Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Concours Eurovision de la chanson 2006) — sayca 51-ci Avroviziya Mahnı Müsabiqəsidir. |
Elena Paparizunun ifa etdiyi "My Number One" adlı mahnı ilə 2005 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2006-cı ildə Yunanıstan ilk dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. |
Müsabiqə Yunanıstanın paytaxtı Afina şəhərində Nikos Qalis Olimpik zalında keçirilmişdir. |
Müsabiqənin yarımfinalı 2006-cı ilin 18 may, final isə 20 may tarixində baş tutmuşdur. |
2006-cı ildə Ermənistan ilk dəfə Avroviziyaya qoşulmuşdur. |
Avstriya və Macarıstan isə maliyyə problemlərini səbəb kimi göstərərək müsabiqədə iştirakdan imtina etmişdirlər. |
Serbiya və Monteneqro ilkin olaraq müsabiqədə iştirak etməyi planlaşdırsa da, ölkənin müsabiqə üçün hazırladığı seçim turunda baş verən qalmaqal Serbiya və Monteneqronun müsabiqədən kənarlaşdırılması ilə nəticələnmişdi. |
Belə ki, seçim turunda qalib gələn qrupa etiraz olaraq, zalda əyləşən izləyicilər qrupun üzərinə müxtəlif əşyalar atmağa başlamış və qrupu səhnədən qovmuşdurlar. |
Bunun ardınca Avropa Yayım Birliyi Serbiya və Monteneqronu müsabiqədən uzaqlaşdırsa da, ölkəyə Avroviziya 2006-da yalnız səsvermədə iştirak hüququ verilmişdir. |
Ümumilikdə 37 ölkənin iştirak etdiyi müsabiqədə Finlandiya təmsilçiləri olan "Lordi" rok qrupu ifa etdikləri "Hard Rock Hallelujah" adlı mahnı ilə qalib gəlmişdirlər. |
Bu 1961-ci ildən bəri Avroviziyada iştirak edən Finlandiyanın müsabiqədə ilk qalibiyyəti olmuşdur. |
İştirakçı ölkələr 37 ölkənin iştirak etdiyi Avroviziya 2006 iyirmi üç ölkənin final uğrunda mübarizə apardığı yarımfinal mərhələsindən və iyirmi dörd ölkənin qalibiyyət uğrunda mübarizə apardığı final mərhələsindən təşkil olunmuşdur. |
2005-ci ildə müsabiqədə ilk onluğa daxil olan ölkələr və eyni zamanda "Böyük dördlük" ölkələri (Yunanıstan, Malta, Rumıniya, İsrail, Latviya, Moldova, İsveçrə, Danimarka, Norveç, Xorvatiya, Almaniya, Böyük Britaniya, Fransa və İspaniya) müsabiqənin finalında birbaşa iştirak etmək hüququ qazanmışdılar. |
Serbiya və Monteneqro da Avroviziya 2005-də ilk onluqda qərarlaşan ölkələrdən biri olsa da, 2006-cı ildə müsabiqədə iştirak etmədikləri üçün birbaşa finalda iştirak hüququ Serbia və Monteneqrodan Xorvatiyaya keçmişdir. |
18 may tarixində baş tutan yarımfinal mərhələsində 23 ölkə iştirak etmişdir. |
Müsabiqədə iştirak edən bütün ölkələr və eyni zamanda Serbia və Monteneqro səsvermədə iştirak etmişdir. |
Cədvəldə işarələnmiş ölkələr müsabiqənin final mərhələsinə vəsiqə qazanmışdırlar. |
Finalçılar: "Böyük dördlük" ölkələri (Almaniya, Böyük Britaniya, Fransa və İspaniya); Avroviziya 2005-də ilk onluğa daxil olan ölkələr; Avroviziya 2006-nın yarımfinal mərhələsində ilk onluğa daxil olan ölkələr.20 may tarixində baş tutan yarımfinal mərhələsində 24 ölkə iştirak etmişdir. |
Müsabiqədə iştirak edən bütün ölkələr və eyni zamanda Serbiya və Monteneqro səsvermədə iştirak etmişdir və Finlandiya təmsilçiləri ən çox səs toplayaraq müsabiqənin qalibi elan edilmişdir. |
Qalın hərflərlə yazılmış ölkələr 2007 Avroviziya Mahnı Müsabiqəsinin finalına birbaşa vəsiqə qazanmışdır. |
Bütün ölkələr xalları ölkələrdə keçirilən SMS səsverməsinə görə təqdim etsə də, Albaniya və Monako səslərin azlığı səbəbindən münsif səsverməsindən istifadə etmişdir. |
