Search is not available for this dataset
text
stringlengths
10
518k
Bakıda lüteran icmasının yenidən fəaliyyətə başlaması.
18 fevral - Jung Hoseok 1 mart - Castin Biber 6 sentyabr - Elif Doğan 12 sentyabr - RM 14 oktyabr - Rəşad Cəfərzadə 25 noyabr – Məmməd Bürcəliyev – Azərbaycan teatr və kino aktyoru.
1994-95 Azərbaycan Kuboku — Futbol üzrə Azərbaycan kubokunun dördüncü mövsümüdür.
1994-95 mövsümündə 28 komanda mükafat üçün mübarizəyə aparmışdır.
İsraillə Fələstin arasında "Qəzzə-Əriha" adlanan saziş imzalanması.
10 yanvar - NATO-nun Brüsseldə keçirilən sammitində “Sülh Naminə Tərəfdaşlıq” proqramının qəbul olunması.
31 dekabr - Birinci Çeçen-rus müharibəsinin başlanması 5 yanvar - Azərbaycan Ordusunun uğurlu əməliyyatlar nəticəsində Füzuli rayonunun strateji əhəmiyyətli Horadiz qəsəbəsinin və 22 kəndi, Cəbrayıl və Kəlbəcər rayonlarının ərazilərinin bir hissəsinin azad edilməsi.
6 yanvar - Qarabağda Ermənistan qoşunları ilə müharibədə əks-hücuma keçən Azərbaycan Milli Ordusunun birləşmələrinin 1993-cü ilin ağır məğlubiyyətlərindən sonra ilk hərbi uğurunu qazanması.
9 yanvar - Azərbaycan Respublikası ilə Vatikan dövləti (Azərbaycanın müstəqilliyini 1992-ci il mayın 23-də tanıyıb) arasında diplomatik münasibətlərin yaradılması.
11 yanvar - Azərbaycan Respublikası ilə Latviya və Slovakiya arasında diplomatik münasibətlərin yaradılması.
17 yanvar - Azərbaycan Ordusunun hissələri tərəfindən Qarabağ cəbhəsinin Füzuli rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin yenidən hücuma keçmək cəhdinin qarşısının alınması.
1 fevral - Bakı dəmiryol vağzalında «Kislovodsk-Bakı» qatarında ermənilər tərəfindən terror aktının törədilməsi.
2 fevral - Bakıda Azərbaycan gənclərinin birinci forumunun keçirilməsi.
24 fevral - Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən "Xocalı soyqırımı günü haqqında" qərar qəbul edilməsi.
17 mart - C-130 İran təyyarəsi ermənilər tərəfindən vurulmuşdur 4 may - Azərbaycan Respublikasının NATO-nun "Sülh naminə tərəfdaşlıq" Proqramına qoşulması.
12 may - ATƏM-in Minsk qrupu və Rusiyanın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında atəşkəs sazişinin (Bişkek protokolunun) imzalanması.
29 sentyabr – Azərbaycanın dövlət və siyasi xadimi Afiyəddin Cəlilovun qətlə yetirilməsi.
Bakıda lüteran icmasının yenidən fəaliyyətə başlaması.
18 fevral - Jung Hoseok 1 mart - Castin Biber 6 sentyabr - Elif Doğan 12 sentyabr - RM 14 oktyabr - Rəşad Cəfərzadə 25 noyabr – Məmməd Bürcəliyev – Azərbaycan teatr və kino aktyoru.
FİFA Dünya Kuboku 1994 finalı — final oyunu 1994-cü ilin 17 iyulunda Pasadena, Amerika Birləşmiş Ştatları «Rouz Boul» stadionunda keçirilib.
Finalda Braziliya və İtaliya qarşılaşıb.İlk dəfə olaraq dünya çempionatları tarixində final oyunu qolsuz bərabərliklə bitmiş və qalib oyun sonrası penaltilərə müəyyən edilmişdi.
Penaltilərdə 3:2 hesabı ilə qalib gələn Braziliya yığması 4-cü dəfə dünya çempionu oldular.
Qalibiyyəti onlar 1 mayda dünyasını dəyişmiş məşhur Formula 1 pilotu Ayrton Sennaya həsr etmişdilər.
