Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Kərbəlayı Cəfər Zar kəndi (İrəvandan 16 km aralıda yerləşir) kəndxudası olub. |
Zəngin adam olub, haqqında rəvayətlər var. |
Çox səxavətli və mərd adam olduğunu deyirlər. |
Yazdığım kitabda onun haqqında bir neçə rəvayət var. |
İrəvanda aclıq illərində öz taxılını camaata paylayıb. |
Bir nəfər deyib ki, aclıq vaxtı taxılını niyə camaata paylayırsan? |
Kərbəlayı Cəfər deyib ki, məni ağa edən onlardır. |
- Xruşov dövründə - 1956-cı ildə “xalq düşmənləri”nə bəraət verilməyə başlanıb. |
Saleh Güllücinski nə zaman bəraət alıb? |
“Xalq düşməni” kimi həbs olunarkən terrorçuluq, sui-qəsd və silahlı üsyana hazırlıq maddələri üzrə ittiham olunub. |
- Mən sizdən əvvəl bir neçə repressiya qurbanının qohumlarından müsahibə almışam. |
Onlar sonradan çox böyük təzyiqlərlə üzləşiblər. |
Saleh Güllücinskinin ailəsi repressiya illərində hansı təzyiqlərə məruz qalıb? |
- Saleh Güllücinskinin “Molokan bağı”nın (indiki Xəqani bağı - red.) |
qarşısındakı 2-3 mərtəbəli binalarda evi olub. |
Həmin ev keçmiş Korqanov, indiki Rəsul Rza küçəsində yerləşib. |
Ev müsadirə olunub və Salehin qardaşı Məmmədin tanışı olan Polina xanıma verilib. |
Saleh Güllücinskinin bacısı Ləzifə xanım təzyiqlərə görə Bakıda yaşaya bilməyib və Xudata köçüb. |
Ləzifə xanım alman dili fakültəsinin birinci buraxılış məzunu olub və müharibə illərində alman dilini bildiyinə görə də təqib olunub. |
Saleh Güllücinskinin qardaşı Məmməd Almaniyada əsir düşüb. |
Bir yandan Saleh Güllücinski, digər yandan Məmməd Güllücinskiyə görə ailə ciddi təqiblərə məruz qalıb. |
Səməd babam 1930-cu illərdə həbs olunub. |
O zaman Şəmkirdə yaşayıb və dəmir yolunda işləyib. |
Şəmkir üsyanı zamanı “sən kəndxuda oğlusan” deyib, həbs ediblər. |
Nənəm deyirdi ki, babanı Bakıda NKVD-də işləyən qohumu həbsdən azad edib. |
Əlbəttə, nənəm onun Siyasi İdarənin səlahiyyətli nümayandəsi olduğunu bilmirdi. |
Müharibə illərində babam yenə həbs olunub və yenə eyni ittihamla. |
Amma artıq Saleh Güllücinski yox idi.Babamı həbsdən birbaşa ön cəbhəyə aparıblar. |
Saleh Güllücinskinin ailəsi ilə babamgilin əlaqələri, düşünürəm ki, Saleh Güllücinski həbs ediləndən sonra da olub, amma qorxularından inkar ediblər. |
Saleh Güllücinski arxiv sənədinə görə 5 ay həbsdə olub, işgəncələr verilib. |
- Sizə görə, hansı ehtimal daha doğrudur, onu güllələyiblər, yoxsa dənizə atıblar? |
- Repressiyanı araşdıran bir neçə tarixçi ilə söhbətim olub. |
Onlar dəniz məsələsinə inanmırlar. |
- Silahdaşlarının da məzarları yoxdur. |
- Kütləvi məzarlıqlarda dəfn olunanlar var. |
Repressiya qurbanlarının əksəriyyətinin qəbri yoxdur. |
- Saleh Güllücinskinin qohumlarından, başqa kimlər var? |
- Bacıları rəhmətə gediblər, amma onların övladları, nəvə-nəticələri hazırda Bakıda və bir çox xarici ölkələrdə yaşayırlar. |
- Saleh Güllücinskini görən biri ilə danışmısınızmı? |
- Rəfiqə xanım İrəvanda yaşayıb və 1926-cı ildə Saleh Güllücinski ailəsi ilə Bakıya köçdüyündən gediş-gəlişləri az olub. |
Rəfiqə xanımın babası Məşədi Teymur müharibə illərində onlara gəlib-gedib. |
Saleh Güllücinskinin oğlu da dənizdə neftçi olub və gənc yaşda vəfat edib. |
- Repressiya qurbanlarının müəyyən bir qismi araşdırılır:Əhməd Cavad, Hüseyn Cavid, Mikayıl Müşfiq və s.Saleh Güllücinski barəsində internetdə informasiya, demək olar ki, yoxdur. |
Repressiya qurbanlarının bəzilərinin kölgədə qalmağını nə ilə əlaqələndirirsiniz? |
Hazırda bəzi gənclər bu dövrü araşdırmağa maraq göstərirlər. |
Saleh Güllücinski kimi bir çox adam var ki, adları çəkilmir, amma Azərbaycan üçün çox işlər görüblər. |
- Saleh Güllücinskinin Azərbaycan üçün ən böyük xidməti nədir? |
- Xalq Maarif Komissarlığında çalışıb. |
Təbliğat-təşviqat bölməsinin siyasi şöbəsində çalışıb. |
