Search is not available for this dataset
text
stringlengths
10
518k
Yəlkən idmanı yarışları — Tallin, futbol yarışları — Kiyev, Leninqrad və Minsk, Atıcılq yarışları — Mıtişi şəhərində keçirildi.
Bu Olimpiya Oyunlarını 50-dən çox ölkə boykot elədi.
Buna səbəb 1979-cu ildə SSRİ qoşunlarının Əfqanıstanda hərbi əməliyyatlara başlaması idi.
Buna baxmayaraq bir sıra idmançılar SSRİ paytaxtına Olimpiya Bayrağı altında gəlmişdilər.
BMT tərəfindən 1981-ci ilin Beynəlxalq Əlillər İli elan edilməsi.
Yunanıstanın Avropa İqtisadi Birliyinə üzv olması.
İsmayıllı rayonu ərazisində İsmayıllı Dövlət Təbiət Qoruğunun yaradılması.
Şuşa rayonu ərazisində Daşaltı Dövlət Təbiət Yasaqlığının yaradılması.
24 yanvar — Samir Piriyev, Azərbaycan müğənnisi 27 may — Özgür Çevik, türk aktyoru 29 may — Andrey Arşavin, rus futbolçusu 7 iyun — Anna Kurnikova, rus tennisçisi 12 iyun — Adriana Lima, Braziliya supermodeli 25 avqust — Ayxan Abbasov 3 oktyabr — Zlatan İbrahimoviç, İsveç futbolçusu 12 oktyabr — Engin Akyürek, Türkiyə ...
BMT tərəfindən 1981-ci ilin Beynəlxalq Əlillər İli elan edilməsi.
Yunanıstanın Avropa İqtisadi Birliyinə üzv olması.
İsmayıllı rayonu ərazisində İsmayıllı Dövlət Təbiət Qoruğunun yaradılması.
Şuşa rayonu ərazisində Daşaltı Dövlət Təbiət Yasaqlığının yaradılması.
24 yanvar — Samir Piriyev, Azərbaycan müğənnisi 27 may — Özgür Çevik, türk aktyoru 29 may — Andrey Arşavin, rus futbolçusu 7 iyun — Anna Kurnikova, rus tennisçisi 12 iyun — Adriana Lima, Braziliya supermodeli 25 avqust — Ayxan Abbasov 3 oktyabr — Zlatan İbrahimoviç, İsveç futbolçusu 12 oktyabr — Engin Akyürek, Türkiyə ...
1981-ci il irland aclıq aksiyası (ing.
1981 Irish hunger strike) — Şimali İrlandiyadakı konflikt zamanı irland respublikaçılar tərəfindən həyata keçirilən 5 illik etirazların kulminasiya nöqtəsidir.
Etirazlar 1976-cı ildə "adyal etirazları" ilə başladı.
Bu zaman Britaniya hakimiyyəti Şimali İrlandiya münaqişəsi zamanı həbs olunmuş şəxslərə əvvəllər tətbiq etdiyi Xüsusi Kateqoriya Statusu (ing.
Special Category Status) anlayışını ləğv etmişdi.
Bu nəzərdə tutulmuş məhbuslara yarıhərbi, siyasi status təmin edirdi.
Bu statusun məhbusların əlindən alınması 1978-ci ildə "təmizlənməmə etirazları"na səbəb oldu.
Etirazçılar yuyunmağa getməyi və öz hücrələrini tərk etməyi rədd edir, öz nəcislərini divarlara sürtürdülər.
1980-ci ildə 7 məhbus ilk aclıq aksiyasına başladı.
Bu aksiya 53 gün davam etmişdir.İkinci aclıq aksiyası 1981-ci ildə başladı.
Bu aksiya Böyük Britaniyanın baş naziri Marqaret Tetçer ilə məhbuslar arasında güc nümayişinə çevrilmişdi.
Aksiyanın iştirakçılarından biri olan Bobbi Sends aksiyanı davam etdirdiyi müddətdə parlamentin üzvlüyünə seçildi və bu hadisə dünyanın dörd bir tərəfindən mətbuatın diqqətini onun üzərinə çəkdi.
Aksiya cənazəsinə 100.000 nəfərin qatıldığı Sendsin də daxil olduğu 10 məhbusun özlərinin ölüm aclığı aksiyasına başlamasını elan etmələrinə qədər davam etdi.
Aclıq aksiyası irland millətçilərinin siyasətinin radikallaşmasına və Şinn Feyn partiyasının əsas partiyaya çevrilməsinə səbəb oldu.
1917-ci ildən irland respublikaçısı olan məhuslar aclıq aksiyası təşkil edirdilər.
