Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Detallar və materiallar əsasən üç şəhərdə istehsal olunmuşdu bu Xarkov, İrəvan və Rostov-na-Donu şəhərləri idi. Terror aktlarının erməni millətçiləri tərəfindən təşkil oluna biləcəyinin versiyası yarandı. |
1977-ci ilin Oktyabr ayının sonunda terrorçular daha bir terror aktının keçirilməsini qərara alırlar və bu məqsədlə Moskva şəhərinə Kursk dəmir yolu vağzalına gəlirlər. |
Geri qayıtmaq üçün Moskva – İrəvan qatarına bilet alaraq onlar partlayıcı qurğu olan çantanı vağzalın gözləmə zalında qoyaraq zaldan çıxırlar. |
Bir neçə dəqiqə sonra yiyəsiz çanta sərnişinlərdən birinin diqqətini cəlb edir, sərnişin çantaya baxır və buradakı qəribə qurğunu və naqilləri görərək milisə xəbər verir. |
İstintaq baxışı zamanı dəyərli maddi sübutlar əldə olunur: İrəvanda istehsal olunmuş göy idman kurtkası və papaq. |
Papağın içərisində əməliyyatçılar bir neçə qara rənqli insan saçı aşkar edirlər. |
Dərhal əməliyyat-axtarış tədbirləri başlanır və bir müddətdən sonra Gürcüstanla Ermənistanın sərhəddində Moskva – İrəvan qatarının üçüncü vaqonunda qara saçlı, əynində kurtkası olmayan goy idman şalvarı olan bir nəfər saxlanılır. |
Saxlanılan şəxsin üzərinə baxış keçirilərkən onun sənədlərinin və baqajının olmaması aşkar olunmuşdur. |
Saxlanılan şəxs İrəvanda fəhlə işləyən Akop Stepanyan idi (1949-cu il təvəllüdlü). |
Onunla birgə dostu – rəssam Zaven Baqdasaryan (1954-cü il təvəllüdlü) saxlanılır. |
Stepanyan və Baqdasaran Moskva şəhərinə səyahətlərinin məqsədini və səbəbini tam aydın izah edə bilmirlər. |
Saxlanıldıqdan sonra onları İrəvana göndərirlər. |
Daha sonra Stepanyanın anası bombanın olduğu çantanı tanıyır və o çantanın oğluna məxsus olduğunu təsdiq edir, saxlanılan şəxslərin evində aparılan axtarışlar zamanı digər maddi sübutlar da aşkar olunaraq götürülür. |
İstintaqın verdiyi məlumata görə terror aktlarının əsas təşkilatçısı və rəhpəri Stepan Zatikyan olmuşdur, Baqdasaryan və Stepanyan isə bu terror aktlarının birbaşa icraçıları idilər. |
Dindirilmələri zamanı Baqdasaryan və Stepanyan demişdilər ki, onlar Zatikyan tərəfdən hədə-qorxu yolu ilə onun təsiri altına düşüb bu cinayəti törədiblər, onu da vurğulayıblar ki, Zatikyan həbsdə olarkən (antisovet fəaliyyətinə görə) millətçilik ideyalarının əsirinə çevrilmiş və "ermənləri əzdikləri üçün" ruslardan int... |
Stepan Zatikyan və "Ermənistan birləşmiş milli partiyası" Stepan Seqobovic Zatikyan məktəbi qızıl medalla bitirmiş, 1966-cı ildə İrəvan Politexnik İnstitutunun tələbəsi olarkən rəssam Aykanuz Xaçatran və tələbə Şaqen Arutunyan ilə birgə qeyri leqal "Ermənistan birləşmiş milli partiyası"nı təsis edir. |
Partiya millətçi bir qüvvə olaraq öz məqsədi kimi Türkiyənin şərq vilayətləri və Ermənistan SSR-in ərazisində müstəqil Ermənistan dövlətinin qurulmasını və plebistit yolu ilə Ermənistanın Sovet İttifaqının tərkibindən çıxmasını öz qarşısına məqsəd kimi qoyur. |
Qrup aktiv gizli fəaliyyətə başlayır və onlara məxsus gizli tipoqrafiyada "Paros" qazetini dərc edir. |
1968-ci ildə "partiya" üzvlərini həbs edirlər, antisovet fəaliyyətinə və təbliğatına görə həbsxana cəzasına layiq görürlər. |
