Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Azərbaycanlılar üçün isə Qarabağ əsrlər boyu müsəlman Qarabağ xanlığı ərazisi kimi, mərkəzi Şuşa şəhərinin ətrafında yerləşən və bir çox Azərbaycan musiqiçilərinin və rəssamlarının doğulduğu yer kimi böyük mədəni əhəmiyyətə malik bir yer hesab olunur. |
Azərbaycanlılar Qarabağı iqtisadiyyat və coğrafiyas baxımından öz ölkələrinin bir hissəsi olduğunu və beynəlxalq aləmdə belə tanındığını bildirirlər. |
Bu münaqişə postsovet məkanındakı digərlərindən bir neçə mühüm cəhətlərinə görə fərqlənir. |
Bu, iki milli dövləti bir-birinə qarşı qoyur. |
Lorens Broers 2019-cu ildə yazdığı "Ermənistan və Azərbaycan, Rəqabətin Anatomiyası" kitabında iddia edir ki, bu münaqişə "davamlı rəqabətdir" və bir çox cəhətdən digər postsovet münaqişələrindən daha çox Hindistan və Pakistan arasındakı münaqişəyə bənzəyir. |
Nəhayət, münaqişə postsovet məkanında digərlərindən qat-qat toksikdir. |
Ermənilər və azərbaycanlılar bir-biri ilə təkcə siyasi və diplomatik əlaqələrdən imtina etmirlər; qarşı millətin mədəni və tarixi hüquqlarını da fəal şəkildə inkar edir və silirlər. |
Sovet dövrü Sovet dövründə, ermənilərin yaşadığı Qarabağ bölgəsinin Dağlıq hissəsi Azərbaycan SSR tərkibində muxtar vilayət kimi idarə olunurdu. |
Sovet İttifaqı 1980-ci illərin sonlarında dağılmağa başlayarkən, Dağlıq Qarabağın statusu məsələsi yenidən gündəmə gəldi və 20 fevral 1988-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin parlamenti bölgənin Azərbaycan SSR-dən Ermənistan SSR-ə verilməsini tələb edən bir qərar qəbul etdi. |
Azərbaycan bu tələbi bir neçə dəfə rədd etdi. |
Qısa müddət sonra 1988–1990-cı illər arasında Sumqayıt, Gəncə və Bakıdakı ermənilərə, Quqark və Xankəndindəki azərbaycanlılara qarşı edilən poqromlardan sonra etnik zorakılıq başladı. |
Dağlıq Qarabağın muxtariyyəti ləğv edildikdən sonra, 10 dekabr 1991-ci il tarixində bölgədə müstəqillik referendumu keçirildi. |
Referendum bölgə əhalisinin 22,8%-ni təşkil edən azərbaycanlılar tərəfindən boykot edildi. |
Səs verənlərin 99,8%-i lehinə səs verdi. |
1992-ci ilin əvvəllərində Sovet İttifaqının dağılmasından sonra bölgədə birbaşa müharibəyə başladı. |
Qarabağ müharibəsi Qarabağ Müharibəsi Azərbaycanın işğal edilmiş ərazilərindən və Ermənistandan təxminən 725.000 azərbaycanlının və Azərbaycandan 300.000–500.000 erməninin qovulması ilə nəticələndi. |
Ermənistan Dağlıq Qarabağ və ətrafındakı 7 rayonu; Ağdam, Cəbrayıl, Füzuli, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonlarını işğal etdi. |
Müharibə dövründə Jeleznovodsk və Tehran kommünikeləri kimi təmaslar baş tutsa da, onlar sülhü təmin edə bilmədi. |
Ardınca, Bişkek protokolu döyüşləri yekunlaşdırdı və münaqişə passiv fazaya qədəm qoydu. |
Atəşkəs dövrü və sülh danışıqları Qarabağ müharibəsi nəticəsində öz torpaqlarının 20 faizini itirən Azərbaycan Respublikası əsasən 1994-cü ildə imzalanmış Bişkek protokolundan sonra Ermənistan Respublikası ilə BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılmasını nəzərdə tu... |
2008-ci ildə Baş Assambleya erməni işğalçı qüvvələrinin dərhal geri çəkilməsini tələb edən bir qərar qəbul etdi. |
Buna baxmayaraq, ATƏT-in Minsk Qrupunun həmsədrləri Rusiya, Fransa və ABŞ buna əleyhinə səs verdilər. |