Bu aksiyalarda Tomas Aşi, Terens MakSviney, Sean MakKaughi, Maykl Qauqan və Frenk Staqq kimi şəxslər vəfat etmişdi.
1971-ci ildə Böyük Britaniya qüvvələri tərəfindən həyata keçirilən Dimitrius əməliyyatı zamanı heç bir istintaq olmadan, 342 nəfərin həbs edilib Loq Keş və ya sonradan HM Meyz adlandırılan həbsxanaya salındı.
Tədricən bu həbsxana "müharibə əsirləri"nin düşərgəsinə çevrildi.
Ümumi yataqxanalarda saxlanılan məhbuslar daxildə intizam və hərbi tabelik sistemi formalaşdırmışdılar.
Onlar taxtadan düzəldilmiş silahlarla hərbi təlimlər keçir, gerilla savaşı və siyasəti barədə mühazirələr oxuyurdular.Təqsiri sübut olunmuş məhbuslara 1972-ci ilin iyul ayına qədər bu haqlar verilməmişdi.
Buna etiraz olaraq, veteran respublikaçı Billi MakKinin başçılığı ilə 40 nəfər Müvəqqəti İrland Respublikaçı Ordusu üzvü tərəfindən aclıq aksiyasi başladılmış və uğurla sonlandırılmışdı.
Xüsusi kateqoriya və ya siyasi status məhbuslarla müharibə əsirləri kimi davranmağı nəzərdə tuturdu.
Yəni, onlara məhbus formaları geyindirilmir və həbsxana işlərinə cəlb edilmirdilər.Növbəti aclıq aksiyasi zamanı İRO üzvü Frenk Staqq 1976-cı ilin 12 fevral tarixində vəfat etdi.
İrlandiya hakimiyyətinin onun sonuncu arzusu olan Dublindən Ballinaya hərbi mərasimlə gətirilməsi istəyini yerinə yetirməyərək, onun polis tərəfindən gizli formada dəfn edilməsinə dair əmr verməsi bütün dünya mətbuatının diqqətini bu məsələyə çəkdi.
1 mart 1976-cı ildə Vilson hökumətində Şimali İrlandiya üzrə katib olan Merlin Riis artıq terror fəaliyyəti sübut olunmuş şəxslərə Xüsusi Kateqoriya Statusunun verilməyəcəyini bildirdi.
Bu qanun 1976-cı ilin 1 mart tarixindən etibarən qüvəyə minirdi və hal-hazırda həbsxanada olanlara aid edilmirdi.
Belə bir qərarın qəbul edilməsi hökumətin özü üçün də təhlükəli idi. Çünki həbsxanalardakı liderlər öz yanlarındakı şəxslər üçün bundan propaqanda vasitəsi kimi istifadə edə bilərdilər.
Adyal və təmizlənməmə etirazları 1976-cı ilin 14 sentyabrında yeni həbs edilmiş Kieran Nugent "adyal etirazı"na başladı.
Ona qoşulan İRO və İMAO-a mənsub məhbuslar həbsxana formalarını getməyi rədd etdilər.
Onlar lüt formada və ya adyallara bürünərək gəzirdilər.
Bu etirazlar 1978-ci ildə təmizlənməmə etirazlarına səbəb oldu.
Beləki, məhbuslar çimməyi, təbii ehtiyyacı qarşılamaq üçün lazım olan qabların boşaldılmasını və həbsxana otaqlarının təmizlənilməsini rədd edir və otaqlarını tərk etmirdilər.
Otaqda yığılıb qalan nəcislərin ağcaqanadların yaranmasına səbəb olmaması üçün onu həbsxana otaqlarının divarlarına sürtürdülər.
Bu etirazların məqsədi siyasi statu bərpa edərək, "5 tələb" adlandırılan istəklərin yerinə yetirilməsinə nail olmaq idi. 5 tələb bunlar idi: həbsxana geyimini geyinməmək hüququ; həbxsanada iş görməmək hüququ; digər məhbuslarla əlaqə azadlığı, həmçinin də təhsil və əyləncə tədbirlərinin təşkili imkanı; hər həftə bir ziy...
İRO belə bu etirazlara öz hərbi əməliyyatları ilə müqayisədə önəmsiz yanaşdı.
Lakin etirazlar Armağın roman katolik arxiyepiskopu Tomas O Fiaixin həbsxananı ziyarət etməsindən və buradakı şəraiti qınamasından sonra diqqətləri özünə cəlb etməyə başladı.. 1979-cu ildə keçmiş baş nazir Bernadette MakAliskey Avropa parlamentinə olan seçkilərdə etirazçı məhbusları dəstələyən platforma ilə qatıldı.
