Search is not available for this dataset
text
stringlengths
10
518k
Azərbaycan Kubokunun 2009/2010 mövsümündə mübarizəyə 20 klub qoşulacaq.
Sentyabrın 4-də saat 15.00-da keçiriləcək yeni mövsümün püşkatma mərasimində 20 komanda iştirak edəcək.
Peşəkar Futbol Liqasının yaydığı məlumata görə, Premyer-Liqa klublarının hamısı kubok uğrunda mübarizəyə qoşulacaq.
I diviziondan isə yalnız 8 komanda oynamaq istəyindədir.
Dörd klub - ABN, "Energetik", "Ədliyyə" və "Göyəzən" isə mübarizədən imtina edib.
Qeyd edək ki, Azərbaycan Kubokunun 1/16 mərhələsinin ilk oyunları 16-17 sentyabrda, cavab qarşılaşmaları 23-24 sentyabrda baş tutacaq.
2009/2010 mövsümündə bu komandalar iştirak edəcək: Premyer-Liqa: Bakı, İnter, Simurq, Xəzər Lənkəran, Qarabağ, Olimpik-Şüvəlan, Standard, Neftçi, Karvan, Qəbələ, Turan, Muğan.
I divizion: Bakılı, MOİK, Şahdağ, Anşad-Petrol, Gəncə, MKT-Araz, Neftçi İSM, Rəvan.
(15-17, 23-24 sentyabr 2009) 1.
Gəncə - Rəvan 1:1 / 2:0 2.
Anşad Petrol - Şahdağ 1:1 / 2:3 3.
MKT-Araz - Bakılı 1:3 / 1:2 4.
MOİK - Neftçi İSM 2:1 / 0:2 (4, 11-12 noyabr 2009) 5.
Simurq - Gəncə 2:0 / 1:0 6.
Olimpik-Şüvəlan - Qəbələ 2:0 / 0:1 7.
Qarabağ - Şahdağ 4:0 / 0:0 8.
Xəzər Lənkəran - Muğan 3:1 / 1:0 9.
Bakı - Bakılı 6:0 / 0:0 10.
Standard - Turan 3:1 / 0:0 11.
Neftçi - Neftçi İSM 5:0 / 2:0 12.
İnter - Karvan 4:0 / 3:2 (6-7, 17-18 mart 2010) 13.
Simurq - Olimpik-Şüvəlan 0:0 / 0:0 (P 2/4) 14.
Qarabağ - Xəzər Lənkəran 2:1 / 0:1 15.
Bakı - Standard 1:1 / 3:1 16.
Neftçi - İnter Bakı 0:3 / 1:2 (28-29 aprel, 5-6 may 2010) 17.
Olimpik-Şüvəlan - Xəzər Lənkəran 1:1 / 1:2 18.
Bakı - İnter Bakı 0:1 / 3:1 (23 may 2010) Xəzər Lənkəran - Bakı 1:2
2009 Amsterdam turniri — 24 iyul ilə 26 iyul 2009-cu il tarixləri arasında Ayaks klubunun ev sahibliyi ilə Sanderlend AFK, Benfika FK və Atletiko Madrid komandalarının iştirakı ilə təşkil olunmuşdur.
Turnirin qalibi Benfika FK komandası olmuşdur.
Turnir cədvəli NB: Vurulan hər qol üçün komandalara əlavə xallar verilmişdir.
2009 Aralıq dənizi Oyunları — 2009-cu ilin 25 iyun – 5 iyul tarixləri arasında İtaliyanın Peskara şəhərində keçirilmiş on altıncı Aralıq dənizi Oyunları.
Bu oyunlar İtaliyada 1963 və 1997-ci ildən sonra üçüncü dəfə keçirilmişdir.
Bu oyunlarda 23 ölkədən 3368 atlet iştirak etmişdir.
Xarici keçidlər Official website of the 2009 Mediterranean Games (Wayback Machine archive) International Mediterranean Games Committee Villaggio Mediterraneo Arxivləşdirilib 2010-12-31 at the Wayback Machine
2009 Avroviziya Mahnı Müsabiqəsi (ing.
Eurovision Song Contest 2009; fr.
Concours Eurovision de la chanson 2009) — sayca 54-cü Avroviziya Mahnı Müsabiqəsidir.
Dima Bilannın ifa etdiyi "Believe" mahnısı ilə 2008 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2009-cu ildə Rusiya ilk dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı.