Qasım İsmayılov (indiki Goranboy - red.) |
rayonu üzrə MTS siyasi şöbə rəisi işləyib. |
Sosialist əməyi qəhrəmanı Bəsti Bağırovanın irəli çəkilməyində onun mühüm rolu olub. |
Onun qeyri-leqal siyasi fəaliyyətini daha çox araşdırmaq lazımdır. |
- Onun haqqındakı məlumatları hansı mənbələrdən əldə etmisiniz? |
- İnternetdə əvvəl haqqında məlumat olmayıb və onun haqqında arxivlərdən və qohumlarından məlumatları əldə edib ilk dəfə vikipediyaya yerləşdirmişəm. |
Sonralar Saleh Güllücinski və qohumları barəsində müxtəlif saytlarda məqalələrlə çıxış etmişəm. |
- Siz hazırda Saleh Güllücinski barəsində kitab yazırsınız? |
Kitabın 1-ci hissəsini (Saleh Güllücinskinin fəaliyyətinin İrəvan dövrü və qohumları) tamamlamışam. |
Repressiyası ilə bağlı kitabın 2-ci hissəsini yazıram. |
- Qərbi Azərbaycandan olan qohumlarınız oraları necə xatırlayırlar? |
Mənim nənəmin, babamın orada mülkləri olub. |
İrəvan mahalına Qırxbulaq mahalı, Qırxbulaq çayına isə həm də Gedərçay deyirlər. |
Aşağıda Gedərçay, yuxarıda Zəngiçay olub. |
Ən çox 1988-ci il hadisələrindən danışıblar mənə. |
- Sizcə, 1988-ci il hadisələri nəyə görə olub? |
- Rəfiqə xanım mənə danışıb ki, onlarla birgə yaşamışıq, amma onlar hər zaman gizlində düşmənçilik edirdilər. |
Bu üzdən onlardan uzaq durmuşuq. |
Onlardan diksinmişik, onların ət dükanından ət almamışıq, əllərini vurduqları yerə əl vurmamışıq. |
Erməni olduqları üçün..""Jalə xanım mənə danışıb ki, 1988-ci ilin dekabrında erməni silahlıları redaksiyaya daxil olub və ermənicə “burada türk varmı?” soruşublar. |
Orada çalışan qızlar deyiblər ki, türk budur. |
Jalə xanım da ermənicə mükəmməl bildiyinə görə özünü vəziyyətdən çıxarmağa çalışıb və oranı tərk edib. |
Və gecə ikən ailəsi qaçıb Bakıya gəlib. |
- Saleh Güllücinskinin bacılarının taleyi necə olub? |
- Saleh Güllücinski həbs olunarkən bacısı Ləzifə xanım onun evində olub və 21 yaşı olub. |
Saleh Güllücinskinin böyük bacısı Rübabə İrəvanda yaşayıb. |
Ən kiçik bacısı evlənib, övladları ABŞ-də və Almaniyada yaşayırlar. |
90-cı illərdə Azərbaycandan köç ediblər. |
60-70-ci illərdə köç edənləri də var. |
Rəfiqə xanımın soyadı Dalqılıcovadır. |
Türkiyədə İğdırda Dalqılıc kəndi var. |
1918-ci il qırğınları zamanı Rəfiqə xanımın atası Hüseyn ailəsi ilə birgə İğdıra gedib. |
Soyadları da elə bunun üçün Dalqılıcovdur. |
İrəvandakı Səməd babamın atası evinin yerində mehmanxana tikildiyini Əfruz nənəyə 1970-ci illərdə İrəvana gedib-gələn biri demişdi. |
Amma bilmirəm, hansı mehmanxanadır. |
Saleh Güllücinskinin ailəsi isə indiki Ermənistan Hökumət Evinin arxasındakı 2-ci küçədə yaşayıb. |
Bağları İrəvan şəhərinin kənarında olub. |
Rəfiqə nənə deyirdi ki, bizim mülklərin bir hissəsini sovet hökuməti əlimizdən alıb, sonra da yerində uşaq bağçası tikiblər. |
“Fədayəni mən ərköyün etmişəm, sonra öhdəsindən gələ bilmədim”. |
Bunu Moderator.az-a açıqlamasında müğənni Fədayə Laçının bacısı İlahə Fəda deyib. |
O, bacısı Fədayə Laçınla küsülülük iddialarına da son qoyub. |
“Fədayənin ayağına bir tikan batsa, mənim ürəyimə sancılmış kimi hiss edərəm. |
Mən Fədayədən necə inciyə bilərəm?! |
İncisəm də, bir mahnısına qulaq asıram, ürəyimin yağı əriyib gedir. |
Onu da mən ərköyün etmişəm, sonra öhdəsindən gələ bilmədim. |
Boynuma alıram", - deyə İlahə bildirib. |
“Mən son vaxtlar yaradıcı insanların ruhunu siqaret çəkənlərin qara, ləkəli, kölgəli, qatran içində, büzüşmüş ağciyərinə bənzədirəm”. |
Bunu Oxu.Az-a müsahibəsində şair, yazıçı, dramaturq İlqar Fəhmi deyib. |
Yazıçı ilə müsahibəni təqdim edirik:""- İlqar bəy, yaradıcılığınız ulduza bənzəyir. |
Həm parlaqdır, həm də çoxguşəli. |
Ədəbiyyatın bir neçə qolunda uğurla imzanız görünür. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.