Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Karl Panzramın cəlladına son sözləri belə olub: "Tez elə. |
Sənin məni asmağa sərf elədiyin vaxta mən 10 adam öldürərdim. |
Arzusu o olub ki, kaş insan nəslinin bir boğazı olardı; beləcə, əlini boğazına dolayıb onu boğardı. |
Onlar mövcudluğu mühakimə edib onun nöqsanlı olduğu, bunu düzəltməli olan şəxslərin isə məhz onlar olduğu qərarına gəlmişdilər. |
Bu bölmə eyni zamanda narazılıq haqqındadır. |
Dünyanı dəyişməyə çalışan insan narazıdırsa, ona güvənmək olmaz. |
Tomas Eliotun "Kokteyl qonaqlığı" adlı pyesində əla bir hissə oxumuşdum. |
Bir qadın psixiatrın yanına gəlib çətin perioddan keçdiyini, hədsiz əzab çəkdiyini və həyatının yolunda getmədiyini deyir. |
Sonra isə əlavə edir: ümid edirəm problem məndədir. |
Psixiatr onun nə demək istədiyini soruşur. |
Qadın cavabında bildirir ki, iki ehtimal var: ya dünyada problem var, ya da məndə. |
Əgər problem dünyadadırsa, edə biləcəyim heç nə yoxdur. |
Mən də onun içində olduğuma görə bu haldayam. |
Ya da xoşbəxtlikdən problem məndədir ki, bu da yersiz iztiraba səbəb olur. |
Belədirsə, deməli, bunu düzəldə bilərəm. |
Bu haqda uzun müddət düşündüm. |
Əgər həyatınızda nələrsə yolunda getmirsə, günahlandırmağa kimisə tapa bilərsiz. |
Bu ki asan və rahatdır. |
Və ya düşünə bilərsiz: "Məsələ odur ki, həyatımı sevmirəm, bəlkə də ümumiyyətlə həyatı sevmirəm. |
Çünki həyat dəhşətlidir, Həvvanın ləkəsini daşıyır. |
Bəs necə bilim ki, bütün bu mühakimələrim doğrudurmu? |
Əsas suallar bunlardır: "Həyatımı yoluna qoymaq üçün hər şeyi etmişəmmi? |
Əgər həyatımı yoluna qoymaq üçün edə biləcəyim hər şeyi etməmişəmsə, həyatı, onun keyfiyyətini və ya mövcudluğun özünü mühakimə etməliyəmmi? |
Əgər həyatda olmağınız sizə həddən artıq əzab verirsə, etməməli olduğunuzu bildiyiniz şeyləri etməməyə, səhv olduğunu bildiyiniz şeyləri deməməyə çalışın və baxın görün nələr olur. |
Ən azından cəhd edə bilərsiz. |
Əlverişli olanı yox, mənalı olanı edin. |
Məna sizi həyatın faciəsindən qoruyan divardır. |
Dayanıqsız, yaralanmış, fani bir varlıq olduğunuz gerçəyinə baxmayaraq, özünüz üçün dəyərli nəsə tapa bilmisiz. |
Bu, bəlkə də ən dərin instiktdir. |
Məna sizə düzgün yerdə olduğunuzu deyir. |
Düzgün yer isə xaosla nizamın ortasıdır. |
Bu eynilə beyninizin yarımkürələri kimidir. |
Kobud formada desək, sağ beyin yarımkürəniz anlamadığınız (xaos), sol beyin yarımkürəniz isə anladığınız şeylərlə məşğuldur. |
Anladığınız şeylərə ilişib qalmağın bir mənası yoxdur, çünki onları onsuz da anlayırsız. |
Anlamadığınız şeylərin içində isə azıb qalırsız. |
Ona görə də, bu ikisinin arasında bir yerdə olmalısız. |
Əlverişli olan şeyi edən zaman indiniz üçün gələcəyinizi qurban verirsiz. |
Yaşamaq iztirab çəkməkdir. |
Məna bu gerçəkliyin antidotudur. |
Risk etməkdən və mənalı bir şeyin arxasınca getməkdən qorxmalısız. |
Amma əgər olduğunuz yerdə qalmaq sizi pərişan hala salırsa, bundan daha çox qorxmalısız. |
Acınacaqlı vəziyyətdə qalmağın əvəzini əzab çəkərək ödəyirsiz. |
Deyə biləriz ki "Tanıdığım şeytan tanımadığım şeytandan daha yaxşıdır", amma bundan elə də əmin olmayın. |
Əgər işinizə görə acınacaqlı haldasızsa və heç nəyi dəyişmirsizsə, 5 il sonra daha pis vəziyyətdə və daha yaşlı olacaqsız. |
Sizi xoşbəxt edəcək şey haqda danışmıram. |
Sizi xoşbəxt edən şeyin arxasınca getmək lüksdür. |
Mənalı olduğunu düşündüyünüz şeyin arxasınca getmək isə mənəvi borcunuzdur. |
Bu, asan deyil, qurban tələb edə bilər. |
Əgər işinizi dəyişmək istəyirsizsə və eyni zamanda, ailəniz, uşaqlarınız, məsuliyyətiniz varsa "İşimi sevmirəm. |
İstefa edirəm" deyə bilməzsiz. |