Beynəxalq təşkilatların sülh platformaları ilə yanaşı, Azərbaycan region ölkələrinin də münaqişənin həlli istiqamətindəki təşəbbüslərində yaxından iştirak edirdi. |
2011-ci ildə Rusiyanın təşəbbüsü iə Kazanda keçirilən sammitdə Azərbaycan prezidenti İlham Əliyev Ermənistanın işğal etdiyi 7 rayonu Azərbaycana qaytarmağa hazır olduğunu bildirən Kazan sənədini imzalamaqdan imtina etdi. |
Bunun səbəbi isə Azərbaycanın ətraf rayonlarla yanaşı, Dağlıq Qarabağ bölgəsinin də, Azərbaycandan kənarda istənilən statusunu qəbul etməməsi idi. Formal olaraq, 2016-cı ildən sonra Madrid prinsipləri, yaxud konfiqurasiyaları əsasında davam edən sülh danışıqları prosesi, 2018-ci ildə Ermənistan inqilabı nəticəsində hak... |
Tonoyanın bəyanatı təmas xəttində bir sıra hərbi təxribatlarla müşayiət olundu. |
Ermənistan Silahlı Qüvvələrinin bölmələri 2020-ci ilin iyul ayında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində əlverişli mövqeləri ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərsə də, müvəffəq ola bilmədi. |
23 iyulda isə Ermənistan Silahlı Qüvvələri, Rusiya ilə ortaq hava hücumundan müdafiə sistemi təlimlərinə başladığını elan etdi. |
Bunun ardınca, Azərbaycan ərazisində, Azərbaycan Silahlı Qüvvələri və Türkiyə Silahlı Qüvvələrinin birgə iştirakı ilə sentyabr ayının əvvəlinə qədər davam edən bir sıra hərbi təlimlər keçirildi. |
Avqust ayında təmas xəttinin Goranboy rayonu istiqamətində Ermənistan Silahlı Qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərmiş, lakin görülən tədbirlər nəticəsində diversiya qrupu itki verərək geri çəkilmiş və qrupunun komandiri baş leytenant Qurgin Alberyan əsir götürülmüşdür.Birbaşa hərbi təxr... |
Situasiyanın gərginliyi 2020-ci ilin avqust ayının sonlarında Ermənistanın baş nazirinin həyat yoldaşı Anna Hakobyanın Azərbaycanın işğal altındakı ərazilərində qeyri-leqal olaraq təşkil olunmuş hərbi təlimdə iştirakını ictimailəşdirməsi ilə pik həddə çatdı. |
Ermənistan tərəfinin bu qəbildən olan səmərəsiz və təhrikedici bəyanatları və hərəkətləri bir sıra tədqiqatçılar tərəfindən danışıqlar prosesindən tamamilə imtina olaraq qiymətləndirilmişdir.25 sentyabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi de... |
O cümlədən, Azərbaycan Respublikasının Prezidenti iyulun 17-dən etibarən sentyabr ayına qədər hərbi yük təyyarələri ilə Ermənistana min tondan artıq hərbi avadanlığın daşındığını bildirmişdir. |
Sözügedən tədbirdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyən çıxışlar etmişdir.Azərbaycan Respublikasının Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sentyabrın 27-də saat 06:00 radələrində Erməni... |
Həmin gün Azərbaycan Silahlı Qüvvələri erməni təxribatlarının qarşısını almaq üçün əks-həmlə əməliyyatlarına başlamış və respublika ərazisində hərbi vəziyyət elan olunmuşdur. |
Döyüşlərin gedişi Bu döyüşlərdə Azərbaycan xeyli az itki ilə böyük irəliləyişlərə imza atdı. |
4 oktyabrda Cəbrayıl azad edildikdən sonra Ermənistan ordusu cəbhənin cənub istiqamətində sonrakı döyüşlərin də gedişatına təsir edən uğursuz həmləyə, Azərbaycan ordusunun 2016-cı ilin aprelində azad etdiyi "Lələtəpə" yüksəkliyini geri almağa cəhd etdi. |
