Search is not available for this dataset
text
stringlengths
10
518k
17 fevral — AFR tərəfindən Kosovanın müstəqilliyinin tanınması.
2 iyun — Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının yaradılması.
22 sentyabr — Azərbaycan müəllimlərinin XIII qurultayının keçirilməsi.
19 noyabr — Haaqada "Azərbaycanın Holland dostları" cəmiyyətinin təsis edilməsi, 26 yanvar — İslam Rzayev, muğənni və xanəndə.(d.1934).
27 yanvar — Suxarto, 1968-1998-ci illərdə İndoneziya prezidenti.
17 yanvar — Robert Fişer, şahmatçı.
17 fevral — Aysel Gürel, Türk musiqiçi və teatr oyunçusu.
10 iyun — Çingiz Aytmatov, Qırğız Ədəbiyyatçı, siyasətçi və jurnalist.
12 avqust — Donald Erb, amerikalı bəstəkar.
25 oktyabr — Müslüm Maqomayev Sovet, Azərbaycan və rus opera və pop müğənnisi,SSRİ xalq artisti (d.1942).
24 dekabr — Harold Pinter, 2005-ci ilin Nobel Ədəbiyyat Mükafatı sahibi İngilis yazıçı.
20 iyun — Əhməd Abasquliyev, psixiatriya sahəsində Azərbaycan alimi, tibb elmlər doktoru (1959), professor (1960), Azərbaycan SSR əməkdar elm xadimi (1990).
4 fevral — Tamuris Əliyeva, pedaqoq-alim, pedaqoji elmlər doktoru, professor.
2008-ci il Azərbaycan Respublikası prezidenti seçkiləri — Azərbaycan Respublikası Prezidenti postuna keçirilən 6-cı rəsmi seçkilərdir.
Seçkilər 15 oktyabr 2008-ci ildə keçirilib.
Seçkilərdə səsvermə hüququna malik olan vətəndaşların 75,64%-i (3,700,634 vətəndaş) iştirak edib.
Seçkilərdə prezident İlham Əliyev ikinci dəfə qalib gələrək ikinci müddətə prezident səlahiyyətlərinin icrasına başlayıb.
Maliyyələşmə Bu prezident seçkiləri üçün dövlət büdcəsindən 21,7 milyon manat ayrılmışdır.
Səsvermənin nəticələri haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının protokolu.
Seçkilər, Prezidnet, 15 oktyabr 2008. infocenter.gov.az (az.)
Xarici keçidlər Mərkəzi seçki komissiyası
2008 Amsterdam turniri — 8 avqust və 9 avqust 2008-ci il tarixləri arasında Ayaks komandasının ev sahibliyi ilə, Arsenal FK, İnter Milan FK və Sevilya FK komandlarının iştirakı ilə təşkil edilən turnirdir.
Turnirin qalibi 8 xalla Arsenal FK olmuşdur.
Turnir cədvəli NB: Vurulan hər qol üçün komandalara əlavə xallar verilmişdir.
2008 Avroviziya Mahnı Müsabiqəsi (ing.
Eurovision Song Contest 2008; fr.
Concours Eurovision de la chanson 2008) — sayca 53-cü Avroviziya Mahnı Müsabiqəsidir.
Mariya Şerifoviçin ifa etdiyi "Molitva" mahısı ilə 2007 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2008-ci ildə Serbiya ilk dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı.
Müsabiqə Serbiyanın paytaxtı Belqrad şəhərində Belqrad Arenada keçirilmişdir.
Müsabiqənin yarımfinalları 2008-ci ilin 20 və 22 may, final isə 24 may tarixində baş tutmuşdur.
2008-ci ildə Azərbaycan və San-Marino ilk dəfə Avroviziyaya qoşulmuşdur.
Avstriya isə sonuncu müsabiqədəki nəticələrə narazılığını bildirərək, Avroviziya 2008-də iştirakdan imtina etmişdir.
Müsabiqədə ümumilikdə 43 ölkə iştirak etmişdir və bu Avroviziya tarixindəki ən yüksək göstərici idi. Avroviziya 2008-in qalibi "Believe" mahnısı ilə Rusiya təmsilçisi Dima Bilan seçilmişdir.
Bu 1994-cü ildən etibarən Avroviziyada iştirak edən Rusiyanın müsabiqədə ilk qələbəsi idi. 2007-ci ilin may ayında keçirilən mətbuat konfransında Avroviziya Mahnı Müsabiqəsinin icraçı direktoru Svante Stokselius müsabiqədə iştirak edən ölkələrin çoxluğunu nəzərə alaraq, 2008 və ya 2009-cu ildə Avroviziyada iki yarımfin...
