Search is not available for this dataset
text
stringlengths
10
518k
3 may - Türkiyənin xarici işlər naziri Ərdal İnönünün Bakıya səfəri gedişində qardaş ölkənin yardımı ilə Azərbaycan Milli Elmlər Akademiyasında ilk internet şəbəkəsinin istifadəyə verilməsi.
22 may - Azərbaycan Respublikası ilə Laos Demokratik Respublikası (ölkəmizin müstəqilliyini 1992-ci il yanvarın 2-də tanıyıb) arasında diplomatik əlaqələrin yaradılması.
12 noyabr – Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi.
12 noyabr – Azərbaycan Respublikasının Milli Məclisinə birinci seçkilərin keçirilməsi.
Azərbaycan Respublikasının BMT-nin İqlim Dəyişmələri üzrə Cenevrə Konvensiyasına qoşulması.
5 Dekabr — Naxçıvan-Bakı marşrutu ilə hərəkət edən TU134 təyyarəsinin qəzaya uğraması nəticəsində 49 nəfər həlak oldu.
5 may – Rövşən Qasımov – tennisçi.
20 may – Ulises Kay – amerikalı bəstəkar.
24 iyun – Rəşad Tağıyev – tennisçi.
24 iyun – Zemfira Ağabəyova – tennisçi.
12 aprel — Yelmar Məmmədov – Azərbaycanın ilk rəsmi milyarderi.
1995-ci il Azərbaycan parlament seçkilər — Azərbaycan Respublikasının Milli Məclisi 1-ci çağırış seçkiləri.
Seçkilərdən öncə proporsional seçki üzrə vahid deputat siyahılarında adı olan bir sıra Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyası üzvü müxtəlif cinayət işləri üzrə həbs olunmuşdur.
İqtidar cinahı bu həbslərin hüquqi səbəbdən olduğunu iddia etsə də, Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyası rəhbərliyi bu həbslərin siyasi motivlər əsasında olduğunu iddia etmişdir.
19 sentyabr 1995-ci il tarixində sabiq xarici işlər naziri, istiqlalçı deputat, fizik, Müsavat Partiyasının proporsional seçki üzrə deputatlığa vahid namizədlər siyahısında 2-ci sırada olan Tofiq Qasımov həbs olunmuşdur.
O, vətənə xəyanətdə və 1995-ci mart hadisələrində dövlət əleyhinə fəaliyyətdə günahlandırılırdı.
Həmçinin sabiq millət vəkili, Azərbaycan Xalq Cəbhəsi Partiyasının deputatlığa vahid namizədlər siyahısında 4-cü yerdə olan Fərəc Quliyev və hərbçi, Azərbaycan Xalq Cəbhəsi Partiyasının deputatlığa vahid namizədlər siyahısında 6-cı yerdə olan Arif Paşayev də həbsdə idilər.
Fərəc Quliyev dövrün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevi qeyri-qanuni yolla hakimiyyətdən uzaqlaşdırma, Arif Paşayev isə xüsusi xidmət orqanı həbsxanasından qaçma üzrə həbs olunmuşdur.
Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyası xaricində siyasi fəallardan rəsmi dövlət qeydiyyatında olmayan Azərbaycan İşçi Partiyası sədri Sabutay Hacıyev vətənə xəyanətdə və dövlət əleyhinə silahlı qiyamda günahlandırılaraq həbs edilmişdi.
Onun rəhbərlik etdiyi partiya cəmiyyətdə sabiq prezident Ayaz Mütəllibov ilə əlaqələndirilirdi.
1995-il noyabrın 12-də Azərbaycan Respublikası Milli Məclisinə deputat seçkiləri keçirilmişdir.
Seçici siyahılarma daxll edilmiş 4.132.600 nəfər vətəndaşdan 3.556.277-si və ya 86,05 faizi seçkilərdə iştirak etmişdir.
Noyabrın 26-da birmandatlı 20 seçki dairəsində təkrar səsvermə, 1996-cı il fevralın 4-də 15 seçki dalrəsində təkrar seçkilər və nəhayət fevralın 18-də 1 seçki dairəsində təkrar səsvermə ilə parlament seçkiləri başa çatdırıldı.
