Partiyasının baş katibi Hu Cintao İtaliyadakı Böyük Səkkizlər görüşlərimi yarımcıq qoyaraq, ölkəsinə geri döndü.
Təcili Siyasi Büronu iclasa çağıran Cintao, Daimi Komitənin üzvü Zhou Yonqkanqı təhlükəsizliyi və nizami təmin etmək üçün Sintszyana göndərdi.
Cənubi Çin Gündəlik Postası qəzeti hökumətdəki mənbəsinə istinadən bildirirdi ki, Urumçi hadisələri hakimiyyətin inqilabın 60 illiyi ilə bağlı planladığı tədbirlər planına da təsir etmişdir.
Quanqdonq Əyalət Komitəsinin katibi Vanq Yanq hökumətin etnik azlıqlara olan siyasətində dəyişikliklərə getməsinin vacib olduğunu bildirmiş, əks halda müəyyən problemlərlə qarşılaşa biləcəyini demişdi.
Bir təhlükəsizlik planlayıcısı inqilabın 60 illiyi münasibətilə Sintszyana qonşu bölgələrdən də qoşun göndəriləcəyini, bölgədəki ümumi təhlükəsizlik qüvvələri sayının 130.000-ə çatdırılacağını demişdi.
İğtişaşlardan sonra Çin hökuməti Rəbiyyə Qədirin səfər etdiyi ölkələrə diplomatik təzyiqlər etməyə başladı.
İyulun sonlarında Hindistan "Çinin məsləhəti" ilə Rəbiyyə Qədirin viza müraciətini rədd etdi.
Rəbiyyə Qədirin Yaponiya səfərindən sonra Çindəki yapon səfiri XİN-ə çağırıldı və ona bu bməsələ barədə Çinin narazılığı bildirildi.
Rəbiyyə Qədirin öz həyatı barədə çəkilmiş filmin təqdimatı üçün Avstraliyaya getməsindən sonra Çin Avstraliyaya da etiraz etmiş və filmin təqdim edilməməsini istəmişdi.
İnternetdəki münasibət Çin internetində qarşıdurmalara münasibət rəsmi dövlət münasibətindən fərqli oldu.
İnternetdəki bloklamalara və senzuraya baxmayaraq, internet istifadəçiləri qarşıdurmalar barədə öz fikirlərini yazmağa davam etdilər.
Müzakirəçilər arasında hökumət tərəfindən çıxış edənlər olsa da, uyğurların niyə bunu etdiklərini öyrənməyə çalışanlar da az deyildi.
Hökumət nümayəndələri tez bir zamanda müxtəlif şərhləri və yazıları silsələr də, günahkarların tapılıb cəzalandırılması ümumi tələb idi. Bəzi postlarda həm hanlar, həm də zlıqlar tərəfindən sevilən general Vanq Zhenə həsr edilirdi.
Bir çox uyğur Sintszyanda kommunist hakimiyyətinin yenidən möhkəmlənməsindən sonra repressiyaya məruz qalacaqlarından qorxurdu.
Beynəlxalq reaksiyalar Hökumətlərarası təşkilatlar BMT: Baş katib Pan Gi Mun bütün tərəfləri təmkinli olmağa çağırdı və Çini mülki əhalini, vətəndaşlarını qorumağa çağırdı.
Həmçinin, o, Çini insanların sərbəst toplaşma, söz azadlıqlarına hörmət etməyə çağırdı.
İnsan hüquqları aktivisti Navi Pilley ölənlərin sayından təşvişə düşdüyünü və iğtişaşların yalnız bir gün olduğunu nəzərə alsaq, ölü sayının həddindən artıq çox olduğunu bildirdi.
O, həmçinin bildirmişdi ki, Çin məhbuslarla beynəlxalq normalara uyğun formada davranmalıdır.
Şanxay Əməkdaşlıq Təşkilatı: Bu təşkilat rəsmi bəyanat yayımlayaraq hadisələr zamanı həyatını itirən günahsız şəxslərin ailələrinə başsağlığı verdiklərini bildirdi.
Həmçinin, təşkilat Sintszyanın Çinin ayrılmaz hissəsi olduğunu, buna görə də, hadisələri Çinin daxili işi olduğununa inandıqlarını əlavə etdi.
Rusiya XİN rəhbəri Sergey Lavrov etirazçıları etnik dözümsüzlük yayan şüarlar səsləndirdiklərinə görə qınadı.
