Search is not available for this dataset
text
stringlengths
10
518k
7 aprel — SSRİ Hərbi Dəniz Donanmasına məxsus Komsomolets sualtı gəmisi Barens dənizində batır: 41 nəfər həlak olur.
Qanlı bazar günü: Sovet Ordusu Tbilisinin mərkəzi meydanında dinc yürüş keçirən Gürcüstan nümayişçilərinə divan tutur; 20 nəfər qətlə yetirilir, əksəriyyət yaralanır.
Bu hadisə ölkədə növbəti etirazlara səbəb olur.
Otlaq sahələrindən istifadə hüququ ilə bağlı mübahisə Mavritaniya-Seneqal Sərhəd müharibəsinin başlamasına gətirib çıxarır.
Çində Hu Yaobanın ölümü Tyananmen meydanı etirazlarının başlamasına səbəb olur.
Avropa futbol tarixində ən böyük faciələrdən olan Hillsboro faciəsində 96 Liverpul FK azarkeşi həyatını itirir.
17 aprel — Polşada Solidarnostun fəaliyyəti yenidən rəsmiləşdirilir və 4 iyun seçkilərində iştirakına icazə verilir.
20 aprel — NATO-da qısa mənzilli raketlərin müasirləşdirilməsi ilə bağlı mübahisə: ABŞ və Birləşmiş Krallıq tərəfdar olsalar da, Qərbi Almaniya kansleri Helmut Kol qərarın təxirə salınmasına nail olur.
21 aprel — Pekin, Şanxay, Sian və Nankindən olan tələbələr Pekinin Tyananmen meydanında etirazlara başlayırlar.
Noboru Takesita birja ticarət qalmaqalından sonra Yaponiyanın Baş naziri vəzifəsindən istefa edir.
Motorola həmin dövrdə dünyanın ən kiçik mobil telefonu olan Motorola MicroTAC fərdi mobil telefonunu təqdim edir.
Perak sultanı Sultan Azlan Muhibbuddin Şah Sultan İsgəndərdən sonra Malayziyanın 9-cu Yanq di-Pertuan Aqonqu tituluna sahib olur.
Zayd ibn Şakir İordaniyanın Baş naziri vəzifəsində Zayd əl-Rifaini əvəz edir.
27 aprel — Pekində Tyananmen meydanı etirazları gedişində əsas nümayiş gerçəkləşir.
28 aprel — Bakıda Sovet hakimiyyəti dövründə ən sonuncu metrostansiyalar — Xalqlar Dostluğu və Əhmədli metrostansiyası istismara verilir.
Transhumanizm: Yetkin insanlarda ilk dəfə genetik modifikasiya sınağı aparılır.
Bank sistemini rəqəmsallaşdıran SSRİ özünün ilk Visa kartını buraxır.
1 may — Fevral ayında baş verən hərbi çevriliş zamanı hakimiyyəti ələ keçirən və özünü Paraqvay prezidenti elan edən Andres Rodriges saxtakarlıqla seçkilərdə əzici qələbə qazanır.
2 may — Dəmir pərdədə ilk çat: Macarıstan Avstriya ilə sərhəd boyunca 240 kilometr (150 mil) tikanlı məftili sökür.
3 may — Soyuq müharibə: Yenidənqurma — Moskvada SSRİ-nin ilk McDonald's restoranı tikilməyə başlayır.
Restoran 31 yanvar 1990-cı ildə açılacaqdı.
4 may — Oliver Nort İran-Kontras qalmaqalı ilə əlaqədar ittiham olunaraq ABŞ-də məhkum edilir.
Toxunulmazlıq məsələsinin qaldırılması ilə edilən apelyasiya şikayəti nəticəsində 1991-ci ildə ona qarşı qaldırılan ittiham rədd olunur.
10 may — Panama prezidenti Manuel Noryeqanın hökuməti Noryeqanın Gilermo Endaraya məğlub olduğu 7 may prezident seçkilərinin nəticələrinin etibarsız olduğunu elan edir.
ABŞ prezidenti Buş Panamadakı amerikanları qorumaq məqsədilə 1900 nəfərlik ABŞ qoşununu Panamaya göndərir.
Avstraliya Paytaxt Ərazisinin Qanunverici Assambleyası ilk dəfə toplanır.