Milli Məclisə cəmi 124 deputat seçilmişdi.
Bunlardan 99-u birrnandatlı seçki seçki dairələri üzrə, 25-i isə siyasi partiyaların siyahıları üzrə vahid çoxmandatlı seçki dairəsindən.
Seçkilərdə 8 siyasi partiya iştirak edirdi.
Onlardan Yeni Azərbaycan Partiyası ölkə parlamentinə 19, Azərbaycan Milli İstiqlal Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyasının hər biri 3 mandat almışdı.Seçkilər birpalatalı parlamentə majoritar və proporsional seçki sistemləri üzrə keçirilirdi.
Majoritar seçki sistemi ilə 100, proporsional seçki sistemi üzrə isə 25 deputat seçilməli idi. Məntəqə seçki komissiyalarının üzvlərinin 13.851 nəfəri, yaxud 30 faizi siyasi partiyaların, 9.234 nəfəri və ya 20 faizi deputatlığa müstəqil namizədlərin nümayəndələri idi. Milli Məclis deputatlığına namizədlərin irəli sürül...
Mərkəzi Seçki Komissiyası daxil olmuş ərizə və şikayətlərin araşdırılmasının nəticələrinə görə, 175 vətəndaşı deputatlığa namizəd kimi qeydə almaqdan imtina etmək barədə 66 dairə seçki komissiyasının qərarlarını qüvvədə saxlamış, 98 nəfərin isə namizədlər siyahısına salınmasına dair həmin komissiyaların qərarlarını ləğ...
Toplanmış seçici imzalarının həqiqiliyini yoxlamaq üçün Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə Mərkəzi Seçki Komissiyasında xüsusi ekspertlər qrupu işləyirdi.
Seçici imzaları yoxlanıldıqdan sonra namizədlər siyahısına birmandatlı seçki dairələri üzrə 392 nəfərin, vahid çoxmandatlı seçki dairəsi üzrə isə 8 siyasi partiyanın nümayəndələrinin adları daxil edildi.
Seçkilər ərəfəsində birmandatlı seçki dairələri üzrə 11 nəfər namizədliyini geri götürmüşdü.
Nəticədə, seçki bülletenlərində 99 seçki dairəsi üzrə deputatlığa 378 namizədin adı vardı.
Azərbaycanda qeydə alınmış 32 siyasi partiyadan 18-i seçkilərdə iştirak etmək niyyətində olduğunu bildirmişdi.
Lakin onlardan yalnız 12-si namizədlər göstərilməsinə dair bildiriş sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim etdi.
Seçki qanununun şərtlərini pozduqlarına görə 4 siyasi partiya (Müsavat Partiyası, Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Kommunist Partiyası və Ümid Partiyası) Mərkəzi Seçki Komissiyası tərəfindən seçkilərə buraxılmadı.
Bu siyasi partiyalar Azərbaycan Respublikasının Ali Məhkəməsinə şikayətlə müraciət etdilər.
Ali Məhkəmə şikayətlərə baxaraq, Mərkəzi Seçki Komissiyasının qərarlarını qüvvədə saxladı.
Ölkədəki birmandatlı seçki dairələrinin 93-də seçki namizədlərin alternativliyi qaydasında keçirdi.
30 seçki dairəsi üzrə seçki bülletenlərindəki deputatlığa namizədlərin sayı 5–9 nəfər, 2 seçki dairəsində isə hətta 11–12 nəfər idi. Səsə qoyulan 378 namizədin 165 nəfəri müxtəlif siyasi partiyaların üzvləri idi 1995-ci il noyabrın 12-də 4.591 seçki məntəqəsində səsvermənin gedişini deputatlığa 378 namizədin, 8 siyasi ...
Leyla Yunusun Azərbaycan Müstəqil Demokratlar Partiyası, Karrar Əbilovun Vahid Azərbaycan Partiyası və Fəzail Ağamalının Ana Vətən Partiyası Yeni Azərbaycan Partiyası ilə əməkdaşlıq edərəq, müttəfiqlik edərək seçkilərə qatılmışdır.
Onlardan sadəcə Ana Vətən mandat (1 nəfər-Fəzail Ağamalı) qazana bilmişdir.
