Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
20 aprel — NATO-da qısa mənzilli raketlərin müasirləşdirilməsi ilə bağlı mübahisə: ABŞ və Birləşmiş Krallıq tərəfdar olsalar da, Qərbi Almaniya kansleri Helmut Kol qərarın təxirə salınmasına nail olur. |
21 aprel — Pekin, Şanxay, Sian və Nankindən olan tələbələr Pekinin Tyananmen meydanında etirazlara başlayırlar. |
Noboru Takesita birja ticarət qalmaqalından sonra Yaponiyanın Baş naziri vəzifəsindən istefa edir. |
Motorola həmin dövrdə dünyanın ən kiçik mobil telefonu olan Motorola MicroTAC fərdi mobil telefonunu təqdim edir. |
Perak sultanı Sultan Azlan Muhibbuddin Şah Sultan İsgəndərdən sonra Malayziyanın 9-cu Yanq di-Pertuan Aqonqu tituluna sahib olur. |
Zayd ibn Şakir İordaniyanın Baş naziri vəzifəsində Zayd əl-Rifaini əvəz edir. |
27 aprel — Pekində Tyananmen meydanı etirazları gedişində əsas nümayiş gerçəkləşir. |
28 aprel — Bakıda Sovet hakimiyyəti dövründə ən sonuncu metrostansiyalar — Xalqlar Dostluğu və Əhmədli metrostansiyası istismara verilir. |
Transhumanizm: Yetkin insanlarda ilk dəfə genetik modifikasiya sınağı aparılır. |
Bank sistemini rəqəmsallaşdıran SSRİ özünün ilk Visa kartını buraxır. |
1 may — Fevral ayında baş verən hərbi çevriliş zamanı hakimiyyəti ələ keçirən və özünü Paraqvay prezidenti elan edən Andres Rodriges saxtakarlıqla seçkilərdə əzici qələbə qazanır. |
2 may — Dəmir pərdədə ilk çat: Macarıstan Avstriya ilə sərhəd boyunca 240 kilometr (150 mil) tikanlı məftili sökür. |
3 may — Soyuq müharibə: Yenidənqurma — Moskvada SSRİ-nin ilk McDonald's restoranı tikilməyə başlayır. |
Restoran 31 yanvar 1990-cı ildə açılacaqdı. |
4 may — Oliver Nort İran-Kontras qalmaqalı ilə əlaqədar ittiham olunaraq ABŞ-də məhkum edilir. |
Toxunulmazlıq məsələsinin qaldırılması ilə edilən apelyasiya şikayəti nəticəsində 1991-ci ildə ona qarşı qaldırılan ittiham rədd olunur. |
10 may — Panama prezidenti Manuel Noryeqanın hökuməti Noryeqanın Gilermo Endaraya məğlub olduğu 7 may prezident seçkilərinin nəticələrinin etibarsız olduğunu elan edir. |
ABŞ prezidenti Buş Panamadakı amerikanları qorumaq məqsədilə 1900 nəfərlik ABŞ qoşununu Panamaya göndərir. |
Avstraliya Paytaxt Ərazisinin Qanunverici Assambleyası ilk dəfə toplanır. |
1960-cı illərdə Nikita Xruşşovdan sonra ilk dəfə SSRİ rəhbəri — Mixail Qorbaçov Çin-Sovet ixtilafına son qoyaraq Çinə səfər edir. |
Karlos Menem Argentina prezident seçkilərində qalib gəlir. |
Qold Kostda Avstraliyanın ilk özəl ali məktəbi olan Bond Universiteti açılır. |
Kosta-Rikada ən sonuncu qızıl qurbağa görülür. |
Bu növ qurbağa sonradan nəsli kəsilmiş kimi təsnif edilir. |
16 may — Efiopiyanın yüksək rütbəli hərbi zabitləri prezident Mengistu Hayle Mariamın Şərqi Almaniyaya səfərə getməsindən bir neçə saat sonra dövlət çevrilişinə cəhd göstərirlər. |
17 may — Tyananmen meydanı etirazları: 1 milyondan çox Çinli etirazçı daha böyük demokratiya tələbi ilə Pekində yürüş edərək daha bir təzyiqə səbəb olurlar. |
Urumçi iğtişaşı: Uyğur və huey müsəlman etirazçıları Çinin Urumçi şəhərində hökumət binası qarşısında qiyam qaldırır. |
Tyananmen meydanı etirazları: Çjao Szıyan Tyananmen meydanında nümayişçilərlə görüşür. |
