Search is not available for this dataset
text
stringlengths
10
518k
Sürət Hüseynov 1994-cü il oktyabrın 6-da Milli Məclis üzvlüyündən, oktyabrın 7-də isə baş nazir vəzifəsindən uzaqlaşdırıldı.
S.Hüseynov parlamentin iclasında özünə haqq qazandırmağa çalışaraq deyir: "Əgər çevriliş etmək istəsəydim, bunu Gəncədə yox, Bakıda həyata edərdim, çünki ofisim prezident aparatından cəmi yüz metr məsafədədir".
Cəmi bir həftə sonra parlament keçmiş baş nazirə qarşı cinayət işinin qaldırılması, barəsində həbs qətimkan tədbiri seçilməsinə razılıq verilməsi və Azərbaycanın Milli Qəhrəmanı adından məhrum edilməsinin tövsiyə olunması haqqında qərar qəbul etdi.
Oktyabrın 30-da Sürət Hüseynovun əlindən "Azərbaycan Milli Qəhrəmanı" adı alındı.
Həbs olunan Hüseynov az sonra naməlum şəxslər tərəfindən qaçırıldı.
Tezliklə o, Rusiyada peyda oldu.
1997-ci ildə Rusiyada saxlanılaraq Azərbaycana gətirilib və 1999-cu ilin fevral ayında məhkəmənin qərarı ilə ömürlük həbs cəzasına məhkum edilib.
Sürət Hüseynov 2004-cü ilin martında Prezident İlham Əliyevin sərəncamı ilə əfv edildi.
Qiyamdan sonra Heydər Əliyev hakimiyyətdə öz mövqelərini daha da möhkəmləndirdi.
Qiyamdan sonra 4 oktyabr 1994-cü il hadisələri ilə bağlı həbslər başlayır, Azərbaycanın Qarabağ müharibəsini keçmiş bir çox zabit və bir neçə generalı, bütövlükdə 800-dən artıq adam müxtəlif ittihamlarla həbs olunur.
R.Cavadov daha sonra öz hərəkətləri ilə Baş nazir Surət Hüseynovun hazırladığı iddia edilən "əsl çevrilişin" qarşısını aldığını bildirdi.
R.Cavadov nəinki vəzifəsini qorudu, həm də XTPD-nin irəli sürdüyü bir sıra tələblərin yerinə yetirilməsinə nail oldu.
1994 Frankofoniya Oyunları (fr.
IIes Jeux de la Francophonie) — 1994-cü ilin 5–13 iyul tarixləri arasında Fransanın Paris şəhərində keçirilmiş ikinci Frankofoniya Oyunları.
Bu oyunlarda 45 ölkədən 2700 atlet iştirak etmişdir.
Xarici keçidlər Medal winners 1994 at jeux.francophonie.org Arxivləşdirilib 2013-12-24 at the Wayback Machine (fr.)
Medal tables at jeux.francophonie.org Arxivləşdirilib 2015-10-06 at the Wayback Machine (fr.)
1994 Nortrid zəlzələsi ― 17 yanvar 1994 tarixində Sakit standart saatı ilə yerli vaxtla saat 04:31-də Amerika Birləşmiş Ştatları, Kaliforniya, Los Anceles şəhərində meydana gələn zəlzələ.
Zəlzələnin San Fernando Vadisində ki Nortrid bölgəsində sıx olmasından dolayı və həmçinin KİV-in bu adı istifadə etməsindən dolayı Nortrid Zəlzələsi olaraq adlandırılır.
Zəlzələnin əsas episentri Resedada olub.
10-20 saniyə aralığında davam edən zəlzələnin moment maqnitudu 6,7 bal gücündə olub.
Zəlzələdə ölçülən 1,7g-lik (16,7 m/s2) güclü yer sarsıntısının dəyəri Şimali Amerikanın yaşayış yerlərində o günə qədər ölçülmüş ən yüksək dəyər olmuşdur .
