Search is not available for this dataset
text
stringlengths
10
518k
2 iyun — Rac Kapur, hind aktyoru, rejissoru, prodüseri.
1988 Avroviziya Mahnı Müsabiqəsi (ing.
Eurovision Song Contest 1988; fr.
Concours Eurovision de la chanson 1988) — sayca 33-cü Avroviziya Mahnı Müsabiqəsidir.
Conni Loqanın ifa etdiyi "Hold Me Now" mahnısı ilə 1987 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1988-ci ildə İrlandiya üçüncü dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı.
Müsabiqə ölkənin paytaxtı Dublin şəhərində "RDS Simmonscourt Pavilion" zalında keçirilmişdir.
Müsabiqə 1988-ci ilin 30 aprel tarixində baş tutmuşdur.
1988-ci ildə müsabiqədə iştirakı planlaşdıran Kiprin seçdiyi mahnı müsabiqənin qaydalarını pozduğuna görə ölkənin müsabiqədə iştirakı baş tutmamışdır.
Belə ki, Kiprin müsabiqə üçün nəzərdə tutduğu mahnı bir neçə il öncə Kipr televiziyasında səslənmişdir və müsabiqənin qaydalarına görə Avroviziyada səslənilən mahnılar yalnız səkkiz ay əvvəl təqdim edilmiş ola bilər.
Ümumilikdə 21 ölkənin iştirak etdiyi müsabiqədə İsveçrəni təmsil edən dünya şöhrətli müğənni Selin Dion ifa etdiyi "Ne partez pas sans moi" adlı mahnı ilə müsabiqənin qalibi seçilmişdir.
İkinci yeri qazanan Böyük Britaniya təmsilçisini birincilikdən cəmi bir xal ayırmışdır.
Bu sonuncu dəfə Avroviziyada 1956-cı ildə Liz Assianın təmsilində qalibiyyət əldə etmiş İsveçrənin müsabiqədə 32 il sonra ikinci qələbəsi idi. 1988-ci ildə müsabiqənin qalibi olan İsveçrə təmsilçisi Selin Dion ilə bir səhnəni eyni zamanda məşhur müğənni Lara Fabian bölüşmüşdü.
Müsabiqədə Lüksemburqu təmsil edən müğənni dördüncü yerdə qərarlaşmışdır.
Xarici keçidlər Eurovision.tv Həmçinin bax Avroviziya Mahnı Müsabiqəsi
1988 Yay Olimpiya Oyunları — Cənubi Koreyanın paytaxtı Seul şəhərində keçirilmiş XXIV Yay Olimpiya Oyunları.
Olimpiadanın açılışı Ölkələrin göstərdiyi nəticələrı
1988 Yay Olimpiya Oyunları — Cənubi Koreyanın paytaxtı Seul şəhərində keçirilmiş XXIV Yay Olimpiya Oyunları.
Olimpiadanın açılışı Ölkələrin göstərdiyi nəticələrı
1989 (MCMLXXXIX) — Qriqori təqviminin bazar günündə başlamış olan, bizim eranın və miladi tarixin 1989-cu, II minilliyin 989-cu, XX əsrin 89-cu, 1980-ci illərin 10-cu və sonuncu ili.
1989-cu il siyasət tarixində dönüş nöqtəsi hesab olunur; belə ki, Polşa və Macarıstanda başlayan, noyabrda Berlin divarının açılması və Çexoslovakiyada Məxməri inqilabla zirvəyə çatan, dekabrda Rumıniyada kommunist diktaturasının devrilməsini də əhatə edən və 1991-ci ilin dekabrında Sovet İttifaqının dağılması ilə başa...
Qeyd edilən hadisələr tarixdə 1989-cu il inqilabları adı ilə tanınır.
Kommunist hökumətlərə qarşı yönəlmiş inqilabların Şərqi Avropada əsas etibarilə uğurla nəticələndiyi həmin dövrdə kommunist Çinində etirazlar yatırılırdı.
Belə etirazlardan ən məşhuru Pekindəki Tyananmen meydanı etirazları idi.
Bu, həmin il idi ki, iyirmi ildən çox Braziliyanı idarə edən hərbi diktatura rejiminin 1985-ci ildə başa çatması ilə 29 ildən sonra ilk dəfə Braziliyada prezident seçkiləri keçirilirdi; bu da demokratiyanın yenidən qurulması prosesinin son nöqtəsi oldu.
