Search is not available for this dataset
text
stringlengths
10
518k
Nəticədə 20 Yanvar faciəsi barədə əsl həqiqətlər dünya ictimaiyyətinə çatdırıldı.
Film haqqında 19 yanvar 2017-ci ildə Bakı Beynəlxalq Mətbuat Mərkəzində filmin təqdimatı keçirilmişdir.
Filmin üzərində işləyənlər Müəllif: Mübariz Əsgərov Rejissor : Ruslan Mollayev Operator: Ramil Əzizov, Müşfiq Əliyev, Elçin Məmmədov, Andrey İvanov Prodüser: Anar Həsənov Həmçinin bax Azərbaycan filmlərinin siyahısı2015-ci ilin Azərbaycan filmləri2010-cu illər Azərbaycan filmlərinin siyahısı
1 noyabr — Qriqorian təqvimində ilin 305-ci günü.
(uzun ildə 306-cı) Bu tarixdə ilin sonuna 60 gün qalır.
XX və XXI əsrdə Yuli təqvimi ilə 19 oktyabr tarixinə uyğun gəlir.
Əhəmiyyətli hadisələr 1600-cü ildən əvvəl 1926 — Uruqvay milli futbol komandası Amerika Kubokunu qazanıb.
1993 — Maastrixt sazişi qüvvəyə minir və rəsmi olaraq Avropa İttifaqını təsis edir.
1996 — Avstraliya milli futbol komandası OFK Millətlər Kubokunu qazanıb.
Azərbaycana aid hadisələr 1906 — "Füyuzat" jurnalı ilk dəfə nəşr olunub.
1994 — Azərbaycan və Qvatemala arasında diplomatik əlaqələr qurulmuşdur.
2015 — Azərbaycanda Parlament seçkiləri keçirilib.
2017 — "Metafizika" jurnalı təsdiq edilib.
1600-cü ildən əvvəl 1288 — İvan Kalita, Böyük Moskva knyazı 1661 — Burbonlu Lüdovik, Fransa dofeni 1810 — Eymos Eno, ABŞ daşınmaz əmlak investoru 1895 — Qriqori Kaminski, Sovet dövlət xadimi 1911 — Anri Truaya, Fransa yazıçısı 1918 — Abbas Qarabaği, İran dövlət xadimi və generalı 1924 — Süleyman Dəmirəl, Türkiyə prezid...
1 nömrəli Bakı Tibb Kolleci (əvvəlki adı: 1 nömrəli Bakı Tibb Məktəbi) — Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi Əvvəlki adı 1 nömrəli Bakı Tibb Məktəbi olmuş və 16 iyun 2010-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən hazırkı ad ilə adland...
Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır: Müalicə işi; Mamalıq işi; Tibb bacısı işi.
1 nömrəli Bakı Tibb Kolleci (əvvəlki adı: 1 nömrəli Bakı Tibb Məktəbi) — Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi Əvvəlki adı 1 nömrəli Bakı Tibb Məktəbi olmuş və 16 iyun 2010-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən hazırkı ad ilə adland...
Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır: Müalicə işi; Mamalıq işi; Tibb bacısı işi.
1 oktyabr — Qriqorian təqvimində ilin 274-cü günü.
(uzun ildə 275-ci) Bu tarixdə ilin sonuna 91 gün qalır.
XX və XXI əsrdə Yuli təqvimi ilə 18 sentyabr tarixinə uyğun gəlir.
Əhəmiyyətli hadisələr 1600-cü ildən əvvəl 1946 — Nasist liderlərinə Nürnberq prosesində hökm oxunub.
1949 — Çin Xalq Respublikası təsis olunub.
1961 — Şərqi və Qərbi Kamerun birləşərək Kamerun Federal Respublikasını yaradır.
Azərbaycana aid hadisələr 1996 — Azərbaycan və Qabon arasında diplomatik əlaqələr qurulmuşdur.
2018 — Bakıda Qara Qarayevin Ev Muzeyi açılıb.
