Search is not available for this dataset
text
stringlengths
10
518k
1600-cü ildən əvvəl 1481 — II Xristian, Danimarka və Norveç kralı 1506 — II Layoş, Macarıstan və Xorvatiya kralı 1534 — II Frederik, Danimarka və Norveç kralı 1646 — Qotfrid Leybnits, Almaniya riyaziyyatçısı 1767 — XII David, Gürcüstan şahzadəsi 1788 — Jan Viktor Ponsele, Fransa mühəndisi və riyaziyyatçısı 1804 — Jorj ...
1 iyun — Qriqorian təqvimində ilin 152-ci günü.
(uzun ildə 153-cü) Bu tarixdə ilin sonuna 213 gün qalır.
XX və XXI əsrdə Yuli təqvimi ilə 19 may tarixinə uyğun gəlir.
Əhəmiyyətli hadisələr 1600-cü ildən əvvəl 1792 — Kentukki ABŞ-nin 15-ci ştatı olub.
1796 — Tennessi ABŞ-nin 16-cı ştatı olub.
1831 — Ceyms Klark Ross Şimal maqnit qütbünə çatan ilk avropalı olur.
1980 — Atlanta şəhərində CNN televiziya kanalı təsis edilib.
2009 — Air France şirkətinə məxsus A-330 təyyarəsi Atlantik okean üzərində qəzaya uğramışdır.
Azərbaycana aid hadisələr 1981 — Bakıda Respublika Gözdən Əlillər Kitabxanası təsis edilib.
1992 — Azərbaycan və Lüksemburq arasında diplomatik əlaqələr qurulmuşdur.
1996 — Azərbaycan deputatı Əli Ansuxski Bakının 28 May küçəsində yaşadığı evin qarşısında odlu silahla qətlə yetirilib.
2020 — Bakıda Dəniz Mall ticarət mərkəzinin açılışı olub.
1600-cü ildən əvvəl 1804 — Mixail Qlinka, Rusiya bəstəkarı 1920 — Rahilə Ginzburq, Azərbaycan aktrisası 1926 — Merilin Monro, ABŞ aktrisası 1929 — Nərgiz, Hindistan aktrisası 1930 — Yevgeni Ptiçkin, Rusiya bəstəkarı 1935 — Norman Foster, İngiltərə memarı 1936 — Nəriman Əzimov, Azərbaycan dirijoru 1937 — Morqan Friman, ...
Bu məqalə Azərbaycanda istifadə olunan manat haqqındadır.
Türkmənistan manatı üçün baxın: 1 manatlıq əsginas (Türkmənistan) 1 manatlıq əsginas — Azərbaycanda işlədilən milli əsginaslardan biri.
Bu əsginas Azərbaycanın digər əsginasları ilə müqayisədə ən aşağı nominal dəyərə malikdir və dövriyyəyə ən çox — 4 dəfə (1992, 1993, 2005 , 2009-cu illərdə) buraxılmış əsginasdır.
1 manat 100 qəpiyə bərabərdir.
1 manatlıq əsginaslar ilk dəfə 1992-ci ilin avqust ayında Azərbaycan Milli Bankı tərəfindən dövriyyəyə buraxılmışdır.
Belə ki, Azərbaycan manatının hazırlanmasına Ayaz Mütəllibovun prezidentliyi dövründə başlanılmış, Əbülfəz Elçibəyin prezidentliyi dövründə isə bu reallaşmışdır.
İlk Azərbaycan manatı dövriyyəyə Azərbaycan Respublikası Prezidentinin 15 iyul 1992-ci il tarixli "Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında" Fərmanına müvafiq olaraq 15 avqust 1992-ci ildə buraxılmışdır ki, həmin əsginaslardan biri 1 manatlıq əsginas idi.
Bu əsginaslar Fransa Mərkəzi Bankı tərəfindən çap edilmişdir.
1 manatlıq əsginasın ilk eskizlərinin müəllifi azərbaycanlı xalçaçı-rəssam Eldar Mikayılzadədir.
O, buna görə almalı olduğu qonorarı Dövlət Müdafiə Fonduna keçirmişdir.
1993-cü ildə Azərbaycan Milli Bankı tərəfindən bir qədər fərqli təsvirdə yeni 1 manatlıq əsginaslar dövriyyəyə buraxıldı.