1994-95 Azərbaycan Kuboku — Futbol üzrə Azərbaycan kubokunun dördüncü mövsümüdür.
1994-95 mövsümündə 28 komanda mükafat üçün mübarizəyə aparmışdır.
1994 Avroviziya Mahnı Müsabiqəsi (ing.
Eurovision Song Contest 1994; fr.
Concours Eurovision de la chanson 1994) — sayca 39-cu Avroviziya Mahnı Müsabiqəsidir.
1993 Avroviziya Mahnı Müsabiqəsinin ev sahibi ölkəsi İrlandiyanı təmsil edən Niv Kavana ifa etdiyi "In Your Eyes" adlı mahnı ilə müsabiqədə qələbə qazanmasının ardınca 1994-cü ildə İrlandiya ikinci il ard-arda və ümumilikdə isə beşinci dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı.
Müsabiqə İrlandiyanın paytaxtı Dublin şəhərində "Point Theatre" zalında keçirilmişdir.
Müsabiqə 1994-cü ilin 30 aprel tarixində baş tutmuşdur.
Avroviziya 1993-də son beşlikdə qərarlaşan Belçika, Danimarka, İsrail, Türkiyə və Sloveniya 1994-cü ildə müsabiqədən kənarlaşdırılmışdır.
Müsabiqədən kənarlaşdırılan ölkələri Estoniya, Litva, Macarıstan, Polşa, Rumıniya, Rusiya və Slovakiya əvəz etmişdir.
İtaliya və Lüksemburq isə könüllü şəkildə müsabiqədə iştirakdan imtina etmişdir.
İtaliya bununla bağlı heç bir açıqlama verməsə də, Lüksemburqun dövlət kanalı müsabiqədə iştirakdan imtina etmələrinə əsas səbəbin son illərdəki aşağı nəticələr olduğunu açıqlamışdır.
Lüksemburq 1993-cü ildən sonra bir daha Avroviziyada iştirak etməyib.
Ümumilikdə 25 ölkənin iştirak etdiyi Avroviziya 1994-də ev sahibi İrlandiyanı təmsil edən Pol Harrinqton və Çarli MakQettiqan duetinin ifa etdiyi "Rock 'n' Roll Kids" mahnısı müsabiqənin qalibi seçilmişdir.
İrlandiya müsabiqədəki altıncı qələbəsi ilə Avroviziyadakı qalibiyyət rekordunu yeniləmişdir.
Müsabiqənin qaydalarına görə son yeddilikdə qərarlaşan ölkələr növbəti il başqa ölkələrlə əvəz edilir.
Xarici keçidlər Eurovision.tv Həmçinin bax Avroviziya Mahnı Müsabiqəsi
1994-cü il Azərbaycanda hərbi çevrilişə cəhd – 1994-cü il oktyabrın 2-də Azərbaycanda Baş nazir Surət Hüseynovun rəhbərliyi ilə baş vermiş qiyam cəhdidir.
Bu, Surət Hüseynovun artıq ikinci qiyamı idi. Birinci dəfə 1993-cü il iyunun 4-də Gəncədə qiyama başlayan polkovnik, 709-cu hərbi hissənin komandiri, Prezidentin Qarabağ üzrə səlahiyyətli nümayəndəsi, "Yun" zavodunun direktoru və nəhayət, Milli Qəhrəman Surət Hüseynov Elçibəy hakimiyyətinin süqutuna səbəb olmuşdu.
Surət Hüseynov ilk dəfə 1993-cü ildə, Elçibəy komandasının neft müqavilələri bağlamaq üçün iyunun 30-da Böyük Britaniyaya səfəri ərəfəsində qiyam qaldırmışdı.
Bu dəfə də S.Hüseynov növbəti dəfə Heydər Əliyevin başçılığı ilə 20 sentyabr 1994-cü ildə imzalanan neft kontraktları – "Əsrin Müqaviləsi"ndən dərhal sonra qiyama başladı.
Heydər Əliyev də 1999-cu ildə Washington Post qəzetinə verdiyi müsahibədə bu qiyamın Azərbaycanın neft lahiyələrinə mane olmaq üçün Rusiya tərəfindən təşkil edildiyini deyib.
