Search is not available for this dataset
text
stringlengths
10
518k
Belə silahlara örnək olaraq, dəyəri yüz milyonlarla dollarla ölçülən S-300 sistemləri, satışı və istifadəsi qadağan olunan ballistik sistemləri, "Elbrus" raket kompleksləri xüsusi qeyd olunmalıdır.
Bu baxımdan, hərbi xərcləmələr üzrə hesablamalar və iqtisadi göstəricilər Ermənistanın hazırkı hərbi büdcəsinin xərc istiqamətləri vasitəsilə hərbi infrastrukturu bərpa etməyə təxminən 38 il vaxt lazım olduğunu göstərir.
Dağlıq Qarabağ münaqişəsinin coğrafiyası, tarixi və həssaslığı səbəbilə üçüncü tərəf və beynəlxalq aparıcı ölkələr tərəfindən, o cümlədən Suriya İnsan Haqları Monitorinq mərkəzi də daxil olmaqla çox sayda media təşkilatları müxtəlif ittihamlar, iddialar və ifadələr irəli sürmüşdür.
İran və Rusiyanın iştirakı Münaqişə əsnasında Azərbaycan və İran mətbuatı Rusiya silah-sursat və hərbi texnikasının İran üzərindən Ermənistana daşındığını bildirdi.
29 sentyabrda İran Xarici İşlər Nazirliyi bu iddiaları rədd etdi.
Ertəsi gün Azərbaycan hökumətinə bağlı KİV-lər hərbi texnikanın İran üzərindən Ermənistana aparıldığını göstərən videogörüntüləri paylaşdı.
Azərbaycanlı millət vəkili Sabir Rüstəmxanlı İranın müxtəlif ölkələrdən Ermənistana silah daşınması ilə məşğul olduğunu bildirdi.
Bundan sonra Sabir Rüstəmxanlı Azərbaycan parlamentində İsraildə Azərbaycan səfirliyinin açılmasını təklif etdi.
İran Prezidentinin İşlər İdarəsinin rəisi Mahmud Vaezi, Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevlə telefon danışığında iddiaları rədd etdi və bu şayiələrin iki ölkə arasındaki münasibətləri pozmağa yönəldiyini bildirdi.
Əlavə olaraq, İran dövlətinə bağlı KİV-lər kadrlarda əks olunan yük maşınlarının Ermənistan hökumətinin əvvəllər Rusiyadan aldığı Kamaz yük maşınlarının daşınmalarından ibarət olduğunu bildirdi.
Əcnəbilərin, muzdluların və terror qruplaşmalarının iştirakı Münaqişədən əvvəl türk mənbələri İraq və Suriyadan bir çox YPG və PKK üzvünün Azərbaycana qarşı erməni milisləri yetişdirmək üçün Dağlıq Qarabağa köçürüldüyünü iddia etmişdir.
30 sentyabrda Türkiyə mənbələri 300-ə yaxın PKK döyüşçüsünün İran vasitəsilə Dağlıq Qarabağa köçürüldüyünü iddia etdi.
28 sentyabrda Azərbaycan Silahlı Qüvvələrindən verilən məlumata görə, erməni itkiləri arasında Suriyadan və Yaxın Şərqin müxtəlif ölkələrindən olan erməni mənşəli muzdlular var.
30 sentyabr tarixində Hikmət Hacıyev "beynəlxalq ictimaiyyətin Ermənistanın terrorçu qüvvələrini Azərbaycana qarşı istifadə etməsinə adekvat reaksiya verməli" olduğunu bildirdi.
Lakin Washington Post qəzetinin şərhçisinə görə, Türkiyənin keçmişdə PKK və YPG-nin fəaliyyəti ilə bağlı şübhəli açıqlamaları bu iddiaları da şübhə altında salıb.
The Jerusalem Post isə Daily Sabah qəzetinin PKK və YPG-nin Qarabağdakı müdaxiləsinə dair xəbərlərin bəhanə olmasını və Türkiyənin bu bəhanədən istifadə edərək Şimali İraqı və Suriyanı bombalayaraq "zərərsizləşdirəcəyini" iddia etdi.
Erməni diasporu könüllüləri Müharibənin ilk günlərindən etibarən, bir sıra beynəlxalq mətbuat orqanlarında, dünyanın müxtəlif ölkələrinin vətəndaşları olan ermənilərin Qarabağdakı döyüşlərdə iştirak etmək üçün Ermənistana yollandığına dair məqalələr dərc olundu.