Müsabiqə Rusiyanın paytaxtı Moskva şəhərində Olimpiyski Arenada keçirilmişdir.
Müsabiqənin yarımfinalları 2009-cu ilin 12 və 14 may, final isə 16 may tarixində baş tutmuşdur.
2009-cu ildə Slovakiya 11 illik fasilədən sonra Avroviziyaya geri dönmüşdür.
San-Marino maliyyə çətinlikləri səbəbindən müsabiqədə iştirakdan imtina etmişdir.
Latviya və Gürcüstan da ilkin olaraq Moskvada keçirilən müsabiqədə iştirak etməyəcəklərini açıqlasalar da, Avropa Yayım Birliyi daha sonra hər iki ölkənin Avroviziya 2009-da iştirak edəcəyini bildirmişdir.
Lakin, Gürcüstanın müsabiqə üçün nəzərdə tutduğu mahnı müsabiqənin qaydalarına zidd olduğu üçün ölkənin müsabiqədə iştirakı baş tutmamışdır.
Ümumilikdə 42 ölkənin iştirak etdiyi müsabiqədə Norveç təmsilçisi olan "Aleksandr Rıbak" ifa etdiyi "Fairytale" adlı mahnı ilə 387 xal toplayaraq qalib gəlmişdir.
İkinci yerdə 218 xalla İslandiya, üçüncü yerdə isə 207 xalla Azərbaycan qərarlaşmışdır.
Bu sonuncu dəfə 1995-ci ildə "Nocturne" qrupunun təmsilində müsabiqədə qələbə qazanan Norveçin Avroviziyada ümumilikdə üçüncü qalibiyyəti idi. 2009-cu ildə müsabiqəni televiziya vasitəsilə 122 milyon tamaşaçı izləmişdir.
2009 Avroviziya Mahnı Müsabiqəsinin mayın 12-si və mayın 14-ü keçirilən yarımfinallara Andrey Malaxov və Natalya Vodyanova aparıcılıq etmişdir.
Alsu Abramova və İvan Urqant isə 16 mayda keçirilən final mərhələsinin aparıcılığını etmişdirlər.
Müsabiqədə ümumilikdə dörd aparıcının olması Avroviziya tarixində bir ilk idi. Səhnə layihəsi Con Keysi tərəfindən hazırlanmışdır.
Keysi daha əvvəl 1997-ci ildə Dublində təşkil olunan 1997 Avroviziya Mahnı Müsabiqəsinin səhnəsini də layihələndirmiş və 1994 – 1995–ci illərdə də səhnə layihəsi işinin içində yer almışdı.
Səhnə, demək olar ki, bütünlüklə LED ekranlarının fərqli növlərindən təşkil olunmuşdur.
Müsabiqə üçün bir teatr proyekti də olub.
Həmçinin, səhnənin böyük hissəsindək LED ekranlar hər tərəfdə hərəkət edir və hər bir mahnı üçün fərqli hiss etdirmək üçün düzəldilən dairəvi orta bölümü də daxil olmaqla bir çox dəyişiklik gözə dəyir.
2009 Avroviziya Mahnı Müsabiqəsinin biletlərinin qiyməti 300 rubldan 30 min rubla qədər idi. Ən ucuz biletlər (300–1800 rubl) müsabiqə çərçivəsində keçirilən səhər və axşam konsertləri üçün olan biletlər idi. Yarımfinalı izləmək istəyənlər 800–20 min arası pul ödəmişdirlər.
Final üçün ən ucuz bilet 1000 rubl, ən bahalısı isə 30 min rubl idi. Təşkilatçıların sözlərinə görə, hələ fevral ayında internetdə müsabiqəyə ilk biletlərin satışa çıxarılması barədə məlumatlar yayılsa da, bu biletlər saxta olub.
Əsl biletlər bir neçə qoruyucu qatdan ibarət idi. Onlarda xüsusi holoqram və məlumatlar olan ştrix kod əks etdirilmişdir.
Biletlər konsertə giriş zamanı xüsusi elektron cihazla yoxlanılmışdır.
Biletlər Moskvadakı Olimpiya İdman Kompleksinin kassasında satılmışdır.
Şounu Avroviziya Mahnı Müsabiqəsinin ilk qalibi, İsveçrəli müğənni Liz Assia açmışdır.
Müğənni 1956 Avroviziya Mahnı Müsabiqəsində ona qələbə qazandırmış "Refrain" mahnısını ifa etmişdir.