Lakin Azərbaycan ordusunun kəşfiyyat bölmələri erməni tərəfinin hücumu barədə əvvəlcədən məlumat topladığı üçün Azərbaycan tərəfi döyüş üçün lazımi tədbirləri aldı. |
Əks-hücum cəhdi nəticəsində Ermənistan ordusunun bir tank polku darmadağın edilib, 800-dən çox hərbçisi məhv olunub (ümumilikdə yaralılarla birlikdə 1500–2000-ə qədər itki verildi) və həmin uğursuz əks-hücum cəhdindən sonra Ermənistan qüvvələri cəbhənin cənub istiqamətində salamat qalan texnikanı da atıb qaçmağa üz tut... |
Başlanğıcda bir sıra kəndləri və strateji körpüləri işğaldan azad etdikdən sonra Azərbaycan Silahlı Qüvvələri oktyabrın 22-də Qarabağın İranla cənub sərhədini tamamilə azad etdi və 23 oktyabrda Laçın Dəhlizinə doğru irəliləməyə başladı. |
Laçın Dəhlizi Qarabağdakı qondarma qurumla Ermənistanı birləşdirən yeganə böyük (digərləri ilə müqayisədə) magistral yol idi. Ən yaxın coğrafi yeniləmələr göstərirdi ki, həmin gün Azərbaycan qüvvələri Laçın magistral yolunu kəsmək üçün yalnız 10 km məsafədə idi. Magistral yola nəzarət Ermənistandan yanacaq, döyüş sursa... |
Azərbaycan ənənəvi olaraq gün ərzində hərbi karvanların qarşısını almaq üçün artilleriya, minaatan və hətta birbaşa atəş və ya idarə olunan raketlərlə Ermənistan ordusuna zərbələr endirirdi.Davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Ş... |
Moskvada imzalanan müqaviləyə əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 00:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxt... |
11 dekabrda Dağlıq Qarabağda hərbi əməliyyatların başa çatması və Rusiya Federasiyasının sülhməramlı əməliyyatlarının başladığı andan etibarən ilk dəfə atəşkəs pozulub. |
Hadrutda atəşkəs rejiminin pozulması ilə bağlı bir hal qeydə alınıb. |
Nəticədə Azərbaycan ordusunun bir hərbçisi yaralanıb. |
Atəşkəs danışıqları Hərbi əməliyyatlar zamanı tərəflər arasında Qarabağla bağlı danışıqlar davam edib. |
Oktyabrın 19-da "dqr" in rəhbəri Araik Arutyunyan Paşinyana zəng edib. |
O, nəinki öz fikrini, həm də Qarabağ separatçılarının sabiq liderləri Arkadi Qukasyan və Bako Saakyanın, həmçinin Ermənistanın sabiq prezidentləri Levon Ter-Petrosyan, Robert Koçaryan və Serj Sarqsyanın mövqelərini çatdırıb. |
Bundan sonra Paşinyan, Rusiyanın təkliflərinin məntiqinə uyğun olaraq, hərbi əməliyyatların dayandırılmalı olduğunu deyən Rusiya Prezidenti Vladimir Putinə zəng edib. |
Təklifə görə Qarabağın statusu məsələsinin həllini təxirə salınır, keçmiş DQMV ətrafındakı rayonlar Azərbaycana təhvil verilir və o vaxt səslənən təklifə görə, keçmiş DQMV-nin sərhədləri boyu və Laçın dəhlizində Rusiya sülhməramlıları yerləşdirilir. |
Baş nazir Paşinyan bu variantı Qarabağ separatçılarının başçısına çatdırıb və Araik Arutyunyan razılaşdığını bildirib. |
Bundan sonra Paşinyan parlamentdənkənar qüvvələrin nümayəndələrinin iştirakı ilə müşavirə çağırıb və qəbul etdiyi qərarı təqdim edib. |
Görüşün bir çox iştirakçıları narazılıqla reaksiya veriblər, müşavirədən sonra isə bəziləri sosial şəbəkələrdə yazıblar ki, Qarabağ uğrunda ümumxalq mübarizəsini əngəlləyənlər xəyanətkardırlar, başqa adları yoxdur. |
Elə həmin gün Paşinyan parlament fraksiyalarının nümayəndələrinin iştirakı ilə Təhlükəsizlik Şurasının (TŞ) iclasını da toplayıb. |