1960-cı illərdə Nikita Xruşşovdan sonra ilk dəfə SSRİ rəhbəri — Mixail Qorbaçov Çin-Sovet ixtilafına son qoyaraq Çinə səfər edir.
Karlos Menem Argentina prezident seçkilərində qalib gəlir.
Qold Kostda Avstraliyanın ilk özəl ali məktəbi olan Bond Universiteti açılır.
Kosta-Rikada ən sonuncu qızıl qurbağa görülür.
Bu növ qurbağa sonradan nəsli kəsilmiş kimi təsnif edilir.
16 may — Efiopiyanın yüksək rütbəli hərbi zabitləri prezident Mengistu Hayle Mariamın Şərqi Almaniyaya səfərə getməsindən bir neçə saat sonra dövlət çevrilişinə cəhd göstərirlər.
17 may — Tyananmen meydanı etirazları: 1 milyondan çox Çinli etirazçı daha böyük demokratiya tələbi ilə Pekində yürüş edərək daha bir təzyiqə səbəb olurlar.
Urumçi iğtişaşı: Uyğur və huey müsəlman etirazçıları Çinin Urumçi şəhərində hökumət binası qarşısında qiyam qaldırır.
Tyananmen meydanı etirazları: Çjao Szıyan Tyananmen meydanında nümayişçilərlə görüşür.
Çiriako De Mita İtaliyanın Baş naziri vəzifəsindən istefa verir.
20 may — Tyananmen meydanı etirazları: Çin hökuməti Pekində hərbi vəziyyət elan edir.
22 may — Leninqrad vilayətində Nurlann günləri açıq elan olunur.
Tyananmen meydanı etirazları: Tyananmen meydanında tələbə nümayişçilər tərəfindən 10 metr hündürlüyündəki Demokratiya ilahəsi heykəli açılır.
NATO Avropada qısa mənzilli nüvə silahlarının sayının azaldılmasına dair SSRİ ilə danışıqlar aparmağa razılaşır.
Medellin Kartelinin üzvləri tərəfindən Kolumbiyanın Boqota şəhərində Kolumbiya Təhlükəsizlik Xidmətinin rəhbəri Migel Maza Markesə sui-qəsd cəhdi həyata keçirilir.
Nəticədə dörd nəfər qətlə yetirilir və 37 nəfər yaralanır.
31 may — Perunun inqilabçı Tupak Amaru İnqilab Hərəkatının altı üzvü Tarapoto şəhərində səkkiz gey və transseksualı güllələyir.
1–10 iyun — Papa II İohann Pavel Norveç, İslandiya, Finlandiya, Danimarka və İsveçə səfər edir.
2 iyun — Sosuke Uno Noboru Takesitanı Yaponiyanın Baş naziri vəzifəsində əvəz edir.
3 iyun — Ayətullah Xomeyni vəfat edir.
Tyananmen meydanı etirazları: Pekində ordunun meydana yaxınlaşması ilə qarşıdurma baş verir və meydandakı son qarşıdurma televiziya ilə canlı olaraq işıqlandırılır.
Polşada Parlament seçkiləri: Birinci mərhələdə Solidarnostun qələbəsi Mərkəzi və Şərqi Avropada 1989-cu ilin bir çox anti-kommunist inqilablarının ilki idi. Dünyanın ilk yüksək dəqiqlikli televiziya (test) kanalları Yaponiyada analoq yayıma başlayır.
5 iyun — Tyananmen meydanı etirazları: "Tank Adam" adı ilə bilinən naməlum Çinli etirazçı Pekindəki Çanqan prospektində hərbi tank sırasının qarşısında duraraq onları müvəqqəti dayandırır.
Qərb fotoqraflarının çəkdikləri şəkillərlə bu hadisə beynəlxalq səviyyədə ikonik status qazanır.
7 iyun — Surinam Hava Yollarına məxsus təyyarə Surinamın paytaxtı Paramariboda 176 nəfərin ölümü ilə nəticələnən qəzaya uğrayır.
15 iyun — İrlandiya Baş naziri Çarlz Hoginin rəhbərlik etdiyi Fianna Fayl partiyası 1989-cu il İrlandiya parlament seçkilərində yerlərin əksəriyyətini qazana bilmir.
16 iyun — 250 000 nəfər Budapeştin Qəhrəmanlar meydanında İmre Nadın, 1958-ci ildə edam edilmiş Macarıstanın keçmiş baş nazirinin yenidən tarixi dəfni üçün toplaşır.