1994-cü ildə Qarabağ müharibəsinin dayandırılması üçün Bişkek protokolu imzalandıqdan sonra Heydər Əliyev ilə Surət Hüseynov, həmçinin Cavadov qardaşları arasında müharibənin dayandırılması, neft müqavilələri və iqtisadiyyatın idarəolunması barəsində ziddiyyətlər getdikcə dərinləşməyə başladı.
1994-cü ilin yayı H.Əliyev və S.Hüseynov arasında açıq qarşıdurmalarla keçir.
Surət Hüseynov Əliyevin getdikcə Qərbpərəst mövqeyindən, Qərb şirkətləri ilə neft müqavilələri imzalamasından və Əliyevin yaxınlarının və uzun müddətdir ortağı olan spiker Rəsul Quliyevin əsas rol oynadığı özəlləşdirmədən narazılığını gizlətmir.
Xarici neft şirkətləri, BVF və Dünya Bankı fəal hərbi əməliyyatlar gedən ölkələrə investisiya yatırmadıqları üçün onlar neft müqaviləsinin imzalanması üçün Qarabağda atəşkəs imzalanmasını istəyirdilər.
Atəşkəslə bağlı H. Əliyevə hakimiyyətdaxili müxalifət yarandı.
Bu müxalifətin aparıcı fiqurları Şəmsi Rəhimov və Afiyəddin Cəlilov idi. BVF-n investisiya şərtlərindən biri enerji daşıyıcılarına və əsas qida məhsullarına daxili bazarda qiymətlərin azad buraxılması (liberallaşdırılması) idi. 1994-cü ilin avqustunda S. Hüseynov Respublika qəzetində Nazirlər Kabinetinin alternativ iqt...
Buna etiraz edən H. Əliyev o zaman televiziya vasitəsilə çıxış edərək, "Baş nazirə Prezidentə müxalif olmaq yaramaz" dedi.
Bu zamandan etibarən Prezidentlə Baş nazir arasındakı gərginlik getdikcə artmağa başladı.1994-cü ildə bağlanan "Əsrin Müqaviləsi"nin danışıqları məxfilik şəraitində aparılmış və Rusiya KQB-si bundan vaxtında xəbər tuta bilməmişdi.
Sabiq dövlət müşaviri Vəfa Quluzadə qiyamın niyə neft kontraktlarından əvvəl deyil, sonraya təsadüf etməsini bununla əsaslandırırdı.
Həmin müqavilənin imzalanmasından sonra Azərbaycanda bir neçə fövqəladə hadisə baş verir.
Sentyabrın 21-dən 22-nə keçən gecə dövləti cinayətlərdə təqsirləndirilən 4 nəfər Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasından qaçırılır.
Bunlar 1993-cü ilin iyununda Azərbaycanda Talış-Muğan Muxtar Respublikasının yaradılmasına çağırış edən, əvvəllər müdafiə nazirinin müavini olmuş Əlikram Hümbətov, həmçinin keçmiş müdafiə naziri Rəhim Qazıyev, Baba Nəzərli və Arif Paşayev idi. H.Əliyev televiziyada çıxışında bu hadisəni bir gün əvvəl Qərb konsorsiumu i...
O vaxt Dövlət Təhlükəsizliyi Naziri olan Nəriman İmranov və bu nazirliyin bir neçə əməkdaşı bu qaçışa imkan yaratmaq ittihamı ilə həbs olundu.
Sentyabrın 29-da axşam vaxtı evinin astanasında Milli Məclisin sədr müavini Afiyəddin Cəlilov və Prezident yanında Xüsusi İdarənin rəisi Şəmsi Rəhimov qətlə yetirilir.
Onların öldürülməsinə görə məsuliyyət Mahir Cavadovun üzərinə qoyulur.
Sentyabrın 30-da baş prokurorun xidməti avtomobili partladılır.
Qiyamın başlanması və yatırılması Surət Hüseynovun qanunsuz yaratdığı Gəncədə yerləşən silahlı dəstələr, onun göstərişi əsasında oktyabrın 2-də silahlı basqın yolu ilə Gəncə şəhərində icra hakimiyyətini, hüquq mühafizə orqanlarını, dövlət əhəmiyyətli obyektləri ələ keçirdilər və bunu digər rayonlarda davam etdirməyə ça...
