Search is not available for this dataset
text
stringlengths
10
518k
Etirazlar axşam saatlarına yaxın Daxili İşlər Nazirliyinin Daxili Qoşunları tərəfindən dağıdıldı, nəticədə 500 yaxın etirazçı yaralandı.
[mənbə göstərin] Daha sonra 9 noyabr, 13 noyabr və 23 noyabr tarixində mitinqlər keçirildi.
2005 Aralıq dənizi Oyunları — 2005-ci ilin 24 iyun – 3 iyul tarixləri arasında İspaniyanın Almeriya şəhərində keçirilmiş on beşinci Aralıq dənizi Oyunları.
Bu oyunlar İspaniyada 1955-ci ildən sonra ikinci dəfə keçirilmişdir.
Bu oyunlarda 21 ölkədən 3214 atlet iştirak etmişdir.
Xarici keçidlər Almeria 2005 official website Mediterranean Games Athletic results at gbrathletics website Arxivləşdirilib 2009-04-12 at the Wayback Machine
2005 Avroviziya Mahnı Müsabiqəsi (ing.
Eurovision Song Contest 2005; fr.
Concours Eurovision de la chanson 2005) — sayca 50-ci Avroviziya Mahnı Müsabiqəsidir.
Ruslananın ifa etdiyi "Wild Dances" adlı mahnı ilə 2004 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2005-ci ildə Ukrayna ilk dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı.
Müsabiqə Ukraynanın paytaxtı Kiyev şəhərində Kiyev İdman saraında keçirilmişdir.
Müsabiqənin yarımfinalı 2005-ci ilin 19 may, final isə 21 may tarixində baş tutmuşdur.
2005-ci ildə Bolqarıstan və Moldova ilk dəfə Avroviziyaya qoşulmuşdurlar.
Livanın da müsabiqədə debüt edəcəyi gözlənilsə də, ölkə Avropa Yayım Birliyi ilə İsrailin Avroviziya çıxışının Livan telekanalında yayımlanmaması ilə bağlı razılığa gələ bilmədiyi üçün Livanın müsabiqədə iştirakı baş tutmamışdır.
2005-ci ildə eyni zamanda Macarıstan beş illik fasilədən sonra müsabiqəyə geri dönmüşdür.
Müsabiqədə ümumilikdə 39 ölkə iştirak etmişdir və bu Avroviziya tarixindəki ən yüksək göstərici idi. Avroviziya 2005-in qalibi "My Number One" mahnısı ilə Yunanıstan təmsilçisi Elena Paparizu seçilmişdir.
Bu 1974-cü ildən bəri Avroviziyada iştirak edən Yunanıstanın müsabiqədə ilk qalibiyyəti olmuşdur.
İştirakçı ölkələr 39 ölkənin iştirak etdiyi Avroviziya 2005 iyirmi beş ölkənin final uğrunda mübarizə apardığı yarımfinal mərhələsindən və iyirmi dörd ölkənin qalibiyyət uğrunda mübarizə apardığı final mərhələsindən təşkil olunmuşdur.
2003-cü ildə müsabiqədə ilk onluğa daxil olan ölkələr və eyni zamanda "Böyük dördlük" ölkələri (Ukrayna, Serbiya və Monteneqro, Yunanıstan, Türkiyə, Kipr, İsveç, Albaniya, Almaniya, Bosniya və Herseqovina, İspaniya, Rusiya, Malta, Böyük Britaniya və Fransa) müsabiqənin finalında birbaşa iştirak etmək hüququ qazanmışdıl...
19 may tarixində baş tutan yarımfinal mərhələsində 25 ölkə iştirak etmişdir.
Müsabiqədə iştirak edən bütün ölkələr səsvermədə iştirak etmişdir Cədvəldə işarələnmiş ölkələr müsabiqənin final mərhələsinə vəsiqə qazanmışdırlar.
Finalçılar: "Böyük dördlük" ölkələri (Almaniya, Böyük Britaniya, Fransa və İspaniya); Avroviziya 2004-də ilk onluğa daxil olan ölkələr; Avroviziya 2005-in yarımfinal mərhələsində ilk onluğa daxil olan ölkələr.21 may tarixində baş tutan yarımfinal mərhələsində 24 ölkə iştirak etmişdir.
Müsabiqədə iştirak edən bütün ölkələr səsvermədə iştirak etmişdir və Yunanıstan təmsilçisi ən çox səs toplayaraq müsabiqənin qalibi elan edilmişdir.
Qalın hərflərlə yazılmış ölkələr 2006 Avroviziya Mahnı Müsabiqəsinin finalına birbaşa vəsiqə qazanmışdır.
*Serbiya və Monteneqronun 7-ci yeri tutmasına baxmayaraq ölkə 2006-cı ildə müsabiqədə iştirak etməmiş və beləliklə birbaşa finalda iştirak hüququ 11-ci yerdə qərarlaşan Xorvatiyaya keçmişdir.