Çinin qonşuları olan Qazaxıstan və Qırğızıstan qaçqın axınları üçün hazırlaşdıqlarını və sərhəddə nəzarətin gücləndirildiyini bildirdilər.
Qazaxıstan dövlətinin Çini dəstəkləməsinə baxmayaraq, paytaxt Almatıda 5 min uyğur Sintiszyanda uyğurlara qarşı sərt güc tədbiq edilməsinə etiraz etdi.
İslam Əməkdaşlıq Təşkilatı: Çini sərt və lazım olandan daha çox güc tətbiq etdiyinə görə qınayan təşkilat Çini məsuliyyət daşıyanların tapmağa çağırdı.
Həmçinin, Çin etirazlara səbəb olan məsələləri həll etməyə çağırılırdı.
Avropa İttifaqı: liderlər narahatlıqlarını dilə gətirdilər və Çini etirazçılarla ortaq məxrəcə gəlməyə səslədilər.
Almaniyanın kansleri Angela Merkel etnik azlıqların hüquqlarına hörmətlə yanaşılmasının lazım olduğunu vurğuladı.
İtaliya Prezidenti Giorgio Napolitano, Hu Cintao ilə keçirdiyi mətbuat konfransında insan haqları mövzusunda xüsusilə dayandı və dedi ki, "Çində əldə olunan iqtisadi və sosial tərəqqi insan hüquqları baxımından yeni tələblər qoyur.
Uyğurlarında yaşadığı və əsas əhalisi türk mənşəli olan Türkiyə rəsmi formada "dərin təssüf " hissi keçirdiyini bildirmiş və Çini günahkarları ələ keçirməyə çağırmışdı.
Baş nazir Rəcəb Tayyib Ərdoğan hadisəni "soyqırım kimi" adlandırmışdı.
Ticarət və sənaye naziri Nihat Ərgün Çin mallarını boykot etməyə çağırmışdı, lakin onun bu çağırışı uğursuz oldu.
Çində uyğur əhaliyə qarşı təzyiqlərə etiraz olaraq xeyli sayda türk vətəndaş ölkədəki Çin səfirlikləri və konsulluqları qarşısında etiraz nümayişləri keçirdilər.
Türkiyədə belə bir münasibətin göstərilməsi Çin mətbuatında da geniş formada əks etdirildi.
Rəbiyyə Qədir isə Türkiyənin uyğurlarla bağlı məsələdə məhdudiyyətlərlə qarşılaşdığını bildirdi, çünki Türkiyənin uyğur məsələsinə müdaxiləsi Çinin də Türkiyənin problemi olan kürd məsələsinə müdaxiləsi ilə nəticələnə bilərdi.İslam Əməkdaşlıq Təşkilatındakı ərəb ölkələri siyasi olaraq Çini dəstəkləyirdilər.
Səudiyyə Ərəbistanı və Misir bu işdə xüsusilə fərqlənirdilər.
Onlar təşkilatda anti-Çin hərəkatın böyüməməsi üçün əllərindən gələni etdilər.
Misir Çinin problemini özünün məzhəbçi problemi ilə oxşarlıq təşkil etdiyinə görə bu cür addım atırdı.
Sudan da Çinə qarşı çıxmaqla öz daxili probleminə xarici müdaxilənin olmasına zəmin yarada biləcəyindən çəkinirdi.
İndoneziya isə öz daxilində olan islamçı qruplaşmaları sakitləşdirmək üçün ictiamiyyətə Sintszyan hadisələrinin dini yox, etnik əsaslı olduğunu bildirdi.
Pakistan, Səudiyyə ərəbistanı və Misir Çinin təşkilatda hadisələrlə bağlı məlumat verməsinə şərait yaratdı.
Ərəb Liqası, Səudiyyə Ərəbistanı və İran məsələ ilə bağlı heç bir mövqe sərgiləmədilər.
Sonradan Çin İran və Səudiyyə Ərəbistanla münasibətlərini daha da inkişaf etdirdi.
Onun bunda məqsədi bu ölkələr vasitəsiylə İslam dünyasına daha çox təsir edə bilmək istəyi idi.Əfqanıstan, Kamboca və Vyetnam çinin "lazımı tədbirləri gördüyünə inandıqlarını" və Çinin "ərazi bütövlüyünü və suverenliyini dəstəklədiklərini" bildirdilər.