1600-cü ildən əvvəl 1207 — III Henri, İngiltərə kralı 1541 — El Qreko, Yunanıstan boyakarı 1685 — VI Karl, Müqəddəs Roma imperatoru 1754 — I Pavel, Rusiya imperatoru 1865 — Pol Düka, Fransa bəstəkarı 1880 — Rajden Arsenidze, Gürcüstan hüquqşünası 1890 — Stenli Hollouey, İngiltərə aktyoru 1893 — İp Man, Çin döyüş ustası...
1 qəpiklik sikkə — Azərbaycanda işlədilən qəpik sikkələrindən biri.
2006-cı ildən dövriyyədədir.
Bu sikkə Azərbaycanın digər sikkələri ilə müqayisədə ən aşağı nominal dəyərə malikdir.
Hazırda dövriyyədə olan 1 qəpiklik sikkələr mədəniyyət mövzusuna həsr olunmuşdur.
Dövriyyədə olan 1 qəpiklik sikkələr mislə örtülmüş qırmızı rəngdədir.
Yan tərəfləri individual üsulla hazırlanmışdır.
Ölçüsü və kütləsi 2006-cı ildə dövriyyəyə buraxılmış 1 qəpiklik sikkələrin ölçüsi isə 16,25 mm, kütləsi isə 2,8 qramdır.
Xarici keçidlər cbar.az — Azərbaycan Mərkəzi Bankının rəsmi saytı Pul.
1 sentyabr — Qriqorian təqvimində ilin 244-cü günü.
(uzun ildə 245-ci) Bu tarixdə ilin sonuna 121 gün qalır.
XX və XXI əsrdə Yuli təqvimi ilə 19 avqust tarixinə uyğun gəlir.
Əhəmiyyətli hadisələr 1600-cü ildən əvvəl 1923 — Yaponiyada Böyük Kanto zəlzələsi baş verib.
1952 — Ernest Heminqueyin "Qoca və dəniz" povesti ilk dəfə nəşr olunub.
1969 — Muəmmər Qəddafinin başçılıq etdiyi "Azad Zabitlərin Yunonist-Sosialist Təşkilatı" adlı gizli ordu təşkilatı Liviyada inqilab edib.
1985 — Amerika-Fransa birgə ekspedisiyası RMS Titanic buxar gəmisinin qalıqlarını tapıb.
2004 — Rusiya Federasiyasının Şimali Osetiya Respublikasında yerləşən Beslan şəhərində terror aktı törədilib.
Azərbaycana aid hadisələr 1919 — Bakı Dövlət Universiteti təsis edilib.
1992 — Qarabağ müharibəsi: Azərbaycan Silahlı Qüvvələri Sırxavənd kəndini azad edir və Dağlıq Qarabağın təxminən yarısına nəzarəti qaytarmışdır.
2000 — Lider TV təsis edilib.
2010 — Bakı şəhərində Dövlət Bayrağı Meydanının açılışı keçirilmişdir.
2016 — Bakıda 42-ci Şahmat Olimpiadasının açılışı olmuşdur.
1600-cü ildən əvvəl 1692 — Egid Kvirin Azam, Almaniya suvaqçısı və heykəltəraşı 1835 — Vilyam Stenli Cevons, İngiltərə iqtisadçısı 1873 — Dinko Şimunoviç, Xorvatiya yazıçısı 1896 — Yusif Qasımov, Azərbaycan dövlət xadimi 1901 — İsmayıl Hidayətzadə, Azərbaycan aktyoru 1909 — Fateh Fətullayev, Azərbaycan aktyoru 1918 — M...
1 yanvar — Qriqorian təqvimində ilin 1-ci günü.
Bu tarixdə ilin sonuna 364 gün (uzun ildə 365 gün) qalır.
XX və XXI əsrdə Yuli təqvimi ilə 19 dekabr tarixinə uyğun gəlir.
Əhəmiyyətli hadisələr 1600-cü ildən əvvəl 1502 — Braziliyanın Rio de Janeiro şəhərinin indiki yeri, ilk olaraq Portuqallar tərəfindən araşdırılıb.
1600 — Şotlandiya 25 mart əvəzinə, yanvarın 1-ni ilin başlanğıcı kimi tanıyıb.
1651 — II Karl Şotlandiyanın kralı olub.