Bu açıqlamanın ardınca 28 sentyabrda Avropa Yayım Birliyi Belqradda keçirilən müsabiqədə iki yarımfinal mərhələsinin keçiriləcəyini təsdiqləmişdir.
Müsabiqənin yeni formatına əsasən hər bir yarımfinaldan ən çox səs toplayan on ölkə finala vəsiqə qazanmış hesab olunurdu.
Böyük dördlük" ölkələrinin (Almaniya, Böyük Britaniya, Fransa və İspaniya) birbaşa finalda iştirak etmək hüquqları dəyişməz olaraq saxlanılmışdır.
Hər bir ölkənin yalnız öz iştirak etdiyi yarımfinalda səvermə hüququ var idi. "Böyük dördlük" ölkələri üçün keçirilən püşkatma da isə həmin ölkələrin hansı yarımfinalda səs verəcəyi məlum olurdu.
Müsabiqənin səsvermə üzrə rəsmi sponsoru olan Digame-nin apardığı hesablamalar nəticəsində 2008-ci ilə kimi bir-birinə çox səs verən ölkələrin fərqli yarımfinallarda iştirak etməsi üçün ölkələr altı səbətə ayrılmışdır.
Hər bir səbətdə fərqli səsvermə qruplaşmaları yer almışdır (Balkan ölkələri bir səbətdə, Keçmiş Sovet ölkələri bir səbətdə, Skandinaviya ölkələri bir səbətdə və s.).
Həmin bu üsul yarımfinal püşkatması zamanı eyni səbətdə yer alan altı və ya yeddi ölkənin eyni yarımfinalda iştirak etməməsinə şərait yaradırdı.
Yarımfinallara bölünmə səbətləri 24 yanvar 2008-ci il tarixində yarımfinallarda iştirak edən 38 ölkə müsabiqədəki səsvermə tarixçələri nəzərə alınaraq, püşkatma üçün fərqli altı səbətlərə ayrılmışdır.
İştirakçı ölkələr 21 dekabr 2007-ci il tarixdə Avropa Yayım Birliyi Avroviziya 2008-də 43 ölkənin iştirak edəcəyini rəsmi olaraq açıqlamışdır.
43 ölkənin iştirak etdiyi Avroviziya 2008 otuz səkkiz ölkənin final uğrunda mübarizə apardığı iki yarımfinal mərhələsindən (hər yarımfinalda on doqquz ölkə) və iyirmi beş ölkənin qalibiyyət uğrunda mübarizə apardığı final mərhələsindən təşkil olunmuşdur.
Böyük dördlük" ölkələri (Almaniya, Böyük Britaniya, Fransa və İspaniya) və ev sahibi Serbiya müsabiqənin finalında birbaşa iştirak etmək hüququ qazanmışdırlar.
1-ci yarımfinal 20 may tarixində baş tutan yarımfinal mərhələsində 19 ölkə iştirak etmişdir.
Bu yarımfinalda iştirak edən bütün ölkələr və eyni zamanda Almaniya və İspaniya səsvermədə iştirak etmişdir.
Yeni qaydaya əsasən səsvermədə ən çox səs toplayan 9 ölkə müsabiqənin finalına vəsiqə qazandığı halda 10-cu finalçı isə peşəkar münsif heyətinin qərarı ilə seçilirdi.
Cədvəldə işarələnmiş ölkələr müsabiqənin final mərhələsinə vəsiqə qazanmışdırlar.
2-ci yarımfinal 22 may tarixində baş tutan yarımfinal mərhələsində 19 ölkə iştirak etmişdir.
Bu yarımfinalda iştirak edən bütün ölkələr və eyni zamanda Böyük Britaniya, Fransa və ev sahibi Serbiya səsvermədə iştirak etmişdir.
Yeni qaydaya əsasən səsvermədə ən çox səs toplayan 9 ölkə müsabiqənin finalına vəsiqə qazandığı halda 10-cu finalçı isə peşəkar münsif heyətinin qərarı ilə seçilirdi.
Cədvəldə işarələnmiş ölkələr müsabiqənin final mərhələsinə vəsiqə qazanmışdırlar.
