Search is not available for this dataset
text
stringlengths
10
518k
20 may — Dilarə Kazımova, azərbaycanlı müğənni.
9 iyun — Uesli Sneyder, holland futbolçu.
20 iyulNəzakət Məmmədli—azərbaycanlı aktrisa26 iyulSabri Sarıoğlu—türk futbolçusu.24 avqustVitali Rəhimov—Azərbaycan güləşçisi.29 avqust — Şölə Səfərəliyeva, azərbaycanlı müğənni.
26 sentyabr:Müjdə Uzman—türk aktrisası27 sentyabrAvril Lavin—kanadalı müğənni.3 oktyabrEşli Simpson—ABŞ müğənnisi.6 oktyabr21 oktyabr:Yağmur Ünal—türk aktrisa, Türkan Şorayın qızı Pelin Karahan—türk aktrisası28 oktyabrObafemi Martins—nigeriyalı futbolçu.30 dekabrLebron Ceyms—ABŞ basketbolçusu.18 oktyabrElçin Cəfərov (m...
2 noyabr - Velma Barfild - bir qətldə günahlandırılan, lakin nəticədə cəmi altı cinayət olduğunu etiraf edən amerikalı seriyalı qatil.
1984 — il 1984 (ədəd) — ədəd 1984 (film, 1956) — 1956-cı ildə istehsal olunmuş Böyük Britaniya filmi.
1984 (film, 1984) — 1984 (roman) — Corc Oruellin 1948-ci ildə yazılmış, 1949-cu ildə isə çap olunmuş romanıdır.
1984) — 1956-cı ildə istehsal olunmuş Böyük Britaniya filmi.
Həmçinin bax ABŞ filmlərinin siyahısı Böyük Britaniya filmlərinin siyahısı
1984 — 1984-cü ildə istehsal olunmuş Böyük Britaniya filmi.
Həmçinin bax Böyük Britaniya filmlərinin siyahısı
Nineteen Eighty-Four) — Corc Oruell tərəfindən 1949-cu ildə yazılmış roman.
2009-cu ildə The Times qəzeti onu son 60 il ərzində yaradılmış 60 ən yaxşı kitab siyahısına daxil etmiş, 1948-ci ilin oktyabrın 22-nə aid olan Fred Uorburqa ünvanladığı məktubunda, Oruell yazıb ki, bu romanı yazmağa fikri ilk dəfə 1943-cü ildə ağlına gəlib.
O, həmçinin o vaxt onun adını ya 1984, ya da Avropada son adam (ing.
Last Man in Europe) qoymaq istədiyindən yazırdı.Öz nəşr tarixi boyu, 1984 Yevgeni Zamyatinin Biz, Oldos Hakslinin Heyrətamiz yeni dünya, Artur Kostlerin Günorta qaranlığı və Rey Bredberinin 451 Fahrenheyt kimi başqa antiutopiya janrında yazılmış əsərlər kimi də qadağan olunurdu və ya məhkəməyə verilirdi.
Bəzilərin fikrincə, Oruell 1984-ü Zamyatinin Biz romanın təsiri altında olaraq yazıb.
1944-cü ilin fevralın 17-də Qleb Struveyə göndərdiyi məktubunda Oruell Biz romanı haqqında belə yazırdı: Mən bu cür kitab ilə maraqlanıram və hətta gec-tez yazıla bilən bir kitab üçün özüm qeydlərimi yazıram Yazı və nəşr London Universitet Kollecindəki Orwell Arxivində min doqquz yüz səksən dördə çevrilən ideyalar haqq...
Qeyd dəftərlərinin "1944-cü ilin yanvarından gec tamamlanma ehtimalı azdır" və "onlarda olan bəzi materialların müharibənin əvvəlinə aid olduğuna dair güclü şübhələr var".
