Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
1990-cı illərdə kimsə romantizm üslubunda, Bayron üslubunda nəsə yazsaydı, oxucu deyəcəkdi ki, bunu artıq yazıblar. |
Və yaxud da Məhəmməd Hadi, Hüseyn Cavid üslubunda kimsə nəsə yazsaydı, həmin şey olacaqdı. |
Amma indiki auditoriyanın ədəbiyyatdan xəbəri yoxdur deyə, klassiklərdən kiminsə əsərini götürüb, adaptasiya edib ortaya çıxarırlar, hamı da oxuyur, alqışlayır. |
Füzulini oxumayan, bilməyən bu gün iki kəlmə irfani söz eşidirsə, onu əla, möhtəşəm görür. |
- Oxucudan söz düşmüşkən, bu günün oxucusunu necə qazanmaq olar? |
- Bu günün oxucusu dünənini unutmuş insandır. |
Amma əvvəlki oxucular dünənini, tarixini yadında saxlayan insanlar idilər. |
Bugünkü oxucunun diqqətini cəlb etmək istəyirsənsə, gərək bu günlə bağlı, bu günün problemi ilə bağlı bir şey yazasan, çünki onun dünəni artıq unudulub. |
Və ümumən yaddaşsız bir dövrə gəlmişik. |
Hisslərin, duyğuların, xatirələrin yaddan çıxdığı dövrə. |
- Dövrümüzdə audiokitablar dəbdədir, ona münasibətiniz necədir? |
Oxumaq yaxşıdır, yoxsa dinləmək? |
Demək olar ki, heç nəyə vaxtımız qalmır. |
Xüsusilə də, mütaliəyə çox vaxt ayırmaq olmur. |
Bu baxımdan, audiokitablar mütaliə üçün əvəzsiz vasitədir. |
Amma hər kitabı bu formatda dinləmək olmur. |
Mənim üçün bu tip dinləmələr birplanlı əsərlər üçün əlverişlidir. |
Yəni ilk dinləmədən anlamağa, qavramağa rahat olan mətnləri dinləyirəm. |
Çoxplanlı mətni, bədii söz oyunları, müxtəlif göndərmələri olan mətnləri dinləmək çətindir. |
Çünki kitabda istədiyin cümləni yenidən oxuya bilir, hər hansı səhifəyə geri qayıda bilirsən. |
Amma audiokitabda bu bir qədər çətindir. |
Məsələn, Vladimir Nabokovun əsərlərini bu formatda dinləyə bilmədim, üstündə dayanıb, düşünmək istədiyim məqamlar vardı. |
Mənim üçün çoxplanlı mətnləri dinləməkdənsə, oxumaq daha məqsədəuyğundur. |
Amma hər hansı əhvalat, hadisə üzərində qurulan əsəri dinləmək rahatdır. |
O ki qaldı poeziyaya, düşünürəm ki, audiokitab formatında şeir dinləmək daha gözəldir. |
Sanki şeirlərin təsiri daha güclü olur. |
Üstəlik, musiqi həlli də gözəl olanda şeir dinləmək lap böyük zövq verir. |
- Ruh haqqında çox yazılıb, çox deyilib. |
Amma mənə elə gəlir ki, ruh yaradıcı insanın əməlindədir. |
Biz ruhumuzu yaradıcılıq prosesində daha çox hiss edirik. |
Yaradıcılıq prosesi və ümumiyyətlə həyat insandakı ruhun keyfiyyətlərini göstərir. |
Hər kəs duyur, hər kəs hiss edir. |
Amma bu, yaradıcılıqda özünü necə büruzə verir?! |
Mən son vaxtlar yaradıcı insanların ruhunu siqaret çəkənlərin qatran içində büzüşüb qaralmış ağciyərinə bənzədirəm. |
Sanki indiki insanların ruhu ruha oxşamır. |
Bunun səbəbləri çoxdur, onlardan danışmayaq. |
Amma bəşəriyyət bu yoldan necəsə çıxmalıdır. |
Çünki ruhsuzluq, ruhun öldürülməsi, süni intellekt yolu ilə gediriksə, deməli, robotlaşmaya gedirik. |
- İndi insanlar sanki bir-birindən çox, heyvanlara sevgi göstərirlər. |
- Bu, insanlardakı ruhsuzluqdandır. |
İnsanlar bir-birlərində ruh hiss etmir, yaxşı keyfiyyətlər hiss etmir, müsbət enerji almır və ona görə də texniki inkişafdan kənarda qalan heyvanlara sevgi göstərirlər. |
Sanki onlarda o ruhu axtarırlar. |
Hamı, elə bil, bir-birinə düşməndir, yaddır. |
