Search is not available for this dataset
text
stringlengths
10
518k
Ən çox səs toplayan 9 ölkə müsabiqənin finalına vəsiqə qazandığı halda 10-cu finalçı isə peşəkar münsif heyətinin qərarı ilə seçilmişdir.
Cədvəldə işarələnmiş ölkələr müsabiqənin final mərhələsinə vəsiqə qazanmışdırlar.
Finalçılar: "Böyük dördlük" ölkələri (Almaniya, Böyük Britaniya, Fransa və İspaniya); Ev sahibi ölkə (Rusiya); Birinci yarımfinal mərhələsində ilk onluğa daxil olan ölkələr; İkinci yarımfinal mərhələsində ilk onluğa daxil olan ölkələr.16 may tarixində baş tutan yarımfinal mərhələsində 25 ölkə iştirak etmişdir.
Müsabiqədə iştirak edən bütün ölkələr səsvermədə iştirak etmişdir və Norveç təmsilçisi ən çox səs toplayaraq müsabiqənin qalibi elan edilmişdir.
Səsvermə cədvəlləri I yarımfinal II yarımfinal Finalda ən çox 12 xal alan ölkələr: Təkrar iştirak edən müğənnilər Beynəlxalq yayımlanma Avstraliya kanalı Birinci yarımfinalı cümə 15 may 2009-cu ildə məhəlli vaxtla saat 19:30-da (09:30 UTC), ikinci yarımfinalı şənbə 16 may 2009-cu ildə məhəlli vaxtla saat 19:30-da (09:3...
Avstriya Avstriya 2009 Avroviziya Mahnı Müsabiqəsində iştirak etməsə də müsabiqəni yayımladı.
Avstriyada müsabiqəni ORF kanalı hər iki yarımfinalı və finalı yayımladı.
Müsabiqəni şərh edən isə Ö3 radiosunda çalışan Benny Hörtnagl oldu.
Yeni Zelandiya Yeni Zellandiyada müsabiqəni Triangle TV yayımladı.
Dünya Dünyada bu müsabiqəni iştirakçı ölkə kanalları ilə yanaşı bir neçə kanal da yayımladı: BVN (Belçika, Hollandiya), LTV, TVR international, ERT World, Ermənistanın İctimai Televiziyası (ARMTV), TVE İnternacional, TRT İnternational, TVP Polonia, RTP Internacional, RTS Sat və SVT World.
Həmçinin Avroviziya Mahnı Müsabiqəsi Rəsmi saytında müsabiqə yayımladı.
Xarici keçidlər Eurovision.tv Həmçinin bax 2009 Avroviziya Uşaq Mahnı Müsabiqəsi
2009 Avroviziya Uşaq Mahnı Müsabiqəsi 7-ci baş tutan ənənəvi Avroviziya Uşaq Mahnı Müsabiqəsidir.
Müsabiqə 21 noyabr 2009-cu il tarixində Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilmişdir.
Ukrayna müsabiqəyə ilk dəfə ev sahibliyi etmişdir.
Müsabiqədə 13 ölkə iştirak etmişdir.
Bu ölkələrdən İsveç 1 illik fasilədən sonra müsabiqəyə geri dönmüşdür.
Lakin 2008-ci ildə müsabiqədə iştirak edən Bolqarıstan, Litva və Yunanıstan 2009 Avroviziya Uşaq Mahnı Müsabiqəsində iştirakdan imtina etmişdir.
Kiyevdə keçirilən 2009 Avroviziya Uşaq Mahnı Müsabiqəsində "Click Clack" mahnısı ilə Niderland təmsilçiləri Ralf Makenbax qalib gəlmişdir.
İştirakçılar Səsvermə cədvəli Müsabiqədə 12 xal alan ölkələr: Xarici keçidlər JuniorEurovision.tv İctimai TV Arxivləşdirilib 2009-10-02 at the Wayback Machine Həmçinin bax Avroviziya Uşaq Mahnı Müsabiqəsi
Ağdam hərbi təxribatı — 2009-cu ildə Ağdamda baş vermiş silahlı toqquşmalar.
2009-ci ilin yanvar ayında Qarabağda baş vermiş silahlı toqquşma.
1994-cü ildə imzalanmış Bişkek protokolundan sonra Ermənistan Silahlı Qüvvələri tərəfindən ən şiddətli atəşkəs pozuntularından biridir.
2009-ci ilin yanvarın 26-da saat 17:00 radələrində Ermənistan Silahlı Qüvvələri Ağdam rayonunun işğal altındakı Cəvahirli kəndi və Gülçülük sovxozu adlanan ərazidən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə doğru hücuma keçməyə cəhd göstərdilər.
Azərbaycan ordusunun mövqelərini ələ keçirtmək niyyətində olan erməni silahlıları itki verərək geri çəkilməyə məcbur oldular.