1989-cu ildə Frederik Villem de Klerk Cənubi Afrika Respublikasının dövlət başçısı seçilmiş və onun hakimiyyətdə olduğu beş ildə aparteid sistemi tədricən dağılmışdır.
Bu hadisələrin kulminasiya nöqtəsi isə Afrika Milli Konqresinin həbsdə olan lideri Nelson Mandelanın 1994-cü il seçkiləri ilə hakimiyyətə gəlməsi oldu.
İlk özəl internet xidmət provayderi, eləcə də ümumdünya hörümçək toru üçün ilk yazılı təklif və Yeni Zelandiya, Yaponiya və Avstraliyanın ilk internet əlaqələri də 1989-cu ildə yarandı.
İlk dəfə məhz 1989-cu ildə tətbiq edilən preimplantasiya genetik diaqnoz metodu nəticəsində növbəti il ilk belə körpələr dünyaya gəlmişdir.
1 yanvar — The New York Times qəzeti alman şirkətləri Imhausen və Salzgitter AG-nin Liviyanın Rabta ərazisində kimyəvi silah zavodu tikməsi ilə bağlı xəbər yayır.
2 yanvar — Baş nazir Ranasinqhe Premadasa Şri-Lankanın üçüncü prezidenti seçilir.
4 yanvar — Sidra körfəzi insidenti: Liviyaya məxsus iki MiQ-23 hədəf alınır və ABŞ Hərbi Donanmasının iki Grumman F-14 Tomcat təyyarəsi tərəfindən vurulur.
7 yanvar — İmperator Hirohito vəfat edir, oğlu Akihito dərhal 125-ci Yaponiya imperatoru elan edilir və beləcə, növbəti gün Şova dövrünü Heysey dövrü əvəz edir.
8 yanvar — Keqvort hava qəzası: BMİ hava yollarının Boeing 737 təyyarəsi Şərqi Midlends Hava Limanına yaxınlaşarkən qəzaya uğrayır və nəticədə 47 nəfər həyatını itirir.
10 yanvar — BMT Təhlükəsizlik Şurasının 626 saylı qətnaməsi və Nyu-York Sazişinə əsasən, Kuba qoşunları Anqoladan geri çəkilməyə başlayır.
11 yanvar — Lexus və Infiniti lüks avtomobil brendləri Detroytda keçirilən Şimali Amerika Beynəlxalq Avtomobil Sərgisində 1990 Lexus LS və Infiniti Q45 sedanlarının tanıtımı ilə ictimaiyyətə təqdim olunur.
12 yanvar — SSRİ Ali Soveti Rəyasət Heyəti tərəfindən "Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində xüsusi idarəçilik formasının tətbiq edilməsi haqqında" fərman verilir.
Vyanada görüşən 35 Avropa dövləti insan hüquqlarını möhkəmləndirmək və Şərq-Qərb ticarətini inkişaf etdirmək barədə razılığa gəlirlər.
Palax həftəsi": Praqada demokratiya tərəfdarı olan nümayiş polisin hücumuna məruz qalır.
17 yanvar — Klivlend orta məktəbinə silahlı hücum: Patrik Edvard Pördi beş uşağı qətlə yetirir, otuz nəfəri yaralayır və daha sonra Stoktonda özünü güllələyir.
Polşa Birləşmiş İşçi Partiyası Solidarnostun rəsmiləşdirilməsinə səs verir.
Ante Markoviç Yuqoslaviyanın Baş naziri vəzifəsində Branko Mikuliçi əvəz edir.
20 yanvar — ABŞ-nin 41-ci prezidenti Corc Herbert Volker Buşun inaqurasiyası keçirilir.
23 yanvar — Tacikistan Sovet Sosialist Respublikasında baş verən güclü zəlzələ nəticəsində təxminən 275 nəfər dünyasını dəyişir.
23–24 yanvar — Silahlanmış mülki solçular qısa müddət ərzində Buenos-Ayres yaxınlığında Argentina ordusunun bazasına hücum edir və ələ keçirirlər.
24 yanvar — Floridada gənc qadınların qatili Ted Bandi elektrik stulunda edam olunur.
30 yanvar — Kanadanın baş naziri Brayan Malruni altı yeni nazir təyin etməklə və digər on doqquz nazirin səlahiyyətlərini yenidən müəyyənləşdirməklə kabinetin tərkibini dəyişir.
Əfqanıstan müharibəsi: SSRİ-nin sonuncu zirehli texnikası 1979-cu ildən bəri doqquz illik hərbi işğala son qoyaraq Kabili tərk edir.
Karlos Andres Peres Venesuela prezidenti seçilir.