Amma bütün bunların fonunda heyvanlar mərhəmətli, sevgi dolu görünürlər. |
Buna görə də almaq istədikləri müsbət emosiyanı insandan yox, heyvandan almağa çalışırlar. |
- Ədəbiyyatdan, yazı-pozudan yorulanda hara qaçırsınız, beyninizi necə dincəldirsiniz? |
- Mənim işim də, həyatım da, istirahətim də ədəbiyyatla bağlıdır. |
Sadəcə, ədəbiyyatın müəyyən növləri var ki, mən orada dincəlirəm. |
Məsələn, klassik ədəbiyyat və muğamla dincəlirəm. |
Klassik ədəbiyyat həm enerji mənbəyimdir, həm dincliyimdir. |
Hara getsəm, yenə də ona dönürəm, bu dövrədən kənara çıxa bilmirəm. |
Məşğuliyyətim də odur, istirahətim də. |
- Bəs yaradıcılıqda heç vaxt etmədiyiniz, amma etmək istədiyiniz nə isə var? |
- Kaş mən bəstəkar ola biləydim. |
Onda, bəlkə də, dünyanın ən xoşbəxt adamı olardım. |
Fikrət Əmirovun, Qara Qarayevin, Arif Məlikovun simfonik əsərlərindən birini mən yazmış olsaydım, bilərdim ki, həyatda boşuna yaşamamışam. |
Təəssüf ki, musiqi duyumum olmadığına görə heç bir musiqi alətində də ifa edə bilməmişəm. |
Bilirsiniz, musiqi sözdən də yuxarıdır. |
O, dilsizdir, sərhədsizdir, tərcüməyə də ehtiyacı yoxdur. |
Daha çox foto burada:PhotoStock.Az"Xanım Aydın |
ABŞ-nin qərbində, Yuta ştatında yerləşən Saut-Cordan şəhəri süpürümlərin (çöl bitkisi) “istilasına” məruz qalıb. |
Yerli medianın məlumatına görə, güclü külək minlərlə alaq otunu şəhərə sürükləyib. |
Küçələri, evləri, yolları basan bu bitkilər şəhərdə nəqliyyatın hərəkətinə ciddi maneələr yaradıb. |
Bildirilir ki, hazırda kommunal xidmətlər küçələri təmizləməklə məşğuldur. |
Şəhər sakinləri alaq otlarının görüntülərini sosial şəbəkələrdə paylaşıblar və yaranmış vəziyyətə yumorla reaksiya verərək, onları “işğalçılar” adlandırıblar. |
Falçılıqla məşğul olaraq dələduzluqda təqsirləndirilən Günəş Qasımovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. |
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib. |
Məhkəmənin hökmü ilə Günəş Qasımova 7 il müddətinə azadlıqdan məhrum olunub. |
Qeyd edək ki, ittihama görə, Bakı şəhər sakini Günəş Qasımova Şirvan şəhərində falçı olduğunu bildirərək insanların problemlərinin həllində köməkliklər göstəriləcəyini vəd edib. |
O, aldatma yolu ilə zərərçəkmişlərin 50 min dollarını və 15 min manatını dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunub. |
Həmçinin hökmdə qeyd olunub ki, zərərçəkmiş şəxslər tərəfindən verilmiş mülki iddia qismən təmin edilib. |
Belə ki, iş üzrə zərərçəkmiş Vüsalə Qafarzadəyə 25 min 495 manat, digər zərərçəkmiş şəxs Arif Qafarzadəyə isə 91 min 401 manat maddi ziyan kimi ödənilməsi barədə qərar qəbul edilib. |
Hər iki zərərçəkmiş şəxsə mənəvi ziyan kimi ayrılıqda 2 min manat ödənilməlidir. |
Günəş Qasımovaya Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi üzrə ittiham elan olunub və barəsində həbs qətimkan tədbiri seçilib. |
Cinayət işi üzrə Arif Firuz oğlu Qafarzadə və Vüsalə İnqilab qızı Qafarzadə zərərçəkmiş qismində tanınıblar. |
Azərbaycan-İran münasibətlərinin hazırkı vəziyyəti barədə fikir yürüdərkən dörd əsas hissəyə diqqət yetirmək olar. |
Birincisi, İranda hələ də Azərbaycanın regional reallıqlardakı güclənən strateji mövqeyinə qarşı ənənəvi qısqanclıq dalğası qalmaqdadır. |
Bu, əsasən, ara-sıra rəsmi, intensiv olaraq isə qeyri-rəsmi kanallar vasitəsilə gündəmə gətirilir. |