Xarici keçidlərEurovision.tv
2005 Avroviziya Uşaq Mahnı Müsabiqəsi – üçüncü Avroviziya Uşaq Mahnı Müsabiqəsidir.
26 noyabr 2005-ci ildə, Belçikanın Ethias Arenasında təşkil olundu.
Müsabiqənin aparıcıları Marcel Vanthilt ve Maureen Louys oldu.
Kipr müsabiqədə mahnılarının oğurluq olduğu iddiaları səbəbiylə çəkildi.
Bu hadisə, Kiprin səsvermədə iştirak etməsini çətinləşdirmədi və çəkilmələrinə rəğmən səsvermədə iştirak etdilər.
Litva və Ukrayna iştirak etmələrini planlaşdırmışdılar, ancaq iqtisadi səbəblərdən çəkildilər.
Gürcüstan da müsabiqədə iştirak etmək istədi, lakin müsabiqəyə son iştirak tarixi çoxdan keçmişdi.
Həmin ilin mükafatını Belarusu təmsil edən 10 yaşındakı iştirakçı Kseniya Sitnik My Vmeste ("Biz bir yerdəyik") mahnısı ilə qazandı.
Qiymətləndirilməsi Həmçinin bax Avroviziya Uşaq Mahnı Müsabiqəsi Xarici keçidlər JuniorEurovision.tv
2005 Frankofoniya Oyunları (fr.
Ves Jeux de la Francophonie) — 2005-ci ilin 7–17 dekabr tarixləri arasında Nigerin Niamey şəhərində keçirilmiş beşinci Frankofoniya Oyunları.
Bu oyunlarda 44 ölkədən 2500 atlet iştirak etmişdir.
Xarici keçidlər Medal winners 2005 at jeux.francophonie.org Arxivləşdirilib 2013-12-25 at the Wayback Machine (fr.)
Medal tables at jeux.francophonie.org Arxivləşdirilib 2015-10-06 at the Wayback Machine (fr.)
2005 FİFA Konfederasiyalar Kuboku Finalı — 2005-ci il FİFA Konfederasiyalar Kubokunun qalibini müəyyənləşdirmək üçün keçirilmiş futbol matçı idi. Matç 2005-cü ilin 29 iyun tarixində, Almaniyanın Frankfurt-Mayn şəhərində yerləşən Valdştadion stadionunda, Braziliya və Argentina milli komandaları arasında keçirildi.
Matç Braziliya millisinin 4-1 hesablı qələbəsi ilə yekunlaşdı.
Finala gedən yol Oyunun nəticələri
2005 KONKAKAF Qızıl Kuboku (ing.
2005 CONCACAF Gold Cup) — 2005-ci ilin 6 – 24 iyul tarixləri arasında ABŞ-də təşkil olunmuş sayca səkkizinci KONKAKAF Qızıl Kuboku.
Turnirin qalibi əsas və əlavə vaxtı 0–0 hesabı ilə başa çatan final matçında Panama milli futbol komandasını 3–1 hesabı ilə başa çatan penalti seriyasından sonra məğlub etmiş ABŞ milli futbol komandası olmuşdur.
Komandaların statistikası Xarici keçidlər Official site Arxivləşdirilib 2005-06-29 at the Wayback Machine Gold Cup 2005 at RSSSF
Qadınlar arasında İslam Oyunları dördüncü dəfə 2005-ci il sentyabr ayında İranın Tehran və Rəşt şəhərlərində keçirilmişdir.
Oyunlarda 45 ölkədən 1316 idmançı və 200 komanda 15 fərqli idman növündə iştirak etmişdilər.
Yarışa 12 ölkədən olan 516 hakim və 15 beynəlxalq müşahidəçi nəzarət edirdilər.
Bir çox ölkə budəfəki yarışa ilk dəfə qatılmışdır, o cümlədən ABŞ, Şərqi Asiya, Avropa və Afrikadan olan ölkələr.
Ən çox medal qazanan 102 medalla ev sahibi İran oldu.
İştirakçı ölkələr İdman növləri Yarışda idmançılar 15 müxtəlif idman növündə mübarizə aparırdılar: atletika, badminton, basketbol, qılıncoynatma, futzal, qolf, gimnastika, həndbol, cüdo, karate, skvoş, üzgüçülük, stolüstü tennis, taekvondo, tennis və voleybol.
2005 İslam Həmrəyliyi Oyunları və ya I İslam Həmrəyliyi Oyunları — Səudiyyə Ərəbistanının Məkkə şəhərində baş tutmuş olan idman oyunlarıdır.
8-20 aprel tarixləri arasında baş tutmuş olan oyunlarda 6000-ə idmançı iştirak etmişdir.