Bundan başqa açılış mərasimində müxtəlif illərdə keçirilmiş Avroviziya Mahnı Müsabiqələrinin qalibləri – 1979-cu ildə Almaniyanı təmsil edən Dschinghis Khan qrupu, 2004-ci ildə Ukraynaya müsabiqədə qalibiyyət gətirən müğənni Ruslana, 2007 Avroviziya Mahnı Müsabiqəsinin qalibi Serbiyalı Mariya Şerifoviç və ötən ilin qal...
Yarımfinallara bölünmə səbətləri Yanvarın 30-u 2009-cu ildə Avroviziya 2009-da iştirak edəcək ölkələrin yarımfinallara bölünməsi mərasimi keçirilmişdir.
Tədbirin aparıcısı Yana Çurikova idi. Tədbirdən əvvəl də məlum idi ki, iştirakçı ölkələrdən beşi; Almaniya, Böyük Britaniya, Fransa, İspaniya və ev sahibi Rusiya birbaşa finalda iştirak edəcək.
Müsabiqənin səsvermə üzrə rəsmi sponsoru olan Digame-nin apardığı hesablamalar nəticəsində 2009-cu ilə kimi bir-birinə çox səs verən ölkələrin fərqli yarımfinallarda iştirak etməsi üçün ölkələr altı səbətə ayrılmışdır.
Hər bir səbətdə fərqli səsvermə qruplaşmaları yer almışdır (Balkan ölkələri bir səbətdə, Keçmiş Sovet ölkələri bir səbətdə, Skandinaviya ölkələri bir səbətdə və s.).
Həmin bu üsul yarımfinal püşkatması zamanı eyni səbətdə yer alan altı və ya yeddi ölkənin eyni yarımfinalda iştirak etməməsinə şərait yaradırdı.
Qalmaqallar Gürcüstan: We Don't Wanna Put In Gürcüstan 2008-ci ilin avqustunda baş vermiş müharibə səbəbi ilə müsabiqədə iştirak etməyəcəyini bildirmişdir.
Lakin 2008 Avroviziya Uşaq Mahnı Müsabiqəsində Rusiyanın Gürcüstana 12 xal verərək qalib olmasında kömək etdiyi üçün iştirak etmək qərarına gəlmişdir.
Gürcüstanı təmsil etməli olan Stefane və 3G qrupunun ifa etməli olduğu "We Don't Wanna Put In" mahnısında Rusiya prezidenti Vladimir Putini tənqid xarakterli sözlərdən istifadə edilmişdir.
İngilis dilində səslənən mahnının adının digər tərcüməsi "Biz Putini İstəmirik" idi. Mahnı Rusiya mətbuatı tərəfindən narazılıqla qarşılanmışdır.
Avroviziyanın qaydalarına əsasən özündə hər hansısa bir siyasi xarakter daşıyan mahnının müsabiqədə iştirakına icazə verilmirdi və Avropa Yayım Birliyi Gürcüstan televiziyasından ya mahnını tamamən dəyişmək, ya da sözlərində düzəlişlər aparmağı tələb etmişdir.
Lakin Gürcüstan nəticə olaraq Moskvada keçirilən müsabiqədə iştirakdan imtina etmək qərarına gəlmişdir.
Erməni təxribatı Ermənistan ilkin olaraq Avroviziya 2009-da qondarma erməni soyqırımına aid mahnı ilə təmsil olunmaq istəyirdi.
Mahnını System of a Down adlı erməni qrupu ifa edəcəkdi.
Hətta mahnının klipi də çəkilmişdi.
Lakin bu mahnıda Atatürkü və Türk millətini təhqir edən sözlər olduğu üçün Türkiyənin etirazlarını nəzərə alaraq Avropa Yayım İttifaqı Ermənistanın bu mahnı ilə təmsil olunmasına icazə verməmişdir.
Ermənistanın müsabiqədə səsləndiriyi "Jan Jan" mahnısı isə Azərbaycan ictimaiyyətində etirazla qarşılanmışdır.
Belə ki, ermənilərin müsabiqədə təqdim etdikləri mahnının musiqisi görkəmli Azərbaycan bəstəkarı Tofiq Quliyevin bəstələdiyi "Naxçivani" rəqsinin musiqisi idi.
Buna baxmayaraq, Ermənistan həmin mahnı ilə müsabiqədə təmsil olunmuş və müsabiqədə 10-cu yerdə qərarlaşmışdır.