İkincisi, Azərbaycan-İran əlaqələrindəki diplomatik müstəvidə aktivləşmə diqqət çəkir, ancaq Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətini bərpa etməsi məsələsi hələ də açıq olaraq qalır. |
Böyük bir ehtimalla Azərbaycan səfirliyin fəaliyyəti üçün Tehrandan tələb etdiyi təhlükəsizlik zəmanətlərini ala bilməyib. |
Üçüncüsü, Azərbaycanla İranın regional tranzit dəhlizinin yaradılması istiqamətində birgə irəliləyişidir. |
Bu, Azərbaycanın Qarabağda keçirdiyi antiterror tədbirlərindən sonra xeyli aktuallaşıb və Tehranın regional tranzit dəhlizlərinə qarşı ritorikası əvvəlkitək nəzərə çarpmır. |
Azərbaycanla İranın dil tapdığı nöqtə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində daha qabarıq görünür. |
Bununla belə, hiss edilir ki, İranın Ermənistanla müttəfiqlik münasibətləri soyuyur. |
Bu o deməkdir ki, İran Zəngəzur dəhlizinə maneəni Ermənistanı mühafizə etməkdən ötrü yox, özünün maraqlarını irəliyə doğru aparmaq üçün inkişaf etdirir. |
İran Azərbaycan və Türkiyənin Zəngəzur dəhlizi vasitəsilə Mərkəzi Asiya ilə strateji birləşməsindən, bunun Tehranı regional izolyasiyaya salacağından qorxur. |
Bu prosesdə Tehran İrəvandan təcrid ediləcəyindən narahatdır, çünki onun məntiqinə əsasən, Zəngəzur dəhlizi İranın beynəlxalq çıxışlarından birini bloklayır. |
Amma Azərbaycanla İranın “Araz” dəhlizində iştirakı Tehranın bu qorxularını bir qədər azaldır. |
Çünki bu dəhliz Türkiyə ərazisi vasitəsilə İslam Respublikasına Aralıq dənizi və Qara dənizlərə çıxış imkanı verə bilər. |
Amma nəticədə, Azərbaycanla İranın rəqabət arenası böyük ölçüdə Zəngəzur dəhlizi ilə əlaqədar canlanır, hərçənd ki, Tehranın burada rəqabətədavamlılıq qabiliyyəti zəifləyə bilər. |
Çünki Azərbaycanın strateji müttəfiqi Türkiyə ilə yanaşı, həm Rusiya, həm Qərb, həm də Çinlə əlaqələrinin müsbət dinamikası onun Zəngəzur dəhlizi planı üçün fürsət yaradır. |
İran Hindistana alternativ yaratmağa qadir deyil, Rusiya isə ümumiyyətlə Tehranla yaxşı əlaqələrinə rəğmən, Zəngəzur dəhlizi mövzusunda ona dəstək göstərmir. |
Bu amil İran diplomatiyasını Zəngəzur dəhlizi kontekstindəki yeni reallıqların içərisində regional əməkdaşlıq formatında iştiraka həvəsləndirir. |
Dördüncüsü, İrandan Azərbaycana narkotrafik üzrə canlanma problem olaraq qalmaqdadır. |
İran Azərbaycanla genişlənən iqtisadi-ticari əlaqələrini, müştərək maraqları rəhbər tutaraq qeyri-leqal marşrutlara qarşı birgə əməliyyatlar keçirmək seçimini edə bilər. |
Hərçənd ki, bu, o qədər də real görünmür, çünki İrandakı güc imperiyası yaradan təhlükəsizlik qüvvələri sanksiyalardan yayınmaq üçün qeyri-qanuni ticarətdən gələn gəlirlərə önəm verir. |
Hər halda, problemlərə və mübahisəli mövzulara baxmayaraq, İran Azərbaycanın maraqlarını nəzərə alaraq regionda yaranan reallıqlardan faydalanmağı hədəfləyir. |
Burada əsas həssaslıq riskləri tarazlaşdırmaq üçün düzgün qiymətləndirmələrlə əlaqəlidir. |
Yəqin ki, Azərbaycanla İran regional təhlükəsizlik aspektləri ilə əlaqədar müzakirələrin növbəti raundunu başladacaqlar. |
Rusiyanın “Spartak” klubunun futbolçusu Promes Kvinsi Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) ev dustaqlığına göndərilib. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.