Paraqvayda dövlət çevrilişi: Hərbi çevriliş nəticəsində 1954-cü ildən Paraqvayın diktatoru olan Alfredo Stressner devrilir.
İnsult keçirən Cənubi Afrikanın dövlət başçısı Piter Villem Bota Milli Partiyanın sədrliyindən istefa edir.
5 fevral — Avropada bir neçə dildə fəaliyyət göstərən idman yayım stansiyası Eurosport, Fransanın İl-de-Frans vilayətindəki İssi-le-Mulino kommunasından yayımlanmağa başlayır.
6 fevral — Polşa Xalq Respublikası 1981-ci ildən bəri ilk dəfə Solidarnost hərəkatının nümayəndələri ilə rəsmi danışıqlar aparır.
7 fevral — Maykl Menlinin rəhbərlik etdiyi Xalq Milli Partiyası 1989 Yamayka parlament seçkilərində qalib gəlir.
Ron Braun Demokratik Milli Komitənin sədri seçilməklə ABŞ-nin mühüm siyasi partiyalarından birinə rəhbərlik edən ilk afroamerikalı olur.
Kanadanın Baş naziri Brayan Malruni ilə Ottavada görüşən ABŞ Prezidenti Buş 1991-ci il "Turşu Yağışı" Müqaviləsinin təməlini qoyur.
Union Carbide" şirkəti 1984-cü ildə 3700-dən çox şəxsin ölümü ilə nəticələnən Bhopal fəlakəti zamanı dəymiş zərərə görə Hindistan hökumətinə 470,000,000 dollar ödəməyə razılaşır.
Şeytanın ayələri" mübahisəsi: İranın Ali Rəhbəri Ayətullah Ruhullah Xomeyni (3 iyunda vəfat edir) Hindistanda doğulmuş Britaniyalı müəllif Salman Rüşdinin və onun "Şeytanın ayələri" romanını (1988) dərc edən nəşriyyatçıların ölümünə fətva verir.
GPS-in 24 süni peykinin birincisi orbitə yerləşdirilir.
15 fevral — Əfqanıstan müharibəsi: SSRİ-nin "məhdud hərbi kontingenti"nin Əfqanıstandan çıxarılması prosesi başa çatır.
16 fevral — Lokkerbi faciəsi: Təhqiqatçılar 1988-ci ildə baş vermiş bu qəzaya radio-kaset pleyerin içərisində gizlədilmiş bombanın səbəb olduğunu açıqlayırlar.
Ərəb Məğrib Birliyi yaradılır.
Vinni Mandelanın evində reyd keçirən Cənubi Afrika polisi onun dörd mühafizəçisini həbs edir.
23–27 fevral — Yaponiya, Çin və Cənubi Koreyaya səfər edən ABŞ prezidenti Buş Hirohitonun dəfn mərasimində iştirak edir və daha sonra Çində Den Syaopin, Cənubi Koreyada isə Ro De U ilə görüşür.
160 dövlətin nümayəndəsinin iştirakı ilə Hirohitonun dəfn mərasimi keçirilir.
Şeytanın ayələri" mübahisəsi: İran "Şeytanın ayələri" əsərinin müəllifi Salman Rüşdinin başı üçün 3,000,000 dollar mükafat müəyyən edir.
Nəğməli inqilab: Estoniya bayrağı 44 ildən sonra Tallindəki Pikk Hermann qülləsində dalğalanır.
United Airlines Flight 811-ə məxsus Boeing 747 təyyarəsi Honolulu Beynəlxalq Hava Limanından ayrıldıqdan sonra nəzarətsiz dekompressiyaya məruz qalır; nəticədə doqquz sərnişin həlak olur.
Mart — Polşa kapitalizmə doğru irəliləyərək valyuta mübadiləsini liberallaşdırmağa başlayır.
ABŞ müəlliflik hüququ sahəsində beynəlxalq müqavilə olan Bern Konvensiyasını ratifikasiya edir.
Serb azlığının təhdid edildiyi iddiası ilə etirazların davam etdiyi Kosovoda komendant saatı tətbiq edilir.
74 ildən sonra İslandiya pivəyə qoyulmuş qadağanı aradan qaldırır.
Həmin vaxtdan ölkədə bu tarix Pivə Günü kimi qeyd olunur.
və Warner Communications birləşib Time Warner (indiki WarnerMedia) şirkətini yaratmaq planlarını açıqlayırlar.
İlk Avstraliya Paytaxt Ərazisi seçkiləri keçirilir.