Finalçılar: "Böyük dördlük" ölkələri (Almaniya, Böyük Britaniya, Fransa və İspaniya); Ev sahibi ölkə (Serbiya); Birinci yarımfinal mərhələsində ilk onluğa daxil olan ölkələr; İkinci yarımfinal mərhələsində ilk onluğa daxil olan ölkələr.24 may tarixində baş tutan yarımfinal mərhələsində 25 ölkə iştirak etmişdir.
Müsabiqədə iştirak edən bütün ölkələr səsvermədə iştirak etmişdir və Rusiya təmsilçisi ən çox səs toplayaraq müsabiqənin qalibi elan edilmişdir.
1-ci yarımfinal 2-ci yarımfinal Finalda 12 xal alan ölkələr Xarici keçidlər Eurovision.tv Həmçinin bax 2008 Avroviziya Uşaq Mahnı Müsabiqəsi 2008 Avroviziya Rəqs Müsabiqəsi
2008 Avroviziya Rəqs Müsabiqəsi (ing.
Eurovision Dance Contest 2008) — sentyabrın 6-sında Şotlandiyanın Qlazqov şəhərində keçirildi.
Bu il müsabiqədə 14 ölkə iştirak etdi.
Bu ölkələrdən Azərbaycan müsabiqədə ilk dəfə iştirak edirdi.
Səsvermədə telesəsvermə ilə bərabər münsif xalları da hesablanırdı.
Müsabiqə iştirakçısı olmayan 4 ölkə hərəsi 1 münsif göndərmişdi.
Hər münsif rəqqaslara ən azı 1 ən çoxu 12 xal verə bilərdi.
Müsabiqənin qalibi Polşa oldu.
Polşa Avroviziyalarda ilk dəfə qalib olurdu.
12 xal alan ölkələr Münsif xalları hesablanmadan Səsvermə cədvəli SWE-İsveç, AUT-Avstriya, DEN-Danimarka, AZE-Azərbaycan, IRL-İrlandiya, FIN-Finlandiya, NED-Niderland, LIT-Litva, GB-Böyük Britaniya, RUS-Rusiya, GRE-Yunanıstan, POR-Portuqaliya, POL-Polşa, UKR-Ukrayna Xarici keçidlər Eurovision.tv İctimai TV Arxivləşdiri...
2008 Avroviziya Uşaq Mahnı Müsabiqəsi 6-cı baş tutan ənənəvi Avroviziya Uşaq Mahnı Müsabiqəsidir.
Müsabiqə 22 noyabr 2008-ci il tarixində Kiprin Limasol şəhərində keçirilmişdir.
Kipr müsabiqəyə ilk dəfə ev sahibliyi etmişdir.
Müsabiqədə 15 ölkə iştirak etmişdir.
2007-ci ildə müsabiqədə iştirak edən İsveç və Portuqaliya 2008 Avroviziya Uşaq Mahnı Müsabiqəsində iştirakdan imtina etmişdir.
Azərbaycan müsabiqədə iştirak etməyi planlaşdırsa da, son anda iştirak etməyəcəyini bildirmişdir.
Limasolda keçirilən 2008 Avroviziya Uşaq Mahnı Müsabiqəsində "Bzz..." mahnısı ilə Gürcüstan təmsilçiləri Bzikebi qrupu qalib gəlmişdir.
İştirakçı ölkələr Xarici keçidlər JuniorEurovision.tv Həmçinin bax Avroviziya Uşaq Mahnı Müsabiqəsi
Ağdərə toqquşması və ya Tərtər hərbi təxribatı, 4 mart 2008-ci il tarixində Ermənistan və Azərbaycan arasında baş vermiş olan toqquşmadır.
1994-cü ildə Ermənistanla Azərbaycan arasında imzalanan atəşkəs müqaviləsindən sonra müxtəlif miqyaslı bir çox qarşılıqlı hücumlar baş vermişdir.
Bunlardan ən böyüyü 2008-ci ildə Ermənistanda keçirilən prezident seçkilərindən dərhal sonra Ağdərədə baş verdi.
Azərbaycanın verdiyi açıqlamaya görə, Ermənistan diqqəti Ermənistandakı prezident seçkilərindən sonra martın 1-də baş vermiş insan haqları pozuntularından yayındırmaq üçün atəşkəsi pozmuşdur.
Ermənistanın verdiyi açıqlamaya görə, Ermənistanda seçkilərdən sonrakı daxili qarışıqlığı bir fürsət olaraq görən Azərbaycan, Ağdərə bölgəsinə ağır toplardan istifadə edərək gecə əməliyyatı həyata keçirdi.