1912 — Çin Respublikası qurulub.
1942 — Birləşmiş Millətlər Təşkilatının Bəyannaməsi iyirmi altı ölkə tərəfindən imzalanmışdır.
1971 — ABŞ televiziyasında siqaret reklamı qadağan edilib.
1984 — Bruney Birləşmiş Krallıqdan müstəqil olub.
2007 — Bolqarıstan və Rumıniya Avropa Birliyinə üzv olub.
2017 — İstanbulun Beşiktaş rayonu ərazisində yerləşən "Reina" gecə klubunda İraq Şam İslam Dövləti tərəfində törədilmiş terror aktında 39 nəfər həlak olub.
Azərbaycana aid hadisələr 1992 — İtaliya Azərbaycanın müstəqilliyini tanımışdır.
2009 — İdman TV təsis edilib.
1600-cü ildən əvvəl 766 — Rza, İslam imamı 1431 — VI Aleksandr, Roma papası 1449 — Lorenso Mediçi, İtaliya siyasətçisi 1467 — I Sigizmund, Polşa kralı və Litva böyük dükü 1484 — Ulrix Svinqli, İsveçrə kilsə reformatoru və filosofu 1714 — Kristionas Donelaytis, Prusiya şairi 1823 — Şandor Petöfi, Macarıstan şairi 1854 —...
1 №-li Mayak — Azərbaycan Respublikasının Neftçala rayonunun Yenikənd kənd inzibati ərazi dairəsində kənd.
Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Neftçala rayonunun Yenikənd kənd inzibati ərazi dairəsi tərkibindəki 1 №-li Mayak qəsəbəsinə kənd statusu verilmiş və bu qəsəbə 1 №-li Mayak kəndi adlandırılmışdır.
Toponimikası 1 №-li Mayak kəndi əvvəllər Neftçala rayonunun Bankə qəsəbə inzibati ərazi dairəsi tərkibində qəsəbə statusuna malik olmuşdur.
Yaşayış məntəqəsi Bankə Balıq Kombinatının əsas vətəgəsi yerləşən 1 №-li Mayak yaxınlığında 1966-cı ildə salındığı üçün belə adlandırılmışdır.
Coğrafiyası və iqlimi Kənd cənub-şərqi Şirvan düzündə yerləşir.
Əhalisi 1015 nəfərdir.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən Neftçala rayonunun 1 №-li Mayak kəndində 100 şagird yerlik məktəb inşa edilmiş və məktəb binası yerli icra hakimiyyəti orqanının balansına verilmişdir.
1 №-li Qayıdış qəsəbəsi — Füzuli rayonunun eyniadlı inzibati ərazi dairəsi tərkibində qəsəbə.
Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Füzuli rayon inzibati ərazi vahidi tərkibində faktik mövcud olan Haramı sahəsində yeni salınmış 1 №-li Qayıdış qəsəbəsi rayonun ərazi vahidləri siyahısına daxil edilmişdir.
Mərkəzi 1 №-li Qayıdış qəsəbəsi olmaqla, 1 №-li Qayıdış, 2 №-li Qayıdış, 3 №-li Qayıdış, 4 №-li Qayıdış və 5 №-li Qayıdış qəsəbələrindən ibarət Birinci Haramı qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır.
Azərbaycan Respublikası Milli Məclisinin 19 iyun 2009-cu il tarixli, 837-IIIQ saylı Qərarı ilə Füzuli rayonunun Birinci Haramı qəsəbə inzibati ərazi dairəsi 1 №-li Qayıdış qəsəbə inzibati ərazi dairəsi adlandırılmışdır.
Qəsəbədə Birinci Qarabağ müharibəsi zamanı evlərini tərk etmiş məcburi köçkünlər məskunlaşdırılıb.
Dövlətyarlı Poçt Şöbəsi 1 saylı Qayıdış qəsəbəsində yerləşir.
Poçt indeksi: AZ1919.
1 saylı Qayıdış qəsəbəsində 135 şagird yerlik məktəb binası tikilib istifadəyə verilmişdir.Qəsəbədə "Qayıdış qəsəbə 1 № li tam orta məktəb" fəaliyyət göstərir.
