Search is not available for this dataset
text
stringlengths
10
518k
Şəkildə Xalq Meydanında xeyli sayda Çin ordusu əks olunmuşdu.
Lakin sonradan məlum oldu ki, bu şəkil 2009-cu il Şişou hadisələrinə aiddir və orijinalı 26 iyunda Həftəlik Cənubi Metropoliya tərəfindən paylaşılmışdır.
Bu şəkil səhvliklə digər agentliklər tərəfindən də istifadə edildi.
Lakin sonra bu agentliklər öz nöqsanlarını düzəltdilər.7 iyulda Əl-Cəzirəyə müsahibəsi zamanı Dünya Uyğur Konsresi sədri Rəbiyyə Qədir də Urumçi hadisələrindən bəhs edərkən bu fotonu göstərdi.
Lakin DÜK üzvləri sonradan bu nöqsana görə üzr istədilər və bu şəklin yüzlərlə şəkil içərisindən sadəcə keyfiyyətinə görə seçildiyini bildirdilər.
3 avqustda Xinhua Rəbiyyə Qədirin uşaqlarına aid olduğunu iddia etdiyi yazı dərc etdirdi.
Yazıya görə Rəbiyyə Qədirin uşaqları onu iğtişaşları təşkil etməkdə ittiham edirdi.
Almaniya mərkəzli DUK bu iddanı rədd etdi.
Human Rights Watch araşdırmaçısı isə mətni analiz etdikdən sonra verdiyi bəyanatda bəzi şübhəli məqamların olduğunu bildirdi.
Ona görə mətndə iğtişaşların təsviri və qiymətləndirilməsi Çin rəsmi dairələrinin etdiyi ilə çox oxşar idi.
Bu da uşaqların bunu yazacağına dair şübhələri artırır.
Nəticə və uzunmüddətli təsiri Həbslər və məhkəmələr Avqustun əvvəllərində Urumçi hökuməti iğtişaşlarla əlaqəsi olan 83 şəxsin rəsmi olaraq həbs edildiyini elan etdi.
Gündəlik Çin qəzeti avqustun sonlarında yazırdı ki, 200 nəfər həbs edilmişdir və yaxın müddətdə onların məhkəməsi başlayacaqdır.
Lakin bu iddia yerli partiya orqanı və əyalət rəhbərliyi tərəfindən inkar edildi.
Sintszyan rəhbərliyi sonradan elan etdi ki, 196 nəfər həbs edilmiş, onların 51 nəfəri barədə isə artıq həbs qərarı çıxmışdır.
Gündəlik Çin qəzeti həmçinin, polisin prokurorluğu daha 239 nəfəri həbs etmək və 825 nəfəri nəzarətə götürmək üçün razı salmağa çalışırdığını da yazmışdı.
Dekabrın əvvəllərində 94 "qaçaq" həbs edildi.Dövlət ilk dəfə sentyabr ayının sonlarında həbs edilənlərə qarşı ittihamlar irəli sürdüyünü və 21 nəfərin qətlə, soyğuna və başqasının şəxsi əmlakına ziyan verməsinə görə həbs etdiyini elan etdi.
11 oktyabrda 14.000 təhlükəsizlik qüvvəsi Urumçiyə gətirildi və növbəti gün Sintszyan məhkəməsinin qərarı ilə iğtişaşlardakı rollarına görə 6 nəfər ölümə və 1 nəfər isə ömürlük həbsə məhkum edildi.
Ölümə məhkum edilənlərin hamısı uyğur idi və onlar adam öldürmədə, soyğun törətməkdə və talanda ittiham edilirdilər.
Xarici mətbuat bu məhkəmə qərarları ilə Çin hakimiyyətinin incik hanların könülünü almağı hədəflədiyini yazırdı.
DUK isə bu qərarları qınamış və ədalətsiz adlandırmışdı.
Human Rights Watch iyul etirazları ilə əlaqədar 21 müttəhimin məhkəməsində "ciddi qanun pozuntularının" olduğunu, məhkəmələrin "lazımi prosedurların və ədalətli məhkəmə araşdırmalarının minimum beynəlxalq standartlarına cavab vermədiyini" –konkret olaraq, məhkəmələrin əvvəlcədən xəbərdarlıq edilmədən bir gündə edildiyi...
Digər tərəfdən Xinhua agentliyi məhkəmə proseslərinin həm Çin, həm də uyğur dillərində aparıldığını, hər hansı bir qərar verilmədən əvvəl dəlilin diqqətlə toplanaraq yoxlanıldığını qeyd etmişdi.
2010-cu ilin fevral ayına qədər edam hökmü verilmiş şəxslərdən ən az 26 nəfər edam edildi.