O, Şinn Feynin seçkiləri baykot etməsinə baxmayaraq, 5.9 faiz səs toplaya bilmişdi.Bundan qısa müddət sonra geniş əsaslı Milli H-Blok/Armağ Komitəsi yaradıldı.
Bu platforma "5 tələbi" dəstəkləyirdi.
Platfomanın əsas sözçüsü isə MakAliskey oldu.
Vəziyyətin bu cür inkişafı aclıq aksiyasının hər iki tərəfi hədəfləyən sui-qəsdlərlə müşayiət olunmasına səbəb oldu.
İRO bəzi həbsxana işçilərini öldürdü.
Buna cavab olaraq, loyalist yaraqlıları Milli H-Blok/Armağ Komitəsinin bir neçə aktivistini öldürdü və MakAliskeylə həyat yoldaşının ağır yaralanması ilə nəticələnnə sui-qəsd hücumu təşkil etdilər.
1980-ci il aclıq aksiyası 1980-ci ilin 27 oktyabrında HM Meyz həbsxanasında respublikaçı məhbuslar aclıq aksiyasına başladılar.
Xeyli sayda məhbusun bu aksiyaya qoşulmaq istəmələrinə baxmayaraq, Pasxa üsyanı zamanı Respublikanı elan edən şəxslərin sayı ilə uyğun gəlsin deyə aksiyaya yalnız 7 nəfər qoşuldu.
Bu 7 nəfər İRO üzvü Brendan Haghs, Tommi MakKirniy, Raymond MakKartniy, Tom MakFiliy, Siin MakKenna, Leo Qrin və İMAO üzvü Con Niksondan ibarət idi.1 dekabrda Armağdakı qadın həbsxanasında Mayrid Farrel də daxil olmaqla, 3 məhbus da aclıq aksiyasına qoşuldu.
HM Meyz həbsxanasında xeyli sayda insan qısa müddətli aclıq aksiyasına başladı.
Britaniya hökuməti ilə İRO rəhbərliyi arasında gedən bu əsəb müharibəsində MakKennanın ölümün bir addımlığına gəlməsi dönüş nöqtəsi oldu.
Britaniya hökuməti "5 tələb"i 30 səhifəlik sənəddə şərh edərək, tələblərin əksəriyyətini qəbul etdi.
Sənəd Belfasta göndərildikdən sonra Haghs MaKennanın həyatını xilas etmək qərarına gəldi və aclıq aksiyası 53 gündən sonra 18 dekabrda sonlandırıldı.
1981-ci il aclıq aksiyası 1981-ci ildə aydın oldu ki, hökumət məhbusların tələblərini yerinə yetimək istəmir.
Həbsxana rəhbərləri məhbuslara mülki geyimlər verməyə başlamışdı, halbuki tələblərə görə məhbuslar öz paltarlarını geyinməli idilər.
4 fevralda məhbusların liderləri elan etdilər ki, Britaniya hakimiyyəti problemləri həll etmədə uğursuzluqla üzləşmişdir və məhbuslar yenidən aclıq aksiyası başladırlar.
İkinci aclıq aksiyası 1 mart tarixində başladı.
İRO-nun keçmiş zabiti Bobbi Sends aksiyasını başladan ilk insan oldu.
İlk aksiyadan fərqli olaraq, etirazçılar aksiyaya müəyyən intervalla bir-bir qatıldılar.
Belə etməklə maksimum ictimai dəstəyi təmin etmək və Marqaret Tetçer üzərində maksimum təzyiq formalaşdırmaq istəyirdilər.
Çünki şəxslər müəyyən intervalla aksiyaya qoşulduğuna görə, ölümlər də sıra ilə olacaqdı və hakimiyyət üzərində böyük təzyiq formalaşdıracaqdı.
Başlanğıcda respublikaçı hərəkat aksiyaya ictimai dəstəyi təmin etməklə məşğul oldu.
Sendsin aksiyaya başlamasından əvvəl Belfastda 3.500 nəfər aksiyaya həsr edilmiş yürüş keçirdi.
4 ay əvvəl, birinci aclıq aksiyası zamanı yürüş edənlərin sayı 10.000 nəfər idi. 1981-ci ilin aprelində ürək tutmasından Friman və Cənubi Tiron rayonundan İrlandiya respublikaçılar partiyasından seçilmiş parlament üzvü Frenk Maquayer vəfat edir.
Millətçilərlə respublikaçılar arasında namizədin müəyyən olunması ilə bağlı mübahisələr yaşanırdı.