[1] 1948-ci il məktubunda Oruell “[kitab] haqqında ilk dəfə 1943-cü ildə düşündüyünü” iddia edir, digərində isə bu barədə 1944-cü ildə düşündüyünü deyir və 1943-cü il Tehran Konfransından ilham mənbəyi kimi qeyd edir: “Əslində məqsədi dünyanın “Təsir zonalarına” bölünməsinin nəticələrini müzakirə edin (mən bunu 1944-cü...
Oruell 1944-cü ilin mayında Avstriyanı gəzdi və onun fikrincə, Sovet və Müttəfiqlərin ayrı-ayrı işğal zonalarına aparacaq manevrləri müşahidə etdi.
1944-cü ilin yanvarında ədəbiyyat professoru Qleb Struve Oruelli Yevgeni Zamyatinin 1924-cü ildə yazdığı "Biz" distopiya romanı ilə tanış etdi.
Cavabında Oruell bu janra maraq göstərdiyini bildirdi və Struve məlumat verdi ki, o, öz ideyalarından biri üçün “gec və ya tez yazıla biləcək” ideyalar yazmağa başlayıb.
Oruell 1946-cı ildə Aldous Huxley-nin 1931-ci ildə yazdığı distopik romanı "Azadlıq və Xoşbəxtlik" adlı məqaləsində Aldous Huxley-nin "Cəsur Yeni Dünya" haqqında yazdı və Bizə oxşarlıqları qeyd etdi.
Onun profilini yüksəldən Animal Farm.
Daha sonra o, öz distopik əsərini yaratmağa qərar verdi.
Qəhrəmanlar Baş qəhrəmanlar Vinston Smit (ing.
Winston Smith) – baş qəhrəman, 39 yaşı var.
Gənc yaşlarından bəri Həqiqət Nazirliyinin Sənədləşmə Bölməsində çalışır.
Vəzifəsi sənədlərə dəyişiklik etməklə partiya təbliğatına zidd olan faktları gizlətməkdir.
Partiyanın ideyalarına sadiq olduğunu nümayiş etdirsə də, əslində onlara nifrət edir.
Julia) – baş qəhrəmana aşiq olan qadın, 26 yaşı var.
Həqiqət Nazirliyinin Ədəbiyyat Bölməsində çalışır.
Özünü partiyanın tərəfdaşı kimi qələmə versə də, partiya qanunlarını tez-tez pozur.
O'Brien) – Daxili Partiyanın yüksək vəzifəli üzvü.
Vinston O'Brayenin inqilabçı olduğunu düşündüyü halda o, əslində Fikir Polisinin əməkdaşıdır.
İkinci dərəcəli qəhrəmanlar Mister Çarrinqton (ing.
Charrington) – antikvar dükanında satıcı, Fikir Polisinin agenti.
Vinston və Culiyaya otaq icarəyə verir, sonradan onların həbsinə rəhbərlik edir.
Syme) – Vinstonun savadlı iş yoldaşı, Vinstonun ən çox rəğbət bəslədiyi qəhrəmanlardandır.
İxtisasca filoloqdur, Yenidil lüğətinin yaradılmasında iştirak edir.
Sonradan Fikir Polisi tərəfindən həbs olunur.
Parsons) – Vinstonun qonşusu və iş yoldaşı.
Vinstonda və Saymda böyük antipatiya doğurur.
İdeal partiya üzvüdür: zəhmətkeşdir, müzakirə etməyə meyil göstərmir, partiyanın öyrətdiyi hər şeyə tərəddüd etmədən inanır.
Sonradan qızının verdiyi məlumat əsasında Fikir Polisi tərəfindən həbs olunur.
Ampleforth) – Vinstonun iş yoldaşı, Həqiqət Nazirliyinin əməkdaşı.
Şairdir, "kanonik mətnlər" (klassik şeiriyyət əsərlərinin ingilis dilindən Nyuspikə tərcüməsi) üzrə ən yaxşı mütəxəssislərdən sayılır.