26 nəfərin biri han olmaqla, digərləri uyğur idi. Həmçinin edam edilənlərin sırasına bir uyğur qadın da daxil idi. 2009-cu ilin noyabr ayında edama məhkum edilən 9 nəfərin isə 8-i uyğur və 1-i han idi. Sonrakı narahatlıqlar və təhlükəsizlik tədbirləri Avqustun ortalarından başlayaraq, 476 nəfərin hipoderma iynələri ilə...
Rəsmilər hücumların Han vətəndaşlarını hədəf aldıqlarına və Uyğur separatçıları tərəfindən edildiyinə inanırdılar.
Həm hücumlara görə yaranmış narahatlığa, həm də digər problemlərin həll edilməsində hökumətin xeyli ləng davranması hanların kütləvi formada etirazlara başlamasına səbəb oldu.
3 sentyabrda 5 etirazçı nümayişlər zamanı həyatını itirdi, 14 nəfər isə yaralandı.
Növəti gün Kommunist Partiyasının Urumçi üzrə rəhbəri Li Zhi polis rəisi Liu Yaohua ilə birlikdə vəzifələrindən göndərildilər.
2010-cu ilin aprelində isə Kommunist partiyasının əyalət üzrə rəhbəri olan Vanq Lequan da öz vəzifəsindən azad edilir.Şəhərdə həyatın normala dönməsini insanlara göstərmək üçün əlindən gələni edirdi, amma şəhərə gətirilmiş hərbçilər hələ də saxlanılırdı.
Verilən məlumata görə, 2010-cu ilin yanvar ayından etibarən hər gün 5–6 dəfə patrul təşkil edilirmiş və bu patrulların sayı gecə vaxtları daha da artırılırmış.
İğtişaşın birinci ildönümünə az qalmış hakimiyyət orqanları "əsas ictimai yerlərdə təhlükəsizliyi təmin etmək" üçün Ürümqi ətrafında 40 mindən çox müşahidə kamerası quraşdırmışdı.
Qanunvericilik və təhqiqat Avqust ayının sonlarında mərkəzi hökumət "üsyan, iğtişaşlar, genişmiqyaslı ciddi cinayət zorakılığı, terror hücumları və digər sosial təhlükəsizlik hadisələri zamanı silahlı polisin yerləşdirilməsinə dair standartları açıqlayan bir qanun qəbul etdi.
Sentyabrın əvvəlindəki etirazlardan sonra hökumət bütün "icazəsiz yürüşləri, nümayişləri və kütləvi etiraz aksiyalarını" qadağan edildiyini elan etdi.
Vilayət hökuməti, həmçinin etnik separatizmi qızışdırmaq üçün internetdən istifadəni qadağan edən qanun qəbul etdi.
Noyabrda mərkəzi Çin hökuməti 400 dövlət rəsmisini Sintszyana göndərdi.
Göndərilənlər arasında rəhbər şəxslərdən Dövlət Şurasının katibi Ma Kay, propaqanda departamentinin rəhbəri Liu Yunşan, Birləşmiş Cəbhənin rəhbəri Du Qinqlin var idi.
Bu şəxslər Sintszyan hadisələrini araşdırmaq üçün komitə qurmalı idilər.
Məqsəd isə etirazlardan sonra bu bölgədə yeridilməsi planlanan siyasətin müəyyən olunması idi. 2010-cu ilin aprel ayında sərt insan olan Vanq Lequan partiya daha uzlaşdırıcı şəxs olan Zhanq Çunxianla əvəzləndi.
Hökumət, əyalətin iqtisadi inkişafına kömək etmək üçün şərq əyalətlərindən Sintszyan bölgəsinə təxminən 15 milyard ABŞ dolları məbləğində pul köçürmələrini təsdiq etdi və Qaşqarda xüsusi bir iqtisadi bölgə qurmağı planladığını bildirdi.Çin şimal-qərb sərhədi olan və əsasən müsəlmanlar tərəfindən məskunlaşdırılan Sintsz...
Yüzlərlə kadr geridəqalmış cənub torpaqlarından Urumçinin qeyri-sabit bölgələrinə köçürüldü.
Həmçinin, yeni sosial layihə ilə əgər ailədə hamı işsiz idisə, onlardan birinə dövlət iş tapmalı idi. Tələbələr də bu proqrama üzv ola bilərdilər.
Şəhərin ətrafındakı gecəqondu məhəlləri yenidən işlənilir və yeni evlər tikilirdi.