Əsasən Livan, Suriya, Fransa və bəzi Latın Amerikası ölkələrində yaşayan erməni əsilli vətəndaşların erməni diasporunun çağırışları ilə beynəlxalq hüquq prinsiplərinə zidd olaraq, döyüşlərdə iştirakı məlum olmuşdur.
Bundan əlavə, 1 oktyabr tarixində Suriya İnsan Haqları Monitorinq mərkəzi erməni əsilli suriyalı döyüşçülərin Suriyadan Ermənistana aparıldığını təsdiqləyib.
Kiber hücumlar Ermənistan və Azərbaycan, eləcə də onların müttəfiq ölkələrindən olan hakerlər kibermüharibə aparıblar, azərbaycanlı hakerlər erməni saytlarını hədəfə alıb, Əliyevin bəyanatlarını dərc ediblər, və Yunan hakerlər Azərbaycanın hökumət saytlarını hədəfə alıblar.
Hər iki tərəfdən koordinasiyalı mesajlar göndərilib.
Yanlış məlumat və köhnə hadisələrin və digər münaqişələrin videoları yeni kimi paylaşılıb.
Ermənistan və Azərbaycanla bağlı yeni sosial media hesabları çoxalıb, onların çoxu həqiqi istifadəçilərdir, lakin bir çoxu da qeyri-müəyyəndir.
Daxili vəziyyət 27 sentyabr səhər saatlarında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən verilən məlumatlara görə Ermənistanın törədə biləcəyi təxribatların qarşısını almaq üçün ölkə üzrə internetin verilişində bir sıra məhdudiyyətlər tətbiq olunmuşdur.
Həmçinin Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan azərbaycanlılara müraciət edərək, sosial şəbəkədə, elektron media və digər kütləvi informasiya vasitələrində rəsmi olmayan, dəqiqləşdirilməmiş və qeyri-obyektiv məlumatlardan istifadə etməməyə çağırmışdır.
Hərbi vəziyyətlə əlaqədar Milli Məclisdə keçirilən iclasda 27 sentyabr 00:00-dan etibarən Bakı, Gəncə, Göygöl, Yevlax və bir sıra rayonlarda komendant saatı elan olunması qərarı qəbul olunmuşdur.
Verilmiş sərəncama əsasən, Azərbaycan Respublikasının Daxili İşlər naziri Vilayət Eyvazov hərbi vəziyyət dövründə komendant saatının tətbiq edildiyi ərazilərin komendantı təyin edilmişdir.
Həmçinin, Azərbaycan Hava Yollarının mətbuat xidməti 30 sentyabr tarixinədək Azərbaycan Respublikasının bütün hava limanlarının müntəzəm sərnişin reysləri üçün bağlanacağını açıqladı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında sərəncam imzalayıb və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təsdiq edilmiş planlara uyğun olaraq hərbi vəzifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağı...
Sərəncam 28 sentyabr qüvvəyə minib.
Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının qarşısını uğurla alması, düşmənə sarsıdıcı zərbələr endirməklə cəbhədə əldə etdiyi qələbələr Azərbaycan xalqı tərəfindən böyük sevinclə və ruh-yüksəkliyi ilə qarşılanır.
Azərbaycan vətəndaşları, xaricdə yaşayan azərbaycanlılar, eləcə də Türkiyə vətəndaşları bu nailiyyətlərə görə Prezident, Ali Baş Komandan İlham Əliyevə çoxsaylı təbrik və minnətdarlıq məktubları göndərib.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ünvanına "ermənilərə qarşı döyüş əmri" gözləyən minlərlə Türkiyə vətəndaşı məktub göndərib, qardaş ölkənin işğalçılardan azad olunması üçün daim hazır olduqlarını bildirib.
Həmçinin, 27 sentyabrdan etibarən, Bakı şəhərinin küçələrində, yaşayış binalarının eyvanlarında, mağaza və digər obyektlərin fasadlarında üç rəngli Azərbaycan bayrağı dalğalanır.
Əhali, cəbhədə qazanılan uğurlar və bəzi ərazilərin işğaldan azad edilməsinin şərəfinə evlərini bayraqlarla bəzəyir.
