Search is not available for this dataset
text
stringlengths
10
518k
Məhkəmə qrupun digər üzvlərinə də hökm çıxarıb; Elşən Məmmədov, Vüqar Əliyev və İlkin İsmayılov 14 yaşa Tərlan Kərimov — 13 il Yaşar Məhərrəmov və Rövşən Abduləliyev 12 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər Ramil Kərimov və Samir Əliyev 12 yaşa Ramin Cəlilov — 11 il Orxan Əlizadə — 10 il 6 ay Şirvani Babayev və...
2007 Amsterdam turniri — 2 avqust ilə 4 avqust 2007-cu il tarixləri arasında Ayaks klubunun ev sahibliyi ilə Arsenal FK, Latsio FK və Atletiko Madrid komandalarının iştirakı ilə təşkil olunmuşdur.
Turnirin qalibi Arsenal FK komandası olmuşdur.
Turnir cədvəli NB: Vurulan hər qol üçün komandalara əlavə xallar verilmişdir.
2007 Avroviziya Mahnı Müsabiqəsi (ing.
Eurovision Song Contest 2007; fr.
Concours Eurovision de la chanson 2007) — sayca 52-ci Avroviziya Mahnı Müsabiqəsidir.
Lordi" rok qrupunun ifa etdiyi "Hard Rock Hallelujah" adlı mahnı ilə 2006 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2007-ci ildə Finlandiya ilk dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı.
Müsabiqə Finlandiyanın paytaxtı Helsinki şəhərində Hartwall Arenada keçirilmişdir.
Müsabiqənin yarımfinalı 2007-ci ilin 10 may, final isə 12 may tarixində baş tutmuşdur.
2006-cı ildə Serbiya və Monteneqro dövlətinin iki müstəqil ölkələrə parçalanmasından sonra Monteneqro və Serbiya müstəqil olaraq ilk dəfə Avroviziyaya 2007-ci ildə qoşulmuşdurlar.
2007-ci ildə eyni zamanda Çexiya və Gürcüstan da ilk dəfə müsabiqəyə qoşulmuşdur.
Avstriya və Macarıstan isə bir illik fasilədən sonra müsabiqəyə geri dönmüşdür.
Monako maliyyə problemlərini və müsabiqədəki uğursuz nəticələrini səbəb kimi göstərərək Avroviziya 2007-də iştirakdan imtina etmişdir.
Müsabiqədə ümumilikdə 42 ölkə iştirak etmişdir və bu Avroviziya tarixindəki ən yüksək göstərici idi. Avroviziya 2007-in qalibi "Molitva" mahnısı ilə Avroviziyaya müstəqil ölkə kimi ilk dəfə qatılan Serbiya təmsilçisi Mariya Şerifoviç seçilmişdir.
İştirakçı ölkələr 42 ölkənin iştirak etdiyi Avroviziya 2007 iyirmi səkkiz ölkənin final uğrunda mübarizə apardığı yarımfinal mərhələsindən və iyirmi dörd ölkənin qalibiyyət uğrunda mübarizə apardığı final mərhələsindən təşkil olunmuşdur.
2006-cı ildə müsabiqədə ilk onluğa daxil olan ölkələr və eyni zamanda "Böyük dördlük" ölkələri (Finlandiya, Rusiya, Bosniya və Herseqovina, Rumıniya, İsveç, Litva, Ukrayna, Ermənistan, Yunanıstan, İrlandiya, Almaniya, Böyük Britaniya, Fransa və İspaniya) müsabiqənin finalında birbaşa iştirak etmək hüququ qazanmışdılar.
10 may tarixində baş tutan yarımfinal mərhələsində 28 ölkə iştirak etmişdir.
Müsabiqədə iştirak edən bütün ölkələr səsvermədə iştirak etmişdir.
Cədvəldə işarələnmiş ölkələr müsabiqənin final mərhələsinə vəsiqə qazanmışdırlar.
Finalçılar: "Böyük dördlük" ölkələri (Almaniya, Böyük Britaniya, Fransa və İspaniya); Avroviziya 2006-da ilk onluğa daxil olan ölkələr; Avroviziya 2007-nin yarımfinal mərhələsində ilk onluğa daxil olan ölkələr.12 may tarixində baş tutan yarımfinal mərhələsində 24 ölkə iştirak etmişdir.