Amma ilk 1 manatlıq əsginaslar da dövriyyədə qaldı.
Azərbaycan Respublikası Prezidenti tərəfindən 7 fevral 2005-ci il tarixdə imzalanmış "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" Fərmanla 1992–2001-ci illərdə dövriyyəyə buraxılmış əsginaslar — eyni zamanda 1992 və 1993-cü illərdə dövr...
28 dekabr 2005-ci ildə ölkə ictimaiyyətinə təqdim olunmuş yeni nəsil pul nişanları, həmçinin yeni 1 manatlıq əsginaslar 2006-cı il yanvarın 1-dən etibarən dövriyyəyə buraxılmışdır.
Pulun yeni dizaynı dünyada ən yeni cərəyanları və "vahid ailə" prinsipi nəzərə alınmaqla hazırlanmışdır.
Müsabiqədə iştirak edən şirkətlərdən Avstriyanın "OeBS" şirkətinin dizayneri, Avro əsginaslarının dizayn müsabiqəsinin qalibi və Avronun müəllifi Robert Kalinanın hazırladığı eskizlər tələb və gözləntilərə cavab verdiyindən qalib seçilmişdir.
Hazırda dövriyyədə olan 1 manatlıq əsginaslar 2005 və 2009-cu illərdə Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılmışdır.
Bu əsginaslar mədəniyyət mövzusuna həsr olunmuşdur.
İlk 1 manatlıq əsginas sadə dizayna malik olmuş, ön tərəfində Qız qalası təsvir olunmuşdur.
Əsginasların arxa tərəfi isə milli ornamentlərlə haşiyələnmiş və üzərində "Azərbaycan Milli Bankı" sözləri çap olunmuşdur.
İkinci 1 manatlıq əsginas çap olunarkən həmin vaxt dövriyyədə olan 5, 50 və 100 manatlıq əsginaslarla uyğunlaşdırılmışdır.
Onun ön tərəfinə Qız qalasının təsvirindən əlavə arxa fon təsvirləri də əlavə edilmişdir.
Bu əsginasın arxa tərəfində isə əlavə olaraq nominalın adı sözlə verilmişdir.
Ağ kağızda, əsas rəngi boz olmaqla 2005 və 2009-cu illərdə çap olunmuş əsginasların ön tərəfində Azərbaycanın milli musiqi alətlərinin – muğam üçlüyündə istifadə olunan tar, kamança və dəfin qrafik təsvirləri verilmişdir.
Əsginas üzərindəki musiqi alətləri Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovun imzası da bu əsginasların ön tərəfdədir.
18 sentyabr 2023-cü il tarixindən Taleh Kazımovun imzasının əks olunduğu yenilənmiş 1 manatlıq kağız pul nişanları dövriyyəyə buraxılıb.Bu əsginasların arxa fonunda isə qədim Azərbaycan xalçasının naxışları vardır.
Həmçinin əsginasın arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri və Azərbaycanın milli ornamentləri verilmişdir.
Son iki əsginasın əsas fərqi belədir: 2005 buraxılışının ön tərəfində "Azərbaycan Milli Bankı", 2009 buraxılışının ön tərəfində isə "Azərbaycan Mərkəzi Bankı" yazılmışdır.
2009-cu ildə bu əsginasların yenidən buraxılmasının əsas səbəbi elə həmin il Azərbaycan Respublikasının Konstitusiyasına edilən dəyişikliklər olmuşdur.
Belə ki, 2009-cu il martın 18-də ümumxalq səsverməsində (referendumda) qəbul edilmiş əlavələr və dəyişikliklərlə bağlı olaraq, Azərbaycan Respublikasının Konstitusiyasının 19-cu maddənin II hissəsində "Milli" sözü "Mərkəzi" sözü ilə əvəz edilmişdir.
Hansı ki, bu Azərbaycan Milli Bankının adının dəyişdirilərək Azərbaycan Mərkəzi Bankı adlandırılması deməkdir.
İlk iki 1 manatlıq əsginasların ölçüləri 125×63 mm idi. 2005 və 2009-cu illərdə dövriyyəyə buraxılmış 1 manatlıq əsginasların ölçüləri isə 120×70 mm-dir.