Romanın üçüncü hissəsində Vinstonla eyni kameraya düşür, sonradan "101-ci otaqda" yoxa çıxır.
Martin) – O'Brayenin qulluqçusu.
Tərcümələri 1989-cu ildə kitab artıq 65 dilə tərcümə olunmuşdu.
Beləliklə o, həmin vaxta qədər ingilis dilində yazılan, ən çox tərcümə olunan roman idi.Kitab Azərbaycan dilinə ilk dəfə Vilayət Quliyev tərəfindən tərcümə edilmiş və 2011-ci ildə Qanun nəşriyyatı tərəfindən nəşr olunmuşdur.
Həmçinin bax XX əsrin 100 kitabı (Le Monde) Xarici keçidlər "Corc Oruell 1984" (az.).
2016-03-06 tarixində orijinalından arxivləşdirilib.
İstifadə tarixi: 2014-05-06.
1984 Avroviziya Mahnı Müsabiqəsi (ing.
Eurovision Song Contest 1984; fr.
Concours Eurovision de la chanson 1984) — sayca 29-cu Avroviziya Mahnı Müsabiqəsidir.
Korinn Ermenin ifa etdiyi "Si la vie est cadeau" mahnısı ilə 1983 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1984-cü ildə Lüksemburq dördüncü dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı.
Avroviziya 1984 ölkənin paytaxtı Lüksemburq şəhərində "Grand Théâtre" zalında keçirilmişdir.
Müsabiqə 1984-cü ilin 5 may tarixində baş tutmuşdur.
1984-cü ildə İrlandiya bir illik fasilədən sonra müsabiqəyə geri dönmüşdür.
Müsabiqənin keçirildiyi tarixin İsrailin müharibədə həlak olan əsgərləri və eyni zamanda terror qurbanlarını Anım günü ilə üst-üstə düşməsi səbəbindən İsrailin Lüksemburqda keçirilən müsabiqədə iştirakı baş tutmamışdır.
İsrail ilə bərabər Yunanıstanda maliyyə çətinliklərini səbəb göstərərək, müsabiqədə iştirakdan imtina etmişdir.
Ümumilikdə 19 ölkənin iştirak etdiyi müsabiqədə İsveç təmsilçiləri "Herreys" qrupu ifa etdikləri "Diggi-Loo Diggi-Ley" adlı mahnı ilə qalib gəlmişdirlər.
Bu sonuncu dəfə Avroviziyada 1974-cü ildə məşhur ABBA qrupunun təmsilində qalibiyyət əldə edən İsveçin müsabiqədə ikinci qələbəsi idi. Xarici keçidlər Eurovision.tv Həmçinin bax Avroviziya Mahnı Müsabiqəsi
1984-cü il Monako Qran Prisi — Formula-1 Dünya Çempionatının 1984-cü il mövsümündə 16 mərhələdən altıncısı.
Monte-Karloda keçirilib.
Avtoyarış 3 iyun 1984-cü ildə reallaşıb.
1981-ci ildən McLaren komandası Ron Dennis nəzərdə tutduğu plan üzrə hərəkət edirdi.
1983-cü ilin sonunda Ron konstruktor şöbəsinə başçı təyin etdi – Qordon Koppakı əvəz etmiş Con Barnard komandaya gələn gündən qarşıdakı mövsüm üçün maşın hazırlamağa başladı.
Ron uzun danışıqlardan sonra istefada olan Niki Laudanı çempionata qayıtmağa razı sala bildi və qeyri-stabil çıxışları ilə fərqlənən Andrea de Çezarisi ikiqat dünya çempionu ilə əvəz etdi.
Ron daha çətin bir qərar qəbul etmişdi – komandanın sıfırdan yenidən qurulması zamanı komandaya böyük dəstək olmuş təcrübəli Con Uotsona qapını göstərmişdi.