Çiriako De Mita İtaliyanın Baş naziri vəzifəsindən istefa verir. |
20 may — Tyananmen meydanı etirazları: Çin hökuməti Pekində hərbi vəziyyət elan edir. |
22 may — Leninqrad vilayətində Nurlann günləri açıq elan olunur. |
Tyananmen meydanı etirazları: Tyananmen meydanında tələbə nümayişçilər tərəfindən 10 metr hündürlüyündəki Demokratiya ilahəsi heykəli açılır. |
NATO Avropada qısa mənzilli nüvə silahlarının sayının azaldılmasına dair SSRİ ilə danışıqlar aparmağa razılaşır. |
Medellin Kartelinin üzvləri tərəfindən Kolumbiyanın Boqota şəhərində Kolumbiya Təhlükəsizlik Xidmətinin rəhbəri Migel Maza Markesə sui-qəsd cəhdi həyata keçirilir. |
Nəticədə dörd nəfər qətlə yetirilir və 37 nəfər yaralanır. |
31 may — Perunun inqilabçı Tupak Amaru İnqilab Hərəkatının altı üzvü Tarapoto şəhərində səkkiz gey və transseksualı güllələyir. |
1–10 iyun — Papa II İohann Pavel Norveç, İslandiya, Finlandiya, Danimarka və İsveçə səfər edir. |
2 iyun — Sosuke Uno Noboru Takesitanı Yaponiyanın Baş naziri vəzifəsində əvəz edir. |
3 iyun — Ayətullah Xomeyni vəfat edir. |
Tyananmen meydanı etirazları: Pekində ordunun meydana yaxınlaşması ilə qarşıdurma baş verir və meydandakı son qarşıdurma televiziya ilə canlı olaraq işıqlandırılır. |
Polşada Parlament seçkiləri: Birinci mərhələdə Solidarnostun qələbəsi Mərkəzi və Şərqi Avropada 1989-cu ilin bir çox anti-kommunist inqilablarının ilki idi. Dünyanın ilk yüksək dəqiqlikli televiziya (test) kanalları Yaponiyada analoq yayıma başlayır. |
5 iyun — Tyananmen meydanı etirazları: "Tank Adam" adı ilə bilinən naməlum Çinli etirazçı Pekindəki Çanqan prospektində hərbi tank sırasının qarşısında duraraq onları müvəqqəti dayandırır. |
Qərb fotoqraflarının çəkdikləri şəkillərlə bu hadisə beynəlxalq səviyyədə ikonik status qazanır. |
7 iyun — Surinam Hava Yollarına məxsus təyyarə Surinamın paytaxtı Paramariboda 176 nəfərin ölümü ilə nəticələnən qəzaya uğrayır. |
15 iyun — İrlandiya Baş naziri Çarlz Hoginin rəhbərlik etdiyi Fianna Fayl partiyası 1989-cu il İrlandiya parlament seçkilərində yerlərin əksəriyyətini qazana bilmir. |
16 iyun — 250 000 nəfər Budapeştin Qəhrəmanlar meydanında İmre Nadın, 1958-ci ildə edam edilmiş Macarıstanın keçmiş baş nazirinin yenidən tarixi dəfni üçün toplaşır. |
18 iyun — Yunanıstan parlamentinə seçkilərdə Yunanıstan Baş naziri Andreas Papandreunun rəhbərlik etdiyi PASOK partiyası parlamentə nəzarəti itirir. |
22 iyun — 1922-ci ildə müstəqillik qazandıqdan sonra İrlandiyada yaradılan ilk universitetlər — Dublin Şəhər Universiteti və Limerik Universiteti açılır. |
24 iyun — Tsyan Tsemin Çin Kommunist Partiyasının Baş Katibi olur. |
30 iyun — Sudanda dövlət çevrilişi: Ömər əl-Bəşirin rəhbərlik etdiyi qruplar hərbi çevriliş edərək Sudan Baş naziri Sadiq əl-Mahdinin hökumətini devirir. |
2 iyul — Yunanıstan Baş naziri Andreas Papandreu vəzifədən gedir və Dzannis Dzannetakisin rəhbərliyi ilə yeni hökumət qurulur. |
Cənubi Afrikanın dövlət başçısı Piter Villem Bota həbsdə olan 70 yaşlı Nelson Mandela ilə ilk dəfə üz-üzə görüşür. |
ABŞ-də Saynfeld sitkomunun ilk bölümü yayımlanır. |
6 iyul — Tel-Əviv-Yerusəlim 405 nömrəli avtobusunda intihar hücumu reallaşır. |
