Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
I divizion: Bakılı, MOİK, Şahdağ, Anşad-Petrol, Gəncə, MKT-Araz, Neftçi İSM, Rəvan. |
(15-17, 23-24 sentyabr 2009) 1. |
Gəncə - Rəvan 1:1 / 2:0 2. |
Anşad Petrol - Şahdağ 1:1 / 2:3 3. |
MKT-Araz - Bakılı 1:3 / 1:2 4. |
MOİK - Neftçi İSM 2:1 / 0:2 (4, 11-12 noyabr 2009) 5. |
Simurq - Gəncə 2:0 / 1:0 6. |
Olimpik-Şüvəlan - Qəbələ 2:0 / 0:1 7. |
Qarabağ - Şahdağ 4:0 / 0:0 8. |
Xəzər Lənkəran - Muğan 3:1 / 1:0 9. |
Bakı - Bakılı 6:0 / 0:0 10. |
Standard - Turan 3:1 / 0:0 11. |
Neftçi - Neftçi İSM 5:0 / 2:0 12. |
İnter - Karvan 4:0 / 3:2 (6-7, 17-18 mart 2010) 13. |
Simurq - Olimpik-Şüvəlan 0:0 / 0:0 (P 2/4) 14. |
Qarabağ - Xəzər Lənkəran 2:1 / 0:1 15. |
Bakı - Standard 1:1 / 3:1 16. |
Neftçi - İnter Bakı 0:3 / 1:2 (28-29 aprel, 5-6 may 2010) 17. |
Olimpik-Şüvəlan - Xəzər Lənkəran 1:1 / 1:2 18. |
Bakı - İnter Bakı 0:1 / 3:1 (23 may 2010) Xəzər Lənkəran - Bakı 1:2 |
Azərbaycan Respublikasında "Uşaq ili". |
1 aprel - Xorvatiya və Albaniyanın NATO-ya qəbul edilməsi. |
21 iyun — Danimarkanın keçmiş müstəmləkəsi Qrenlandiyanın öz müstəqilliyini elan etməsi. |
A-Team adlı rep-qrupu yaradılmışdır. |
18 fevral - "Bakı İslam mədəniyyətinin paytaxtı – 2009" tədbirlərinin təntənəli açılışı . |
18 mart - Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər haqqında əlavə və dəyişikliklər edilməsinə dair referendum keçirilməsi. |
18-24 mart - Bakıda "Muğam aləmi" Beynəlxalq musiqi festivalının keçirilməsi. |
30 aprel — Azərbaycan Dövlət Neft Akademiyasında terror hadisəsi 4 may - Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"nın və "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilmə... |
9 sentyabr — Azərbaycan və Tuvalu dövlətləri arasında diplomatik əlaqələrin qurulması haqqında Birgə Kommünike imzalanması. |
6 dekabr — Bakı şəhərində Azərbaycan Vikipediyası istifadəçilərinin ilk görüşünün keçirilməsi. |
30 dekabr — Azadlıq prospekti metrostansiyasının istifadəyə verilməsi. |
Azərelektronika 13 fevral — Bəxtiyar Vahabzadə – Azərbaycan xalq şairi (d.1925). |
17 fevral — Saim Qəzənfər Özcan – türk teatr aktyoru. |
20 fevral — Rövşən Mustafayev – Azərbaycanın ilk siyasi elmlər doktoru. |
11 mart — Səid Qurbanov – Dağıstan prezidentinin sabiq müşaviri, Dağıstanda Azərbaycan diasporunun görkəmli nümayəndəsi. |
25 mart — Möhsün Yazıçıoğlu – türk siyasətçisi. |
14 aprel — Moris Drüon – Fransa yazıçısı. |
17 aprel — Sabir Əhmədli – Azərbaycan xalq yazıçısı. |
24 aprel — Əşrəf Mehdiyev. |
19 avqust — Akif Rüstəmov (alpinist) 18 sentyabr — Elman Həbib – Azərbaycanın Əməkdar İncəsənət xadimi, şair 26 sentyabr — Afad Qurbanov – Azərbaycanın görkəmli alim, professor, filologiya elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (d. |
6 noyabr — Qılman İlkin – Azərbaycan yazıçısı və ssenaristi. |
28 mart — Canet Caqan – Qayana dövlət və siyasi xadimi |
2009-cu il iyul Urumçi iğtişaşları və ya Urumçi qarşıdurması — Çinin şimal-qərbində yerləşən Sintszyan-Uyğur Muxtar Rayonunda başlayan və qarşıdurmalarla, iğtişaşlarla müşayiət olunaraq bir müddət davam edən hadisələr zənciri. |
İğtişaşlara səbəb Quanqdonqda yayılmış əsassız şayiələrdən sonra etnik hanlar tərəfindən iki uyğurun öldürülməsi və qatillərin həbs edilməməsi oldu. |
İğtişaşlar təxminən 1000 nəfər uyğurun etirazları ilə başladı. |
Lakin hadisələr tədricən başqa məcraya doğru inkişaf etdi və hanları hədəfləyən hücumlar həyata keçirildi. |
