Search is not available for this dataset
text
stringlengths
10
518k
Medalın ön tərəfində üst səthi hamar və guşələri qabarıq olan səkkizguşəli ulduzun fonunda açılmış qartal qanadları, çarpazlaşdırılmış tüfənglər və lövbər təsvir edilmişdir.
Ulduzun üst səthində, guşələrinin konturları ilə çevrənin konturları arasında relyefli şüalar vardır.
İki tərəfdən konturlanmış çevrə boyunca yuxarıda "Hərbi xidmətdə fərqlənməyə görə" Medalın 3-cü dərəcəsi gümüşü rəngli, 2-ci dərəcəsi çevrə və onun üzərindəki sözlər istisna olmaqla — qızılı rəngli, 1-ci dərəcəsi — qızılı rəngli, qartal qanadları gümüşü, lövbər isə qara rəngdədir.
Arxa tərəfi hamar səthidir.
Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, 27 mm x 43 mm ölçüdə düzbucaqlı zeytun rəngli xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir.
Bütün dərəcəli medallar üçün xara lentin kənarlarında 1 mm enində qızılı rəngli şaquli zolaqlar təsvir olunmuşdur.
Lentin ortasında medalın 1-ci dərəcəsi üçün eni 5 mm olan qızılı rəngli bir şaquli zolaq, 2-ci və 3-cü dərəcəsi üçünn eni 2 mm olan müvafiq olaraq iki və üç zolaq vardır.
Medala paltara bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 27 mm x 9 mm ölçülü qəlib əlavə olunur.
Təltif edilənlərin siyahısı
Bu siyahı "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif edilmiş şəxsləri ehtiva edir.
1-ci dərəcəli 2-ci dərəcəli 3-cü dərəcəli Əsgərli Emil Əlihüseyn oğlu — 15.11.2013 Qasımov Sərxan Vaqif oğlu — 27.12.2013 Cəfərov Elnur Cəfər oğlu — 23.01.2014 Əzizov Səbuhi Rüstəm oğlu — 27.01.2014 Quliyev Eşqin Firəddin oğlu — 07.02.2014 Nöhbalayev Kərəm Şahin oğlu (ölümündən sonra) — 26.02.2014 Həsənov Elvin Çingiz ...
Hərbi xidmətlərə görə" medalı — Azərbaycan Respublikasının hərbi medalı.
10 noyabr 1992-ci ildə təsis edilmiş, əsasnaməsi 6 dekabr 1993-cü ildə təsdiq edilmişdir.
Hərbi xidmətlərə görə" medalı Azərbaycan Respublikasının 1992-ci il 10 noyabr tarixli 370 saylı Qanunu ilə təsis edilmişdir.
Hərbi xidmətlərə görə" medalının əsasnaməsi Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 759 saylı Qanunu ilə təsdiq edilmişdir.
Əsasnaməyə əsasən medal Azərbaycan Respublikasının hərbi qulluqçularına aşağıdakılara görə verilir: Öz xidmət vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə; Dövlət sərhədlərinin qorunmasında xidmətlərinə görə.
Hərbi xidmətlərə görə" medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda "Tərəqqi" medalından sonra taxılır.
Hərbi xidmətlərə görə" medalının təsviri 3 fərqli formada verilsə də, ilk versiya ilə heç kəs təltif olunmamışdır.
İlk təsvir Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 759 saylı Qanunu ilə təsdiq edilmişdir.
Həmin əsasnamədə medalın təsviri aşağıdakı kimi verilmişdir: "Hərbi xidmətlərə görə" medalı gümüşdəndir, qabarıq formalı uzunsov səkkizguşə şəklindədir.
Medalın qırağı və üz tərəfi sağanaqla əhatələnmişdir.
Üz tərəfin sağanaqları arasında hörmə həndəsi ornament təsvir edilmişdir.
Medalın ortasında bir böyük və iki kiçik hörmə kvadrat, habelə çarpazlanmış təbərzin, qılınc, toppuz təsviri vardır.
Medalın aşağı hissəsində "Hərbi xidmətlərə görə" sözləri yazılmışdır.
Medalın arxa tərəfində yuxarı hissədə aypara ilə səkkizguşəli ulduz təsvir edilmiş, aşağı hissədə təltif tarixini yazmaq üçün nəzərdə tutulan gərilmiş altıbucaq yerləşdirilmişdir.
Bütün yazılar və təsvirlər qabarıqdır.
Medalın hündürlüyü 45 mm, eni 36 mm-dir.
Medal ilgək və halqa ilə dördbucaqlı qəlibə birləşir.
Qəlib yaşıl xara lentlə birləşən ornamentli iki hissədən ibarətdir.
Lentin sol yuxarı və sağ aşağı küncləri sarı-yaşıl rənglidir, 1 mm enində qızılı zolaqlarla ayrılmışdır.
:Lentin ümumi eni 19 mm-dir.
Qəlibin ölçüsü 46 mm x 22 mm-dir.
Medalın ikinci təsviri Azərbaycan Respublikasının 6 fevral 1998-ci il tarixli 429-IQD nömrəli Qanunu ilə təsdiq edilmişdir.