Müsabiqədə iştirak edən bütün ölkələr səsvermədə iştirak etmişdir və Serbiya təmsilçisi ən çox səs toplayaraq müsabiqənin qalibi elan edilmişdir.
Bütün ölkələr xalları ölkələrdə keçirilən SMS səsverməsinə görə təqdim etsə də, Albaniya və Andorra səslərin azlığı səbəbindən münsif səsverməsindən istifadə etmişdir.
Xarici keçidlər Eurovision.tv Həmçinin bax Avroviziya Mahnı Müsabiqəsi
2007 Avroviziya Rəqs Müsabiqəsi (ing.
Eurovision Dance Contest 2007) — ilk dəfə təşkil olunan Avroviziya Rəqs Müsabiqəsi.
Bu müsabiqə sentyabrın 1-i Londonda təşkil olundu.
Müsabiqədə 16 ölkə iştirak etdi.
Bu ölkələrdən İsveçrəyə heç bir ölkə xal vermədi və nəticədə İsveçrə müsabiqəni xalsız yekunlaşdırdı.
Müsabiqənin qalibi isə Finlandiya oldu.
Müsabiqədə 12 xal alan ölkələr aşağıdakılardır: Xarici keçidlər Eurovisiondance.tv İctimai TV Arxivləşdirilib 2009-10-02 at the Wayback Machine Həmçinin bax Avroviziya Rəqs Müsabiqəsi
2007 Avroviziya Uşaq Mahnı Müsabiqəsi − 5-ci Avroviziya Uşaq Mahnı Müsabiqəsidir.
8 dekabr 2007-ci il tarixində Niderlandın Rotterdam şəhərinin "Ahoy" arenasında təşkil olunmuşdur.
Bu il müsabiqədə ilk dəfə olaraq Bolqarıstan, Ermənistan, Gürcüstan və Litva iştirak etmişdir.
Ötən il iştirak edən və ilk iki müsabiqənin qalibləri Xorvatiya və İspaniya isə müsabiqədə iştirak etməyəcəklərini bildirmişlər.
Bu ilki müsabiqənin qalibi 2005-ci ildəki müsabiqənin də qalibi olmuş Belarus olmuşdur.
Belarusu Aleksey Jiqalkoviç S Druz'yami mahnısı ilə qalib etmişdir.
1-ci olan mahnı ilə 2-ci olan mahnı arasında cəmi 1 xal fərq vardı.
Belarus 137 xalla 1-ci, Ermənistan 136 xalla 2-ci olmuşdur.
Qiymətləndirilmə Xarici keçidlər JuniorEurovision.tv Həmçinin bax Avroviziya Uşaq Mahnı Müsabiqəsi
2007 Ağır atletika üzrə Dünya Çempionatı – Kişilər 62 kq — Kişilərin ağır atletikadakı çəki dərəcəsində ikinci müsabiqəsi olub, maksimum bədən çəkisi 62 kiloqram olaraq təyin edilmişdir.
Turnir 18-19 sentyabr 2007-ci ildə 2007 Ağır atletika üzrə Dünya Çempionatının baş tutduğu Tailandın Çianqmey şəhərində keçirilmişdir.
Bu yarışadək, mövcud dünya rekordları aşağıdakı kimi olmuşdur.
Results Arxivləşdirilib 2016-10-24 at the Wayback Machine
Bədii gimnastika üzrə 23-cü Avropa çempionatı — 28 iyun 2007-ci ildə Azərbaycan respublikası Bakı şəhərindəki Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilmişdir.
Yarışda 33 ölkənin 200-dən artıq idmançısı mübarizə aparıb.
Fərdi mübarizəyə 31 ölkənin 80 gimnastı qatılıb.
Yeniyetmələrin komanda yarışında isə 25 kollektivin iştirak edib.
Bu gimnastlar 6 dəst medal uğrunda mübarizə aparıblar Qitə birinciliyinin ilk günündə daha aşağı reytinqə malik gimnastların yer aldığı C və B qruplarında fərdi yarışlar olub.
İştirak edən dövlətlər Azərbaycan Finlandiya Birləşmiş Krallıq Yunanıstan Macarıstan Portuqaliya Böyüklər: GİMATOVA Dinarə, QURBANOVA Anna, QARAYEVA Aliyə, CAVADLI Zeynəb Yeniyetmələrdən ibarət qrup komandası: MİRZƏYEVA Nigar, QULIYEVA Ceyla, ORUCOVA Esmira, SƏLIMBƏYOVA Əzizə, HÜSEYNOVA Cəmilə, XƏLƏFOVA Aelita Avstriya...