Çin Xalqının Silahlı Polisi hazır vəziyyətə gətirildi və 2 gün sonra yüzlərlə han həm polislərlə, həm də uyğurlarla döyüşməyə başladı. |
Çin Xalq Respublikası rəsmilərinin açıqladığı rəqəmə görə əksəriyyəti hanlardan olmaqla, ümumilik 197 nəfər həyatını itirmiş, 1721 nəfər yaralanmış, xeyli sayda maşın və bina dağıdılmışdı. |
İğtişaş günlərindəki polis axtarışları zamanı yoxlanılan bir çox uyğur yoxa çıxdı. |
Human Rights Watch-un bildirdiyi məlumata görə, belə halların sayı 43 nəfərdir. |
Real rəqəmlərin isə daha yüksək olması ehtimal edilir.Etirazlar Çinin cənubunda yerləşən Şaoquanda baş vermiş hadisəyə etiraz üçün başlanmışdı. |
Həmin hadisə zamanı iki uyğur qətlə yetirilmişdi. |
Polis isə məsələ barədə araşdırma başlatmışdı. |
Hər halda, müşahidəçilər etirazların iğtişaşlara çevrilməsinin səbəbi məsələsində qəti fikrə sahib deyillər. |
Mərkəzi Çin hakimiyyəti iddia edir ki, iğtişaşlar xaricdən, daha dəqiq desək Dünya Uyğur Konqresi və onun rəhbəri Rəbiyyə Qədir tərəfindən təşkil edilmişdir. |
Rəbiyyə Qədir iddiaları rədd edərək bildirmişdir ki, o, Çin uyğurlarının öz müqəddaratını təyin etmə yolunda şiddətə müraciəti qəbul etmir.Çin mətbuatı hadisələri geniş şəkildə işıqlandırmış və 2008-ci ildə baş vermiş Tibet hadisələri ilə müqayisə etmişdi. |
İğtişaşlar başlayan zaman Sintszyanda telefon və internet əlaqəsi kəsildi. |
Qarşıdakı bir neçə həftə ərzində isə mindən çox uyğur həbs edildi. |
Uyğur məscidləri müvəqqəti olaraq bağlanıldı. |
Kommunikasiyanın məhdudlaşdırılması və güclü polis nəzarəti 2010-cu ilin yanvar ayına qədər davam etdi. |
2009-cu ilin noyabrından etibarən 400 nəfər iğtişaşlar zamanı törətdikləri əməllərə görə həbs edildi. |
Həmçinin, eyni vaxtda 9 nəfərə ölüm hökmü oxundu və 2010-cu ilin fevralında daha 26 nəfərə də ölüm hökmü oxundu. |
Sintszyan Çin Xalq Respublikasına daxil olan və Mərkəzi Asiyada yerləşən böyük regiondur. |
Əyalətdə müxtəlif etnik qruplar yaşayır. |
Əhalinin 45 faizi uyğur, 40 faizi isə handır. |
Yüksək şəkildə sənayeləşdirilmiş paytaxt Urumçidə 2.3 milyondan çox insan yaşayır. |
Paytaxt sakinlərinin 75 faizi hanlar, 12.8 faizi uyğurlar, 10 faizi isə digər etnik qruplardır. |
Ümumilikdə, uyğurlarla han hökuməti arasında Sintszyan bölgəsinə tarixi haqq iddiası baxımından mübahisələr mövcuddur. |
Uyğurlar inanırlar ki, onlar bu bölgənin yerli sakinləridirlər. |
Hökumət siyasətinə görə isə, Sintszyan ən azı e.ə. |
200-cü ildən hanlara aiddir. |
ÇXR uyğurları yerli əhalidən daha çox milli azlıq kimi sinifləndirmişdi və hanlar onlardan daha üstün və daha yerli əhali hesab edilirdi. |
ÇXR milyonlarla hanın Sintszyana miqrasiyasını təşkil etmiş, onların siyasi və iqtisadi olaraq hakim olmalarına şərait yaratmışdı.XIX əsrin başlanğıcında – Tzin sülaləsinin bölgəni yenidən ələ keçirməsindən 40 il sonra Sintszyanın şimalında han və hueylərin sayı 155.000 min idi. |
Bu bölgənin cənubunda yaşayan uyğurların sayından təxminən 2 dəfə çox idi. Tzin sülaləsi zamanı XIX əsrdə həyata keçirilən əhalinin siyahıyaalınması zamanı bölgənin etnik göstəriciləri də əks etdirilmişdi. |
Bu dövrdə bölgədə yaşayanların 30 faizi han, 60 faizi isə türk kimi göstərilmişdi. |
1953-cü ildə isə göstəricilər dramatik formada dəyişmişdi. |
Əhalinin 6 faizi han, 75 faizi uyğur idi. 2000-ci ildə də əhalinin faiz nisbəti yenidən kəskin dəyişmişdi – 40.57 faiz han və 45.21 faiz uyğur. |
Professor Stenli V. Tups bildirir ki, Sintszyanın bugünkü demoqrafik göstəriciləri Tzin hakimiyyətinin erkən dövrü ilə bənzərdir. |