Həmin təsvirdə qeyd deyilir: "Hərbi xidmətlərə görə" medalı milli ornamentli ensiz lövhə ilə birgə bürüncdən tökülmüş, dairəvi ornamentli və mərkəzdən paylanan şüaları olan diametri 35 mm qalxanabənzər girdə lövhədən ibarətdir.
Qalxanın ortasında səkkizguşəli ulduz və ulduzun arxasında iki çarpaz qılınc təsvir olunmuşdur.
Arxa tərəfi hamar səthlidir, ortasında "Hərbi xidmətlərə görə" sözləri yazılmışdır, ondan aşağıda ordenin nömrəsi həkk olunmuşdur.
Medal paltara bərkidilmək üçün elementi olan, 27 mm x 43 mm ölçüdə qəhvəyi çalarlı düzbucaqlı xara lentə halda və ilgək vasitəsilə birləşdirilir.
Medala paltara bərkidilmək üçün elementi olan, üzərində aypara və ulduz təsvir edilən eyni xara lentdən hazırlanmış 27 mm x 9 mm ölçülü qəlib əlavə olunur Medalın üçüncü və hal-hazırkı təsviri Azərbaycan Respublikasının 30 sentyabr 2013-cü il tarixli 728-IVQD nömrəli Qanunu ilə təsdiq olunmuşdur.
Medalın təsviri aşağıdakı kimi verilmişdir: "Hərbi xidmətlərə görə" medalı milli ornamentli ensiz lövhə ilə birgə bürüncdən tökülmüş, dairəvi ornamentli və mərkəzdən paylanan şüaları olan diametri 36 mm qalxanabənzər dairəvi gümüşü lövhədən ibarətdir.
Qalxanın ortasında səkkizguşəli ulduz və ulduzun arxasında iki çarpaz qılınc təsvir olunmuşdur.
Arxa tərəfi hamar səthlidir, ortasında "Hərbi xidmətlərə görə" sözləri yazılmışdır, ondan aşağıda ordenin nömrəsi həkk olunmuşdur.
Medal paltara bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçülü düzbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilmişdir.
Açıq qəhvəyi rəngli xara lentin sağ və sol kənarlarında 1 mm enində açıq boz rəngli zolaq vardır.
Xara lentin yuxarı hissəsinə 40 mm x 5 mm ölçülü gümüşü rəngli təbəqə bərkidilmişdir.
Medala paltara bərkidilmək üçün elementi olan, eyni xara lentdən hazırlanmış 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur.
Hərbi xidmətlərə görə" medalı ilə təltif edilənlərin siyahısı Əlibəyov Süleyman cəmil oğlu (polkovnik)- 30.07.2004 Quliyev Ramiz Hüseyn oğlu (polkovnik)- 30.07.2004 Usubov Mütəllim Məhiş oğlu (ədliyyə polkovniki)- 30.07.2004 Babayev Ramiz Hənifəyeviç (polkovnik-leytenant)- 30.07.2004 Baxşiyev Ədalət Qurban oğlu (polkov...
Fərzəliyev Radik Cavanşir oğlu (kiçik gizir) — 16.03.2005 Həmidov Nizaməddin Baba oğlu (polkovnik) — 16.03.2005 Xələfov Rauf Rafiq oğlu (kapitan) — 16.03.2005 Kazımov Şahin Yunsur oğlu (leytenant) — 16.03.2005 Mahmudov Vüqar İsa oğlu (baş leytenant) — 16.03.2005 Mehtiyev Rəşid Aydın oğlu (kiçik gizir) — 16.03.2005 Sult...
Babayev İlham Kamil oğlu (polkovnik-leytenant) — 28.03.2009 Bağırov Namiq Sahib oğlu (general-mayor) — 28.03.2009 Ələkbərov Vüsal Hicran oğlu (ədliyyə mayoru) — 28.03.2009 Ələsgərov Vəli Məmiş oğlu (general-mayor) — 28.03.2009 Həmidov Nizaməddin Baba oğlu (polkovnik) — 28.03.2009 İsmayılov Yusif Əliş oğlu (polkovnik-le...
Rüstəmov Fəda Nizamı oğlu — əsgər Abbasov Aftandil Qabil oğlu – polkovnik-leytenant Abdullayev Ruslan Mehman oğlu – polkovnik-leytenant Əkbərov Yusif Mürsəl oğlu – polkovnik-leytenant Əzimova Gülnar Bəhram qızı – polkovnik-leytenant Quliyev Elməddin Çingiz oğlu – polkovnik-leytenant Məmmədli Rəhman Bayram oğlu – polkov...
Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı — Azərbaycan Respublikasının medalı.
Medalı haqqında əsasnamə "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə Azərbaycan Respublikası ilə hərbi əməkdaşlığın möhkəmləndirilməsində göstərdikləri xidmətlərə görə Azərbaycan Respublikasının və xarici ölkələrin hərbi qulluqçuları və digər şəxslər təltif edilirlər.
Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda "Sərhəddə fərqlənməyə görə" medalından sonra taxılır.
Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı milli ornamentli ensiz lövhə ilə birgə bürüncdən tökülmüş qızılı rəngli, dairəvi formalı, diametri 35 mm olan lövhədən ibarətdir.
Medalın ön tərəfində üzərində səkkizguşəli ulduz yerləşdirilmiş qalxan təsvir edilmişdir.
Qalxandan yuxarıda çevrə boyunca "Azərbaycan Respublikası", ulduzun ortasında "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" sözləri yazılmış, qalxandan aşağıda iki çarpazlaşdırılmış qılınc, qalxanın sol tərəfində dəfnə yarpağından, sağ tərəfində isə palıd yarpağından çələnglər yerləşdirilmişdir.
Çevrənin daxili və ulduzun xarici konturlarının arasında relyefli şüalar vardır.
Ulduz ağ, qılınclar gümüşü rəngdə, qalan təsvirlər isə qızılı rəngdədir.
Arxa tərəfi hamar səthlidir.
Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, 27 mm x 43 mm ölçüdə düzbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir.
Xara lentdə yaşıl rəngli fonda, kənarlarından mərkəzə doğru ardıcıl olaraq 1 mm enində qızılı rəngli, 3 mm enində göy və qırmızı rəngli şaquli zolaqlar təsvir edilmişdir.
Medala paltara bərkidilmək üçün elementi olan, üzərində aypara və ulduz təsvir edilən eyni xara lentdən üz çəkilmiş 27 mm x 9 mm ölçülü qəlib əlavə olunur.
30 sentyabr 2013-cü il tarixli 733-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti, 28 noyabr 2013-cü il, № 261; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 11, maddə 1252)
Həyatın 12 qaydası: Xaos üçün antidot" — 2018-ci ildə kanadalı klinik psixoloq və psixologiya üzrə professor Cordan Piterson tərəfindən yazılmış özünə yardım kitabı.
Müəllif kitabda abstrakt əxlaqi prinsiplər, psixologiya, mifologiya, din və şəxsi təcrübələr haqqında yazılmış esselər vasitəsilə insanlara həyat məsləhəti verir.
Kitab 2018-ci il yanvarın 16-da Birləşmiş Krallıqda, yanvarın 23-də isə Kanadada nəşr olunmuş, 3 milyondan çox nüsxəsi satılmışdır.
Çiyinlərinizi dik tutub düz dayanın.
Özünüzə kömək etmək cavabdehliyinizin olduğu biri kimi davranın.
Sizin üçün hər şeyin ən yaxşısını istəyən insanlarla dost olun.
Özünüzü dünən olduğunuz halınızla müqayisə edin, başqasının bugünkü halı ilə yox.
Övladlarınıza sizin onları sevməmənizə səbəb olan şeyləri etməyə icazə verməyin.
Dünyanı tənqid etməzdən əvvəl öz evinizi səliqəyə salın.
Əlverişli olanı yox, mənalı olanı edin.
Ya da ən azından yalan danışmayın.
Elə hesab edin ki, qulaq asdığınız insan sizin bilmədiyiniz bir şeyi bilir.
Nitqinizdə dəqiq olun.
Uşaqlar skeyt sürərkən onları narahat etməyin.
Küçədə pişik görəndə onu tumarlayın.
Qaydaların məğzi Çiyinlərinizi dik tutub düz dayanın.
Yoldaşım masaj terapevtidir.
Ona görə də, fizioloji olaraq bu haqda məlumatlıdır.
Yolda insanları müşahidə edərkən onların çox pis qaməti olduğunu görürük.
Bu, onlar üçün çox pisdir.
Mədəniyyətimizdə buna elə də diqqət yetirilmir.
Uşaqlarınıza düz durmalı olduqlarını xatırlatmalısız.
Yəni bunu etmək bir növ şüurlu cəhd tələb edir.
Bu fəsildə xərçənglər haqda çox danışıram.
Onlar öz iyerarxiyalarında üstünlük əldə etmək üçün daima bir-biri ilə vuruşurlar.
Xərçəng mübarizəni uduzanda büzüşüb bir yerə yığılır, sanki balacalaşır.
Qalib gələndə isə özünü gərir və böyük görünür.
Beləcə, qələbəsini digər xərçənglərə göstərir.
Əgər xərçəng bir döyüşdə qalib gəlirsə, çox güman ki, digərində də gələcək.
Əgər uduzursa, böyük ehtimal ki, digərində də məğlub olacaq.
Əgər uduzarsa serotoninin səviyyəsi azalır, qalib gələrsə, artır.
Serotoninin səviyyəsi artanda isə o gərilərək bədənini genişləndirir və özündən əmin xərçəngə çevrilir.
Serotoninin azalanda xərçəngə eyni miqdarda antidepressant versəz, o yenə də gərilib döyüşə gedəcək.
Antidepressentlar xərçənglər üzərində işə yarayır.
Düşünürsüz ki "Kimin vecinədir axı", amma elə deyil.
Təkamül perspektivindən yanaşsaq, görürük ki, 350 milyon il əvvəl biz onlardan ayrılmışıq.
Dövri hərəkət hələ də eynidir.
Bu göstərir ki, daxilinizdəki şey necə dərin, necə təməldir.