Bunda məqsəd bölgədəki sosial riski azaltmaq idi. Ancaq müstəqil müşahidəçilər hesab edirlər ki, uğur qazanmaq üçün fundamental bərabərsizliklər aradan qaldırılmalı və düşüncə tərzi dəyişməlidir; İlham Tohti yeni siyasətin daha çox han mühacirətini cəlb edə biləcəyini və uyğur əhalisini daha da uzaqlaşdıracağını güman ...
İctimai xidmətlər və internetə giriş Şəhərdəki nəqliyyat sistemi demək olar ki, avqust ayının əvvəllərinə qədər bərpa edildi.
Xinhua agentliyinin bildirdiyinə görə, 267 avtobus iğtişaşlar zamanı ziyan görmüşdü, bu avtobusların çoxu 12 avqustda yenidən xidmətə başladı.
Dövlət avtobus şirkətlərinə ümumilikdə ¥5.2 milyon kompensasiya ödədi.
Nəqliyyat xidmətlərinin bərpa edilməsinə və hökumətin bölgəyə gələnləri təşviq etmək səylərinə baxmayaraq, iğtişaşlardan sonra turizm kəskin şəkildə aşağı düşdü; oktyabrda Milli Gün tətilində Sintizsyana 2008-ci ildəki ilə müqayisədə 25% daha az turist gəldi.Urumçi ictimai məktəbləri sentyabr ayında cədvəl üzrə payız s...
Lakin bu açılışlar silahlı qüvvələrin nəzarəti altında baş verdi.
Bir çox məktəblərdə ilk dərs günləri vətənpərvərliyə həsr edilmişdi.Digər tərəfdən Urumçidə internet və beynəlxalq telefon zəngləri hələ də məhdud səviyyədə saxlanılırdı.
Bu iğtişaşlardan sonra təxminən 1 il belə davam etdi.
Noyabr ayında internet məzmunlarının əksəriyyətinə girmək olmurdu və beynəlxalq telefon zəngləri isə qeyri-mümkün idi. Dekabr ayının sonuna qədər muxtar bölgədən kənarda yerləşdirilən əksər veb məzmuna bir neçə jurnalistdən başqa heç kim girə bilmirdi.
Sakinlər normal formada internetə girmək üçün 14 saatlıq məsafədə olan Dunhuanqa getməli idilər.
Şəhərdə yalnız 100 yerli internet saytı fəaliyyətini davam etdirirdi.
Bu saytlar isə bankların yerli filiallarının saytı, dövlət orqanlarının saytları idi. Xaricə zəng etmək və ya xaricdən gələn zəngi qəbul etmək qeyri-mümkün idi. Sakinlər xariclə yalnız Çinin digər şəhərlərində yaşayan vasitəçilər vasitəsiylə əlaqə saxlaya bilirdilər.
Kommunikasiya vasitələrinin bloklanması Çinin özündə belə mübahisələrə səbəb oldu.
Zhejianq Universitetindən Yu Xiaofenq hökuməti bu addımına görə tənqid etdi.
Bir çox Urumçu sakini bu bloklamaların onların bizneslərinə külli miqdarda ziyan vurduğunu və iğtişaşlardan sonra özlərini bərpa edə bilməmələrinə səbəb olduğunu bildirirdi.
Avro-Çin formunun rəhbəri David Qosset isə sosial stabilliyə görə bütün bunlara dözülməli olduğunu bildirmişdi.
Bəzi sakinlər isə internetin bloklanması ilə daha keyfiyyətli həyat yaşadıqlarını bildirirdilər.
Dekabrın sonlarında hökumət xidmətləri yavaş-yavaş bərpa etməyə başladı.
İki dövlət tərəfindən nəzarət edilən Xinhua və Gündəlik Xalq saytları bloklanmadan xaric edildi.
28 dekabrda Sina.com və 10 yanvar 2010-cu ildə isə Sohu.com bloklanmadan çıxarıldı.
6 fevral tarixində isə daha 27 sayt da çıxarıldı, lakin bu saytlarda fəaliyyət hələ də məhdudlaşdırılmış formada saxlanılırdı.
Məsələn, istifadəçilər portallarda yazılanları oxuya bilər, fəqət nəsə yaza bilməzdi.
Gündəlik Çin qəzeti e-mail xidmətinin 8 fevraldan artıq işlədiyini elan etsə də, BBC-nin müxbirinin bildiyi məlumata görə, bu yalan xəbər idi.
Telefon mesajlaşmaları limitlər qoyulsa da, 17 yanvarda bloklanmadan çıxarıldı.
Hər bir insana göndərilən gündəlik mesaj sayına görə limit qoyulmuşdu.
2010-cu ilin may ayında internet tamamilə insanların istifadəsinə verildi.
Xarici keçidlər Hadisə barədə xəbərlərXinhua News Agency coverage CCTV special coverage (çin.)