Tzinlər Sintszyanın şimalındakı monqolları (çunqar-oyratları) köçürdükdən sonra onların yerinə hueyləri, hanları, uyğurları, xibeləri və qazaxları köçürdülər. |
Bu zaman Sintszyanın 1/3-ni təşkil edən şimalı hueylərdən və hanlardan, 2/3-i təşkil edən və Tarim Basin adlanan cənub hissəsi isə uyğurlardan ibarət idi.ÇXR-nin etnik azlıq siyasətinin han əhalisindən ayrı olaraq uyğur etnik kimliyini gücləndirməsinə baxmayaraq, bəzi alimlər iddia edir ki, rəsmi Pekin qeyri-rəsmi form... |
Eyni zamanda, rəsmi dairələr hər hansısa separatizm hallarının meydana çıxmaması üçün də əllərindən gələni edirlər. |
Mədəni fərqliliklərə əlavə olaraq, hökumətin bu siyasəti zaman-zaman uyğurlarla hanlar arasında toqquşmalara səbəb olmuşdur. |
Digər tərəfdən, miqrasiyanın nəticəsi və hökumətin siyasəti uyğurların dini azadlıqlarının və hərəkət etmə sərbəstliyinin məhdudlaşması ilə nəticələnmişdir. |
Bir çox uyğur iddia edir ki, hökumət onların tarixlərini və ənənəvi mədəniyyətlərini məhv etmək istəyir. |
Digər tərəfdən bəzi hanlar uyğurların "bir uşaq siyasəti"ndən azad olmalarını, universitetlərə daha rahat qəbul olmalarını və separatizmə daha meylli olmalarına vurğu edirlər.Hanlarla uyğurlar arasındakı bu gərginliklər son illərdə müxtəlif etiraz dalğalarına səbəb olmuşdur. |
Sintszyanda baş vermiş etnik və kültürəl toqquşmalara misal olaraq 1997-ci il Gülcə hadisələrini, 2008-ci il Qaşqar hücumunu, 2008 Yay Olimpiya Oyunlarından əvvəlki narahatlıqları və digər içik həcmli hücumları göstərmək olar. |
Bilavasitə səbəblər İğtişaşlar Quanqdonq əyalətinin Şaoquan şəhərində baş vermiş şiddət hadisələrindən günlər sonra baş verdi. |
Burada xeyli sayda miqrant işçi qıtlığını ortadan qaldırmaq üçün işə götürülmüşdü. |
Dövlət mətbuatına görə, bundan narazı qalan keçmiş işçi 6 uyğur kişi tərəfindən 2 han qadına təcavüz edildiyi barədə şayiələr yaymışdı. |
Rəsmi dairələrin bildirdiyinə görə, sonradan bu iddianı doğrulayacaq heç bir sübut tapılmamışdır. |
Bu şayiələr Quanqdonq zavodunda etnik əsaslı toqquşmalara səbəb oldu və 25–26 iyun tarixində baş vermiş hadisələr zamanı iki uyğur qətlə yetirildi. |
Sürgündə olan uyğur liderləri öldürülənlərin sayının çox olduğunu bildirmişdilər. |
Rəsmi dövlət agentliyi olan Xinhua Xəbər Agentliyi isə şayiəni yayan şəxsin həbs edildiyi barədə məlumat yaydı. |
Uyğurlarsa hakimiyyətin uyğur işçiləri müdafiə etmədiyini və uyğurların qətlə yetirilməsinə görə heç bir hanın həbs edilmədiyini iddia edirdilər. |
Buna etiraz etmək üçün 5 iyulda Urumçidə etiraz yürüşü təşkil edildi. |
Etirazçıların məqsədi hadisələri ətraflı araşdırmaq üçün hökuməti təşviq etmək idi.Bir anda nümayiş zorakılığa çevrildi. |
Hökumət bəyanatında iğtişaşları "əvvəlcədən qurulmuş, mütəşəkkil zorakılıq… xaricdən təhrik edilmiş və qanunsuz olaraq həyata keçirilmiş" adlandırdı. |
Sintszyan regional hökumətinin katibi Nur Bəkri 6 iyulda Şaoquan hadisələrindən separatçıların istifadə etdiyini, bazar günü hadisələrinin xarici qüvvələr tərəfindən etnik və sosial stabilliyi pozmaq üçün təşkil edildiyini bildirdi. |
Hökumət sürgündə olan azadlıq qrupunu Dünya Uyğur Konqresini (DUK) iğtişaşları internet üzərindən qızışdırmaqda və təhrik etməkdə günahlandırdı. |
Hökumət mənbələri, Tibetdəki iğtişaşlardan sonra etdiyi nitqlərə və Urumçidə bir şey olacağını söylədiyi telefon yazılarına istinadən xüsusilə Rəbiyyə Qədiri günahlandırdı. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.