Rusiyalı gimnastlar Vera Sessina (18,050) gümüş, Olqa Kapranova (17,750) isə bürünc medala layiq görülmüşdür.
Halqa ilə hərəkətlərdə isə Olqa Kapranova (18,325) ukraynalı Anna Bessonova (18,050) və Vera Sessina (17,600) ilk üç yeri tutmuşlar.
Gürzlə hərəkətlərdə Vera Sessina (18,000) daha güclü çıxış edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır.
Olqa Kapranova onunla eyni xalı yığsa da, cərimə xalı onun ikinci yeri tutmasına səbəb olmuşdur.
Gürzlərlə hərəkətlərdə üçüncü yerə Ukraynalı Anna Bessonova (17,850) çıxmışdır.
Nəhayət, lentlə hərəkətlərdə rusiyalı Yevgeniya Kanayeva (18,275) qızıl medala layiq görülmüşdür.
Anna Bessonova (18,100) ikinci, rusiyalı Vera Sessina (17,825) isə üçüncü yeri tutmuşlar.
Xarici keçidr Bədii Gimnastika üzrə 23-cü Avropa çempionatının rəsmi saytı Arxivləşdirilib 2010-01-11 at the Wayback Machine
Güləş üzrə dünya çempionatı 2007-ci il, sentyabrın 23-dən 17-dək Bakıda, Azərbaycanın paytaxtında keçirilib.
Yarış Heydər Əliyev adına İdman-konsert kompleksində keçirilmiş, həmçinin 2008-ci il Pekin Olimpiadasına təsnifat turunun hissəsi idi. Belə ki, bütün çəki dərəcələri üzrə ilk 8 yeri tutmuş idmançılar olimpiya oyunlarına vəsiqə aldılar.
Bu dünya çempionatında 92 ölkədən 810 idmançı çıxış edib, 25-dan çox ölkədən 130-yə yaxın jurnalist isə çempionatın gedişini izləyib.
Açılış mərasimi Çempionatın açılış mərasimində həmçinin Azərbaycan Milli Olimpiya Komitəsinin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Heydər Əliyev adına Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Mehriban Əliyeva iştirak etmişlər.
Açılış mərasimində çıxış edən Azərbaycan Respublikası gənclər və idman naziri Azad Rəhimov və Azərbaycan güləş Federasiyasının prezidenti Fazil Məmmədov beynəlxalq idman yarışlarında, son 10 ildə Azərbaycanda keçirilən olimpiya oyunlarında azərbaycan güləşçilərinin və nailiyyətləri haqqında məlumat vermişlər.
Beynəlxalq güləş assosiasiyaları federasiyasının prezidenti (FILA) Rafael Martinetti çıxış etmişdir.Daha sonra Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, Azərbaycanın həyata keçirdiyi işləri qeyd edib.
Sonra Rafael Martinetti Azərbaycan Prezidenti İlham Əliyevə FILA ali mükafatını — "idman Əfsanəsi" medalını təqdim edib.
İştirakçılar Çempionatda dünyanın 92 ölkəsinin nümayəndələri iştirak edib.
Sərbəst güləş üzrə 313, qadın 198, yunan-roma növündə isə 299 idmançı iştirak edib.
Çempionatda cəmi 810 atlet iştirak edib.
Medal Sıralnması Komanda reytinqi Yarışların nəticələri Yunan-roma güləşi üzrə mübarizədə ABŞ komandası birinci,Rusiya ikinci, Gürcüstan isə üçüncü olmuşdur.Azərbaycan komandası 11 xal toplayaraq, 16-ci yeri tutub.İran güləşçisi Həmid Sariyal üç qat və Kuba Mizhain Lopez — iki qat dünya çempionu oldular.
Sərbəst güləş növündə 68 xal toplayan Rusiya komandası birinci, Türkiyə komandası isə 40 xalla ikinci Kuba (34 xal) isə üçüncü yeri tutmuşdur.
Azərbaycan komandası 12 xalla 9-cu yeri tutşdur.
Rusiya güləşçisi Hacımurad Qatsalov üçqat dünya çempionu olmuşdur.
