Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
7 sentyabr — Efiopiya hökumətinin və Eritreya separatçılarının nümayəndələri sülh sazişinə vasitəçilik etməyə çalışan sabiq ABŞ prezidenti Cimmi Karterin də iştirakı ilə Atlantada görüşürlər. |
10 sentyabr — Macarıstan hökuməti ölkənin (Avstriya ilə) qərb sərhədini Şərqi Almaniya qaçqınlarına açır. |
10–11 sentyabr — İqtidarda olan Norveç Fəhlə Partiyası 1945-ci ildən bəri ən pis nəticəsini göstərərək parlament seçkilərində səkkiz yer itirir. |
14 sentyabr — Leninqradda sədrlər Lev Kojkolaynen və Siqbyorn Eriksen Leninqrad vilayəti (SSRİ) və Nurlann vilayəti (Norveç) arasında bağlanan əməkdaşlıq sazişinə imza atırlar. |
17–22 sentyabr — Hüqo qasırğası Karib hövzəsini və ABŞ-nin cənub-şərqini dağıdaraq ən az 71 insanın ölümünə və 8,000,000,000 dollar ziyan vurulmasına səbəb olur. |
19 sentyabr — Roma-Katolik kilsəsi keçmiş Auşvitz həbs düşərgəsinin yaxınlığında yerləşən və bəzi yəhudi liderləri təhqir edən Karmelit monastırının aradan qaldırılmasını tələb edir. |
20 sentyabr — Frederik Villem de Klerk Cənubi Afrikanın yeddinci və sonuncu dövlət başçısı olaraq and içir. |
O, tezliklə Cənubi Afrikanın nüvə silahı proqramını dayandırmaq qərarına gəlir. |
23 sentyabr Azərbaycan SSR Ali Sovetinin növbədənkənar sessiyası tərəfindən "Azərbaycan SSR-in suverenliyi haqqında" Konstitusiya Qanunu qəbul edilir. |
Livan vətəndaş müharibəsində atəşkəsin əldə edilməsi mart ayından etibarən 900 nəfərin ölümü ilə müşayiət olunan zorakılıq aktlarının dayanmasına səbəb olur. |
Nintendo şirkəti 100-cü ilini qeyd edir. |
26 sentyabr — Vyetnam on bir illik işğala son qoyaraq Kambocadan ən son qoşunlarını çıxardığını bəyan edir. |
30 sentyabr Xüsusi qaçqın qatarları ilə Praqaya gələn təxminən 7000 Şərqi Almaniya vətəndaşının Qərbə getməsinə icazə verilir. |
Seneqambiya Konfederasiyası sərhəddəki fikir ayrılıqlarına görə ləğv edilir. |
1 oktyabr — 7 iyunda qəbul edilmiş qanunla (dünyada ilk belə qanundur) Danimarkada eynicinsli cütlüklərin nikahı leqallaşır. |
Panamanın hərbi lideri Manuel Noryeqa çevriliş cəhdinin qarşısını alır. |
Şərqi Almaniya hökuməti Qərbə növbəti immiqrasiyanın qarşısını almaq məqsədilə Çexoslovakiya ilə sərhədini bağlayır. |
5 oktyabr — Dalay Lama Nobel sülh mükafatını qazanır. |
Kommunist Macarıstan Sosialist Fəhlə Partiyası özünü sosialist partiya olaraq yenidən təşkil etməyə və Macarıstan Sosialist Partiyası adlandırılmasına səs verir. |
ADR-də kommunist rejiminə qarşı ilk kütləvi nümayiş Şərqi Almaniyanın Plauen şəhərində başlayır. |
Bu, sonralar bütün ADR-i əhatə edən, 1990-cı ildə Almaniyanın yenidən birləşməsi ilə nəticələnən kütləvi nümayişlərin başlanğıcı hesab olunur. |
SSRİ-nin rəsmi xəbər agentliyi Voronej şəhərində UFO görülməsi barədə xəbər yayımlayır. |
Şərqi Almaniyanın Leypsiq şəhərində etirazçılar müxalif qrupların qanuniləşdirilməsini və demokratik islahatların aparılmasını tələb edirlər. |
13 oktyabr — Norveç Fəhlə Partiyasının lideri Qro Harlem Brundtland Norveçin Baş naziri vəzifəsindən gedir. |
Oktyabrın 16-da onu bu vəzifədə Norveç Mühafizəkar Partiyasının lideri Yan Peder Syuse əvəz edir. |