Həmin vaxt Amerikada səfərdə olan Heydər Əliyev səfərini yarımçıq qoyaraq dərhal Bakıya qayıtdı.
Rövşən Cavadovun qardaşı Mahir Cavadov və onun nəzarətində olan 8 nəfər silahlı şəxs isə Respublika Prokurorluğunun inzibati binasına basqın edir.
Burada OMON-un komandiri Elçin Əmiraslanov və onun 5 nəfərlik silahlı dəstəsi də ona qoşulur.
Baş Prokuror Əli Ömərov qiyamçılar tərəfindən əsir alınaraq döyülür, lakin Rövşən Cavadovun məsələyə qarışmasından sonra azad edilir.
M.Cavadovun əsas tələbi Afiyəddin Cəlilov və Şəmsi Rəhimovun ölümündə təqsirli bilinən şəxslərin azad edilməsi və ölkə rəhbərliyinin istefaya getməsi olur.
Bu zaman paytaxtda iki hərbi hissənin əsgərləri artilleriya qurğularını Prezident sarayı, Ali Sovet və Müdafiə Nazirliyi binalarına tuşlayıb əmrə müntəzir dayanmışdılar.Qiyam başladıqdan az sonra Azərbaycanın şimal sərhədlərində, Dağıstan ərazisində Rusiya qoşunlarının cəmləşməsi xəbərləri yayılmağa başlandı.
Heydər Əliyev qiyamla və Rusiya qoşunlarının Azərbaycana mümkün müdaxiləsi ilə bağlı xalqa müraciət etdi.
Oktyabrın 4-də Bakıda fövqəladə vəziyyət elan edildi.
Oktyabrın 4–5-də minlərlə insan Prezident Aparatının qarşısına toplandı və hakimiyyətə dəstək nümayiş etdirdi.
H. Əliyev Baş nazir Sürət Hüseynov və daxili işlər nazirinin müavini Rövşən Cavadovu çevrilişdə ittiham edir.
Lakin R.Cavadov Prezident Aparatına gəlir və onunla danışıqlardan sonra H.Əliyev tonunu dəyişir.
XTPD üzvləri səhv ediblər və indi günahlarını etiraf edərək tövbə edirlər" dedi.
R.Cavadovun vəzifədən kənarlaşdırılması ilə bağlı fərman, eləcə də prokurorla baş verən hadisə unudulur.
Döyüləndən sonra sağalan baş prokuror Əli Ömərov "sağlamlıq səbəblərinə görə" işdən çıxarılır.Polkovnik-leytenant Nazim Bayramov 2013-cü ildə verdiyi müsahibədə o vaxtkı hadisələrin gedişatını ətraflı şəkildə belə təsvir edir: Oktyabrın 2-si gecədən OMON 8 km bazasında cəmləşib həbs olunan yoldaşlarının azad olunmasını...
H.Əliyev ölkənin başqa iri şəhər və rayonlarında OMON bölmələrinin və Rövşən Cavadova dəstək ola biləcək qüvvələrin qiyam qaldırmasından ehtiyatlanaraq və sabitliyi qorumaq üçün 3 oktyabrda Sürət Hüseynovdan Gəncəyə bir-iki nüfuzlu şəxs göndərməsini xahiş etdi.
Sürət Hüseynov məsələ ilə bağlı keçirilən ilk dövlət müşavirəsində və sonrakı müzakirələrdə OMON-u və Rövşən Cavadovu Qarabağ döyüşçüləri kimi müdafiə edib, onlara qarşı silah işlətməyə imkan verməyəcəyini qəti bildirmişdi.
Sürət Hüseynov H.Əliyevdən OMON-a qarşı məsələni silah işlətmədən, dinc yolla həll olunacağına vəd alandan sonra Gəncəyə İnterpolun Azərbaycan şöbəsinin rəisi polkovnik İlqar Səfixanovu və hərbçi polkovnik Vahid Tacibovu göndərmək qərarına gəlir.
Bu haqda H.Əliyevi də məlumatlandırır.