1972-ci ildə həbsdən azad olunduqdan sonra Zatikyan İrəvan elektromexanika zavodunda transformator sexində işləməyə başlayır. |
1975-ci o, sovet vətəndaşlığından imtina və SSRİ-nı tərk etmək istəyi barədə rəsmi orqanlara müracət edir lakin, onun müraciətinə rədd cavabı verilir. |
Moskvada terror aktının keçirildiyi zaman, Zatikyan evli və iki uşaq atası idi. Məhkəmə prosesi Məhkəmə prosesi SSRİ Ali Məhkəməsində 16–20 yanvar 1979-cu il tarixlərində keçmişdir. |
Məhkəmədə Zatikyan öz günahını boynuna almaqdan imtina edirdi, Stepanyan özünü qismən günahkar bilərək Zatikyanın iştrakını təkzib edirdi, Baqdasaryan isə istintaqın bütün ittihamlarını qəbul etmişdi. |
İttiham olunanların məhkəmədəki çıxışlarının video yazısı mövcuddur, çıxışlardan birində Zatikyan bu sözləri demişdi: "Mən dəfələrlə demişəm ki, mən sizin qurduğunuz məhkəmədən imtina edirəm və heç bir müdafiəçiyə də ehtiyacım yoxdur. |
Mən özüm müttəhim yox, ittihamçıyam. |
Sizin məni mühakimə etmək səlahiyyətiniz yoxdur çünki, rus-yəhudi imperiyası özü hüquqi dövlət deyil. |
Bunu qəti olaraq bilmək lazımdır" Zatikyan öz son sözünü erməni dilində çağırış ilə tamamlamışdır: "Başqalarına deyin ki, bizə qalan yalnız intiqamdır! |
İntiqam və bir daha intiqam!". |
Yanvarın 24-də məhkəmənin qərarı ilə hər üç müttəhim güllələnmə cəzasına layiq görülür. |
Yanvarın 30-da SSRİ Ali Sovetinin rəyasət heyəti terrorçuların əfv olunma haqda verdiyi xahişi rədd edir və həmin gün məhkəmənin hökmü yerinə yetirilir. |
Ermənistan rəhbərliyi hər imkandan istifadə edərək bu faktı ictimaiyyətdən gizlətməyə çalışır. |
DTK-nın 5-ci idarəsinin keçmiş rəisi Filip Bobkovun dediyinə görə "Ermənistam K. P. birinci katibi Dəmirçyanın göstərişi əsasında erməni dilində çıxan qazetlərdən heç biri bu terror aktı barədə məlumat vermədilər. |
K. Dəmirçyan istintaqa hər cür maneçilik törədirdi lakin istitaqın təqdim etdiyi təkzibolunmaz sübutlardan sonra istintaq qrupunun qəldiyi qənaətlə razılaşmalı oldu". |
Bobkovun fikrinə görə terror aktlarının təşkilində "ASALA" təşkilatı da iştrak etmişdir. |
Bobkov bu barədə deyir: "Bu mənə Ermənistan DTK-nın sədri Yuzbaşyanın şübhəli hərəkətlərindən məlum oldu. |
O, hər vəchlə SSRİ DTK-dan Ermənistan SSR-da Asalanın nümayəndələrinin fəaliyyətləri barədə məlumatı gizlətməyə çalışırdı, partlayışların müəllifi məhz bu erməni terror təşkilatıdır". |
Rusiyanın NTV telekanalında qöstərilmiş verliş (rus dilində) Həmçinin bax Erməni terrorizmi Xarici keçidlər foto Arxivləşdirilib 2010-05-15 at the Wayback Machine |
1977 Avroviziya Mahnı Müsabiqəsi (ing. |
Eurovision Song Contest 1977; fr. |
Concours Eurovision de la chanson 1977) — sayca 22-ci Avroviziya Mahnı Müsabiqəsidir. |
Brotherhood of Man qrupunun ifa etdiyi "Save Your Kisses for Me" mahnısı ilə 1976 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1977-ci ildə Böyük Britaniya müsabiqəyə altıncı dəfə ev sahibliyi etmək hüququ qazanmışdı. |
Müsabiqə ölkənin paytaxtı London şəhərində Wembley Conference Center arenasında keçirilmişdir. |
Müsabiqə 1977-ci ilin 7 may tarixində baş tutmuşdur. |
1977-ci ildə bir illik fasilədən sonra İsveç müsabiqəyə geri dönmüşdür. |
Yuqoslaviya isə maliyyə problemlərini səbəb göstərərək, müsabiqədən iştirakdan imtina etmişdir. |