Eyni zamanda avtomobillərdən də kiçik bayraqlar asılır.30 sentyabr tarixində Gənclər və İdman Nazirliyi, AFFA ilə birlikdə "Biz birlikdə güclüyük" adlı bayraq aksiyası təşkil edib.
Aksiya könüllüləri paytaxt Bakı şəhərinin 3 fərqli hissəsində yüzlərlə bayraq paylayıb.
Müdafiə Nazirliyi tərəfindən verilən məlumatlara görə sentyabrın 1-dən oktyabrın 1-dək Silahlı Qüvvələrə Yardım Fonduna 6.691.593 AZN və 5102 ABŞ dolları vəsait daxil olub.
Ermənistan Mülki Aviasiya Komitəsi 27 sentyabr 2020-ci il tarixdə qəbul edilmiş 1585N qərara uyğun olaraq 55 yaşdan aşağı şəxslər üçün çağırış elan edib.
Bu çağırışlarla əlaqədər olaraq Ermənistanda 18 yaşdan 55 yaşınadək kişilər ölkəni yalnız ərazi hərbi komissarlıqlarının yazılı icazəsi ilə tərk edə bilərlər.
29 sentyabr tarixində, Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın cəbhə xəttinə getməsi ilə əlaqədər olaraq, Ermənistanın keçmiş prezidenti Robert Köçəryan və 2008-ci il seçki sonrası iğtişaş iddiasında ittiham olunan digər keçmiş məmurların məhkəməsini təxirə salındı.
1 oktyabr tarixində Ermənistanda TikTok proqramına giriş qadağan edilib.
Elə həmin gün, Ermənistan Milli Təhlükəsizlik Xidməti keçmiş yüksək rütbəli Ermənistan hərbi məmurunu Azərbaycan kəşfiyyat orqanlarına casusluq etməkdə şübhəli bilinərək həbs olunduğunu və xəyanətdə ittiham olunduğunu bildirdi.
2 oktyabr tarixində Ermənistan Dağlıq Qarabağa gedən bütün avtomobil yollarını bağlamışdır.
Yollar sadəcə hərbi yerdəyişmə məqsədilə istifadə ediləcək.
Ermənistan silahlı qüvvələrinin bir sıra ön xətt bölmələrinin şəxsi heyətinin demoralizə olunması, bir çox hərbi qulluqçunun isə ümumiyyətlə döyüşdən imtina etməsi səbəbilə Ermənistan Müdafiə Nazirliyi ölkə qadınlarına müraciət etməyə başlayıb.
2 oktyabr tarixində Ermənistan Müdafiə Nazirliyi tərəfindən qadın batalyonu yaradılıb və komplektləşdirilməyə başlanılıb.9 oktyabr tarixindən etibarən Ermənistanda səlahiyyətlilər Dağlıq Qarabağdakı münaqişənin artması səbəbindən sentyabrın 27-də tətbiq olunan hərbi vəziyyəti sərtləşdiriblər və məhdudiyyətlər əlavə edi...
Ermənistan Nazirlər Kabinetinin qərarına görə, ölkənin müdafiə qabiliyyətinə şübhə yaradan verilişlərin yayımlanması qadağandır.
Dövlət və yerli idarəetmə orqanlarının vəzifəli şəxslərinə çıxışlar və nəşrlər də daxil olmaqla hərbi vəziyyətin və dövlət təhlükəsizliyinin qanuni rejiminin təmin edilməsi ilə bağlı fəaliyyətləri tənqid edən, təkzib edən, effektivliyini şübhə ilə qarşılayan və ya hər hansı bir şəkildə dəyərdən salan proqramları yayıml...
Reaksiyalar Mədəniyyətdə 2021-ci il mayın 29-da Zəfər Günü münasibətilə ilə Bakı metropoliteninin "8 Noyabr metrostansiyası" istifadəyə verilib.
Aydın Mirzəzadə, Vətən müharibəsinin tarixi-siyasi dərsləri, Bakı, I nəşr — Qərbi Kaspi Universitetinin nəşriyyatı, II nəşr — "Azərbaycan" nəşriyyatı, səh.
2-ci Saturn mükafatı — Elmi Fantastika, Fentezi və Qorxulu Filmlər Akademiyası tərəfindən 1973-cü ilin ən yaxşı elmi fantastika,fentezi, qorxu filmi janrında olan filmlərə və orda iştirak etmiş sənətçilərə verilmiş mükafatdır.
