Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
İstər nəzm olsun, istəsə də nəsr. |
Amma son dövrlərdə pyeslərinizin səhnələrdə canlanması sanki yaradıcılığınızda başqa bir mərhələdir. |
- Hər bir yaradıcının müəyyən istiqamətləri yazdığı ilk əsərlərdən bilinir. |
Kiminsə əsərində fəlsəfi meyillər üstün olur, kimdəsə ədəbi həllər, kimdəsə təsvirlər və s.Mənim həm poeziya, həm də prozamda isə teatrallıq və vizuallıq həmişə üstün olub. |
Teatr mövzusuna həsr olunan “Akvarium”, “Akvanaziya”, bir aktrisanın taleyindən bəhs edən “Aktrisa” romanlarım, “Karmen” povestim elə birbaşa teatra yaxın mövzulardır. |
Əvvəl buna çox da diqqət etməmişəm. |
Amma bir müddətdən sonra analiz edəndə gördüm ki, əsərlərim teatraldır və bu teatrallıq dekorativliyin üzərinə köklənib. |
Yəni mən yazanda özüm də hiss etmədən heç vaxt məişətin aşağı qatlarına düşməmişəm. |
Teatrallıq effektini də məhz bu yaradıb. |
Çünki teatrda verilən ölümü də, qan-qadanı da tamaşaçı şərti qəbul edir. |
Qeyd etmək istəyirəm ki, kinodan fərqli olaraq, teatrda naturalizmə getmək olmaz. |
- Ümumi anlamda incəsənət nəyi göstərməlidir? |
- Ədəbiyyatda və elə ümumiyyətlə incəsənətdə, əsasən, iki istiqamət var:biri sənətin özünün gözəlliyinə istiqamətlənib, digərində sənətin gözəlliyi bir vasitə olub reallığı göstərmək üçün. |
Yəni birində sənət vasitədir, birində isə - məqsəd. |
Son zamanlar məişətin ən çirkab, ən iyrənc qatlarına düşmək, onu göstərmək dəb halını alıb. |
Əslində isə sənətin bu iki qütbü arasında həmişə hərəkət olub. |
Gah estetizmdən gedib naturalizmə, gah naturalizmdən gedib estetizmə. |
Mən həmişə 1990-cı illərlə indiki ədəbiyyatı müqayisə edirəm. |
Əslində, rifah baxımından indiki dövr “doxsanlar”dan qat-qat yaxşıdır. |
Problemlər var, təbii ki, amma o dövrdəkilərlə müqayisəyə belə gəlmir. |
Çox ağır, ağrılı, pis dönəm yaşanırdı. |
Amma buna baxmayaraq, həmin dövrün ədəbiyyatında, kinosunda məişətin xırdalığına getmək, iyrənc, çirkab qatlarına düşmək yox idi.Əksinə, sanki incəsənət vasitəsilə həmin o qaranlıqdan, ağrı-acıdan qurtulmağa çalışırdılar. |
Bu gün qəribə də olsa, onun əksi baş verir və əsasən, müstəqil kinoda buna rast gəlirik. |
Həyatın elə iyrənc qatlarına düşürlər ki, adam həyatda özü buna əhəmiyyət vermir, görmək istəmir, bundan qaçmağa çalışır. |
Çünki onsuz da, ona kömək edə bilmədiyi halda bu neqativi, ağırlığı özünə yükləməli olur. |
Cəmiyyətdə özünü tapa bilməyən, ən aşağı təbəqədə olan, problemli insanları ön plana çıxarır, onu qəhrəmana çevirir. |
Bu adamların obrazlarını sənətə gətirmək nəyə xidmət edir, hansı mesajı ötürür? |
Axı həmin personajları, onsuz da, müxtəlif teleşoularda, qara-qışqırıq, iyrənc, açıq-aşkar söhbətlərlə hər gün görürük. |