Ümumilikdə 18 ölkənin iştirak etdiyi müsabiqədə Fransa təmsilçisi Mari Miriam ifa etdiyi "L'oiseau et l'enfant" adlı mahnı qalib gəlmişdir. |
Bu Fransanın Avroviziyada 22 ildə beşinci qalibiyyəti idi. Xarici keçidlər Eurovision.tv Həmçinin bax Avroviziya Mahnı Müsabiqəsi |
yanvar - İranın Qum şəhərində nümayişçilərə qarşı silah işlədilməsinin İran inqilabının başlanması üçün siqnala çevrilməsi. |
20 fevral — Leonid Brejnev özünün SSRİ-nin ən yüksək hərbi təltifi, "Qələbə" ordeninə layiq görülməsi barədə fərman imzalayıb. |
Fərman müvafiq qanunvericilik pozulmaqla imzalanmışdı. |
Çünki "Qələbə" ordeni yalnız ali hərbi rütbəsi (general, marşal) olan şəxslərə verilirdi. |
1989-cu ildə M. Qorbaçov Brejnevin (ölümündən sonra) bu təltifini ləğv etdi. |
sentyabr - ABŞ-nin vasitəçiliyi ilə Kemp-Deviddə Misir-İsrail sazişinin imzalanması. |
Sakit okeanda yerləşən Solomon adalarının öz müstəqilliyini elan etməsi. |
21 aprel - Azərbaycan SSR Ali Sovetinin sessiyasında Azərbaycanın yeni Konstitusiyasın qəbul edilməsi. |
18 may — Azərbaycan müəllimlərinin IX qurultayının keçirilməsi. |
Ağgöl qoruğunun yaradılması. |
Lənkəran və Masallı rayonları ərazisində Kişik Qızılağac Dövlət Təbiət Qoruğunun yaradılması. |
Ağdam-Xankəndi dəmiryol xəttinin istifadəyə verilməsi. |
23 fevral – Lalə Məmmədova — Azərbaycan müğənnisi 23 avqust – Vüsal Məmmədov — əməkdar jurnalist 8 noyabr - Namiq Qaraçuxurlu — Azərbaycanlı meyxanaçı, müğənni 18 dekabr - Nigar İbrahimova (stilist) 21 dekabr - Murad Dadaşov — Azərbaycan aktyoru, şoumen 18 sentyabr — Adil İsgəndərov – Azərbaycanın teatr və kino rejisso... |
Huari Bumedyen — Əlcəzair siyasi, dövlət və hərbi xadimi, polkovnik (1957). |
2 avqust – Karlos Çaves, Meksika bəstəkarı, dirijor, pianoçu, pedaqoq və ictimai xadim. |
yanvar - İranın Qum şəhərində nümayişçilərə qarşı silah işlədilməsinin İran inqilabının başlanması üçün siqnala çevrilməsi. |
20 fevral — Leonid Brejnev özünün SSRİ-nin ən yüksək hərbi təltifi, "Qələbə" ordeninə layiq görülməsi barədə fərman imzalayıb. |
Fərman müvafiq qanunvericilik pozulmaqla imzalanmışdı. |
Çünki "Qələbə" ordeni yalnız ali hərbi rütbəsi (general, marşal) olan şəxslərə verilirdi. |
1989-cu ildə M. Qorbaçov Brejnevin (ölümündən sonra) bu təltifini ləğv etdi. |
sentyabr - ABŞ-nin vasitəçiliyi ilə Kemp-Deviddə Misir-İsrail sazişinin imzalanması. |
Sakit okeanda yerləşən Solomon adalarının öz müstəqilliyini elan etməsi. |
21 aprel - Azərbaycan SSR Ali Sovetinin sessiyasında Azərbaycanın yeni Konstitusiyasın qəbul edilməsi. |
18 may — Azərbaycan müəllimlərinin IX qurultayının keçirilməsi. |
Ağgöl qoruğunun yaradılması. |
Lənkəran və Masallı rayonları ərazisində Kişik Qızılağac Dövlət Təbiət Qoruğunun yaradılması. |
Ağdam-Xankəndi dəmiryol xəttinin istifadəyə verilməsi. |
23 fevral – Lalə Məmmədova — Azərbaycan müğənnisi 23 avqust – Vüsal Məmmədov — əməkdar jurnalist 8 noyabr - Namiq Qaraçuxurlu — Azərbaycanlı meyxanaçı, müğənni 18 dekabr - Nigar İbrahimova (stilist) 21 dekabr - Murad Dadaşov — Azərbaycan aktyoru, şoumen 18 sentyabr — Adil İsgəndərov – Azərbaycanın teatr və kino rejisso... |
Huari Bumedyen — Əlcəzair siyasi, dövlət və hərbi xadimi, polkovnik (1957). |