Zəlzələnin episentri 360 km (220 mil) uzaqlıqda olan Las Veqasdada hiss edilib.
Rinaldi stansiyasında qeydə alınan 183 sm/s-lik (6.59 km/saat və ya 4.09 mil/saat) o günə qədər qeydə alınan ən sürətli pik yer sürəti (PGV) dəyəridir.
Zəlzələdə 57 nəfər ölmüş, 8700-dən çox insan yaralanmışdır.
Təxminən $20 milyard dollar zərərə səbəb olan zəlzələ, o günə qədər ABŞ tarixinin ən çox maddi zərərə səbəb olan təbii fəlakətlərdən biridir.
Zəlzələnin episentri Zəlzələ Los Anceles şəhər mərkəzindən 31 km (20 mil) şimal-qərbdə, Nortrid bölgəsi yaxınlığında San Fernando Vadisində baş verdi.
Əsas episentr Resedada, Reseda Bulvarı ilə Strathern küçəsinin kəsişdiyi yerə düşür.
Zəlzələnin Nortrid Zəlzələsi adlandırılmasının səbəbi, episentrinin dəqiq yeri müəyyənləşdirməsi uzun müddət çəkdiyindən, zərərin Nortriddə olması və KİV-in Nortrid adını qeyd etməsidir.
ABŞ Milli Geofizik Məlumat Mərkəzi zəlzələnin hiposentrinin coğrafi koordinatlarını 34°12′47″K 118°32′13″B və dərinliyini 17 km (10.56 mil) hesabladı.
Bölgənin San Andreas layına yaxın olmasına baxmayaraq zəlzələ bu layın üzərində baş vermədi.
Zəlzələyə səbəb olan lay, əvvəllər kəşf edilməmiş, Nortrid hiss edilməyən zələlə layıdır (Pico hiss edilməyən lay olaraq da bilinir).
Voleybol üzrə qadınlararası dünya çempionatı 1994 — 1994-cü ilin oktyabr ayında ikinci dəfə Braziliyada təşkil olunan turnir.
Sonda Kubanın zəfər çaldığı on ikinci mundialda gümüş medalın sahibi ev sahibləri olmuşdur.
Bürünc medalı isə SSRİ-nin dağılmasından sonra ilk dünya çempionatında iştirak edən Rusiya milli voleybol komandası olmuşdur.
Turnirə həmçinin tarixdə ilk dəfə olaraq Azərbaycan milli komandası da qatılmışdır.
Azərbaycan müstəqil olduqdan sonra komanda idman növlərində ilk dünya çempionatını və ən böyük idman yarışı məhz bu turnir olmuşdur.
Turnirdə qazanılan onunculuq hələ də top, həmçinin komanda idman növlərindəki ən böyük uğurumuzdur.
Qrup mərhələsi "A" Qrupu - Belu-Orizonti "B" Qrupu - San Paulo "C" Qrupu - Belu-Orizonti "D" Qrupu - San Paulo Pley-off mərhələsi Komandaların tutduğu yerləri müəyyən edən qarşılaşmalar Women Volleyball XII World Championship 1994 Sao Paulo (BRA) 17-30.10 Winner Cuba Arxivləşdirilib 2015-06-27 at the Wayback Machine (i...
İsveç, Avstriya və Finlandiyanın Avropa Birliyinə qəbul olunması.
Ümumdünya Ticarət Təşkilatının yaradılması.
1 mart – Yahoonun əsasının qoyulması.
26 mart – Şengen razılaşmasının imzalanması.
19 aprel – ABŞ-nin Oklahoma-Siti şəhərində federal binada bomba partlayışı təşkil olunur.
Partlayış nəticəsində 168 nəfər həlak olur.
1 may – Jak Şirakın Fransa prezidenti seçilməsi.
11 iyul – Bosniya serbləri müsəlmanların yaşadığı Srebrenitsa şəhərinə daxil olurlar.