İclasda respublikanın prezidenti və bütün ermənilərin katolikosu da iştirak ediblər. |
TŞ-nin iclasından sonra Paşinyan Putinə zəng edib və bu təklifə razı olduğunu bildirib. |
Putin cavab verib ki, bu məsələləri səhərə qədər İlham Əliyevlə müzakirə edib nəticəsini Paşinyana deyəcək. |
Növbəti gün səhər Bako Saakyan və Arkadi Qukasyan Paşinyanla görüşdə bildiriblər ki, Qarabağın statusu dəqiqləşdirilmədən hər hansı Sazişə qarşı çıxırlar. |
Paşinyanın fikrincə onlar bunu həm də Ermənistanın keçmiş prezidentlərinin adından bəyan ediblər. |
Oktyabrın 20-də Rusiya Prezidenti, şərtləşdikləri kimi, zəng edib. |
O bildirib ki, Əliyev atəşkəsə razıdır, lakin sülhməramlılar keçmiş DQMV — nin sərhədləri boyu deyil, faktiki təmas xəttinin uzunluğu boyu yerləşdirilməlidir, çünki Hadrut və Talış Azərbaycanın nəzarəti altındadır və onlar tutduqları mövqedən geri çəkilməyə razı deyillər. |
Bundan başqa, Ermənistan tərəfi öhdəlik götürməlidir ki, azərbaycanlılar Şuşaya qayıdacaqlar. |
Paşinyan bundan imtina edib. |
O deyib ki, Hadrutla razılaşsa belə, Şuşanın verilməsini təsəvvür edə bilmir. |
Rusiya Prezidenti təəccübləndi ki, Paşinyan nə üçün azərbaycanlıların qayıtmasının əleyhinədir. |
Paşinyan öz arqumentlərini təqdim etdi. |
Onun fikrincə bu halda şəhər əhalisinin əksəriyyəti azərbaycanlılar olardı və Azərbaycan tərəfi Xankəndinə yolu kimin və necə idarə etməsi məsələsini qaldırardı. |
Paşinyan əmin olduğunu bildirib ki, əgər Şuşa ilə bağlı bu ssenariyə razılıq versəydi, Azərbaycan yeni şərt irəli sürərdi – Şuşadan Qırmızı Bazar kəndinə gedən yola nəzarətlə bağlı. |
Bununla da atəşkəsə nail olunmadı.9 noyabr 2020-ci il tarixində Azərbaycan, Rusiya və Ermənistanın dövlət başçıları tərəfindən atəşkəs bəyanat imzalanır. |
Bəyanatda 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə 00:00-dan etibarən tam bir atəşkəs və Dağlıq Qarabağ münaqişəsi bölgəsindəki bütün hərbi əməliyyatların dayandırılması elan edilir. |
Tərəflərin taktikası Müharibənin əvvəlində erməni tərəfinin əhval-ruhiyyəsi daha yüksək idi, lakin tez bir zamanda pisləşməyə başladı. |
Ermənilər və münaqişəni izləyən bir çox beynəlxalq ekspertlər elə güman edirdilər ki, erməni qüvvələrinin hündürlükdə olmaları və uzun illər ərzində qurulmuş müdafiə səddlərinə nəzarəti onları Azərbaycanın yeni hücumundan qoruyacaq. |
Bunun illüziya olduğu tezliklə sübut edildi. |
Azərbaycanın döyüş taktikası tezliklə nəticə verdi. |
Erməni tərəfi nəinki itirdiyi əraziləri geri ala bilmirdi, həmçinin erməni ordusunda düzgün rotasiyanı da həyata keçirmək mümkün olmurdu. |
Azərbaycan ordusu 44 günlük müharibə ərzində "Harop" zərbə pilotsuz aparatlarından, o cümlədən İsraillə birgə Azərbaycanda istehsal olunan "Zərbə" dronlarından və digər PUA-lardan, o cümlədən "Bayraktar TB2" zərbə pilotsuz təyyarələrindən geniş istifadə edib. |
Təkcə Bayraktar TB2 dronları vasitəsilə Azərbaycan Ermənistanın bir milyard dollar dəyərində hərbi texnikasını məhv edib. |
Azərbaycan pilotsuz An-2 təyyarələrini Ermənistanın hava hücumundan müdafiə sistemlərinin mövqe rayonlarını aşkarlamaq üçün fəal şəkildə tətbiq edirdi. |
Azərbaycan Ordusunun bu unikal fəndi dünya hərb tarixində yenilik kimi qəbul edilir. |