15 oktyabr — Cənubi Afrikada Volter Sisulu azadlığa buraxılır. |
17 oktyabr — 6,9 bal gücündəki Loma Priyeta zəlzələsi San-Fransisko körfəz sahəsində və Mərkəzi Sahildə (Kaliforniya) dağıntılara yol açır. |
Nəticədə altmış üç nəfər həlak olur və beyzbol üzrə 1989-cu il Dünya Seriyası on gün təxirə salınır. |
Şərqi Almaniyanın kommunist lideri Erix Honekker səhhətində olan bəzi problemlərdən sonra ölkə başçısı vəzifəsindən getməyə məcbur olur və onu bu vəzifədə Eqon Krens əvəz edir. |
Macarıstan parlamenti çoxpartiyalı demokratiyanın bərpasına səs verir. |
NASA, Atlantis missiyası STS-34 vasitəsilə Yupiter planetini araşdırmaq üçün pilotsuz Qalileo orbitini işə salır. |
23 oktyabr — 1956-cı il Macar inqilabından düz 33 il sonra Macarıstan, prezident Matyaş Süröş tərəfindən rəsmi olaraq respublika elan olunur (Macarıstan Xalq Respublikasını əvəz edir). |
Türkiyə Böyük Millət Məclisi Baş nazir Turqut Özalı Türkiyənin səkkizinci prezidenti seçir. |
Yarım milyon insan Şərqi Almaniyanın Leypsiq şəhərində nümayiş keçirir. |
Nikaraqua Prezidenti ABŞ-nin dəstəklədiyi kontrasla 1988-ci ilin aprel ayından qüvvədə olan atəşkəs sazişinə son qoyur. |
Şərqi Almaniya və Çexoslovakiya arasında sərhədlər yenidən açılır. |
3 noyabr — Çexoslovakiyadan keçməsinə icazə verilən Şərqi Almaniyalı qaçqınlar Qərbi Almaniyanın Hof qəsəbəsinə çatırlar. |
6 noyabr — Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı yaradılır. |
Soyuq müharibə: Almaniya Sosialist Birlik Partiyasının lideri Eqon Krens dövlət başçısı olaraq qalsa da, Şərqi Almaniyanın kommunist hökuməti istefa verir. |
Devid Dinkins Nyu-York şəhərinin ilk afroamerikalı meri olur. |
Soyuq müharibə və Berlin divarının sökülməsi: Günter Şabovski təsadüfən canlı yayımda mətbuat konfransında Şərqi Almaniyadan Qərbi Almaniyaya səyahət üçün yeni qaydaların "dərhal" qüvvəyə minəcəyini bildirir. |
Həmin axşam Şərqi Almaniya Berlin divarında öz vətəndaşlarının onilliklər ərzində ilk dəfə olaraq Qərbi Almaniyaya sərbəst səyahət etmələrinə imkan verən keçid məntəqələri açır. |
İlk həftədə Şərqi Almaniya əhalisinin təxminən 25%-nə səyahət vizaları verilir (Almanlar 17 noyabr tarixini divarın sökülməsi kimi qeyd edirlər). |
Ana Vətən Partiyasından Yıldırım Akbulut Türkiyədə yeni (47-ci) hökuməti formalaşdırır. |
10 noyabr — Bolqarıstanda 45 illik kommunist rejiminin hakimiyyətindən sonra Bolqarıstan Kommunist Partiyasının lideri Todor Jivkovu bu vəzifədə xarici işlər naziri Pyotr Mladenov əvəz edir. |
Mladenovun göstərişi ilə partiyanın adı Bolqarıstan Sosialist Partiyasına dəyişdirilir. |
12 noyabr — Braziliya 1960-cı ildən bəri özünün ilk müstəqil prezident seçkilərini keçirir. |
13 noyabr — Atası Şahzadə II Frans Yozefin ölümündən sonra II Hans-Adam Lixtenşteyn şahzadəsi olur. |
14 noyabr — Namibiyada keçirilən parlament seçkilərində Cənub-Qərbi Afrika Xalq Təşkilatı qələbə qazanır. |
Polşanın Solidarnost təşkilatının rəhbəri Lex Valensa ABŞ Konqresinin birgə sessiyasına müraciət edir. |
29 ildən sonra Braziliyada ilk müstəqil seçkilərin birinci mərhələsi keçirilir; Fernandu Kolor di Melu və Luis İnasiu Lula da Silva gələn ay keçiriləcək ikinci tura yüksəlirlər. |