İlqar Səfixanov Rövşən Cavadovla dost olduqlarından, Gəncəyə getməmiş, OMON-un bazasına gedib və Rövşəndən onun gedən proseslər haqqında fikirini öyrənib.
Rövşən İlqara deyib ki, Heydər Əliyevi hakimiyyətdən yıxana kimi gedəcək və bu yolda "öldü var döndü yoxdur".
İlqar Səfixanov Rövşənə bildirir ki, onu Sürət Hüseynov Gəncəyə sabitliyi qorumaq üçün göndərib, lakin əgər Rövşənin H.Əliyevə qarşı getmək fikri qətidirsə, o, öz Gəncədəki nüfuzundan istifadə edərək, şəhərdəki narazı qüvvələri OMON-a dəstək üçün qaldıra bilər.
Rövşən fikrində qəti olduğunu İlqar Səfixanovu inandırmaq üçün sona qədər gedəcəyinə Qurana əl basaraq and içir.
İlqar Səfixanov Rövşənin yanından Gəncəyə yola düşür, yolda Yevlaxı qaldırır, sonra Gəncəni qaldırır.
İlqar Səfixanovun rəhbərliyi ilə Gəncədəki OMON bölməsi və onlara dəstək verən Sürət Hüseynovun qohumu Kəramət Kərimovun başına yığışmış bir dəstə adam bir neçə dövlət binalarını zəbt edirlər, Gəncənin icra hakimiyyətinin başçısını tuturlar.
Bu zaman, yəni 4 oktyabr axşam saatlarında yaranmış vəziyətlə bağlı H.Əliyev Prezident Apparatının qarşısında mitinq çağırışı edir.
O, özünün və Rəsul Quliyevin mitinqə gedəcəyini bildirir, Sürət Hüseynova isə iş otağında qalıb bölgələrlə əlaqə saxlamağı tapşırır.
Eyni zamanda H.Əliyev Süleyman Dəmirəllə əlaqə saxlayaraq, Rövşənə bu yoldan qayıtmaq üçün təsir etməyi xahiş edir və Demirəlin qarantiyası ilə Rövşən Cavadova, OMON bazanı tərk etsə və onu dəstəkləsə Prokurorluğa basqına görə cinayət işinin xətm olunacağına söz verir.
4-dən 5-nə keçən gecə Rövşən Cavadov Prezident Aparatının qarşısına gəlir və H.Əliyevin yanında dayanaraq, mitinqdə çıxış edir, H.Əliyevi dəstəklədiyini bildirir.
Rövşən Cavadovun çıxışından dərhal sonra H.Əliyev çıxış edir və "Budur, Sürət Hüseynov dövlət çevrilişi edir.
Mən onu tapa bilmirəm.
Bilirsiniz ki, Gəncədə Sürət Hüseynova məxsus silahlı dəstələr var.
Bizdə olan məlumatlara görə o, Gəncədədir və Bakıya silahlı yürüşə başlayıb".
Sürət Hüseynov bu zaman özünün (Baş nazirin) iş otağından bu çıxışı televiziya ilə görür.
Rövşən Cavadovun da gəlib mitinqdə çıxış etməsi, H.Əliyevi dəstəkləməsi qiyamçıları ruhdan saldı və onlar geri çəkildilər.
Mahir Cavadovun dəstəsi, OMON-çuların Bakı şəhərinin 8 km qəsəbəsində yerləşən qərargahına (qardaşı Rövşən Cavadovun tabeliyində olan dəstələrin yerləşdiyi qərargah) gedir.
Ali Sovetin sədri Rəsul Quliyev qiyamın məğlubiyyətini həm də onunla əlaqələndirirdi ki, qiyamın başçıları Surət Hüseynov və Mahir Cavadov bir-birləri ilə lazımi səviyyədə dil tapa bilmirdilər.
Həmçinin Rəsul Quliyev Prezident Aparatının qarşısına yığışan və Heydər Əliyevi dəstəkləyən kütlənin bir neçə gün əvvəldən hazırlandığını iddia edib.
Qiyamla əlaqəli baş verən qarşıdurmalarda ümumilikdə 3 nəfər həyatını itirir, daha bir neçə nəfər isə yaralanır.