Xarici keçidlər Füzuli rayon bələdiyyələrinin siyahısı Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu.
Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında Azərbaycan Respublikasının Qanunu ""Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikliklər edilməsi bar...
2020-04-16 tarixində arxivləşdirilib.
İstifadə tarixi: 2020-04-16.
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi.
İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.).
2020-04-16 tarixində arxivləşdirilib (PDF).
İstifadə tarixi: 2020-04-16.
1 - 2 + 3 - 4 + ... — riyaziyyatda hədlərinin işarələri sırayla dəyişən, ardıcıl, müsbət ədədlərin əmələ gətirdiyi sonsuz silsilədir.
Bu ardıcıllığın ilk m hədlərinin cəmi Siqma cəm düsturu istifadə edilərək aşağıdakı şəkildə ifadə edilə bilər: ∑ n 1 m ) n − 1 Bu sonsuz ardıcıllıq dağılandır, çünki hədlərinin məhdud (müəyyən həddə qədər olan) cəmləri (1, -1, 2, -2, ...) ixtiyari bir limit qiymətinə yaxınlaşa bilmir.
Amma 18-ci əsrin ortalarında Leonard Eyler bir paradoks olduğunu qəbul etdiyi aşağıdakı bərabərliyi təqdim etmişdir: 1 4 Buna müvafiq əhatəli bir izah çox sonralar verilə bilmişdir.
1890-cu ildən etibarən Ernesto Sezaro , Emil Borel və başqaları Eylerin cəhdlərinə yeni şərhlər verərək, dağılan ardıcıllıqların cəmləmə yolları üçün yaxşı formalaşdırılmış metodlar axtarışına başladılar.
Bu cəmlənəbilmə üsullarının bir çoxu 1 - 2 + 3 - 4 + ... ardıcıllığının 1⁄4-ə bərabər olduğunu asanlıqla göstərə bilir.
Sezaro cəmi isə bu ardıcıllığa bir qiymət aid etməyən azsaylı üsullardan biridir.
Bu səbəblə də, bu ardıcıllıq Abel cəmi kimi daha qüvvətli bir üsulun istifadə olunmasına ehtiyac duyulan ardıcıllıqlara nümunədir.
1 - 2 + 3 - 4 + ... ardıcıllığı ilə Qrandi silsiləsi (1 - 1 + 1 - 1 + …) yaxın əlaqəlidir və Eyler tərəfindən ixtiyari bir n üçün 1 - 2n + 3n - 4n + ... ardıcıllığının xüsusi halları olaraq təyin edilmişlər.
Bu münasibət Eylerin Bazel problemi üzərindəki tədqiqatlarını genişləndirən və həmçinin bu gün Dirixlet eta funksiyası ilə Rieman zeta funksiyası olaraq bilinən funksional bərabərliklərə istiqamətləndirən bir araşdırma sahəsi olmuşdur.
Dağılan ardıcıllıqlar Ardıcıllığın hədləri (1, −2, 3, −4, …) həm + həm də − istiqamətdə 0-dan uzaqlaşdığı üçün, 1 − 2 + 3 − 4 + ... ardıcıllığı hədd testinə müvafiq olaraq dağılandır.
Növbəti mövzular zamanı aydın olması baxımından, dağılan ardıcıllığa aid əsas anlayışlardan söz açmaq faydalı olardı.
Riyazi baxımdan sonsuz bir ardıcıllığın yığılması və ya dağılma cəhətini, o ardıcıllığın məhdud (müəyyən həddə qədər olan) cəmləri sırasını yığılması və ya dağılması müəyyənləşdirir.
1 − 2 + 3 − 4 + ...-nin məhdud cəmləri isə belədir: ...Bu məhdud cəm sıraları ixtiyari bir qiymətə yaxınlaşa bilmədiyini aydın şəkildə nümayiş etdirir, çünki təqdim oluna biləcək hər hansı bir x limiti üçün müəyyən bir nöqtədən sonra məhdud sıralardakı cəmlərin hamısının [x-1, x+1] intervalının xaricində olduğunu müəyy...