Xarici keçidlər Eurovision.tv Həmçinin bax Avroviziya Mahnı Müsabiqəsi |
2006 Avroviziya Uşaq Mahnı Müsabiqəsi - uşaqlar üçün təşkil olunan 4-cü müsabiqə idi.Bu dəfəki yer Rumıniyanın paytaxtı Buxarest idi. Müsabiqənin təşkil olunduğu stadionun adı 'Sala Polivalentă' idi. |
Bu il müsabiqədə 15 ölkə iştirak etdi. |
Portuqaliya, Serbiya və Ukrayna bu il müsabiqədə ilk dəfə iştirak edirdilər. |
Ötən il mahnısını seçsə də iştirak edə bilməyən Kipr bu il yenidən iştirak etdi. |
Keçən il müsabiqədə iştirak etmiş Danimarka, Litva və Norveç bu il müsabiqədə iştirak etmədilər. |
Böyük Britaniya da bu il müsabiqədə iştirak etməyəcəyini açıqladı. |
Bu ilki müsabiqəni Rusiyanı təmsil edən The Tolmaçevi Tvins 154 xal yığaraq qalib oldu. |
Mahnılarının adı Vesna idi (Azərbaycanca:Bahar Cazı). |
Keçən ilin qalibi Belorusu təmsil edən Ksenia Sitnik bu ilin qalibinə mükafatı təqdim etməsiylə budəfəki müsabiqə sona çatdı. |
Qiymətləndirilməsi Həmçinin bax Avroviziya Uşaq Mahnı Müsabiqəsi Xarici keçidlər JuniorEurovision.tv |
2006 FİFA Dünya Kuboku — 2006-cı il 9 iyun-da Münhendə yerli Almaniyanın Kosta Rikaya qarşı oyunu ilə başlamış, 2006-cı il 9 iyul-da Berlindəki final matçı ilə sona yetən sayca XVIII Dünya Kuboku turniri. |
Almaniya turniri keçirmə haqqını 2000-ci ildə FİFA tərəfindən keçirilən səsvermədə İngiltərə, Cənubi Afrika Respublikası, Braziliya və Mərakeşi geridə qoyaraq qazanmışdır. |
Səsvermə Almaniya tərəfindən hiylə işlədildiyi iddiası ilə qalmaqallı bitmiş, nəticədə FİFA növbəti turnirin CAR-da keçirilməsinə qərar vermişdir. |
Səkkiz komanda çempionatda ilk dəfə olaraq iştirak etdi. |
Bu komandalar Anqola, Qana, Kot-d’İvuar, Serbiya və Monteneqro, Toqo, Trinidad və Tobaqo, Ukrayna, Çexiya milli komandaları idi. Dünya çempionatları tarixində ikinci dəfə oyunsonrası penaltilər təyin olundu. |
İtaliya komandası çempion adına layiq görüldü. |
Dünya Kubokunun final mərhələsində iştirak edən komandalar aşağıdakılardır. |
Mötərizədə komandaların püşkatma üçün sıralamaları göstərilmişdir. |
Bu sıralama iki faktora görə müəyyən olunmuşdur: Komandaların son iki Dünya Kubokundakı nəticələri və; Son illərdə FİFA reytinq cədvəlindəki yeri. |
Xal Sistemi Komandalara qrup mərhələsindəki hər qələbəyə görə 3 xal, heç-heçə nəticəsinə 1 xal, məğlubiyyətə görə isə 0 xal verilir. |
Qrup mərhələsinin oyunlarıCədvəllərdə aşağıdakı qısaltmalardan istifadə olunmuşdur: Xal – Qazanılmış xalların cəmi O – Oynanmış oyunların sayı Q – Qələbələrin cəmi H – Heç-heçə oyunların cəmi M – Məğlubiyyətlərin cəmi VQ – Vurulmuş qolların sayı BQ – Buraxılmış qolların sayı QF – Qol fərqi (VQ-BQ)Bütün vaxtlar yerli va... |
(Qrinviç+1 saat) Final mərhələsi Bombardirlər Turnirin sonunda ən çox qol vurmuş futbolçuya Adidas Qızıl Ayaqqabı Mükafatı təqdim ediləcək. |
5 Qol - Miroslav Kloze Miroslav Kloze -5 qol David Vilya -3 Fernando Torres - 3 Ernan Krespo -3 Lukas Podolski -3 Maksi Rodrigez -3 Ronaldo - 3 Tieri Anri - 3 Zinətdin Zidan - 3 Agustin Delgado -2 Həmçinin bax Xarici keçidlər 2006 FİFA Dünya Kuboku rəsmi saytı Arxivləşdirilib 2006-06-15 at the Wayback Machine 2006 FİFA... |
2006 FİFA Dünya Kuboku — F qrupu — 2006 FİFA Dünya Kuboku turnirinin 6-cı qrupu. |