55 dövlətin iştirakı ilə bu oyunlar baş tutmuşdur.
Əbdülməcid bin Əbdüləziz tərəfindən rəsmi açılışı edilib.
Oyunlar Kral Əbdüləziz Stadionunda baş tutmuşdur.
Medal sıralaması Ev sahibi ölkə

30 dekabr — İraqın keçmiş dövlət başçısı Səddam Hüseynnin edam edilməsi.
30 yanvar — Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyinin əsasında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradılması.
16 mart — Bakıda dünya azərbaycanlılarının II qurultayının keçirilməsi.
3 iyun — Ceyhan limanındakı Heydər Əliyev adına terminaldan Azərbaycan nefti yüklənmiş ilk tankerin ("The British Hawtharne") yola salınması.
25 iyul — Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən "Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramı"nın (2006–2008-ci illər) təsdiq edilməsi.
11 avqust — "Xəzər Lənkəran" futbol klubuna məxsus Xəzər Lənkəran Mərkəzi Stadionu istifadəyə verildi.
24 noyabr — ANS TV və ANS ÇM-in fəaliyyətinin dayandırılması.
12 dekabr — 17 gün fəaliyyət göstərməyən ANS TV-nin efirə qayıtması.
30 oktyabr — Xudu İbrahimoğlu — Azərbaycan ziyalısı, şair, filoloq, jurnalist, mütəfəkkir.
11 iyul — Rasim Ocaqov — Azərbaycan kino rejissoru və operatoru.
24 avqust — Viktor Pavlov — Rusiya aktyoru.
30 dekabr — Səddam Hüseyn — İraqın keçmiş dövlət başçısı.
30 dekabr — Məmmədsadıq Abdullayev — anatom, histoloq, professor, Əməkdar elm xadimi, "Qızıl qələm" mükafatı mükafatı laureatı 7 oktyabr — Təyyar Abbasov — Azərbaycan fiziki, fizika-riyaziyyat elmlər doktoru (1991), professor (1994).
2006–07 mövsümü Qəbələ FK-nın Azərbaycan Premyer Liqasında və Ramiz Məmmədovun məşqçilik etdiyi birinci mövsümüdür.
Onlar mövsümü on birinci yerdə başa vurdular, həmçinin 2006-07 Azərbaycan Kubokunda iştirak etdilər və 1/16 finalda Bakı tərəfindən kənarlaşdırıldılar.
Transferlər Azərbaycan Çempionatı Nəticələrin icmalı Son yeniləmə: 13 avqust 2011.
Mənbə: Soccerway Tur nəticələri
30 dekabr — İraqın keçmiş dövlət başçısı Səddam Hüseynnin edam edilməsi.
30 yanvar — Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyinin əsasında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradılması.
16 mart — Bakıda dünya azərbaycanlılarının II qurultayının keçirilməsi.
3 iyun — Ceyhan limanındakı Heydər Əliyev adına terminaldan Azərbaycan nefti yüklənmiş ilk tankerin ("The British Hawtharne") yola salınması.
25 iyul — Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən "Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramı"nın (2006–2008-ci illər) təsdiq edilməsi.
11 avqust — "Xəzər Lənkəran" futbol klubuna məxsus Xəzər Lənkəran Mərkəzi Stadionu istifadəyə verildi.
24 noyabr — ANS TV və ANS ÇM-in fəaliyyətinin dayandırılması.
12 dekabr — 17 gün fəaliyyət göstərməyən ANS TV-nin efirə qayıtması.
30 oktyabr — Xudu İbrahimoğlu — Azərbaycan ziyalısı, şair, filoloq, jurnalist, mütəfəkkir.
11 iyul — Rasim Ocaqov — Azərbaycan kino rejissoru və operatoru.
24 avqust — Viktor Pavlov — Rusiya aktyoru.
30 dekabr — Səddam Hüseyn — İraqın keçmiş dövlət başçısı.
30 dekabr — Məmmədsadıq Abdullayev — anatom, histoloq, professor, Əməkdar elm xadimi, "Qızıl qələm" mükafatı mükafatı laureatı 7 oktyabr — Təyyar Abbasov — Azərbaycan fiziki, fizika-riyaziyyat elmlər doktoru (1991), professor (1994).
2006 Amsterdam turniri — 4 avqust ilə 5 avqust 2006-cı il tarixləri arasında Ayaks klubunun ev sahibliyi ilə Portu FK, İnter Milan FK və Mançester Yunayted FK komandalarının iştirakı ilə təşkil olunmuşdur.
Turnirin qalibi Mançester Yunayted FK komandası olmuşdur.
Turnir cədvəli NB: Vurulan hər qol üçün komandalara əlavə xallar verilmişdir.
2006 Avroviziya Mahnı Müsabiqəsi (ing.
Eurovision Song Contest 2006; fr.