Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Bu dövretmə sizin içinizdədir. |
Əgər serotonin səviyyəniz aşağı düşərsə, düşkün vəziyyətdə olursuz. |
Ətrafınızdakı hər şey tutqunlaşır və ağırlaşır. |
Əgər özünüzü toplayıb həyatınızı qaydaya salmaq istəyirsizsə, özünüzü arxaya doğru gərib düz dayanmaq həqiqətən də vacibdir. |
Özünüzə kömək etmək cavabdehliyinizin olduğu biri kimi davranın. |
Bu, insanların özlərinə qarşı niyə yaxşı davranmadıqları haqda araşdırmadır. |
İnsanlar özlərinin fərqindədir. |
Biz öz sərhədlərimizi, zəif nöqtələrimizi bilirik. |
Ümumi götürsək, insanların heç nəyə dəymədiyini düşünə bilərik. |
Çünki nöqsanlıyıq, dayanıqısızıq. |
Amma özümüzü tanıdığımız istənilən insandan daha yaxşı tanıyırıq. |
Əgər narsist deyilsizsə (bəzi insanlar elədir), bilirsiz ki, özünüzü gərəcək və dəyərləndirəcək enerjiniz yoxdur. |
Bu da təbii olaraq bir növ özününifrətə gətirib çıxarır. |
İnsanlar ev heyvanlarına dərman verməyə daha çox meyillidir, nəinki özləri atmağa. |
Amerikada da belədir. |
İnsanlar resepti alır, amma dərmanları atmırlar. |
Bu ideya bir növ Karl Yunqdan öyrəndiyim "Özünə necə davranılmasını istəyirsənsə, başqalarına elə davran" fikrinin dəyişdirilmiş formasıdır. |
Sevdiyiniz, yaxşı davrandığınız birini düşünün və özünüzə qarşı da elə davranmağa çalışın. |
Bir az aralanın özünüzdən və fikirləşin: "Mən də digər insanlardan biriyəm və ən azından insanlar içində olan bir fərdin layiq olduğu hörmətə layiqəm. |
Özümə kömək etməyə çalışmalıyam. |
Özümə nifrət etmək və özümü məhv etmək əvəzinə, dəyərli bir insanmış kimi öz qayğıma qalmalıyam. |
Sizin üçün hər şeyin ən yaxşısını istəyən insanlarla dost olun. |
Əgər dostlarınız varsa və onlara pis xəbər verirsizsə, onlar da kədərlənir. |
Bunu onlara deyə bilərsiz. |
Sizi dinləyəcək, ağrınızı azaldacaqlar. |
Özlərini müdafiə mexanizminə keçib sizə öz başlarına gəlmiş ən pis şeydən danışmayacaqlar. |
Və ya kimsə sizi ələ salıb deyə içdən-içə sevinməyəcəklər. |
Əgər dostlarınız varsa, başınıza yaxşı bir şey gələndə xoşbəxt olacaqlar. |
Təsəvvür edin ki, siqareti tərgitmək istəyirsiz və dostlarınız sizə siqaret təklif edir. |
Əgər bu zarafat xarakterlidirsə, problem yoxdur. |
Amma çox vaxt bu zarafatlar heç də sadəcə zarafat olmur. |
Mən də siqaret çəkirəm, sən də. |
Sonra sən siqareti atırsan. |
Düşünürsən ki, məndən yaxşısan. |
Həmin dostlar sizi siqaret çəkmək üçün ona görə yola gətirir ki, özləri bunu edə bilmədikləri üçün pərt olmasınlar. |
Ya da tutaq ki, içki düşkünüsüz. |
Dostunuz isə belə deyir: "Kimin vecinədir ki, üçüncü evliliyin də alt-üst olub? |
İnsanlar tam anlamır ki, daha yaxşı olmaları üçün onlara kömək etməyə çalışan insanları özlərinə dost seçmək və onları məhvə aparan insanlardan uzaq durmaq mənəvi cəhətdən normal bir şeydir. |
Ağlıma həmişə bir səhnə gəlir. |
Təsəvvür edin ki, canqurtaran dalğıcsız və boğulan kimisə xilas etməyə çalışırsız. |
Onlara doğru bir ayağınız suyun üzündə üzürsüz. |
Səbəb odur ki, bəlkə də panikaya qapılırsız. |
Bir insanın boğulmasındansa iki insanın boğulması vəziyyəti yaxşılaşdırmır. |
Əxlaqi cəhətdən götürsək, başqa bir adamın gəmisində batmağa məcbur deyilsiz. |
Yəqin düşünürsüz ki, köməyə ehtiyacı olan bir dostu atıb getmək qəddarlıq, kobudluqdur. |
Amma mənim dediyim bu deyil. |
Demək istədiyim şey odur ki, sosial əhatənizə baxmalı və qərar verməlisiz. |
Sizi incidən, bundan əl çəkməyən və sizi uçuruma aparan insanlarla dost olmağa məcbur deyilsiz. |
Bundansa, sizə dəyər verən insanlarla birlikdə olun. |
Özünüzü dünən olduğunuz halınızla müqayisə edin, başqasının bugünkü halı ilə yox. |