Qrupa dünya çempionu Braziliya, Xorvatiya, Yaponiya və Avstraliya daxil idi. Braziliyanın asanlıqla birinci olduğu qrupda ikincilik uğrunda mübarizədən Avstraliya qalib çıxaraq 1/8 Finalda İtaliya ilə oynamaq haqqı əldə etmişdir. |
Cümə axşamı 22 iyun 2006 |
2006 Qış Olimpiya Oyunları və ya rəsmi adı ilə XX Qış Olimpiya Oyunları qış idman növləri üzrə fevralın 10-dan 26-na gədər İtaliyanın Turin şəhərində baş tutdu. |
Ümumi olaraq 80 dövlətin 2 508 idmançısı 7 müxtəlif idman növü üzrə 15 yarışda mübarizə apardı. |
Turin Olimpiadasında Kanadalı konkisürən Kindi Klassen hamıdan çox, 5 medal (1 qızıl, 2 gümüş və 2 bürünc) qazandı. |
Cənubi Koreyalı şort-trekçi An Hyun-Soo və Jin Sun-Yu, Almaniyalı biatlonçu Mixail Qreis isə hərəyə üç qızıl medal qazandı. |
Medal sıralanması * — ev sahibi dövlət (İtaliya) Üç və daha artıq medal qazanan idmançılar Həmçinin bax 2006 Qış Paralimpiya Oyunları medal sıralanması |
Voleybol uzrə qadınlararası dünya cempionatı 2006 — 2006-cı ildə Yaponiyada təşkil edilən turnir. |
Rusiyanın çempionluğu ilə bitən munidal oktyabrın 31-i başlamış, noyabr ayının 16-da sonlanmışdır. |
Mundial beş fərqli şəhərin altı fərqli arenasında keçirilmişdir: Qrup mərhələsi "A" Qrupu - Tokio "B" Qrupu - Sapporo "C" Qrupu - Kobe "D" Qrupu - Naqoya "E" Qrupu - Naqoya "F" Qrupu - Osaka Komandaların tutduğu yerləri müəyyən edən qarşılaşmalar Mükafatlandırılan voleybolçular Women Volleyball XV World Championship 20... |
Azərbaycan Respublikasında "Gənclər ili". |
1 fevral — Cənubi Azərbaycanın BMT-də Təmsil Olunmayan Millətlər və Xalqlar Təşkilatının – UNPO-nun üzvlüyünə qəbul olunması. |
13 fevral — Rep qrupu H.O.S.T. |
Alliance fəaliyyətə başlayır. |
9 mart — Bakıda Azərbaycan və Türkiyə diaspor təşkilatları rəhbərlərinin I forumunun keçirilməsi. |
12 iyun — Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Akademiyasının yaradılması. |
Qobustan Dövlət Tarixi-Bədii Qoruğunun Ümumdünya irsi siyahısına salınması. |
Bolqarıstan və Rumıniya Avropa İttifaqının üzvü olur. |
31 mart – Fərman Salmanov – Azərbaycan geoloqu. |
23 aprel – Boris Yeltsin – Rusiyanın ilk prezidenti. |
6 oktyabr – Luçano Pavarotti – İtaliya müğənnisi. |
30 oktyabr – Ramiz Mirzəyev – AFFA-nın keçmiş prezidenti. |
27 dekabr – Bənazir Bhutto – Pakistan siyasətçisi. |
Azərbaycan Respublikasında "Gənclər ili". |
1 fevral — Cənubi Azərbaycanın BMT-də Təmsil Olunmayan Millətlər və Xalqlar Təşkilatının – UNPO-nun üzvlüyünə qəbul olunması. |
13 fevral — Rep qrupu H.O.S.T. |
Alliance fəaliyyətə başlayır. |
9 mart — Bakıda Azərbaycan və Türkiyə diaspor təşkilatları rəhbərlərinin I forumunun keçirilməsi. |
12 iyun — Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Akademiyasının yaradılması. |
Qobustan Dövlət Tarixi-Bədii Qoruğunun Ümumdünya irsi siyahısına salınması. |
Bolqarıstan və Rumıniya Avropa İttifaqının üzvü olur. |
31 mart – Fərman Salmanov – Azərbaycan geoloqu. |
23 aprel – Boris Yeltsin – Rusiyanın ilk prezidenti. |
6 oktyabr – Luçano Pavarotti – İtaliya müğənnisi. |
30 oktyabr – Ramiz Mirzəyev – AFFA-nın keçmiş prezidenti. |
27 dekabr – Bənazir Bhutto – Pakistan siyasətçisi. |
2007-ci il Bakı terror planı, Bakıda bir neçə hədəfə yönəlmiş və Azərbaycan tərəfindən qarşısı alınmış terror planı idi. |
Bu hadisə təhlükəsizlik tədbirləri səbəbi ilə Amerika və Britaniya səfirliklərinin müvəqqəti bağlanmasına səbəb oldu. |