Müsəlmanlara qarşı törədilmiş soyqırımda 8.000 mülki müsəlman öldürülür.
24 avqust – Microsoft şirkəti Windows 95 əməliyyat sistemini istifadəyə buraxır.
29 avqust – Gürcüstan prezidenti Eduard Şevardnadzeyə qarşı Tbilisi şəhərində sui-qəsd təşkil olunur.
Sentyabr – DVD formatlı disklərin ictimaiyyətə təqdim olunması.
4 noyabr – İsrail baş naziri İzhak Rabinin sui-qəsd nəticəsində öldürülməsi.
14 dekabr – Parisdə Deyton sazişinin imzalanması.
12 yanvar - Azərbaycan Respublikası ilə Uruqvay arasıında diplomatik münasibətlərin yaradılması.
3 fevral - Avropa Şurası Parlament Assambleyasının Bürosunun Azərbaycanın təşkilatda “xüsusi dəvət edilmiş qonaq” statusu almaq barədə müraciətinin nəzərdən keçirilməsi təşəbbüsü ilə çıxış etməsi.
28 fevral - Azərbaycan Respublikası ilə Nepal arasında diplomatik əlaqələrin yaradılması.
2 mart - Azərbaycan Respublikası ilə Burundi Respublikası arasında diplomatik münasibətlərin təməlinin qoyulması.
13 mart - Xüsusi Təyinatlı Polis Dəstəsi tərəfindən Ağstafa və Qazax rayonlarında dövlət idarələrinin ələ keçirilməsi.
15 mart - Bakıda Xüsusi Təyinatlı Polis Dəstəsinin qiyamının başlanması.
XTPD qüvvələrinin Bakının 8-ci km qəsəbəsindəki qərargahda istehkam quraraq ölkə rəhbərliyinin istefasını tələb etməsi.
16 mart - Prezident Heydər Əliyev tərəfindən XTPD qiyamını dinc yolla aradan qaldırmaq üçün daha bir addım ataraq qiyamçıların silahı könüllü təhvil verəcəkləri təqdirdə cinayət məsuliyyətinə cəlb olunmayacaqları barədə fərman imzalanması.
17 mart - Bakıda Xüsusi Təyiatlı Polis Dəstəsinin qaldırdığı qiyamın zəruri güc tətbiq edilməsi ilə yatırılması.
mart - Dövlət Aqrar islahatı komissiyasının yaradılması.
3 may - Türkiyənin xarici işlər naziri Ərdal İnönünün Bakıya səfəri gedişində qardaş ölkənin yardımı ilə Azərbaycan Milli Elmlər Akademiyasında ilk internet şəbəkəsinin istifadəyə verilməsi.
22 may - Azərbaycan Respublikası ilə Laos Demokratik Respublikası (ölkəmizin müstəqilliyini 1992-ci il yanvarın 2-də tanıyıb) arasında diplomatik əlaqələrin yaradılması.
12 noyabr – Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi.
12 noyabr – Azərbaycan Respublikasının Milli Məclisinə birinci seçkilərin keçirilməsi.
Azərbaycan Respublikasının BMT-nin İqlim Dəyişmələri üzrə Cenevrə Konvensiyasına qoşulması.
5 Dekabr — Naxçıvan-Bakı marşrutu ilə hərəkət edən TU134 təyyarəsinin qəzaya uğraması nəticəsində 49 nəfər həlak oldu.
5 may – Rövşən Qasımov – tennisçi.
20 may – Ulises Kay – amerikalı bəstəkar.
24 iyun – Rəşad Tağıyev – tennisçi.
24 iyun – Zemfira Ağabəyova – tennisçi.
12 aprel — Yelmar Məmmədov – Azərbaycanın ilk rəsmi milyarderi.
1995-96 Azərbaycan Kuboku — Futbol üzrə Azərbaycan kubokunun beşinci mövsümüdür.
1995-96 il mövsümündə 38 komanda mükafat üçün mübarizəyə aparmışdır.