Döyüş əməliyyatlarının gedişində Ermənistan Müdafiə Nazirliyi az qala hər gün "Azərbaycan qırıcı-bombardmançılarının vurulduğu" haqda raportlar verirdi. |
Hərbi əməliyyatların ilk 2–3 həftəsindən sonra onların "vurduqları hərbi təyyarələrin" sayı onlarla ölçülürdü. |
Lakin daha sonra üzə çıxdı ki, Ermənistanın hava hücumundan müdafiə sistemləri Azərbaycanın pilotsuz An-2 təyyarələrini vurur və nəticədə öz mövqe rayonunu üzə çıxarır. |
Ardınca Azərbaycan Ordusu həmin hava hücumundan müdafiə sistemini məhv edir.Dronlar həm düşmənin texnikasına və canlı qüvvəsinə dəqiq zərbələrin endirilməsi, həm artilleriya atəşini korreksiya etmək və kəşfiyyat aparmaq məqsədləri ilə tətbiq olunub. |
Azərbaycan ordusu pilotsuz aparatlardan müxtəlif məqsədlər üçün istifadə edirdi. |
Onlar üç-dörd növ olurdu. |
Biriləri artilleriya atəşlərini yönləndirirdi, PUA-lar gəlirdi və 4 dəqiqə sonra artileriya ermənilərin mövqelərinə dəqiq zərbələr endirirdi. |
Rus hərbi ekspert Pavel Felqenhauer qeyd edir ki, təxminən bərabər hərbi vəziyyətlərə baxmayaraq, Azərbaycan ordusu qəti keyfiyyət texnoloji üstünlüyünə sahib idi. Bəzi mütəxəssislər isə Ermənistanın məğlub olmasında PUA-ların rolunun çox olmadığını, Ermənistanın itkilərinin əsasən "sehrli texnologiya" deyil, düzgün ol... |
Atəşkəs sonrası toqquşmalar Birgə bəyanatın imzalanmasından bir ay keçdikdən sonra Ermənistan silahlı qüvvələrinin Xocavənd rayonu ərazisində diversiya-təxribat fəaliyyəti baş verib. |
Azərbaycanın müvafiq qurumları tərəfindən aparılan antiterror əməliyyatı nəticəsində Ermənistan vətəndaşları olan 62 nəfərdən ibarət diversiya qrupunun üzvlərinin saxlanılıb. |
Azərbaycan tərəfi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2895 nəfər hərbi qulluqçusu həlak olmuşdur. |
19 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. |
Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri təbdirlər görülür. |
Hazırda 1245 nəfər hərbi qulluqçunun tibb müəssisələrində müalicəsi davam edir. |
Ermənistan tərəfi Oktyabrın 6-na Ermənistan tərəfinin məlumatlarına əsasən döyüşlərdə 1120 hərbçi həlak olmuşdur. |
İkinci Qarabağ müharibəsində Azərbaycan ordusunun məhv etdiyi və ya qənimət kimi götürdüyü Ermənistana məxsus hərbi texnikanın dəyəri minimum qiymətləndirmə ssenarisi əsasında ən azı 3,8 milyard ABŞ dolları dəyərindədir. |
44 gün davam edən müharibə nəticəsində Ermənistan 10 ədəd S-300 və onun taktiki-döyüş vasitələri, 366 tank, 352 müxtəlif çaplı top, 22 ədəd Pilotsuz Uçuş Aparatı, 5 Su-25 təyyarəsi, 50 Tor, Osa, Kub, Kruq modelli zenit-raket kompleksindən məhrum olunub. |
Eyni zamanda döyüş əməliyyatları çərçivəsində xüsusi əhəmiyyətə malik 97 ədəd Qrad, 4 ədəd Smerç, 2 Uraqan, 1 Tos odsaçan, 2 Uraqan, 1 ədəd Yars, Toçka-U, ballistik raketlər, Elbrus raket kompleksləri də məhv edilib. |
Xüsusi müdafiə qabiliyyəti üçün mühüm əhəmiyyət kəsb edən radiolokasiya stansiya və vasitələri, xüsusi döyüş qərargahları və silah- sursat anbarları da yox edilməklə Ermənistanın müharibə qabiliyyəti tamamilə məhv olunub. |
Məhv edilən hərbi texnikanın içərisində iqtisadi gücünün, hərbi imkanlarının və beynəlxalq qanunvericiliyin Ermənistanın əldə etməsinə heç bir halda imkan vermədiyi silah kompleksləri mövcuddur. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.