Azərbaycan Silahlı Qüvvələri heç bir itkiyə məruz qalmamışdır.
2009-ci ilin sentyabr ayında Ermənistan Silahlı Qüvvələri tərəfindən 1994-cü ildə imzalanmış Ermənistan-Azərbaycan atəşkəsin ən şiddətli pozuntularından biridir.
2009-cu ilin sentyabrın 10-da saat 9:23 radələrində Ermənistan silahlı qüvvələri Ağdamın işğal altındakı olan ərazilərindən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə doğru hücuma cəhd göstərmişdilər.
Milli Ordumuzun mövqelərini ələ keçirtmək istəyən ermənilərin qarşısı alınmışdır.
Silahlı müdaxilənin qarşısını alan Azərbaycan Silahlı Qüvvələri ilə Ermənistan Silahlı Qüvvələri arasında şiddətli döyüş olub.
Düşmən hücumunun qarşısını alan Azərbaycan Silahlı Qüvvələrinin əsgərləri 5 erməni əsgərini məhv edib, 3 əsgərini ağır yaralayıb.Azərbaycan Silahlı Qüvvələrinin yalnız bir əsgəri, 2008-ci ilin iyul ayında Quba rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan, 1990-cı il təvəllüdlü Yusubov Pərviz Gülbala oğlu isə kü...
Hərbi hospitala yerləşdirilmişdir və vəziyyətinin orta-ağır olduğu bildirilib.Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu sentyabrın 10-da İordaniyaya səfəri sırasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarova zəng edərək cəbhə xəttində baş vermiş və 5 erməni əsgərinin ölümü ilə nəticələnmiş insident barədə m...
E. Məmmədyarov hadisənin bütün detallarını ona danışıb.
Həmçinin bax Azərbaycan Silahlı Qüvvələri 2008 Ağdərə toqquşması
2009 Basketbol üzrə Avropa çempionatı, 2009-cu il 8-20 sentyabr arasında FIBA tərəfindən Polşada 36-cı dəfə təşkil olunan turnirdir.
Polşa 1963-cü ildən sonra, bu turnirə ikinci dəfə ev sahibliyi edəcəkdir.
Ev sahibi olan ölkə Polşa2007 Avropa Basketbol Çempionatıında ilk 7-ə girən ölkələr Yunanıstan SloveniyaƏləmələrdən gələn 8 ölkə Bolqarıstan Makedoniya Birləşmiş Krallıq Qrup oyunları 1.
Turun oyunları Final Oyunları Bütün oyunlar Katovice'də oynanacaq.
5.-8. sıralama oyunları Çempionatın rəsmi veb-saytı
Bədii gimnastika üzrə 25-ci Avropa çempionatı — 2009-cu ildə Bakıdakı Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilmişdir.
İştirakçılar Yarışa 32 ölkədən 186 gimnast qatımışdır.
Fərdi yarışların qəhrəmanı rusiyalı Yevgeniya Kanayeva olub.
O, hər 4 növdə qızıl medal qazanıb.
Komanda hesabında da Rusiyanın birinci yer tutduğunu nəzərə alsaq, Kanayeva Bakıdan 5 qızıl medal apardı.
Yeniyetmələrdən ibarət milli komandalar arasında da Rusiya yığması ilk pilləyə sahib çıxıb.
Ev sahibinin nəticələri Azərbaycan yığması qitə birinciliyində 3 medal qazanıb.
Aliyə Qarayeva və Anna Qurbanovanın çıxış etdiyi komanda 2-ci yeri tutub.
Fərdi yarışlarda isə Qurbanova fəxri kürsüyə yüksəlməyi bacarıb.
O, topla çıxışında 27.850 bal toplayaraq, bürünc medala yiyələnib.
İki il öncə Bakıda Avropa çempionu olmuş Qarayeva fərdi yarışlarda medalsız qalıb.
Aliyə 4-cü (halqa və lent), 5-ci (top) və 8-ci (ip) pillədə qərarlaşıb.
Yeniyetmələrdən ibarət milli komanda da uğurla mübarizə aparıb.
Səbinə Abbasova, Nigar Əbdüsəlimova, Yevgeniya Jidkova, Ayelita Xələfova, Kamilə Məmmədova və Lalə Məhərrəmovadan ibarət kollektiv gümüş medala yiyələnib.
2009 Frankofoniya Oyunları (fr.
VIèmes Jeux de la Francophonie) — 2009-cu ilin 27 sentyabr – 6 oktyabr tarixləri arasında Livanın Beyrut şəhərində keçirilmiş altıncı Frankofoniya Oyunları.
Bu oyunlarda 40 ölkədən 2500 atlet iştirak etmişdir.
Xarici keçidlər Official website (fr.)
Medal winners 2009 at jeux.francophonie.org Arxivləşdirilib 2016-01-21 at the Wayback Machine (fr.)