16 noyabr — Estée Lauderin Moskvada satış nöqtəsi açılır. |
Bununla da SSRİ-də ilk dəfə ABŞ kosmetika mağazası fəaliyyətə başlayır. |
17 noyabr — Soyuq müharibə: Məxməri inqilab — Çexoslovakiyanın Praqa şəhərində keçirilən dinc tələbə nümayişi çevik polis qüvvələri tərəfindən ağır şəkildə yatırılır. |
Bu hadisə kommunist hökumətini devirmək məqsədi daşıyan inqilaba səbəb olur: həmin inqilab isə 29 dekabrda uğur qazanır. |
20 noyabr — Soyuq müharibə: Məxməri inqilab — Çexoslovakiyanın Praqa şəhərində toplaşan dinc etirazçıların sayı bir gün ərzində 200 000-dən yarım milyona çatır. |
22 noyabr — Qərbi Beyrutda Livan Prezidenti Rene Moavadın motosiklet kortecinin yaxınlığında partlayan bomba onun ölümünə səbəb olur. |
24 noyabr — Sərbəst seçkilər və digər islahatlar tələb edən və bir həftə davam edən nümayişlərdən sonra Baş katib Miloş Yakeş və Çexoslovakiya Kommunist Partiyasının digər liderləri istefa verir. |
Yakeşi vəzifədə Karel Urbanek əvəz edir. |
26 noyabr — Luis Alberto Lakalye de Errera Uruqvayın prezidenti seçilir. |
27 noyabr — Kolumbiyanın yerli sərnişindaşıma reysi olan Avianka Hava Yolları reys 203 1990-cı il prezident seçkilərinin namizədi Sesar Qavirianı qətlə yetirməyə (uğursuz) cəhd edən Medellin Karteli tərəfindən partladılır. |
Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində xüsusi idarəçilik forması ləğv edilir. |
Çexoslovakiya Kommunist Partiyası siyasi hakimiyyətdəki monopoliyadan imtina edəcəklərini elan edir (dekabr ayında keçirilən seçkilər nəticəsində qırx ildən sonra Çexoslovakiyada ilk qeyri-kommunist hökumət hakimiyyətə gəlir). |
29 noyabr — Hindistan Milli Konqresi partiyası 1989-cu il parlament seçkilərində yerlərin təxminən yarısını itirdikdən sonra Raciv Qandi Hindistanın Baş naziri vəzifəsindən istefa edir. |
30 noyabr — Deutsche Bank İdarə Heyətinin üzvü Alfred Herrhauzen Bad Homburqda bomba partlayışı nəticəsində öldürülür (Qırmızı Ordu Fraksiyası cinayətə görə məsuliyyəti öz üzərinə götürür). |
Sovet İttifaqı Kommunist Partiyasının Baş katibi Mixail Qorbaçov Papa II İohann Pavel ilə görüşündə Sovet İttifaqı vətəndaşları üçün daha böyük din azadlığı vəd edir. |
Soyuq müharibə: Şərqi Almaniya parlamenti kommunistlərin üstünlük təşkil etdiyi Almaniya Sosialist Birlik Partiyasına hakimiyyətdə inhisar hüququ verən konstitusiya müddəasını ləğv edir. |
İki gün sonra Eqon Krens Siyasi Büro və Mərkəzi Komitədən istefa verir. |
Filippində prezident Korason Akino hökumətinə qarşı hərbi çevriliş cəhdi başlayır. |
ABŞ-nin müdaxiləsi nəticəsində 9 dekabrda çevriliş yatırılır. |
2 dekabr — Çində keçirilən parlament seçkilərində Homindan partiyası səslərin yalnız 53%-ni qazanaraq qırx ilin ən uğursuz seçki ilini yaşamış olur. |
Eqon Krens də daxil olmaqla, Şərqi Almaniyada hakim Almaniya Sosialist Birlik Partiyasının üzvləri istifa verirlər. |
Hans Modrov ölkənin de fakto sonuncu lideri olur. |
Soyuq müharibə: Malta sammiti — Malta sahillərində 2 günlük görüşə yekun vuran ABŞ Prezidenti Corc H. V. Buş və Sovet lideri Mixail Qorbaçov dövlətləri arasında Soyuq müharibənin sona yaxınlaşa biləcəyini ifadə edən açıqlamalar verirlər. |