Ermənistan Müdafiə Nazirliyi gecə yarısı bir açıqlama verərək Ağdərə bölgəsinin sərhəd xəttinin 3-4 saat ərzində Azərbaycanın nəzarətində olduğunu elan etdi və davam edən qarşıdurmalardan sonra bölgədə nəzarətin bərpa edildiyini bildirdi.
Ermənistan Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin mənbələrinə görə, münaqişə nəticəsində 2 erməni əsgəri yaralanmış və 8 Azərbaycan əsgəri öldürülmüşdür.
Digər tərəfdən, Azərbaycan Müdafiə Nazirliyi, ölkədəki qurumlara məlumat verdi ki, Ermənistandakı seçkilərdən sonra gündəmi dəyişdirməyə çalışan erməni tərəfi, Azərbaycan ilə sərhəd bölgəsinə hücum etdi və başlayan qarşıdurmada 4 azərbaycanlı əsgər şəhid olmuş və 12 erməni əsgəri öldürülmüşdür.
Beynəlxalq Qırmızı Xaç təşkilatı isə Ermənistan tərəfdən 5 Azərbaycan əsgərinin cəsədini götürüb Azərbaycan tərəfinə təhvil vermişdir.
Bu qarşıdurmadan sonra Rusiya və ABŞ Xarici İşlər Nazirliyi tərəfləri atəşkəs qaydalarına riayət etmələri barədə xəbərdar etdi, Ermənistan və Azərbaycan arasında vasitəçilik edən ATƏT-in Minsk qrupu isə münaqişəni pislədi.
Həmçinin bax 2009 Ağdam toqquşması
Sıçuan zəlzələsi (Çin.
四川 大 地震) 12 may 2008-ci il tarixində Çinin Sıçuan əyalətində Pekin vaxtı ilə (saat 06: 28) saat 14: 28 radələrində baş verən dağıdıcı bir zəlzələdir.
Zəlzələnin gücü Çin Seysmoloji Bürosunun məlumatlarına görə 8 Mw, ABŞ Geoloji Xidmətinə görə 7.9 Mw (Rixterə görə) ballıq şkala ilə qiymətləndirilir.
Zəlzələnin episentri Siçuanın paytaxtı Chengdudan 75 km məsafədə, 19 km dərinlikdə qeydə alınıb.
Bu zəlzələ Venchuan (Çin.
汶川 大 地震) zəlzələsi olaraq da bilinir, çünki zəlzələnin episentri Venchuan əyalətindədir.
Zəlzələ Pekində (məsafə 1500 km) və Şanxayda (1700 km) hiss edildi, burada ofis binaları sarsıldı və evakuasiya başladı.
Həmçinin qonşu ölkələrdə də hiss olunmuşdu Hindistan, Pakistan, Tayland, Vyetnam, Banqladeş, Nepal, Monqolustan və Rusiyada.
Rəsmi mənbələr 4 Avqust 2008-ci il tarixinə 69.197 nəfərin öldüyünü, təxminən 18 min insanın itkin düşdüyünü, 288.431 nəfərin yaralandığını söylədi.
Zəlzələ, Çin-Tibet dağlarından ayıraraq Sıçuan hövzəsinin qərb kənarı boyunca uzanan seysmik cəhətdən aktiv olan Longmenşan fayında meydana gəldi.
Rəssam Ai Veivei qurbanlar haqqında rəsmi statistikaya düşməyən məlumatları yayımladığı üçün, habelə zəlzələyə meylli binaların inşasına səbəb olan yerli hakimiyyət orqanlarındakı korrupsiyanı araşdırdığı üçün həbs cəzası aldı.
2008 Olimpiya oyunları fəlakətdə ölən insanların xatirəsinə dayandırıldı və 2008 Sıçuan zəlzələsindən sonra iki yoldaşını dağıntılar altından qurtaran məktəbli Lin Hao açılış mərasimində Çin bayrağını daşımaq hüququ qazandı.
Maddi ziyan Zəlzələ ən azı 5 milyon insanı evsiz qoyub, baxmayaraq ki, sayı 11 milyona qədər ola bilər.
Əsasən quşlar olmaqla 12,5 milyon heyvan daxil olmaqla milyonlarla heyvandarlıq və xeyli miqdarda kənd təsərrüfatı məhv oldu.
Sıçuan əyalətində 60 milyon cəmi bir milyon donuz həlak oldu.