Medal tables at jeux.francophonie.org Arxivləşdirilib 2015-10-06 at the Wayback Machine (fr.)
Opening ceremony video 1 (fr.)
Opening ceremony video 2 (fr.)
Opening ceremony video 4 (fr.)
Opening ceremony video 6 (fr.)
CAR-da təşkil olunan turnirdə 8 komanda mübarizə aparacaq.
Meydan sahibləri, həmçinin, yığmalar səviyyəsində planetin ən nüfuzlu 7 yarışının qalibi öz aralarında ənənəvi kubokun qalibini müəyyənləşdirəcək.
Belə ki, FİFA-ya daxil olan regional konfederasiyaların ən yaxşısı ilə yanaşı, dünya çempionu da mükafat iddiasındadır.
Turnir artıq üçüncü dəfədir qarşıdakı dünya çempionatının təşkilatçısına tapşırılıb.
Həm 2002, həm də 2006-cı il dünya birinciliklərinin meydan sahibi bir il əvvəl nisbətən kiçik məsul yarış keçirməklə hazırlığını yoxlamışdı.
Əslində isə 8-ci dəfə baş tutacaq Konfederasiyalar Kuboku sonradan dünya tərəfindən belə tanınıb.
Əvvəl ərəb şeyxlərinin "oyuncağı"nı xatırladan "Kral Fəhd" Kuboku daim Səudiyyə Ərəbistanında keçirilmək üçün təsis edilmişdi.
Qitə çempionlarını bir araya gətirən ərəblərin turniri o qədər maraqlı alındı ki, sonda FİFA bu "oyuncağı" tanıyıb ələ keçirdi və adını dəyişməklə "özəlləşdirdi".
Ümumiyyətlə, Konfederasiyalar Kuboku ilk növbədə faciə ilə yaddaşlara həkk olunub.
Çünki məhz 2003-cü ildə keçirilən turnir zamanı Kamerun yığmasının oyunçusu Mark Vivyen Foe elə meydanda yıxılaraq ölmüşdü.
Sonradan ürəyində ciddi problemlər olduğu aşkarlanan afrikalı yarışın tarixinə qara, amma əbədi həkk olundu.
İştirakçılar Meydan sahibi – CAR 2008-ci ilin Avropa çempionu – İspaniya 2008-ci il Okeaniyanın Millətlər Kuboku – Yeni Zelandiya 2007-ci il Asiya Kuboku – İraq 2006-cı il dünya çempionu – İtaliya 2007-ci il Amerika kuboku – Braziliya 2008-ci il Afrika Millətlər kuboku – Misir 2007-ci il KONKAKAF Qızıl kuboku – ABŞ Büt...
CAR – İraq 0:0 14 iyun.
Yeni Zelandiya – İspaniya 0:5 15 iyun.
Braziliya – Misir 4:3 15 iyun.
ABŞ – İtaliya 1:3 17 iyun.
İspaniya – İraq 1:0 17 iyun.
CAR – Yeni Zelandiya 2:0 18 iyun.
ABŞ – Braziliya 0:3 18 iyun.
Misir – İtaliya 1:0 20 iyun.
İraq – Yeni Zelandiya 0:0 20 iyun.
İspaniya – CAR 2:0 21 iyun.
İtaliya – Braziliya 0:3 21 iyun.
Misir – ABŞ 0:3 24 iyun.
İspaniya – ABŞ 0:2 25 iyun.
Braziliya – CAR 1:0 3-cü yer uğrunda 28 iyun.
İspaniya – CAR 3:2 ə.v.
ABŞ – Braziliya 2:3 Matçların başlama vaxtı Bakı vaxtı ilə göstərilib.
Oyunlar 2009-cu il iyunun 14-dən 28-nə kimi Cənubi Afrikanın dörd şəhərində – Yohannesburq, Blomfonteyn, Pretoriya və Rustenburqda keçirilib.
Xüsusi qeydlər Bu turnirdə FİFA Konfederasiyalar Kuboku tarixində 100-cü oyun keçirilmişdir.
Həmin oyunda Misir İtaliyanı 1:0 hesabı ilə məğlub etmişdir.
Turnirin ənləri Turnirin ən yaxşısı Braziliya yığmasının üzvü Kaka seçilib.
27 yaşlı yarımmüdafiəçiyə "Qızıl top" mükafatı verilib.
Ən yaxşı futbolçu" nominasiyasında sonrakı yerləri Luis Fabiano (Braziliya) və Klint Dempsi (ABŞ) tutub.
Onlara müvafiq olaraq, "Gümüş top" və "Bürünc top" təqdim olunub.
Fabiano, həmçinin 5 qolla turnirin bombardiri olub və "Qızıl buts"a sahib çıxıb.
Gümüş buts" və "Bürünc buts" isə ispan futbolçulara – Fernando Torres və David Vilyaya verilib.