Kino çəkirsənsə, ədəbiyyat yazırsansa, tamaşa qoyursansa, bu işin adının “incəsənət” olduğunu unutmamalısan. |
Həmin o iyrənclikləri, çılpaqlığı incəsənətə niyə gətirəsən ki? |
Bunların hamısı, sadəcə, səs-küy yaratmaq üçündür. |
Desinlər ki, filankəsin çəkdiyi filmdə filankəs tualetə gedirdi. |
Qəhrəmanlıq sənətə gətirdiyi mövzuya görə basqılara məruz qalmaq, təhlükə altına düşmək, problem yaşamaq, amma buna baxmayaraq, yenə də o mövzudan çəkinməməkdir. |
Onların etdiyi isə nə qəhrəmanlıq kimi qəhrəmanlıqdır, nə də sənət kimi sənət. |
Hər hansı bir fəlsəfi mesajı da yoxdur. |
Əgər bu dediklərim sənətdə hansısa estetik ideya naminə və ya fəlsəfi mesaj ötürmək naminə olsaydı, qəbul edərdim. |
“Azdrama”da Fridrix Dürrenmattın “Yaşlı xanımın gəlişi” əsərinə Rövşən Almuradlı quruluş vermişdi. |
Tamaşanın sonunda tualetlə bağlı məqam vardı. |
Amma orada bu, bir məna kəsb edirdi. |
İnsanlar tamaşanın süjeti boyu ali insan dərəcəsindən ən aşağı, çirkab və rəzalət bataqlığına düşürdülər və tualetlə bağlı səhnə məhz onu əks etdirirdi. |
Sonda bütün bu qəhrəmanlar tualetə gedirlər. |
Məsələn, həmin hissəni çıxartsan, tamaşanın əsas məğzi, mənası itəcəkdi. |
Amma indiki əsərlərdə o tipli istənilən hissəni çıxartsan, görürsən ki, heç nə itmir. |
Əgər nəyisə çıxaranda əsər bundan bir şey itirmirsə, deməli, onu yazmağın, çəkməyin heç bir mənası yoxdur. |
- Sizcə, bu gün ədəbiyyatda, kinoda, teatrda nə çatmır? |
Əksər hallarda yazıçı niyə yazdığını, rejissor niyə çəkdiyini, niyə tamaşaya qoyduğunu bilmir. |
Yenə də deyirəm, cəmiyyətə ötürəcəyi mesajı yoxdur. |
Görürsən ki, maraqlı tapıntılar, məqamlar, detallar var. |
Mən kommersiya film və tamaşalarını nəzərdə tutmuram. |
Onlar heç sənətə iddialı da deyil. |
Sadəcə, reytinqə, qazanca hesablanmış şeylərdir. |
Amma sənətə iddialı olan əsərlərdə belə şeylər çoxdur. |
Deyəsən ki, ümumiyyətlə ideyasızlıqdır, o da deyil. |
Axı ideyasızlığın özü də bir ideyadır. |
Postmodernizmin mahiyyətində var bu. |
Mən ideyasız material verirəm, çünki dünyadakı bütün ideyalar boş və mənasızdır. |
Yəni artıq sən antiideya qoyursan ortaya. |
Amma bunlarda heç antiideya da yoxdur. |
- Bizim teatr müstəqil kinodan, ədəbiyyatdan, televiziyadan fərqli olaraq, zəmanənin çirkab axarına düşməyən yeganə sahədir. |
Bu, teatrımızın ən böyük üstünlüyüdür. |
O, elitar tamaşa zövqünü qoruyub-saxlaya bilib. |
Bu gün orada ədəbiyyatımızda olan açıq-saçıq çirkabı, kino, “art house” adı ilə sırınan rəzaləti, televiziyalarda neqativi görmürük. |
Teatrımız sanki bir qədər özünə qapanıb, donub. |
Amma bu, inkişafdan qalmaq demək deyil. |
Mən bu qapanmanın özündə bir mübarizə - axına düşməmək mübarizəsi görürəm. |
Bu gün teatr mənə, bilirsiniz, nəyi xatırladır? |
Adamın ayağının altından çirkab su axını keçəndə ətəyini qaldırır ki, bulanmasın. |