Mərasim 7 yanvar 1975-ci ildə baş tutumuşdu.
Qaliblər və nominasiyalar Xarici keçidlər Elmi Fantastika, Fentezi və Qorxulu Filmlər Akademiyası Saturn Mükafatı: 1975 (IMDb) Arxivləşdirilib 2015-09-30 at the Wayback Machine
Coğrafi yerləşməsi rayon mərkəzindən (Baymak): 68 km, kənd sovetliyindən (1-ci Türkmən): 2 km.
ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 27 km.
Milli tərkibi 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100%) üstünlük təşkil edir.
Xarici keçidlər asmo-rb.ru — Başqırdıstan Respublikası Bələdiyyələr Şurasının rəsmi saytı
Qüsursuz xidmətə görə" medalı — SSRİ Müdafiə Naziri, Daxili İşlər Naziri və Dövlət Təhlükəsizlik Komitəsinin sədrinin 1958-ci il 25 yanvar tarixli birgə sərəncamı ilə yaradılmış medal.
Qüsursuz xidmətə görə" medalı üç dərəcədən ibarətdir: I dərəcəli (20 il qüsursuz xidmət üçün) II dərəcəli (15 il qüsursuz xidmət üçün) III dərəcəli (10 il qüsursuz xidmət üçün)
Rəşadət" ordeni — Azərbaycan Respublikasının ordenlərindən biri.
Rəşadət" ordeni ilə Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsində xüsusi xidmətlərinə; əhəmiyyətli və ya strateji ərazinin, yaşayış məntəqəsinin, rayonun və ya şəhərin düşmən işğalından azad olunması ilə nəticələnmiş döyüş əməl...
Rəşadət" ordeninin 3 dərəcəsi var.
Orden döşün sol tərəfinə, Azərbaycanın digər ordenləri olduqda "Azərbaycan bayrağı" ordenindən sonra taxılır.
Həmçinin bax "Rəşadət" ordeni ilə təltif edilənlərin siyahısı Xarici keçidlər Prezident üç general-leytenantı "Rəşadət" ordeni ilə təltif etdi, istefaya buraxdı
Stalin mükafatı (Stalin adına mükafat) — SSRİ vətəndaşlarının elm və texnika, hərbi biliklər, ədəbiyyat və incəsənət, istehsalat işlərində metodların köklü təkmilləşməsi sahəsində əlmətdar fəaliyyətinə görə 1940–1954-cü illərdə həvəsləndirmə forması.20 dekabr 1939-cu ildə təsis edilib.
Sonradan 1966-cı ildə təsis edilmiş SSRİ dövlət mükafatına bərabər tutuldu.
Təsis edilməsi Stalin mükafatları (ilk variantda Stalin adına mükafat adlanırdı) SSRİ Xalq Komissarları Sovetinin iki qərarı ilə təsis edilib : " Stalin adına mükafat və təqaüd təsis edilməsi barəsində" — 20 dekabr 1939-cu ildə Stalinin 60 illik yubileyi münasibətilə qərar.. "Ədəbiyyat sahəsində Stalin adına mükafatın ...
Ləğv edilməsi Stalinin şəxsiyyətinə pərəstişinə qarşı kampaniya zamanı Stalin mükafatları müvafiq olaraq SSRİ Dövlət Mükafatları ilə əvəz edildi.
Hətta tarix kitablarında belə " Stalin Mükafatı "sözü əvəzinə " Dövlət Mükafatı " yazılırdı.
Həmçinin bax İosif Stalin
Vətənə xidmətə görə" ordeni — 7 noyabr 2003-cü ildə təsis edilmiş Azərbaycan Respublikasının ordeni.
Azərbaycan Respublikasının üç dərəcədə "Vətənə xidmətə görə" ordeni aşağıdakılara görə verilir: — Azərbaycan Respublikasına sadiqliyə görə, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirməyə görə; — dövlət qulluğunda səmərəli fəaliyyətə, yüksək peşəkarlığa və xüsusi nailiyyətlərə görə; — milli dövlət quruculuğu işlə...
Vətənə xidmətə görə" ordeninin yüksək dərəcəsi birinci dərəcə sayılır.