Timeline: Xinjiang unrest, BBCFotolarOutrage in China After Riot Deaths Arxivləşdirilib 2011-08-07 at the Wayback Machine, Life Race Riots Continue in China's Far West Arxivləşdirilib 2012-11-05 at the Wayback Machine, Time Ethnic clashes in Urumqi, China, The Boston Globe
2009-cu il iyul Urumçi iğtişaşları və ya Urumçi qarşıdurması — Çinin şimal-qərbində yerləşən Sintszyan-Uyğur Muxtar Rayonunda başlayan və qarşıdurmalarla, iğtişaşlarla müşayiət olunaraq bir müddət davam edən hadisələr zənciri.
İğtişaşlara səbəb Quanqdonqda yayılmış əsassız şayiələrdən sonra etnik hanlar tərəfindən iki uyğurun öldürülməsi və qatillərin həbs edilməməsi oldu.
İğtişaşlar təxminən 1000 nəfər uyğurun etirazları ilə başladı.
Lakin hadisələr tədricən başqa məcraya doğru inkişaf etdi və hanları hədəfləyən hücumlar həyata keçirildi.
Çin Xalqının Silahlı Polisi hazır vəziyyətə gətirildi və 2 gün sonra yüzlərlə han həm polislərlə, həm də uyğurlarla döyüşməyə başladı.
Çin Xalq Respublikası rəsmilərinin açıqladığı rəqəmə görə əksəriyyəti hanlardan olmaqla, ümumilik 197 nəfər həyatını itirmiş, 1721 nəfər yaralanmış, xeyli sayda maşın və bina dağıdılmışdı.
İğtişaş günlərindəki polis axtarışları zamanı yoxlanılan bir çox uyğur yoxa çıxdı.
Human Rights Watch-un bildirdiyi məlumata görə, belə halların sayı 43 nəfərdir.
Real rəqəmlərin isə daha yüksək olması ehtimal edilir.Etirazlar Çinin cənubunda yerləşən Şaoquanda baş vermiş hadisəyə etiraz üçün başlanmışdı.
Həmin hadisə zamanı iki uyğur qətlə yetirilmişdi.
Polis isə məsələ barədə araşdırma başlatmışdı.
Hər halda, müşahidəçilər etirazların iğtişaşlara çevrilməsinin səbəbi məsələsində qəti fikrə sahib deyillər.
Mərkəzi Çin hakimiyyəti iddia edir ki, iğtişaşlar xaricdən, daha dəqiq desək Dünya Uyğur Konqresi və onun rəhbəri Rəbiyyə Qədir tərəfindən təşkil edilmişdir.
Rəbiyyə Qədir iddiaları rədd edərək bildirmişdir ki, o, Çin uyğurlarının öz müqəddaratını təyin etmə yolunda şiddətə müraciəti qəbul etmir.Çin mətbuatı hadisələri geniş şəkildə işıqlandırmış və 2008-ci ildə baş vermiş Tibet hadisələri ilə müqayisə etmişdi.
İğtişaşlar başlayan zaman Sintszyanda telefon və internet əlaqəsi kəsildi.
Qarşıdakı bir neçə həftə ərzində isə mindən çox uyğur həbs edildi.
Uyğur məscidləri müvəqqəti olaraq bağlanıldı.
Kommunikasiyanın məhdudlaşdırılması və güclü polis nəzarəti 2010-cu ilin yanvar ayına qədər davam etdi.
2009-cu ilin noyabrından etibarən 400 nəfər iğtişaşlar zamanı törətdikləri əməllərə görə həbs edildi.
Həmçinin, eyni vaxtda 9 nəfərə ölüm hökmü oxundu və 2010-cu ilin fevralında daha 26 nəfərə də ölüm hökmü oxundu.
Sintszyan Çin Xalq Respublikasına daxil olan və Mərkəzi Asiyada yerləşən böyük regiondur.
Əyalətdə müxtəlif etnik qruplar yaşayır.
Əhalinin 45 faizi uyğur, 40 faizi isə handır.
Yüksək şəkildə sənayeləşdirilmiş paytaxt Urumçidə 2.3 milyondan çox insan yaşayır.
Paytaxt sakinlərinin 75 faizi hanlar, 12.8 faizi uyğurlar, 10 faizi isə digər etnik qruplardır.
Ümumilikdə, uyğurlarla han hökuməti arasında Sintszyan bölgəsinə tarixi haqq iddiası baxımından mübahisələr mövcuddur.
Uyğurlar inanırlar ki, onlar bu bölgənin yerli sakinləridirlər.
Hökumət siyasətinə görə isə, Sintszyan ən azı e.ə.
200-cü ildən hanlara aiddir.