Bax, teatr, sanki çirklənməmək üçün ətəyini əlində saxlayıb, gözləyir. |
Bu dəqiqə Avropada teatr da korlanıb. |
Heç küçədə o qədər söyüş söymürlər, nalayiq ifadələr işlətmirlər ki, teatrda hər kəlməbaşı bir ədəbsiz söz eşidirsən. |
Çox sevinirəm ki, bizdə kino, ədəbiyyat buna getsə də, teatr getmədi. |
Mən bu çirkabın içində teatrın özünü qoruyub-saxlayacağına, daha da inkişaf edəcəyinə ümid edirəm. |
- İncəsənət tarixi boyu bir-birinin ardınca müxtəlif cərəyanlar yaranıb. |
Onlara nəzər salsaq, modernizmdən sonra gələn postmodernizm sanki bu inkişafda son mərhələ oldu. |
Hazırda hər hansı bir cərəyanın yarandığını görmürəm. |
Necə düşünürsünüz, yeni cərəyan yaranacaqmı, yaranacaqsa, özündə nəyi ehtiva edəcək? |
- Postmodernizm - ideyaların dağıdılması deməkdir. |
Məncə, hələ də postmodernizm davam edir. |
Sadəcə, indi postmodernizm heç özü də bilmir ki, nəyə xidmət edir və o da özlüyündə başlayıb parçalanmağa. |
Ədəbiyyatda yeni cərəyan isə yoxdur, ümumiyyətlə olmayacaq da. |
Çünki insan təfəkkürünün qavraya və yarada biləcəyi hər şeyi modernizmə qədər yaradıblar. |
Postmodernizm isə yeni heç nə yaratmır. |
Qeyd etdiyim kimi, o, köhnəni dağıtmağa yönəlib. |
Köhnə dağılanda isə xaos yaranır. |
Dünya tarixində sıra ilə yaranan ədəbi cərəyanlar vardı:intibah, maarifçilik, romantizm, realizm, modernizm...İndiki mərhələ xaotik mərhələdir. |
Kim nə istəyir, yazır, çəkir və s.""Əvvəllər cari dövrün cərəyanına uyğun əsərlər yazılırdı və ondan əvvəlki mərhələyə müraciət etmirdilər ki, bu artıq keçmişdir. |
Amma indi postmodernizmlə yanaşı, ona qədər olan bütün formalara uyğun əsərlər yaranır. |
İdeya axını yoxdur, kim nə əhvaldadırsa, onu da yazır. |
Bu, uğurun da təsadüfi olmasına gətirib çıxarır. |
Bəzən lap çoxdan işlənmiş, hamının bildiyi, köhnədən qalmış janrda yazılmış əsər çox böyük uğur qazanır. |
Azərbaycan ədəbiyyatında Məhəmməd Füzuli, Seyid Əzim Şirvani dövrü, sonra indiki dilimizə daha uyğun olan Əliağa Vahid, daha sonra da Ələmdar Mahir dövrü olub. |
İndiki zamanda mən, Arif Buzovnalı və digərləri yeni eksperimentlər etdik, qəzəl janrı bugünkü dilimizə uyğun olaraq müasirləşdi. |
Yəni bu, mərhələli şəkildə baş verdi. |
Amma baxın, 2000-ci illərin əvvəllərində sırf Füzuli üslubunda kimsə qəzəl yazsaydı, buna kinayə ilə yanaşardılar. |
Çünki auditoriya deyəcəkdi ki, bunu artıq Füzuli yazıb, bunu hamı bilir. |
Bu üslubda uğur qazanmaq mümkün olmayacaqdı, təkrar sayılacaqdı. |
Amma 20 il keçib, indi kimsə Füzuli üslubunda qəzəl yazır, hamı deyir, əladır. |
Çünki artıq Füzulini də bilmirlər. |
Çünki o zamanlar orta statistik ziyalı insan Füzulini də oxuyurdu, digərlərini də. |
Amma indiki nəsil bundan bir qədər bixəbərdir. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.