Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Eurovision Song Contest 1982; fr. |
Concours Eurovision de la chanson 1982) — sayca 27-ci Avroviziya Mahnı Müsabiqəsidir. |
Bucks Fizz qrupunun ifa etdiyi "Making Your Mind Up" mahnısı ilə 1981 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1982-ci ildə Böyük Britaniya müsabiqəyə yeddinci dəfə ev sahibliyi etmək hüququ qazanmışdı. |
Müsabiqə Böyük Britaniyada yerləşən Harroqeyt kurortunda Harroqeyt Beynəlxalq mərkəzində keçirilmişdir. |
Müsabiqə 1982-ci ilin 24 aprel tarixində baş tutmuşdur. |
Müsabiqənin açılışında əvvəlcə Avropanın xəritəsi, daha sonra isə zalda müsabiqədə iştirak edən ölkələrin dilində "Where is Harrogate? |
yazıları görünmüşdür. |
Fransa son illərdə ölkədə müsabiqənin reytinqinin aşağı düşməsi səbəbi ilə Avroviziya 1982-də iştirakdan imtina etmişdir. |
Yunanıstan da ilk öncə iştirak etməyi planlaşdırsa da, daha sonra maliyyə çətinliklərini səbəb göstərərək iştirakdan imtina etmişdir. |
Ümumilikdə 18 ölkənin iştirak etdiyi müsabiqədə Almaniya təmsilçisi Nikol ifa etdiyi "Ein Bißchen Frieden" adlı mahnı ilə qalib gəlmişdir. |
Bu Almaniyanın Avroviziyada ilk qalibiyyəti idi. Xarici keçidlər Eurovision.tv Həmçinin bax Avroviziya Mahnı Müsabiqəsi |
1982 FİFA Dünya Kuboku — iyunun 13-dən iyulun 11-nə gədər İspaniyada baş tutan sayca 12-ci futbol üzrə FİFA Dünya Çempionatı. |
11 iyul 1982-ci ildə Santyaqo Bernabeu stadionunda keçirilən final matçında Qərbi Almaniyanı 3-1 hesabı ilə məğlub edən İtaliya 3-cü dəfə çempion olub və bu qələbə ilə o vaxta qədər 3 dəfə ilə ən çox kuboku qazanan Braziliyaya çatmışdı. |
İlk dövrədə qrupdakı bütün görüşləri heç-heçə ilə başa vuran İtaliya 1 əlavə qolla növbəti mərhələyə adlaya bildi. |
Turnirin bombardiri Paolo Rossi ilk turda 3, ikinci turda isə ilk oyununda qol vura bilməyib. |
Turnirdə komandaların sayı 24-ə yüksəldiyi halda, 4 komanda 6 qrupda mübarizə aparıb. |
Qruplardan vəsiqə qazanan ilk iki komanda daha sonra üç komandadan ibarət dörd qrupda liqa üslubunda oynadı və liderlər yarımfinala yüksəldi. |
Birinci tur 1-ci qrupda Kamerun hər üç görüşü heç-heçə başa vurmasına baxmayaraq, İtaliyadan daha az qol vurduğu üçün kubokla vidalaşıb. |
Kamerun əvvəlcə Peru, sonra isə Polşa ilə qolsuz heç-heçə oynayıb. |
Qrupun son oyununda güclü İtaliya ilə 1–1 hesablı heç-heçə edən Kamerun 1 qol vura bilmədiyi üçün növbəti tura yüksələ bilməyib. |
Kubokun digər Afrika ölkəsi Əlcəzair 2-ci qrupdakı ilk oyununda Qərbi Almaniyanı 2:1 hesabı ilə məğlub edib. |
Çilini də məğlub edən Əlcəzair, danışılan oyunlarda Qərbi Almaniya Avstriyanı 1:0 hesabı ilə məğlub etdikdən sonra mübarizədən kənarda qaldı. |
Çünki Qərbi Almaniya və Avstriyanın birlikdə çıxa bilməsi üçün 1-0 hesablı qalibiyyət kifayət edirdi və həmçinin hər iki komanda matçda çox istəksiz oynamışdı. |
İki komanda ilə eyni xala sahib olan Əlcəzair top fərqi ilə kubokla vidalaşıb. |
Əlcəzair, Qərbi Almaniya–Avstriya matçında danışılmış oyunlarla bağlı etiraz etsə də, cəhdi uğursuz alınıb. |
3-cü Qrupda uzun müddətdən sonra ilk dəfə kuboka iddialı olan Macarıstan El Salvadoru 10-1 hesabı ilə məğlub edərək Dünya Kuboku rekordunu yeniləyib. |
Lakin Argentinaya uduzan və Belçika ilə heç-heçə edən macarlar 1 xal fərqlə qrup üçüncüsü olub və qrup matçlarında turnirlə vidalaşıb. |
4-cü qrupun ilk oyununda Çexoslovakiya ilə heç-heçə edən Küveyt sürpriz etsə də, qalan 2 görüşdə məğlub olaraq qrup matçlarında mübarizədən kənarlaşdırılıb. |
Fransa və İngiltərə bu qrupdan çıxarkən İngiltərə yaxşı start götürərək qrupdakı 3 oyunun hamısında qalib gəlmişdi. |
İyunun 21-də keçirilən Fransa–Küveyt matçında futbol tarixində bir ilk yaşanıb. |