Mikroneziyanı vite-prezidenti Alik Alik isə hadisələri "terror hərəkəti" adlandırdı.İran isə Türkiyə və İƏT-nın narahatlığını paylaşdıqlarını və Çinin Sintszyanda yaşayan müsəlmanların hüquqlarına hörmətlə yanaşmasının vacibliyi vurğuladı.Yapon hökuməti hadisələri narahatlıqla izlədiklərini bildirdi.
Sinqapur hökuməti isə tərəfləri diaoloqa çağırdı.
Tayvan hökuməti isə toqquşmaları şiddətləndirilənlərin məsuliyyətə cəlb edilməsinə səslədi.
Baş nazir Liu Çiao-şiuan tərəfləri təmkinli olmağa çağırmaqla, Çinin gələcəkdə etnik azlıqların hüquqları məsələsinə daha həssas yanaşaçağına inandığını bildirdi.
Tayvan 2009-cu ilin sentyabr ayında Rəbiyyə Qədirə viza verməkdən imtina etdi.
Tayvan bu hərəkətini Rəbiyyə Qədirin BMT tərəfindən terror təşkilatı kimi tanınan Şərqi Türküstan İslami Hərəkatı ilə əlaqələrinin olması iddiaları ilə əsaslandırmışdı.İsveçrə təmkinli olmağa çağırış etdi və həyatını itirənlərin ailələrinə başsağlığı bildirdikdən sonra çinin mətbuat və ifadə azadlığına hörmət etməyə ça...
Avstraliyanın baş naziri Kevin Rudd "çətinliklərin sülh yolu ilə həllinə inandığını" bildirdi.
Serbiya separatizmə qarşı olduğunu və bütün "problemlərin sülh yolu ilə həll ediləcəyinə inandığını" bildirdi.
Belarus ölmüş insan sayına və regiona dəymiş ziyana görə təəssüf hiss keçirdiyini və vəziyyətin yaxın vaxtda normala dönəcəyinə ümid etdiyini bildirdi.Norveç və Niderlandda vəziyyət fərqli oldu.
Niderlanddakı Çin səfirliyinə uyğur aktivistlər tərəfindən hücum oldu.
Aktivistlər səfirliyin şüşələrini, pəncərələrini sındırdı və Çin bayrağını yandırdı.
142 nəfər həbs edildi və Çin bir günlük səfirliyini bağladı.
Norveç səfirliyi qarşısında təxminən 100 nəfər uyğur nümayiş təşkil etdi.
Onlardan 11 nəhər həbs edilsə də, sonradan azadlığa buraxıldılar.İndoneziyanın islamçı qruplarından olan etirazçı koalisiya Cakartadakı Çin səfirliyinin mühafizəçilərinə hücum edib, Çin əleyhinə cihad elan etdilər.
Pakistan ortada Çin-Pakistan əlaqələrinin pozulmasına rəvac verəcək heç bir problemin olmadığını bildirdi.
Şri-Lanka iğtişaşların Çinin daxili problemi olduğunu və Çinin hərəkətləri sayəsində tez bir zamanda vəziyyətin normala qayıdacağına inandığını bildirdi.Kanadanın baş naziri Laurens Kannon hadisələrin daha da pis məcraya getməməsi üçün "diaoloqun və xoş niyyətin" lazımlı olduğunu bildirdi.
Obama admisntrasiyanın sözçüsü ABŞ-nin Sintszyandakı insan itkisinə görə dərin təssüf keçirdiyini və bütün tərəfləri təhdidləri dayandırmağa, uyğun yol tapmağa səslədiyini bildirdi.
ABŞ Dövlət Departamentinin sözçüsü İan Kelli "Çin rəsmi dairələrinin vəziyyəti düzəltmək və daha çox güc tədbiqinin qarşısını almaq üçün işə başlamarının vacibliyini" vurğuladı.
ABŞ-nin Beynəlxalq Dini Azadlıqlar Komissiyası dərin naahatlığını ifadə etdi və Çini repressiyanı dayandırmağa çağırdı.
Komissiya həmçinin, qarşıdurmanı araşdırmaq üçün müstəqil tədqiqat komitənin qurulmasının və Çinə sansksiya tədbiqinin vacibliyini vurğuladı.
Qeyri-hökumət təşkilatları Amnesty International: hadisələrin tərəfsiz və müstəqil araşdıra biləcək qrupun yaradılmasının vacibliyini bildirdi.