Özünüzü başqası ilə müqayisə etmək hər şeydən öncə ədalətsizlikdir. |
Xüsusilə də təxminən 30 yaşa kimi. |
17 yaşınız olanda onsuz da digər 17 yaşlılar kimi olursuz. |
Bu sosial müqayisə təqribən 30 yaşında olanlara daha uyğundur. |
Bu vaxt artıq həyatınız özünəməxsus hal almış olur. |
Deyək ki, həyatınız 8 bölgüdən ibarətdir: ailə, dostlar, sevgi münasibətləri, sağlamlıq və s. Həyatınız və onun bölgüləri artıq öz yerini tutub. |
Həyatınız heç kimin həyatı kimi deyil. |
Görürsüz ki, başqasının həyatı sizinkindən daha yaxşıdır. |
Siz sadəcə bir zaman kəsiyində onun həyatının sadəcə bir aspektini görürsüz. |
Siz onun həyatının tam təsvirini görmürsüz. |
Sonra da özünüzü tənqid edir və əsəbi olursuz. |
Bunun heç bir yaxşı tərəfi yoxdur. |
Olmalı olduğunuz adam deyilsizsə, inkişaf etməlisiz. |
Öz yaxşı və pis tərəflərinizi tapıb, sabah bu gün olduğunuzdan daha yaxşı olmağa çalışmalısız. |
Xırda bir şeydə olsa belə. |
Budur düzgün müqayisə. |
Çünki özünüzə daha çox oxşayırsız, nəinki başqasına. |
Sonra görürsüz ki, əla olmasaz da, az da olsa, dünən olduğunuzdan daha yaxşısız. |
Bunu 5 il ərzində edirsiz və başqasının yox, özünüzün olmalı olduğunuz yerdə olduğunuzun fərqinə varırsız. |
Çünki siz özünüz bir fərdsiz. |
Başqa bir insanın həyatındakı faciəni bilmirsiz. |
Düşünürsüz ki, kimsə varlı və müvəffəqiyyətli biridir. |
Amma onun həyat yoldaşı və övladları ilə necə münasibəti olduğu, bəlkə iki dəfə boşandığı və ya övladının şizofreniyadan əziyyət çəkdiyi haqda anlayışınız yoxdur. |
Əksər insanların həyatı faciə və qərəzlə doludur. |
Məsələ olduğunuzdan daha yaxşı olmalı olduğunuzdadır. |
Ona görə yox ki, başqa insanlardan pissiz, ona görə ki, olmalı olduğunuz adam deyilsiz. |
Övladlarınıza sizin onları sevməmənizə səbəb olan şeyləri etməyə icazə verməyin. |
Əgər yaxşı biri deyilsizsə, uşaqlarınız özlərini yaxşı apardığı zaman bunun intiqamını onlardan alacaqsız. |
Öz uşaqlarınızı sevdiyinizi deyirsiz, amma ola bilsin ki, onlar başqalarının xoşuna gəlmirlər. |
Bəlkə özlərini yaxşı aparmırlar. |
Düşünürsüz ki, uşaqlarınızı sevirsiz. |
Sizin xoşunuza gəlməyən nəsə etsələr, onlardan intiqam alacaqsız. |
Tutaq ki, mağazadasız və 4 yaşında, çoxbilmiş bir uşağınız var. |
Balaca uşaqlar hamısı belədir, çünki fikirlərini hələ sözlərlə ifadə edə bilmirlər. |
Müəyyən mənada onların davranışını sürü halında yaşayan heyvanlarla müqayisə etmək olar. |
Niyə onları xoşlayırlar? |
Niyə onlarla yola gedirlər? |
Çünki bir-birilərini anlayırlar. |
Beləcə, sınayırlar sizi. |
Uşağınız sinir krizi keçirib əsəbləşir və nə edəcəyinizi bilmirsiz. |
Onu götürüb çölə çıxır, sonra da imkan verirsiz ki, dayanıb krizi sona kimi yaşasın. |
Tezliklə bundan bezəcəyini bilirsiz və belə olduğunu görəndə deyirsiz ki, özünü yaxşı aparana kimi buradayıq. |
Uşaq bunun nə demək olduğunu yaxşı bilir: yəni ya özünü yaxşı aparacaqsan, ya da burada dayanmağa davam edəcəyik. |
Əgər uşaqlarınızın etdiyi hərəkət sizin onları sevməmənizə səbəb olursa, başqa insanların bu davranışa görə onlardan xoşu gəlməmə ehtimalı çox yüksəkdir. |
Deyə bilərsiz ki, nə olsun? |
Hamının xoşuna gələcək uşaq böyütmək mənim vəzifəm deyil (bəlkə də deməzsiz). |
Bu, məhz sizin vəzifənizdir. |
Dünyanı tənqid etməzdən əvvəl öz evinizi səliqəyə salın. |
Totalitarizm və təsəvvür edilə bilməyəcək qədər amansız şeylər, cinayətkarlar və seriyalı qatillər haqda çox oxumuşam. |
Bu fəsil amerikalı seriyalı qatil Karl Panzram və ABŞ-da məktəb terroru törədən Dilan Kleboldla Erik Harris haqdadır. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.