Mühafizə elementləri Saxta əsginasların dövriyyəyə buraxılmasının qarşısını almaq üçün bu əsginasa bir çox təhlükəsizlik ünsürləri daxil edilmişdir.
İlk 1 manatlıq əsginasda su nişanı — üç alov təsvir olunmuşdu.
2005 və 2009-cu illərdə çap olunmuş yeni nəsil pul nişanlarının texniki parametrləri İsveçrə Milli Bankının texniki dəstəyi ilə, mühafizə sistemi də xüsusi "mühafizə fəlsəfəsinə" uyğun həmin bank ilə əməkdaşlıq nəticəsində hazırlanmışdır.
Bu pul nişanlarının keyfiyyəti ən yüksək beynəlxalq standartlara müvafiq və aparıcı ölkələrin pul vahidləri ilə müqayisə olunan səviyyədə müəyyən edilmişdir.
Belə ki, pul nişanlarının istehsalı İSO tələblərinə uyğun olaraq həyata keçirilmiş, həm istehsal, həm də istehsaldan sonra əsginasların keyfiyyəti xüsusi avtomatik avadanlıqlarla tək-tək yoxlanılmışdır.
Bu əsginasların üz tərəfində üzərində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən "MANAT", möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), xüsusi dəqiq cizgilər, relyefli nominal, ultrabənövşəyi işıqda görünən elementlər, arxa tərəfində isə metal sap, sehirli xətlər vardır.
Yeni nəsil əsginaslar 4 pilləli mühafizə sisteminə malikdir: 1-ci dərəcəli mühafizə sistemi xüsusi avadanlıq tələb olunmadan əhali tərəfindən; 2-ci dərəcəli mühafizə sistemi ticarət müəssisələri tərəfindən sadə cihazlarla; 3-cü dərəcəli mühafizə sistemi banklar tərəfindən xüsusi avadanlıqlarla; 4-cü dərəcəli mühafizə s...
Həmçinin bax Azərbaycan manatı Xarici keçidlər cbar.az — Azərbaycan Mərkəzi Bankının rəsmi saytı Pul.
1 mart — Qriqorian təqvimində ilin 62-ci günü.
Bu tarixdə ilin sonuna 303 gün (uzun ildə 304 gün) qalır.
XX və XXI əsrdə Yuli təqvimi ilə 18 fevral tarixinə uyğun gəlir.
Əhəmiyyətli hadisələr 1600-cü ildən əvvəl 834 — İmperator I Lüdovik Frank krallığının yeganə hökmdarı olaraq yenidən hakimiyyətə gəlib.
1803 — Ohayo ABŞ-nin 17-ci ştatı olub.
1867 — Nebraska ABŞ-nin 37-ci ştatı olub.
1867 — Antuan Anri Bekkerel radioaktiv parçalanmanı aşkar edib.
1947 — Beynəlxalq Valyuta Fondu təsis edilib.
1980 — Avstraliya milli futbol komandası OFK Millətlər Kubokunu qazanıb.
1998 — "Titanik" dünya üzrə 1 milyard dollardan çox gəlir əldə edən ilk film olub.
2020 — Çexiya, Dominikan Respublikası və Ermənistanda ilk dəfə COVID-19 qeydə alınıb.
Azərbaycana aid hadisələr 1928 — "Vışka" qəzeti ilk dəfə nəşr olunub.
1992 — Azərbaycan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının üzvlüyünə qəbul edilib.
2012 — Quba rayonunun icra başçısı Rauf Həbibov keçirilən iclasların birində Quba sakinlərinə qarşı təhqiredici ifadələrdən sonra şəhərdə iğtişaşlar baş verib.
1600-cü ildən əvvəl 1432 — Koimbralı İzabella, Portuqaliya kraliçası 1810 — Frederik Şopen, Polşa bəstəkarı 1886 — Oskar Kokoşka, Avstriya boyakarı 1922 — İshaq Rabin, İsrail baş naziri 1933 — Spiro Quberina, Xorvatiya aktyoru 1934 — Elmira Qafarova, Azərbaycan dövlət xadimi 1938 — Kamil Cəlilov, Azərbaycan qoboyçusu 1...
1 may — Qriqorian təqvimində ilin 121-ci günü.
(uzun ildə 122-ci) Bu tarixdə ilin sonuna 244 gün qalır.