2 avqust – Karlos Çaves, Meksika bəstəkarı, dirijor, pianoçu, pedaqoq və ictimai xadim. |
1978 Avroviziya Mahnı Müsabiqəsi (ing. |
Eurovision Song Contest 1978; fr. |
Concours Eurovision de la chanson 1978) — sayca 23-cü Avroviziya Mahnı Müsabiqəsidir. |
Mari Miriamın ifa etdiyi "L'oiseau et l'enfant" mahnısı ilə 1977 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1978-ci ildə Fransa müsabiqəyə üçüncü dəfə ev sahibliyi etmək hüququ qazanmışdı. |
Müsabiqə ölkənin paytaxtı Paris şəhərində "Palais des Congrès" sarayında keçirilmişdir. |
Müsabiqə 1978-ci ilin 22 aprel tarixində baş tutmuşdur. |
1978-ci ildə on bir illik fasilədən sonra Danimarka və iki illik fasilədən sonra Türkiyə müsabiqəyə geri dönmüşdür. |
Bu Yunanıstan ilə Türkiyənin birlikdə iştirak etdiyi ilk Avroviziya idi. Müsabiqədə ümumilikdə 20 ölkə iştirak etmişdir və bu 23 illik müsabiqə tarixində ən yüksək göstərici idi. Avroviziya 1978-də İsrail təmsilçiləri İzhar Kohen və The Alphabeta qrupu ifa etdikləri "A-Ba-Ni-Bi" adlı mahnı qalib gəlmişdir. |
Müsabiqəni canlı yayımlayan Mərakeş və İordaniya İsrailin səsvermədə önə keçdiyi anda yayımı dayandırmışdırlar. |
Bu İsrailin Avroviziyada ilk qalibiyyəti idi. Xarici keçidlər Eurovision.tv Həmçinin bax Avroviziya Mahnı Müsabiqəsi |
1978 FİFA Dünya Kuboku — XI Dünya Kuboku. |
Final Mərhələsi 1 – 25 iyun 16 komanda 4 qrupda mübarizə apardıqdan sonra, hər qrupdan 2 qalib komanda növbəti qrup mərhələsinə yüksələrək mübarizəni dairəvi sistem üzrə davam etdirdikdən sonra, qrup qalibləri finalda, ikinci yeri tutan komandalar isə təsəlliverici finalda qarşılaşıblar. |
1 610 215 tamaşaçı (orta hesabla hər oyunda 42 374) 102 qol (orta hesabla hər oyunda 2,68) Ən yaxşı futbolçu – Mario Kempes (Argentina) "Het-trik" (bir oyunda üç qol) – Rensenbrink (Hollandiya), Kubilas (Peru) Yubiley qolu: 1000-ci qol Rensenbrink (Hollandiya) Bombardir: Mario Kempes (Argentina) – 6 İkinci mərhələ |
Voleybol üzrə qadınlararası dünya çempionatı 1978 — 1978-ci ilin payızında dahaq dəqiq desək, avqustun 25-i və oktyabr 27-i aralığında Sovet Sosialist Respublikaları İttifaqında keçirilən turnir. |
Əvvəlki dünya çempionatlarından uzun davam etməsinə görə fərqlənirdi. |
İki ay davam edən turnirin qalibi Kuba olmuşdur. |
Yarışda iyirmi dörd komandanın iştirak edəcəyi gözlənilsə də Şimali Koreya son anda imtina etmə qərarı almışdı. |
Turnirin coğrafiyası da əvvəlkilərdən fərqli olmuşdu. |
Yarışlara hazırda Rusiya şəhərləri olan Volqoqrad və Leninqradla (indiki Sank-Peterburq) yanaşı müasir dövrümüzdə fərqli-fərqli ölkələrin paytaxtları olan Minsk və Riqa da ev sahibliyi etmişdi. |
Qrup mərhələsi "A" Qrupu - Leninqrad "B" Qrupu - Volqoqrad "C" Qrupu - Leninqrad "D" Qrupu - Minsk "E" Qrupu - Riqa "G" Qrupu - Leninqrad "H" Qrupu - Volqoqrad "İ" Qrupu - Minsk "H" Qrupu - Riqa Komandaların tutduğu yerləri müəyyən edən qarşılaşmalar Women Volleyball VIII World Championship 1978 Soviet Union 25.08-06.0... |
7 yanvar — Vyetnam qoşunları tərəfindən Kambocadakı Pol Pot rejiminin devrilməsi. |
yanvar — Məhəmməd Rza Pəhləvinin İranı tərk etməyə məcbur olması. |
11 fevral – İranda İslam İnqilabının qələbə çalması. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.