Qorbaçov 1968-ci ildə Varşava Paktının Çexoslovakiyaya hücumunu tənqid edir. |
4 dekabr — İordaniyanın Baş naziri Zayd ibn Şakiri vəzifədə Mudar Badran əvəz edir. |
6 dekabr — Eqon Krens Almaniya Demokratik Respublikası Dövlət Şurasının sədri vəzifəsindən istefa edir və bu vəzifəni tutan ilk qeyri-kommunist Manfred Gerlax ilə əvəzlənir. |
Ladislav Adamets Çexoslovakiya Baş naziri vəzifəsindən gedir. |
Dekabrın 10-da onu bu postda Marian Çalfa əvəz edir. |
Nəğməli inqilab: Litva Sovet Sosialist Respublikası Kommunist Partiyasının təkbaşına hakimiyyətini ləğv edən ilk Sovet sosialist respublikası olur. |
9 dekabr — Almaniya Sosialist Birlik Partiyası islahatçı Qreqor Gizini partiyanın sədri seçir. |
Çexoslovakiya Prezidenti Qustav Qusak yeni qurulan qeyri-kommunist hökumətdə and içdikdən dərhal sonra prezident vəzifəsindən gedir. |
Tsaxia Elbeqdorj ikinci ən qədim kommunist ölkəni dinc yolla demokratik dövlətə çevirən Monqolustan demokratik hərəkatının qurulduğunu elan edir. |
11 dekabr — Altı ölkəni təmsil edən altı tədqiqatçıdan ibarət Beynəlxalq Trans-Antarktida Ekspedisiyası Cənub qütbünə çatır. |
14 dekabr — On altı ildən sonra özünün ilk müstəqil seçkilərini keçirən Çili Patrisio Eylvini prezident seçir. |
Bununla da ilk dəfə olaraq, Kuba istisna olmaqla, bütün İbero-Amerika ölkələri eyni vaxtda konstitusiyalı hökumətlərini seçirlər. |
15 dekabr — Narko-baron Xose Qonsalo Rodriges Qaça Kolumbiya polisi tərəfindən qətlə yetirilir. |
16 dekabr — Macar azlığın təşəbbüsü ilə Timişoara şəhərində Rumıniya inqilabı başlayır. |
Timişoarada davam edən Rumıniya inqilabı zamanı qiyamçılar Rumıniya Kommunist Partiyası Rayon Komitəsinin yerləşdiyi binaya daxil olaraq böyük ziyan vururlar. |
Ordu çağırılsa da, vəziyyətə tam nəzarət edə bilmir. |
Braziliyada 29 ildən sonra keçirilən ilk müstəqil seçkilərin ikinci mərhələsi baş tutur: Fernandu Kolor di Melu prezident seçilir və 1990-cı ildən səlahiyyətlərinin icrasına başlayır. |
Fox-da Simpsonlar cizgi serialının ilk bölümü yayımlanır. |
Rumıniya inqilabı: bir sıra şəhərlərdə işçilər kommunist rejiminə etiraz əlaməti olaraq tətil edirlər. |
Qərbi Avstraliyada yetkinlik yaşına çatan şəxslər arasında onların razılığı ilə baş tutan homoseksual hərəkətlər sodomiyanın dekriminallaşdırılmasını nəzərdə tutan yeni islahatçı qanunla dekriminallaşdırılır. |
20 dekabr — Panamalı diktator Manuel Noryeqanı devirmək məqsədilə ABŞ Just Cause əməliyyatını başladır. |
21 dekabr — Nikolae Çauşesku Rumıniya Kommunist Partiyasının Buxarestdəki qərargahının həyətində toplaşan 110 minə yaxın adama müraciət edir. |
Görünməmiş bir şəkildə kütlənin əksəriyyəti ona qarşı çıxır. |
Bir həftə davam edən qanlı nümayişlərdən sonra, İon İliesku Rumıniya Prezidenti vəzifəsini icra etməyə başlayır və saray üsyançılar tərəfindən ələ keçirildikdən sonra sarayı vertolyotla tərk edən Nikolae Çauşeskunun kommunist diktaturasına son qoyulur. |
Ordunun böyük hissəsi Buxarestdəki üsyançılara qoşulur. |
Berlindəki Brandenburq qapısı yenidən açılır. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.