Rusiyadan başqa 66 kq çəki dərəcəsində Türkiyəli güləşçi Ramzan Şahin qalib olmuşdur.
Qadın güləşi üzrə birinci yeri Yaponiya, ikinci yeri Qazaxıstan , üçüncü yeri isə Ukrayna, komandaları tutmuşlar.Azərbaycan komandası 11-ci yerə layiq görülmüşdür.
Bundan başqa Yapon idmançıları Saori Yosida və Kaori Ityo beşqat dünya çempionu oldular.Çempionat sahiblərinin komandası bir qızıl və bir bürünc (Fərid Mansurov) (Çamsulvara Çamsulvarayev), 2 medal aldı.Fərid Mansurov müstəqil Azərbaycandan dünya çempionatlarında qızıl medal alan ilk yunan-roma güləşçisi oldu.2008-ci i...
Çempionatın təşkilinə görə Azərbaycan Milli olimpiya komitəsinin vitse-prezidenti Xəzər İsayev, Azərbaycan güləş Federasiyasının Prezidenti Fazil Məmmədov və federasiyanın vitse-prezidenti Namiq Əliyev yüksək səviyyədə və güləşin inkişafı qarşısında xidmətlərinə görə FILA ali mükafatı ilə təltif olundular.
Sərbəst güləş (kişilər)
2007 KONKAKAF Qızıl Kuboku (ing.
2007 CONCACAF Gold Cup) — 2007-ci ilin 6 – 24 iyun tarixləri arasında ABŞ-də təşkil olunmuş sayca doqquzuncu KONKAKAF Qızıl Kuboku.
Turnirin qalibi final matçında Meksika milli futbol komandasını 2–1 hesabı ilə məğlub etmiş ABŞ milli futbol komandası olmuşdur.
Komandaların statistikası Xarici keçidlər 2007 CONCACAF Gold Cup Dates Announced Arxivləşdirilib 2008-03-02 at the Wayback Machine 2007 CONCACAF Gold Cup (with all matchreports) Arxivləşdirilib 2008-03-21 at the Wayback Machine
17 fevral — AFR tərəfindən Kosovanın müstəqilliyinin tanınması.
2008 Yay Olimpiya Oyunları Pekində keçirilməsi 14 fevral — BMT Baş Assambleyasının 62-ci sessiyasında "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət haqqında" qətnamə qəbul olunması.
15 fevral — Prezident İlham Əliyev tərəfindən "Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi haqqında" sərəncam imzalanması.
17 fevral — AFR tərəfindən Kosovanın müstəqilliyinin tanınması.
2 iyun — Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının yaradılması.
22 sentyabr — Azərbaycan müəllimlərinin XIII qurultayının keçirilməsi.
19 noyabr — Haaqada "Azərbaycanın Holland dostları" cəmiyyətinin təsis edilməsi, 26 yanvar — İslam Rzayev, muğənni və xanəndə.(d.1934).
27 yanvar — Suxarto, 1968-1998-ci illərdə İndoneziya prezidenti.
17 yanvar — Robert Fişer, şahmatçı.
17 fevral — Aysel Gürel, Türk musiqiçi və teatr oyunçusu.
10 iyun — Çingiz Aytmatov, Qırğız Ədəbiyyatçı, siyasətçi və jurnalist.
12 avqust — Donald Erb, amerikalı bəstəkar.
25 oktyabr — Müslüm Maqomayev Sovet, Azərbaycan və rus opera və pop müğənnisi,SSRİ xalq artisti (d.1942).
24 dekabr — Harold Pinter, 2005-ci ilin Nobel Ədəbiyyat Mükafatı sahibi İngilis yazıçı.
20 iyun — Əhməd Abasquliyev, psixiatriya sahəsində Azərbaycan alimi, tibb elmlər doktoru (1959), professor (1960), Azərbaycan SSR əməkdar elm xadimi (1990).
4 fevral — Tamuris Əliyeva, pedaqoq-alim, pedaqoji elmlər doktoru, professor.
17 fevral — AFR tərəfindən Kosovanın müstəqilliyinin tanınması.
2008 Yay Olimpiya Oyunları Pekində keçirilməsi 14 fevral — BMT Baş Assambleyasının 62-ci sessiyasında "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət haqqında" qətnamə qəbul olunması.
15 fevral — Prezident İlham Əliyev tərəfindən "Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi haqqında" sərəncam imzalanması.