Bununla da ilk dəfə bir fələstinli İsrailə qarşı intihar hücumu etmiş olur. |
9–12 iyul — ABŞ prezidenti Corc H. V. Buş Polşa və Macarıstana səfər edərək iqtisadi yardım və sərmayə yatırmaq üçün cəhdlər edir. |
10 iyul — Təxminən 300,000 Sibir kömür mədənçisi daha yaxşı yaşayış şəraiti və daha az bürokratiya tələbi ilə tətilə çıxır; bu, 1920-ci illərdən bəri baş verən ən böyük Sovet işçi tətili idi. İrlandiyada Fianna Fayl partiyası Proqressiv Demokratlarla koalisiya qurduqdan sonra baş nazir Çarlz Hogi hakimiyyətə qayıdır. |
Cənubi Koreyanın Seul şəhərində yerləşən, dünyanın ən böyük əyləncə parkını özündə ehtiva edən Lotte World ictimaiyyətə açıq elan edilir. |
14 iyul — Fransa Böyük Fransa inqilabının 200-cü ildönümünü Parisin Şanzelize prospektində fransız dizayner Jan Pol Qudun bədii rəhbəri olduğu monumental bir nümayişlə qeyd edir. |
Dünya liderlərinin də dəvət olunduğu tədbirdə prezident Fransua Mitteran ev sahibi kimi çıxış edir. |
14–16 iyul — 15-ci G7 sammitində liderlər qaz istehsalını məhdudlaşdırmağa çağırırlar. |
Northrop B-2 Spirit stels təyyarəsi ABŞ-də ilk uçuşunu gerçəkləşdirir. |
Təxminən əlli ildən sonra Müqəddəs Taxt-Tac və Polşa diplomatik əlaqələri bərpa edir. |
19 iyul — Polşa prezident seçkiləri: Polşa Respublikasının Milli Məclisi bərpa edilmiş və güclü Polşa prezidenti vəzifəsinə general Voyçex Yaruzelskini seçir. |
20 iyul — Myanmanın müxalif lideri Aun San Su Çji ev dustaqlığına məhkum edilir. |
O, 2010-cu ildə azadlığa buraxılır. |
Yaponiya Müşavirlər Palatasına seçkilər: Yaponiyada iqtidarda olan Liberal Demokratik Partiya (LDP) 34 ildə ən pis seçki dövrü keçirərək Yaponiya parlamentinin Müşavirlər Palatasına nəzarəti itirir. |
Bu hadisə baş nazir Unonun seçkinin nəticələrinə görə məsuliyyəti öz üzərinə götürərək istefa edəcəyini açıqlamasına gətirib çıxarır. |
Culio Andreotti İtaliyanın Baş naziri olur. |
İranda keçirilən prezident seçkilərində seçicilər böyük əksəriyyətlə Əli Əkbər Haşimi Rəfsəncanini İran Prezidenti seçirlər və İran İslam Respublikasının Konstitusiyasına dəyişiklikləri dəstəkləyərək prezidentin səlahiyyətlərini artırırlar. |
İçərişəhərdə Vaqif Mustafazadənin ev-muzeyi yaradılır. |
31 iyul — Livanda Hizbullah qrupu, liderləri Əbdül Kərim Ubeydin 28 iyulda İsrail tərəfindən oğurlanmasına görə qisas almaq məqsədilə ABŞ dəniz piyadaları korpusunun polkovnik-leytenantı Vilyam Higginzi asdığını elan edir. |
Eyni gün Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası 638 saylı Qətnamə qəbul edərək münaqişədə hər iki tərəfin girov götürməsini qınayır. |
Avqust — Rusiyada enerji istehsalı və satışı ilə məşğul olan Qazprom şirkəti SSRİ Qaz Sənayesi Nazirliyindən ayrılaraq dövlət müəssisəsi olur. |
2 avqust — 1972-ci ildə Millətlər Birliyindən ayrılan Pakistan yenidən üzvlüyə qəbul edilir. |
5 avqust — Xayme Pas Samora Boliviya prezidenti seçilir və növbəti gün səlahiyyətlərinin icrasına başlayır. |
7 avqust — Beş Mərkəzi Amerika ölkəsinin prezidenti Nikaraqua hökumətinə qarşı vuruşan, ABŞ-nin da dəstəklədiyi kontrasın dağıdılması və dekabrın 5-dək Hondurasdakı bazalarından çıxarılması barədə razılığa gəlirlər. |
Yeni Zelandiyanın Baş naziri Devid Longi səhhəti ilə əlaqədar istefa verir və onu bu vəzifədə Ceffri Palmer əvəz edir. |