18 iyun — Yunanıstan parlamentinə seçkilərdə Yunanıstan Baş naziri Andreas Papandreunun rəhbərlik etdiyi PASOK partiyası parlamentə nəzarəti itirir.
22 iyun — 1922-ci ildə müstəqillik qazandıqdan sonra İrlandiyada yaradılan ilk universitetlər — Dublin Şəhər Universiteti və Limerik Universiteti açılır.
24 iyun — Tsyan Tsemin Çin Kommunist Partiyasının Baş Katibi olur.
30 iyun — Sudanda dövlət çevrilişi: Ömər əl-Bəşirin rəhbərlik etdiyi qruplar hərbi çevriliş edərək Sudan Baş naziri Sadiq əl-Mahdinin hökumətini devirir.
2 iyul — Yunanıstan Baş naziri Andreas Papandreu vəzifədən gedir və Dzannis Dzannetakisin rəhbərliyi ilə yeni hökumət qurulur.
Cənubi Afrikanın dövlət başçısı Piter Villem Bota həbsdə olan 70 yaşlı Nelson Mandela ilə ilk dəfə üz-üzə görüşür.
ABŞ-də Saynfeld sitkomunun ilk bölümü yayımlanır.
6 iyul — Tel-Əviv-Yerusəlim 405 nömrəli avtobusunda intihar hücumu reallaşır.
Bununla da ilk dəfə bir fələstinli İsrailə qarşı intihar hücumu etmiş olur.
9–12 iyul — ABŞ prezidenti Corc H. V. Buş Polşa və Macarıstana səfər edərək iqtisadi yardım və sərmayə yatırmaq üçün cəhdlər edir.
10 iyul — Təxminən 300,000 Sibir kömür mədənçisi daha yaxşı yaşayış şəraiti və daha az bürokratiya tələbi ilə tətilə çıxır; bu, 1920-ci illərdən bəri baş verən ən böyük Sovet işçi tətili idi. İrlandiyada Fianna Fayl partiyası Proqressiv Demokratlarla koalisiya qurduqdan sonra baş nazir Çarlz Hogi hakimiyyətə qayıdır.
Cənubi Koreyanın Seul şəhərində yerləşən, dünyanın ən böyük əyləncə parkını özündə ehtiva edən Lotte World ictimaiyyətə açıq elan edilir.
14 iyul — Fransa Böyük Fransa inqilabının 200-cü ildönümünü Parisin Şanzelize prospektində fransız dizayner Jan Pol Qudun bədii rəhbəri olduğu monumental bir nümayişlə qeyd edir.
Dünya liderlərinin də dəvət olunduğu tədbirdə prezident Fransua Mitteran ev sahibi kimi çıxış edir.
14–16 iyul — 15-ci G7 sammitində liderlər qaz istehsalını məhdudlaşdırmağa çağırırlar.
Northrop B-2 Spirit stels təyyarəsi ABŞ-də ilk uçuşunu gerçəkləşdirir.
Təxminən əlli ildən sonra Müqəddəs Taxt-Tac və Polşa diplomatik əlaqələri bərpa edir.
19 iyul — Polşa prezident seçkiləri: Polşa Respublikasının Milli Məclisi bərpa edilmiş və güclü Polşa prezidenti vəzifəsinə general Voyçex Yaruzelskini seçir.
20 iyul — Myanmanın müxalif lideri Aun San Su Çji ev dustaqlığına məhkum edilir.
O, 2010-cu ildə azadlığa buraxılır.
Yaponiya Müşavirlər Palatasına seçkilər: Yaponiyada iqtidarda olan Liberal Demokratik Partiya (LDP) 34 ildə ən pis seçki dövrü keçirərək Yaponiya parlamentinin Müşavirlər Palatasına nəzarəti itirir.
Bu hadisə baş nazir Unonun seçkinin nəticələrinə görə məsuliyyəti öz üzərinə götürərək istefa edəcəyini açıqlamasına gətirib çıxarır.
Culio Andreotti İtaliyanın Baş naziri olur.
İranda keçirilən prezident seçkilərində seçicilər böyük əksəriyyətlə Əli Əkbər Haşimi Rəfsəncanini İran Prezidenti seçirlər və İran İslam Respublikasının Konstitusiyasına dəyişiklikləri dəstəkləyərək prezidentin səlahiyyətlərini artırırlar.