Norveçin Statoil və Amerikanın McDermott neft şirkətləri kimi bəzi qurumlar fəaliyyətini məhdudlaşdırdı.2007-ci il oktyabrın 29-da Azərbaycanın hüquq-mühafizə orqanları ABŞ və Böyük Britaniya səfirlikləri yaxınlığında hücuma hazırlaşan qumbaraatanlarla silahlanmış bir qrup sələfinin saxlanılması barədə ictimaiyyətə məl... |
Milli Təhlükəsizlik Nazirliyi sözçünün açıqlamasına görə, qruplaşmada dörd Kalaşnikov avtomatı, bir Kalaşnikov qumbaraatan, 20 qumbara, döyüş sursatı və avtomat silah hissələri olduğu aşkarlandı. |
Qrupun bir sıra dövlət binalarına və özəl şirkətlərin nümayəndələrinə hücum etməyi planlaşdırdığı da bildirildi. |
2007-ci il oktyabrın 25-də Azərbaycan Müdafiə Nazirliyi ordu zabitlərindən birinin hərbi bazadan dörd Kalaşnikov avtomatı və bir pulemyot götürərək öz alayını tərk etməsi barədə məlumat yayıb. |
Milli Təhlükəsizlik Nazirliyi həmin zabitin sələfi qruplaşmalarla əlaqəli şəxs olduğunu və oğurlanan silahların terror hücumlarında istifadə olunması üçün nəzərdə tutulduğunu iddia edib. |
Leytenant Kamran Əsədovun rəhbərlik etdiyi hərbi hissədən dörd pulemyot, bir minaatan və 20 qumbara götürərək yaraqlıların hücumu üçün şəhərdə gizlətdiyi iddia edilib.Azərbaycan Xarici İşlər Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin noyabrın 6-da verdiyi məlumata görə, milliyyətcə ərəb, "Əl-Qaidə" və "Əl-Cihad" qru... |
Sentyabrın 26-da Qusar rayonunda hüquq-mühafizə orqanlarının birgə keçirdikləri tədbirlər zamanı qrupun üzvlərindən biri, Qusar rayon sakini, 1975-ci il təvəllüdlü Telman Abdullayev silahlı müqavimət göstərərək, 2 polis əməkdaşını odlu silahla yaralayıb və hadisə yerindən qaçmağa cəhd edib. |
Bundan başqa, qrupun digər üzvləri Vidadi Kərimov, Adil Carayxanov, Vitali Ağaməmmədov, Asəf Nəzərov və Danial Abuyev də saxlanılıb. |
Məlum olub ki, qruplaşma Əbu Cəfərə Azərbaycandan qaçmaq üçün kömək etmək niyyətində olub. |
Sumqayıt şəhərində Əbu Cəfərin gizləndiyi mənzil nəzarətə götürülüb. |
Oktyabrın 10-da mənzildə keçirilən əməliyyat zamanı Əbdül Məlik və Hacı ləqəbli Elçin Əlimirzəyev həbs edilsə də, Əbu Cəfər zabitlərə atəş açaraq qaça bilib. |
Noyabrın 2–3-də keçirilən xüsusi əməliyyat tədbirləri nəticəsində Əbu Cəfər və qrupun digər üzvləri — Mirzə Babayev, Qədir Hacıyev, Vüqar Əliyev, Emin Cami, Loğman Muradov, Habil Məsmalıyev və Pərviz Kərimov saxlanılıblar. |
Milli Təhlükəsizlik Nazirliyinin "Qartal" ("Qartal") xüsusi təyinatlı dəstəsinin peşəkar həyata keçirilmiş tədbirləri nəticəsində Əbu Cəfər heç bir zərər görmədən saxlanılıb. |
1 AKMS avtomatı, 3 tapança, 1 tüfəng, 12 əl qumbarası, 11 xüsusi alışqan, 1,075 qram partlayıcı maddə, 4 metr uzunluğunda Bickford qoruyucusu, 91 detonator, 4 tapança maqazin, 4 avtomat maqazin, təxminən 60 avtomat patron, 3 ədəd xüsusi fənər, 2 ədəd kompas, 1 ədəd siqnal atəşfəşanlığı, 1 ədəd elektrik keçirici qurğu, ... |
Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 279.2, 315.2 və 228.2.1-ci maddələri ilə cinayət işi başlanıb. |
2009-cu il iyunun 18-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Kamran Əsədov, Bəxtiyar Orucov, Fərid Cabbarov, Kamran Babayev və Samir Mehrəliyev 15 il müddətinə azadlıqdan məhrum edilib. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.