STS-28: Columbia Kosmik Gəmisi beş günlük gizli hərbi tapşırığı yerinə yetirir. |
9 avqust — Tosiki Kayfu Yaponiyanın Baş naziri olur. |
15 avqust — Piter Villem Bota Cənubi Afrikanın dövlət başçısı vəzifəsindən istefa verir və Frederik Villem de Klerk bu postu tutan yeddinci və sonuncu vəzifəli şəxs olur. |
18 avqust — Kolumbiyanın aparıcı prezidentliyə namizədlərindən Luis Karlos Qalan Boqota yaxınlığında qətlə yetirilir. |
Polşa prezidenti Voyçex Yaruzelski Solidarnostun fəallarından Tadeuş Mazovetskini baş nazir vəzifəsinə namizəd göstərir; bununla da 42 ildə ilk dəfə qeyri-kommunist bu vəzifəni icra etməyə başlayır. |
Avstriya-Macarıstan sərhədində sülh nümayişi olan Pan-Avropa pikniki keçirilir. |
19–21 avqust — Hakim, əyalət polis rəisi və prezidentliyə namizəd Qalanın öldürülməsinə cavab olaraq Kolumbiyanın səlahiyyətli orqanları Kolumbiyada narkotik ticarəti ilə məşğul olan 11 000 şübhəli şəxsi həbs edirlər. |
21 avqust — Praqa baharının 21-ci ildönümü şəhərdə keçirilən nümayişlə yad edilir. |
Nəğməli inqilab: Estoniya, Latviya və Litvanın iki milyon yerli sakini Baltik yolu adlanan 600 km-lik canlı zəncir yaradaraq Sovet işğalından azadlıq və müstəqillik tələbi ilə əl-ələ tuturlar. |
Macarıstan Avstriya ilə sərhəd qadağasını aradan qaldırır. |
Kolumbiyada kokain ticarəti ilə məşğul olanlar hökumətə qarşı "ümumi və mütləq müharibə" elan edir və bir sıra partlayışlar və yanğınlar törədirlər. |
Solidarnostun üzvü Tadeuş Mazovetski Polşanın Baş naziri seçilir. |
25 avqust — Voyacer 2 Neptuna və onun ən böyük peyki olan Tritona ən yaxın məsafədə yaxınlaşır. |
31 avqust — 1978–87-ci illərdəki Çad-Liviya münaqişəsindən sonra Liviya və Çad nümayəndələri, 1973-cü ildən bəri Liviya tərəfindən işğal olunan Auzu zolağına sahibliyin Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən müəyyən edilməsinə razı olurlar. |
6 sentyabr — Cənubi Afrikada aparteid sisteminin mövcud olduğu dövrdə keçirilən sonuncu parlament seçkisi ilə Milli Partiya hakimiyyətə qayıdır. |
7 sentyabr — Efiopiya hökumətinin və Eritreya separatçılarının nümayəndələri sülh sazişinə vasitəçilik etməyə çalışan sabiq ABŞ prezidenti Cimmi Karterin də iştirakı ilə Atlantada görüşürlər. |
10 sentyabr — Macarıstan hökuməti ölkənin (Avstriya ilə) qərb sərhədini Şərqi Almaniya qaçqınlarına açır. |
10–11 sentyabr — İqtidarda olan Norveç Fəhlə Partiyası 1945-ci ildən bəri ən pis nəticəsini göstərərək parlament seçkilərində səkkiz yer itirir. |
14 sentyabr — Leninqradda sədrlər Lev Kojkolaynen və Siqbyorn Eriksen Leninqrad vilayəti (SSRİ) və Nurlann vilayəti (Norveç) arasında bağlanan əməkdaşlıq sazişinə imza atırlar. |
17–22 sentyabr — Hüqo qasırğası Karib hövzəsini və ABŞ-nin cənub-şərqini dağıdaraq ən az 71 insanın ölümünə və 8,000,000,000 dollar ziyan vurulmasına səbəb olur. |
19 sentyabr — Roma-Katolik kilsəsi keçmiş Auşvitz həbs düşərgəsinin yaxınlığında yerləşən və bəzi yəhudi liderləri təhqir edən Karmelit monastırının aradan qaldırılmasını tələb edir. |
20 sentyabr — Frederik Villem de Klerk Cənubi Afrikanın yeddinci və sonuncu dövlət başçısı olaraq and içir. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.