Proporsional siyahılar Çoxmandatlı seçki dairəsi üzrə seçki bülleteninə aşağıdakı siyasi partiyaların adları daxil edilmişdi: Azərbaycan Demokratik İstiqlal Partiyası Azərbaycan Demokratik Sahibkarlar Partiyası Azərbaycan Milli Dövlətçilik Partiyası Azərbaycan Milli İstiqlal Partiyası Azərbaycan Naminə Alyans Partiyası...
22 noyabr 1995-ci il tarixində açıqlanan məlumata əsasən 25 çoxmandatlı seçki dairəsi üzrə keçirilmiş proporsional seçkiləri Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyası birinci sırada tamamlayaraq 19, sabiq dövlət katibi Əli Kərimlinin sədr vəzifələrini icra etdiyi Azə...
Bu Azərbaycanda keçirilmiş son proporsional seçki olmuşdur.
Digər 100 birmandatlı seçki dairəsindən 99-da seçkilər keçirilmişdir.
Həmin dövrdə qüvvədə olan qanunlara görə birmandatlı seçki dairələri üzrə keçirilən seçkilərdə lider namizəd mövcud səslərin 50+1%-ni toplamalı və iştirakçılıq ən az 50+1% olmalı idi, lakin 20 seçki dairəsi üzrə bu reallaşmadığı üçün 26 noyabr 1995-ci il tarixinə, digər 8 seçki dairəsindən 4-ündə seçki aktivliyi 50+1% ...
Nəticələri ləğv olunan 8 seçki dairəsindəki namizədlər eyni seçki dairəsindən yox, nəticəsi ləğv olunan başqa seçki dairələrindən namizəd olma haqqına sahib idilər.
İkinci tura qalan seçki dairələrində isə seçkilər ən çox səs alan iki namizəd arasında keçirildi .26 noyabr 1995-ci il tarixində 20 seçki dairəsi üzrə təkrar seçkilər keçirilmişdir.
Rəsmi şəxslərə əsasən seçici fəallığı 61% olmuşdur.
5 seçki dairəsində bu seçkilərdə də lazım olan seçki aktivliyi 50+1% müddəasını yerinə yetirməmiş və 2 seçki dairəsi üzrə seçki qanunu pozuntuları səbəbi ilə seçki nəticələri ləğv edilmişdir.
Bu 7 seçki dairəsi və 12 noyabr 1995-ci il tarixində keçirilmiş seçkilərdə nəticələri ləğv olunmuş 8 seçki dairəsi ilə birgə 1996-cı ilin fevral ayına təkrar seçkilər təyin olunmuşdur.

1995 Azərbaycanda hərbi çevrilişə cəhd — 1995-ci ildə Xüsusi Təyinatlı Polis Dəstəsinin komandiri polkovnik Rövşən Cavadov rəhbərliyində Azərbaycan hərbçiləri tərəfindən edilən hərbi çevriliş cəhdidir.
Məqsəd prezident Heydər Əliyevdən ölkə hakimiyyətini almaq və əvvəlki prezident Əbülfəz Elçibəyi hakimiyyətə gətirmək idi. Türkiyə prezidenti Süleyman Dəmirəl Türkiyədə çevrilişi dəstəkləyən ünsürlərdən xəbərdar olanda xəbərdar etmək üçün Əliyevə zəng elədi.
17 mart 1995-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin dəstələri üsyançıların düşərgəsini mühasirəyə aldı və hücum edərək Cavadovu öldürdü.
1996-cı il Susurluq qəzasından sonra Türkiyədə ortaya çıxan məlumatlar bəzi Türkiyə kəşfiyyatçılarının çevrilişi dəstəklədiyini və rol oynadığını üzə çıxardı.
1990 -cı ilin avqustunda Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Azərbaycan Daxili İşlər Nazirliyinə tabe olan Xüsusi Təyinatlı Milis Dəstəsi (OMON) yaradıldı.
1991-ci ildə Azərbaycan müstəqilliyini elan etdikdən sonra bu birlik Xüsusi Təyinatlı Polis Dəstəsi (XTPD) adlandırıldı.
XTPD ilk dəfə 1994-cü ilin oktyabr ayında dövlət çevrilişinə cəhd hadisələrində iştirak etmişdi.