XX və XXI əsrdə Yuli təqvimi ilə 18 aprel tarixinə uyğun gəlir.
Əhəmiyyətli hadisələr 1600-cü ildən əvvəl 1840 — İlk rəsmi yapışqanlı poçt markası olan "Qara penni" Birləşmiş Krallıqda buraxılmışdır.
1931 — ABŞ-də Empayr Steyt Bildinqin açılışı olub.
1961 — Kubanın baş naziri Fidel Kastro Kubanı sosialist ölkəsi elan edir və seçkiləri ləğv edir.
Azərbaycana aid hadisələr 1955 — Gəncə trolleybusu təsis edilib.
2016 — "Qarabağ" Azərbaycan Premyer Liqası çempionu olmuşdur.
1600-cü ildən əvvəl 1245 — III Filip, Fransa kralı 1868 — Fridrix Karl, Finlandiya kralı 1887 — Pinşas Rosen, İsrail dövlət xadimi 1893 — Nestor Lakoba, Abxaziya dövlət xadimi 1894 — Mariya Restituta Kafka, Avstriya tibb bacısı 1895 — Nikolay Yejov, Sovet NKVD komissarı 1901 — Aşıq Bəhmən Göyçəli, Azərbaycan aşığı 1910...
1 may 1925-ci il — Pavel Velski tərəfindən 1925-ci ildə çəkilmiş film.
Film "Kino-Mədənçi" studiyasında istehsal edilmişdir.
Burada türk qadınının 1 may nümayişi və fəhlə qəsəbəsinin salınması münasibətilə Stepan Razin dağında təntənəli təməlqoyma mərasimi əks etdirilir.
Kinoreportajda əsasən iki mövzu öz əksini tapmışdır: birincisi, türk qadını 1 may nümayişində; ikincisi, fəhlə qəsəbəsinin salınması münasibətilə Stepan Razin dağında təntənəli təməlqoyma mərasimi.
Filmin üzərində işləyənlər Rejissor: Pavel Velski Operator: İvan Tartakovski Həmçinin bax Azərbaycan filmlərinin siyahısı1925-ci ilin filmləri1920-ci illər Azərbaycan filmlərinin siyahısı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi.
C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.
Bizim "Azərbaycanfilm".
Bakı: Mütərcim, 2004.- səh.
1 mətbuat konfransının tarixi — qısametrajlı sənədli film.
Film Qulp studioda istehsal edilmişdir.
Film tariximizdə önəm daşıyan bir mətbuat konfransından bəhs edir.
1990-cı il 20 yanvar faciəsindən bir gün sonra o vaxtlar Moskvada yaşayan Heydər Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək Rusiya rəhbərliyini bu faciənin baş verməsində ittiham etdi.
Məhz bu tarixi mətbuat konfransı şahidlərin xatirələri ilə filmin əsasını təşkil edir.
1990-cı il 20 yanvar faciəsindən bir gün sonra o vaxtlar Moskvada yaşayan Heydər Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək Rusiya rəhbərliyini bu faciənin baş verməsində ittiham etdi.
Məhz bu tarixi mətbuat konfransı şahidlərin xatirələri ilə filmin əsasını təşkil edir.
1990-cı il yanvar ayının 19-dan 20-ə keçən gecə Bakıya qoşun yeridiləndə həmin anların dəhşətini Moskvada yaşayan və təhsil alan azərbaycanlılar da yaşadı.
Onlar dərhal Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək nümayəndəliyin qapısını sındırıb içəri girdilər.
Azərbaycanlı həmvətənlər tanıdıqları bütün qurumlara bu hadisə barədə məlumat verməyə başladılar.
Artıq səhər saatlarında nümayəndəliyin önü adamlarla dolmuşdu.
Beləliklə, burada məbuat konfransı təşkil edildi və Heydər Əliyev bu konfransda sərt nitqilə baş verən faciədə birbaşa o vaxtki rəhbərliyi günahlandırdı.
Bu çıxışdan sonra ona qarşı təzyiqlər edilməyə başlandı.
Həmçinin, 1990-cı ilin yanvarında baş verən hadisəylə bağlı Moskvada azərbaycanlıların etiraz yürüşü keçirildi.Heydər Əliyev Moskvada mətbuat konfransında faciəyə ilk dəfə siyasi qiymət verdi.