Sosial Demokrat və Leyborist Partiyasından Austin Kurrienin, Bernadette MakAliskeyin və Maquayerin qardaşı Noelin namizədlikləri təklif edildi.Keçirilən danışıqlardan və edilən təhdidlərdən sonra Noel Maquayer millətçilərin səsini bölməmək üçün namizədliyini geri götürdü.
Beləliklə, Sends Anti H-Blokunun Olster Unionist Partiyasının namizədi Harri Vestə qarşı namizəd oldu.
Yüksək səviyyədə keçirilən seçki kompaniyasından sonra 9 apreldə seçkilər baş tutdu.
Nəticədə, Bobbi Sends 30.492 səsə toplayaraq Böyük Britaniya İcmalar Palatasına seçilən ən gənc deputat oldu.
Onun rəqibi 29.046 səslə məğlub oldu.
Bu uğurdan sonra Britaniya hökuməti bir ildən çox azadlıqdan məhrum edilmə cəzası çəkənlərə namizədliyini irəli sürməyi qadağan etdi.
Sendsin seçkilərdə qələbə qazanması yeni bir razılaşmanın əldə edilməsinə olan ümidlərin artmasına səbəb oldu.
Lakin Marqaret Tetçer öz əvvəlki barışmaz mövqeyində qalaraq, heç bir güzəştin olmayacağını bildirdi.
O, bildirmişdi: Dünya mətbuatının bir çox nümayəndəsi bu bəyanatdan sonra Belfasta axışdı və bəzi vasitəçilər Sendsi ziyarət etdi və onu aksiyanı sonlandırmağa məcbur etməyə çalışdı.
Onu ziyarət edənlər arasında vaxtilə İrlandiya azadlıq hərəkatının rəhbərlərindən olan Eamon de Valeranın nəvəsi Sile de Valera, Papa II İohann Pavelin xüsuusi nümayəndəsi Con Maqi, Avropa İnsan Haqları Komissiyasının nümayəndələri var idi. Lakin bütün cəhdlər uğursuz oldu.
Sendsin ölümünə yaxın hökumətin mövqeyi dəyişməz olaraq qalırdı.
Bu ərəfədə hökumətin Şimali İrlandiya işləri üzrə məsul naziri olan Hamfrey Atkins bildirmişdi: Ölümlər və aksiyanın sonu 5 may tarixində, aksiyasının 66-cı günündə Sends vəfat etdi.
Onun ölümü Şimali İrlandiyanın millətçi bölgələrində üsyanlara səbəb oldu.
Hamfrey Atkins Sendsin ölümü barədə "onun ölümünün gərəkli olmasını ona təlqin edənlərin təşkilatçılığı ilə intihar etdi" sözlərini işlətmişdir.
Snedsin dəfn mərasiminə 100.000 insan qatılmışdı.
Mərasim İRO-nun hərbi qaydaları əsasında təşkil edilmişdi.
Marqaret Tetçer Sendsin ölümünə heç bir müsbət reaksiya göstərmədi.
O, İcmalar Palatasındakı çıxışında bu sözləri işlətdi: Sendsin ölümündən sonrakı 2 həftə ərzində daha 3 aksiyaçı da vəfat etdi.
Frankis Haghsın 12 may tarixində vəfat etməsi, xüsusilə Derri və Belfastda olmaqla, Şimali İrlandiyanın millətçi bölgələrində üsyanlara səbəb oldu.
Raymond MakKreş və Patsi O'Haranın da 21 mayda vəfat etməsindən sonra, bütün irlandların yepiskopu olan Tomas Fiaix Britaniya hakimiyyətini aclıq aksiyasına görə tənqid etdi.
Bütün bunlara baxmayaraq, Marqaret Tetçer danışıqları rədd edirdi.
O, may ayının sonlarında Belfasta etdiyi səfəri zamanı "etibarsız səbəblərinin uğursuzluqları ilə qarşılanan şiddət adamları son aylarda əllərində olan son kartlarını oynamağı seçdilər" sözlərini işlətmişdi.
İyun ayında 9 etirazçı İrlandiya Respublikasındakı ümumi seçkilərdə iştirak etdi.
Aclıq aksiyasında iştirak etməyən Kieran Doherti və Paddi Aqnyu Kavan-Monaqan və Lout bölgəsindən seçildilər, Coe MakDonel isə Sliqo-Letrim bölgəsindəki seçkilərdə kiçik fərqlə məğlub oldu.
Həmin ərəfədə Şimali İrlandiyada məhəlli seçkilər var idi. Şinn Feynin seçkilərdə iştirak etməməsinə baxmayaraq, aclıq aksiyasını dəstəkləyən bəzi kiçik qruplar və müstəqil namizədlər qələbə qazandılar.