Vətənə xidmətə görə" ordeninin hər üç dərəcəsi ardıcıllıqla verilir.
Vətənə xidmətə görə" ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər ordenləri olduqda, onlardan sonra taxılır.
Vətənə xidmətə görə" ordeni hər tərəfə şüalar saçan səkkizguşəli ulduzəsasında tərtib edilmiş kompozisiyadan ibarətdir.
Lövhənin çökək mərkəzində Azərbaycan Respublikasının Dövlət Gerbi təsvir edilmişdir.
Orden üç səviyyədən ibarətdir, səkkizguşəli ulduzun yığılması iki kvadrat təşkil edir, onun mərkəzində Azərbaycan Respublikasının Dövlət Gerbi təsvir olunmuşdur.
Gerbin üst hissəsində dairənin yarımçevrəsi boyunca "Vətənə xidmətə görə" sözləri yazılmışdır.
Bütün yazılar və təsvirlər qabarıqdır.
Vətənə xidmətə görə" ordeninin üç dərəcəsi vardır: Onun birinci dərəcəsi qızıldan, ikinci dərəcəsi gümüşdən, üçüncü dərəcəsi bürüncdəndir.
Ordenin qabarit ölçüləri 35 mm x 35 mm-dir.
Ordenin arxa tərəfi hamar səthlidir, ortasında ordenin nömrəsi həkk olunmuşdur.
Orden paltara bərkidilmək üçün elementi olan 27 mm x 47,5 mm mm ölçüdə müvafiq olaraq qırmızı-qara, tünd göy-mavi və çəhrayışabalıdı çalarlı beşbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir.
Vətənə xidmətə görə" ordeni poçt markası üzərində 2011-ci ilin sentyabr ayının 5-də Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Azərbaycan ordenlərinə həsr olunmuş yeni poçt markaları təqdim edilmişdir.
Qiyməti 60 qəpik, tirajı isə 5000 ədəd olan həmin markalardan biri "Vətənə xidmətə görə" ordeninə həsr olunmuşdur Təltif edilənlər Tam kavalerlər Bəylər Həsən oğlu Eyyubov Nazim Xeyrulla oğlu Məmmədov Rəsul Afiq oğlu Tağıyev Səfər Məmməd oğlu Mehdiyev Rəşad Heydər oğlu Sadıqov Novruzəli Davud oğlu Aslanov "Azərbaycan R...
Azərbaycan Respublikasının "Vətənə xidmətə görə" ordeninin Təsviri", Azərbaycan Respublikasının 2003-cü il 7 noyabr tarixli 514-IIQ saylı Qanunu.
Əmək" ordeni — Azərbaycan Respublikasının dövlət təltifi (ordeni).
2017-ci il 25 yanvarda Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin fərmanı ilə təsis edilib.
Azərbaycan Respublikasının "Əmək" ordeni ilə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istənilən fəaliyyət sahəsində Azərbaycan Respublikasının inkişafına və rifahının təmin olunmasına yönəlmiş müstəsna əmək nailiyyətlərinə görə, o cümlədən:sənaye, kənd təsərrüfatı, tikinti, nəq...
Taxılma qaydası Azərbaycan Respublikasının "Əmək" ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, "Vətənə xidmətə görə" ordenindən sonra taxılır.
Azərbaycan Respublikasının "Əmək" ordeni (bundan sonra – orden) daxili diametrinin içərisində hər bir guşəsi alov simvolunu əks etdirən səkkizguşəli ulduz yerləşən bütöv ayparadan ibarətdir.
Ordenin 1-ci dərəcəsi qızıldan, 2-ci dərəcəsi gümüşdən, 3-cü dərəcəsi bürüncdəndir.
Ordenin ön tərəfi Ayparanın xarici diametri 38 mm, daxili diametri 30 mm-dir.
Ayparanın aşağı hissəsinin mərkəzində dairə boyunca "ƏMƏK" sözü yazılmışdır.
ƏMƏK" sözü basma üsulu ilə ayparanın daxilində həkk olunmuşdur.
Hər bir guşəsi alov simvolunu əks etdirən səkkizguşəli ulduzun üzərində milli ornamentləri əks etdirən naxışlar həkk olunmuşdur.
Səkkizguşəli ulduzun üzərində həkk olunmuş naxışlar relyeflidir.
Səkkizguşəli ulduzun üz səthi qabarıqdır.