Həmçinin, həbs edilənlərin ifadə, sərbəst toplaşma azadlığı əsas gətirilərək azadlığa buraxılmalı olduğunu bildirdi.
Həmçinin, digər həbsdə olanların da ədalətli mühakimə edilməsini tələb etdi.
Human Rights Watch: Çini təmkinli olmağa və bölgədəki siyasətlə əlaqəli olaraq uyğur problemlərini həll etməyi özündə ehtiva edən hadisələrlə əlaqədar müstəqil araşdırma aparmağa çağırdı.
Bundan əlavə Çinin etirazlara cavab verərkən beynəlxalq normalara hörmət etməli və yalnız mütənasib olaraq güc tətbiq etməli olduğu da vurğulandı.
Məğrib əl-Qaidəsi: Londonda fəaliyyət göstərən "Stirling Assynt" risk analizi firmasına görə, Əlcəzairdə fəaliyyət göstərən Məğrib əl-Qaidəsi, Şimali Afrikadakı Çin işçilərinə hücum çağırışı etmişdir.
Mətbuatda işıqlandırma BBC World Service-nin Çin üzrə əməkdaşı Çen Şironq Xinhuanın onun yaxşı mənada təəccüblənməsinə səbəb olduğunu bildirdi: Daily Telegraph-dan Peter Fosteri çinli jurnalistlərin işləmə sürəti yaxşı mənada təəccübləndirmişdi: Kaliforniya Berkli Universitetindən olan alimlər razılaşırlar ki, Çin rəsm...
The New York Times və AFP Çinin "siyasi etirazlar barədəki dərsini yaxşı hazırladığını aşkarlamışdır.
Onlar Ukraynada, Gürcüstanda baş verən rəngli inqilablar və 2009-cu il İrandakı seçki etirazlarını ətraflı araşdırmış, etirazçıların təşkilatlanması, dünyaya səslərini eşitdirmə məsələsindəki metodlarını öyrənmiş və buna qarşı xüsusi üsullar işləmişdirlər.
Lakin Ceymstaun Fondunun alimi Villi Lam Çinin sadəcə sosial olaraq test keçirdiyini bildirmişdir.
O, inanırdı ki, bu açıqlığın nəticəsi zəif olarsa, 2008-ci ildəki Siçuan zəlzələsindən sonra etdikləri kimi "əyləcləri" basacaqdılar.
Bir müddət sonra xarici jurnalistlərin polis tərəfindən nəzarətə alınması halları oldu, lakin qısa müddət sonra sərbəst buraxıldılar.
10 iyulda dövlət rəsmiləri xarici jurnalistlərdən "öz can təhlükəsizlikləri" üçün şəhəri tərk etmələrini istədilər.
Xinhuanın yuxarı vəzifəli şəxslərindən olan Xia Lin daha sonra qarşıdurma zamanı hər iki tərəfin itkilərini və baş vermiş hadisələri açıqladı.
Bunu etirazların digər şəhərlərə yayılacağı qorxusu altında etmişdilər.Xalq Gündəliyi qəzeti qərb mətbuatını "ikili standart tətbiq etməkdə, tərəfli şərh və fikir" səsləndirməkdə ittiham etdi.
Qəzet yazırdı ki, müəyyən xarici siyasətinə görə Çin əməyinin qarşılığını almaqda uğursuzluğa uğramışdır.
Xarici fiqurlar və mətbuat orqanları onnu açıqlılığını və əməkdaşlıq etmək istəyini görməzdən gəlmişdir.
Onların yazdığına görə əksər qərb mətbuatı üzvləri hələ də, bilərəkdən ya bilməyərəkdən etirazçıların etdiklərini azaldır və ortada irqi konflikt olduğu fikrinə köklənir.
Hər halda, Frans Pressdən Darci Doran açıqlılığına görə Çin hökumətindən razı qaldığını bildirirdi, lakin onun hadisələr barədə düşündüyü Çininkindən xeyli fərqlənirdi.
Çin mətbuatı əsasən ziyan görmüş hanlara köklənmişdi, "uyğur hekayəsi"ni, münaqişəyə gətirib çıxaran səbəblər isə işıqlandırılmırdı.İğtışaşlar hələ təzə başlayarkən Reutersdən bir jurnalis ötən günki qarşidurmanı əks etdirmək üçün bir şəkildən istifadə etdi.