Fransa 3–1 öndə olarkən küveytli futbolçular fit səsinə görə dayansalar da, fransız futbolçu Alen Giresse oyunu davam etdirərək hesabı 4–1 edib. |
Küveytli futbolçular bu fitin hakimdən gəlmədiyini anlayan kimi Küveyt Futbol Federasiyasının prezidenti Şeyx Fahid Əl Əhməd Əl Sabah verilən haqsız qol səbəbindən futbolçulara meydandan çəkilmələrini əmr edib. |
Şeyx də meydana enib, matçın sovet hakimi Miroslav Stuparla danışıb və qolu ləğv edib. |
Bununla belə, 89-cu dəqiqədə Maksim Bossisin qolu ilə matç yenə də 4–1 başa çatıb. |
5-ci qrupda Şimali İrlandiya Yuqoslaviya ilə ilk oyununda qolsuz heç-heçə edib. |
Şimali irlandiyalı Norman Vaytsayd bu matçda oynayanda cəmi 17 yaş 42 günlük idi və bu sahədə Pelenin rekordunu qıraraq Dünya Kuboku tarixinin ən gənc futbolçusu oldu. |
Hondurasla da heç-heçə edən Şimali İrlandiya qrupun son oyununda İspaniyaya qalib gələrək onunla birlikdə növbəti mərhələyə vəsiqə qazanıb. |
6-cı qrupda turnirə ilk dəfə qatılan Yeni Zelandiya 3 oyunda 2 qol vuraraq, öz qapısından 12 top keçirərək ölkəsinə xalsız qayıdıb. |
Qrupda keçirdiyi 3 görüşün hamısında qalib gələn və lider kimi çıxış edən Braziliya ilə eyni xala malik olan Sovet İttifaqı Şotlandiyadan 2 top fərq ilə adını növbəti tura yazdırdı. |
A qrupunda son kuboklarda uğurlu nəticələri ilə diqqət çəkən Polşa, Boniek, Kupcewicz, Smolarek və Lato kimi ulduzları ilə kuboka damğasını vurmaq istəyib və Belçikanı 3-0 məğlub edərək, Sovet İttifaqı ilə də heç-heçə olmasına baxmayaraq yarımfinala yüksəlib. |
3 matçdan 2-si qolsuz başa çatan B qrupunda Qərbi Almaniya İspaniyanı 2:1 hesabı ilə məğlub edərək, yarımfinala yüksəlib. |
İngiltərə isə bu ikinci turda qrupunda hər iki matçda nə qol vura, nə də buraxa bildi. |
C qrupunda yer alan İtaliya əvvəlcə Argentinanı, sonra isə Braziliyanı məğlub edərək yarımfinalda Polşanın rəqibi olub. |
Danışıqlara görə cəzalandırılan Paolo Rossi Braziliya ilə oyunda het-trik edib. |
D qrupunda Fransa hər iki görüşdə qalib gələrək yarımfinalda Qərbi Almaniyanın rəqibi olub. |
Yarımfinal, üçüncü yer matçı və final Yarımfinalın ilk oyununda İtaliya Polşanı mübarizədən kənarlaşdıraraq, Paolo Rossinin 22 və 73-cü dəqiqələrdə vurduğu 2 qolla finala yüksəlib. |
Belə ki, ilk 4 qarşılaşmada səssiz qalan Rossi 2 matçda 5 qol vurmaqla diqqət çəkib. |
Digər, daha çətin keçən yarımfinalda Qərbi Almaniya ilk hissədə önə keçsə də, Fransa penalti qolu ilə ilk yarını 1-1 hesabı ilə başa vurdu. |
Matçın 60-cı dəqiqəsində almaniyalı qapıçı Şumaxer cəmi 10 dəqiqə əvvəl oyuna daxil olan Batistona çox sərt müdaxilə edərək onu oyundan kənarlaşdırıb. |
Şumaxerin bu hərəkəti hakim tərəfindən heç bir şəkildə cəzalandırılmadıqda bu, futbol tarixinin ən şokedici faullarından biri kimi yadda qaldı. |
Əlavə vaxta gedən matçda Fransa Tresor və Giressenin vurduğu 2 qol ilə hesabı 3-1 etdi və ilk dəfə finala çıxmağa hazırlaşarkən Qərbi Almaniya təslim olmadıqlarını nümayiş etdirdi. |
102-ci dəqiqədə əks-hücumdan fərqlənən Rummenigge, 108-ci dəqiqədə Fişer izlədi və ümumilikdə 2 qolla cavab verən Qərbi Almaniya, 3-3 bitən matçı penaltilərə çıxararaq finala yüksəlib. |
1-ci qrup mərhələsi Turnir cədvəli |

Voleybol üzrə qadınlararası dünya çempionatı 1982 — 1982-ci ilin sentyabrında Peruda təşkil olunan turnir. |
Turnir adı çəkilən ayın 13-ü başlamış, 25-i başa çatmışdır. |
Bu Voleybol üzrə qadınlararası dünya çempionatı əvvəlkilərdən fərqli olaraq Avstraliya və Okeaniyadan da komanda qatılmışdır. |
Belə ki, bu regiondan olan Avstraliya millisi tarixində ilk dəfə olaraq mundialda iştirak etmişdi. |
Turnirdə nə az, nə çox düz 24 komandanın qatılacağı gözlənilirdi. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.