7 mart — Salman Rüşdinin "Şeytanın ayələri" əsərinə görə İran Birləşmiş Krallıqla diplomatik əlaqələri kəsir.
9 mart — 1989-cu il inqilabları: SSRİ Beynəlxalq Ədalət Məhkəməsinin yurisdiksiyasını tanıyır.
13 mart — Tim Berners-Li ümumdünya hörümçək torunun planına çevriləcək təklif sənədini hazırlayır.
Silah nəzarəti: ABŞ prezidenti Corc H. V. Buş hücum silahı kimi təsnif edilən bəzi silahların ölkəyə idxalını qadağan edir.
Xristian general Mişel Aun Livanı Suriya qüvvələrindən və müttəfiqlərindən qurtarmaq üçün "Qurtuluş müharibəsi" elan edir.
İsrail yeddi illik ərazi mübahisəsinə son qoyaraq Tabanı Misirə təhvil verir.
Macarıstanda demokratiya tələb edən kütləvi nümayişlər keçirilir.
16 mart — Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi fermerlərə dövlət mülkiyyətində olan təsərrüfatları ömürlük icarəyə vermək hüququna imkan yaradan kənd təsərrüfatı islahatlarını təsdiqləyir.
17 mart — Alfredo Kristiani Salvadorun prezidenti seçilir.
20 mart — Avstraliyanın Baş naziri Robert Houk milli televiziya kanalında evlilik xəyanətini etiraf edərkən ağlayır.
22 mart — 4581 Asklepiy asteroidi 700,000 km məsafədə Yerə yaxınlaşır.
23–28 mart — Serbiya Sosialist Respublikası Kosovo Muxtar Sosialist Vilayətinin muxtariyyətini ləğv edən konstitusiya dəyişiklikləri edir.
Bu addım Kosovo albanlarının etirazına səbəb olur: altı gün davam edən iğtişaşlar nəticəsində azı 29 nəfər həyatını itirir.
24 mart — Alyaska ştatının cənubunda yerləşən Şahzadə Vilhelm boğazında "Exxon Valdez" şirkətinə məxsus neft tankerinin qəzaya uğraması nəticəsində ərazi 240,000 barel (38,000 m3) neftlə çirklənir.
26 mart — 1989-cu il SSRİ Konqres seçkiləri: Sovet parlamenti olan SSRİ Xalq Deputatları Konqresinə ilk (və son) çəkişməli seçkilər keçirilir.
Yeni Konqresin ilk iclası mayın sonunda baş tutur.
Bu seçkilərin nəticəsində Boris Yeltsin SSRİ Ali Sovetinin üzvü olur.
29 mart — Los-Ancelesdə Şrayn-Auditoriumda keçirilən 61-ci Oskar mükafatı mərasimində ən yaxşı film kateqoriyası üzrə Yağış adamı filmi mükafata layiq görülür, Codi Foster isə ən yaxşı aktrisa nominasiyası üzrə ilk Oskar mükafatını alır.
1 aprel — Marqaret Tetçerin yeni yerli vergi siyasəti (ing.
Poll tax) Şotlandiyada təqdim olunur.
Bu vergi İngiltərə və Uelsdə hələ növbəti ildən tətbiq olunacaqdı.
2 aprel — BMT Təhlükəsizlik Şurasının 435 saylı qətnaməsinə əsasən atəşkəsin Cənubi Afrika Sərhəd müharibəsinə son qoymalı olduğu gün Cənub-Qərbi Afrikada Cənub-Qərbi Afrika Xalq Təşkilatı qiyamçıları ilə Cənub-Qərbi Afrika Polisi arasında döyüşlər başlayır.
6 aprelə qədər 300-dək adam öldürülür.
4 aprel — Haiti prezidenti Prosper Avrilə qarşı uğursuz çevriliş cəhdi, hökumətin ölkəyə nəzarəti bərpa etməsi ilə birlikdə üsyançı birliklər və hökumət arasında 10 aprel tarixində bitən qarşıdurmaya səbəb olur.
5 aprel — Polşa hökuməti və Solidarnost həmkarlar ittifaqı birliyi Solidarnostun hüquqi statusunun bərpa edilməsi və 4 iyunda demokratik seçkilərin keçirilməsi barədə razılığa gələrək saziş (Polşa Dəyirmi Masa Sazişi) imzalayırlar.
1989-cu il inqilabları tarixində xüsusi önəmi olan 4 iyun günü Mərkəzi Avropada kommunizmin devrilməsinə təkan vermişdi.