İçərişəhərdə Vaqif Mustafazadənin ev-muzeyi yaradılır.
31 iyul — Livanda Hizbullah qrupu, liderləri Əbdül Kərim Ubeydin 28 iyulda İsrail tərəfindən oğurlanmasına görə qisas almaq məqsədilə ABŞ dəniz piyadaları korpusunun polkovnik-leytenantı Vilyam Higginzi asdığını elan edir.
Eyni gün Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası 638 saylı Qətnamə qəbul edərək münaqişədə hər iki tərəfin girov götürməsini qınayır.
Avqust — Rusiyada enerji istehsalı və satışı ilə məşğul olan Qazprom şirkəti SSRİ Qaz Sənayesi Nazirliyindən ayrılaraq dövlət müəssisəsi olur.
2 avqust — 1972-ci ildə Millətlər Birliyindən ayrılan Pakistan yenidən üzvlüyə qəbul edilir.
5 avqust — Xayme Pas Samora Boliviya prezidenti seçilir və növbəti gün səlahiyyətlərinin icrasına başlayır.
7 avqust — Beş Mərkəzi Amerika ölkəsinin prezidenti Nikaraqua hökumətinə qarşı vuruşan, ABŞ-nin da dəstəklədiyi kontrasın dağıdılması və dekabrın 5-dək Hondurasdakı bazalarından çıxarılması barədə razılığa gəlirlər.
Yeni Zelandiyanın Baş naziri Devid Longi səhhəti ilə əlaqədar istefa verir və onu bu vəzifədə Ceffri Palmer əvəz edir.
STS-28: Columbia Kosmik Gəmisi beş günlük gizli hərbi tapşırığı yerinə yetirir.
9 avqust — Tosiki Kayfu Yaponiyanın Baş naziri olur.
15 avqust — Piter Villem Bota Cənubi Afrikanın dövlət başçısı vəzifəsindən istefa verir və Frederik Villem de Klerk bu postu tutan yeddinci və sonuncu vəzifəli şəxs olur.
18 avqust — Kolumbiyanın aparıcı prezidentliyə namizədlərindən Luis Karlos Qalan Boqota yaxınlığında qətlə yetirilir.
Polşa prezidenti Voyçex Yaruzelski Solidarnostun fəallarından Tadeuş Mazovetskini baş nazir vəzifəsinə namizəd göstərir; bununla da 42 ildə ilk dəfə qeyri-kommunist bu vəzifəni icra etməyə başlayır.
Avstriya-Macarıstan sərhədində sülh nümayişi olan Pan-Avropa pikniki keçirilir.
19–21 avqust — Hakim, əyalət polis rəisi və prezidentliyə namizəd Qalanın öldürülməsinə cavab olaraq Kolumbiyanın səlahiyyətli orqanları Kolumbiyada narkotik ticarəti ilə məşğul olan 11 000 şübhəli şəxsi həbs edirlər.
21 avqust — Praqa baharının 21-ci ildönümü şəhərdə keçirilən nümayişlə yad edilir.
Nəğməli inqilab: Estoniya, Latviya və Litvanın iki milyon yerli sakini Baltik yolu adlanan 600 km-lik canlı zəncir yaradaraq Sovet işğalından azadlıq və müstəqillik tələbi ilə əl-ələ tuturlar.
Macarıstan Avstriya ilə sərhəd qadağasını aradan qaldırır.
Kolumbiyada kokain ticarəti ilə məşğul olanlar hökumətə qarşı "ümumi və mütləq müharibə" elan edir və bir sıra partlayışlar və yanğınlar törədirlər.
Solidarnostun üzvü Tadeuş Mazovetski Polşanın Baş naziri seçilir.
25 avqust — Voyacer 2 Neptuna və onun ən böyük peyki olan Tritona ən yaxın məsafədə yaxınlaşır.
31 avqust — 1978–87-ci illərdəki Çad-Liviya münaqişəsindən sonra Liviya və Çad nümayəndələri, 1973-cü ildən bəri Liviya tərəfindən işğal olunan Auzu zolağına sahibliyin Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən müəyyən edilməsinə razı olurlar.
6 sentyabr — Cənubi Afrikada aparteid sisteminin mövcud olduğu dövrdə keçirilən sonuncu parlament seçkisi ilə Milli Partiya hakimiyyətə qayıdır.