Bu, düzgün strategiya deyil. |
Bunun əvəzinə düşünə bilərsiz ki, bu iş mənim ruhumu məhv edirsə, nə etməliyəm? |
Yeni iş axtarmalısız. |
Əgər heç kim sizi işə götürmək istəmirsə, özünüzü inkişaf etdirməli və ya CV-nizi yeniləməlisiz. |
Bəlkə də, müsahibə qorxunuzun öhtəsindən gəlməyə və ya sosial bacarıqlarınızı yaxşılaşdırmağa ehtiyacınız var. |
Əgər işinizi dəyişirsizsə, bütün bunları düşünməli, hər şeyi ağıllı, məsuliyyətli, yetkin bir insan kimi etməlisiz. |
Bu, bir neçə ilinizi ala bilər. |
Bunları etmək lüks deyil, əksinə, çətindir. |
Mənəvi məsuliyyətdir, xoşbəxtlik deyil. |
Ya da ən azından yalan danışmayın. |
Həqiqəti demək çətindir, çünki bunun üçün həqiqəti bilmək lazımdır. |
Nə vaxt yalan danışdığınızı isə bilirsiz. |
Cəmiyyət içində özünü narahat hiss edən insanlar təmtəraqlı nəsə deyirlər və bu gözlənilən nəticəni vermir. |
Özləri də, digərləri də pərt olur. |
Əgər fikir versələr, görərlər ki, bu, onların bütövlüyünü pozur, onları zəif biri edir. |
Ona görə də, bunu etməzlər. |
Yalanlar sizi zəif birinə çevirir və bunu hiss edə bilirsiz. |
Bu, mənanın tam əksidir. |
Çünki məna həqiqətlə bağlıdır. |
Əgər yalan danışırsızsa, deməli, artıq qarşı tərəfdəsiz. |
Elə hesab edin ki, qulaq asdığınız insan sizin bilmədiyiniz bir şeyi bilir. |
Danışmaq istəyirsiz və danışıb qurtardıqda danışmağa başlamazdan əvvəlki halınızdan daha çox şey bilmiş olursuz. |
Buna ən yaxşı nümunə sevgi münasibətinizin olduğu şəxslə aranızda baş verən mübahisədir. |
Qalib gəlmək istəyəcəksiz, xüsusilə də əsəbisizsə. |
Öncə düşünməlisiz ki, bu mübahisədə qalib gəlmək nə mənaya gəlir? |
Tutaq ki, danışıqda partnyorunuzdan daha qabiliyyətli və hiyləgərsiz. |
Eləsə, qalib gələ bilərsiz. |
Əvvəlcə deyim ki, bu, sizin haqlı olduğunuz demək deyil. |
Haqsız olarkan qalib gəlmək heç də yaxşı fikir deyil. |
Ola bilsin ki, qarşı tərəf sizin görə bilmədiyiniz şeyi görə bilir, sadəcə sizin kimi onu sözlərlə ifadə edə bilmir. |
Bu halda həmin şəxsə qulaq asmaq istəyə bilərsiz. |
Çünki bəlkə də həmin şəxs başıaşağı şəkildə divara çırpılmağınızın qarşısını almaq üçün sizə nəsə deməyə çalışır. |
Bunun baş vermə ehtimalı var. |
Bəlkə də, onların nə dediklərini, bütün bunları niyə dediklərini və vəziyyəti dəyişməyiniz üçün nə etməli olduğunuzu anlamadığınızı deyərək onlara kömək etməlisiz. |
Eşitdiyinizə əmin olmasaz, qarşı tərəfin dedikləri fikrinizi onsuz da dəyişməyəcək. |
Çünki çırpılmamalı olduğunuz divara çırpılmaq istəməzsiz. |
Məhz buna görə, düşmənlərinizə də qulaq asmalısız. |
Bəlkə də, onlar sizə özünüz haqda müəyyən yalanlar deyib sizi çaşdıracaq, amma bəzən dostlarınızın sizə deməyəcəyi şeyləri də deyəcəklər. |
Nitqinizdə dəqiq olun. |
Tanrı dünyanı danışaraq yaradıb. |
Ünsiyyət və mövcudluq arasındakı qarşılıqlı qırılmaz əlaqə haqqında düşünün. |
Dil xaosu götürüb nəsəyə çevirir. |
Tanrının Adəmin etməsini istədiyi şeylərdən biri heyvanlara ad verməsi idi. Çünki adları olana qədər onlar doğrudan da real deyildilər. |
Adı qoyula bilməyən şeylər ad qoyula bilən şeylərdən daha qorxuducudur. |
Gerçəklik nə qədər pis olsa da, təxəyyülünüz qədər dəhşətli deyil. |
Heç bir istisna olmadan, nə qədər pis də olsa, hər şeyə ad vermək daha yaxşıdır. |
Nəyisə adlandıra bilməmək sizdə həmin şeylə üzləşmək qorxunuzun olduğu düşüncəsini yaradır ki, bu da sizi uğursuzluğa düçar edir. |
Uşaqlar skeyt sürərkən onları narahat etməyin. |
Əvvəllər işlədiyim Müqəddəs Corc küçəsində yeniyetmələrin skeyt sürməsini izləyirdim. |
Qorunmaq üçün çox da alətləri yox idi. Skeyt sürənlərin bu cür dəlisov şeylər etməsini izləmək xoşuma gəlir. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.