Dağlıq Qarabağda yerləşən Biz və bizim dağlar abidəsinin müsabiqədə Ermənistan üçün hazırlanmış reklam çarxında yer alması Azərbaycan XİN-in etirazına səbəb olmuşdur.
Bununla bağlı Avropa Yayım Birliyinə daxil olan şikayətdən sonra final mərhələsində Azərbaycan ərazisindəki abidənin təsviri Ermənistanın reklam çarxından çıxarılmışdır.
Lakin müsabiqənin final səsverməsinin gedişatında Ermənistanın səsləri açıqlanan zaman arxa fondakı monitorda və eyni zamanda səsləri açıqlayan müğənni Siruşonun əlində tutduğu kartın arxasında həmin abidə təsvir olunmuşdur.
Moskvada LGBT iğtişaşları Rusiyanın LGBT hüquqları üzrə fəalı Nikolay Alekseyev Avroviziyanın Rusiyada keçirilməsindən istifadə edərək, Avropaya Rusiyada LGBT hüquqlarının hansı səviyyədə olduğunu çatdırmaq üçün və Moskvanın meri Yuri Lujkovun homoseksuallığın şeytan əməli olması ilə bağlı açıqlamasına etiraz olaraq, A...
Avropadakı bütün slavyan xalqalarını parada cəlb etmək üçün parad "Slavyan paradı" adlandırılmışdır.
Lakin nəzərdə tutulan parad "bu cür hərəkətlər cəmiyyətə əxlaqsızlıq yayır" düşüncəsi əsasında Moskva rəsmiləri tərəfindən etiraza səbəb olmuşdur.
Rəsmilər parada qoşulan hər bir kəsə sərt davranılacağını xəbərdar etmişdir.
Parad Nikolay Alekseyev və Britaniyanın insan hüquqları üzrə fəalı Piter Tetçel də daxil olmaqla, 20 nəfərin Moskva polisi tərəfindən həbsi ilə nəticələnmişdir.
Baş verən hadisə müsabiqədə iştirak edən müğənnilər başda olmaqla bir çox insanların narazıçılığına səbəb olmuşdur.
İsveç təmsilçisi Malena Ernman paradda iştirak edən insanlara öz dəstəyini bildirərək, Moskva rəsmilərinin etdiyi hərəkəti "Sevgiyə qarşı cinayət" adlandıraraq, çox kədərli olduğunu bildirmişdir.
Müsabiqənin qalibi Aleksandr Rıbak da hadisəyə etirazını bildirərək, Avroviziya kimi böyük bir müsabiqəyə ev sahibliyi edən ölkənin bu vəziyyətdə olmasının acınacaqlı olduğunu bildirmiş və müsabiqənin özünün əsl "gey parad" olduğunu vurğulamışdır.
Eyni zamanda Yunanıstan, Macarıstan, İsrail, Danimarka və Niderland təmsilçiləri də Rusiyanın hərəkətini qınamışdırlar.
İştirak edən ölkələr 42 ölkənin iştirak etdiyi Avroviziya 2009 otuz yeddi ölkənin final uğrunda mübarizə apardığı iki yarımfinal mərhələsindən (birinci yarımfinalda 18 ölkə, ikinci yarımfinalda 19 ölkə) və iyirmi beş ölkənin qalibiyyət uğrunda mübarizə apardığı final mərhələsindən təşkil olunmuşdur.
Böyük dördlük" ölkələri (Almaniya, Böyük Britaniya, Fransa və İspaniya) və ev sahibi Rusiya müsabiqənin finalında birbaşa iştirak etmək hüququ qazanmışdırlar.
1-ci yarımfinal 12 may tarixində baş tutan yarımfinal mərhələsində 18 ölkə iştirak etmişdir.
Bu yarımfinalda iştirak edən bütün ölkələr və eyni zamanda Almaniya və Böyük Britaniya səsvermədə iştirak etmişdir.
Ən çox səs toplayan 9 ölkə müsabiqənin finalına vəsiqə qazandığı halda 10-cu finalçı isə peşəkar münsif heyətinin qərarı ilə seçilmişdir.
Cədvəldə işarələnmiş ölkələr müsabiqənin final mərhələsinə vəsiqə qazanmışdırlar.
2-ci yarımfinal 14 may tarixində baş tutan yarımfinal mərhələsində 19 ölkə iştirak etmişdir.
Bu yarımfinalda iştirak edən bütün ölkələr və eyni zamanda Fransa, İspaniya və ev sahibi Rusiya səsvermədə iştirak etmişdir.