Bu addımın səbəbi isə 1983-cü ilin son yarışında titulu əldən verərək komandası ilə dalaşaraq komandadan qovulan Alen Prost idi.İşsiz qalan Alen növbəti gün McLaren-in 1984-cü ildə əsas sürücüsü elan olunmuşdu.
Ron Səudiyyə Ərəbistanından olan biznesmen Əkrəm Occeylə Britaniyada keçirilən sərgidə tanış olmuşdu və onu komandaya sponsorluq etməyə ruhlandırmışdı.
Əkrəm gənc oğlu Mənsurun adına komandanın səhmlərini alaraq onu komandaya həmsahib etmişdi.
Əkrəmin komandada rolu bununla sonlanmadı.
Əkrəmin başçılıq etdiyi TAG (Techniques d’Avant Garde) şirkəti Frənk Uilyamsın yenidən qurduğu Williams komandasına sponsorluq edirdi.
Ron isə Əkrəmi başqa bir sahəyə cəlb edə bildi.
Porsche-nin motor mütəxəssislərinə yeni maşın üçün motor hazırlanması sifariş edildi.
V-şəkilli 6 silindrli turbo motor çox yığcam və güclü olmaqla, həm də çox etibarlı alındı.
“Xəyalların komandası” həmin mövsümü çox güclü keçirdi.
Mövsümün 16 yarışında qazanılmış 12 qələbə komandanı 10 il əvvəlki səviyyəyə qaytardı.
Mövsümün əvvəli fransalı sürücü üçün uğurlu oldu amma mövsümün sonu avstriyalı veteran sürücü üçün məhsuldar alındı.
Yekunda isə Formula1 tarixinin rekordu müəyyən oldu.Titul uğrunda mübarizədə ən minimal xal fərqi ilə cəmi yarım xal oldu.
Və bu yarım xalı mövsümdə Monako Qran Prisi təyin etmişdi.
Monako Qran Prisinin digər xallarını isə Ferrari-dən Rene Arnu, Williams-dan Keke Rosberq və Lotus-dan Elio de Ancelis qazandılar.
Amma bir neçə ay sonra Ken Tirrellin komandası çempionatdan qovuldu və bundan sonrada Detroytda Martin Brandl ikincilik qazandı.
Stüardlar Tyrrell 012-ni təftiş etdilər və motorun yanında gizli rezervuar tapdılar.
Bu səbəbdən komandanın sürücülərinin bütün yarışları və nəticələri ləğv olundu.
Bununla da Monako Qran Prisində 6-cı yerə Ferrari-nin yeni sürücüsü Mikele Alboreto yüksəldi.
Yarışda qələbəyə görə Alen Prostun aktivinə cəmi 4.5 xal yazıldı.
Əgər yarış davam etsəydi, Prost ikinci yerə görə 6 xal qazanardı.
Həmin il Professor cəmi bir xal üstünlüklə karyerasında ilk titulunu qazanardı.
Yarışın icmalı Leysan yağış səbəbindən yarışın başlaması təxirə salınmışdı.
Sonradan 77 dövrə planlaşdırılan yarış 31-ci dövrədə başa çatdı.
Yarışın belə erkən dayandırılması Ayrton Sennanı debüt mövsümündə ilk qələbəsini qazanmaq şansından məhrum etdi.
Yarış marşallarının qərarı çox söz-söhbətə səbəb oldu.
Yarışın təsnifatı Təsnifat mərhələsi Həmçinin bax Çempionlar Kubokunu və UEFA Çempionlar Liqasını qazanan məşqçilərin sıyahısı Avropa Çempionlar Kuboku və UEFA Çempionlar Liqası finallarının siyahısı Çempionlar Kuboku və UEFA Çempionlar Liqası finallarının siyahısı Xarici keçidlər Əfsanəvi pilotun ölümündən 20 il ötdü ...
1984 UEFA Avropa Çempionatı Finalı UEFA Avro 1984 turnirinin qalibini müəyyənləşdirmək məqsədilə iyunun 27-də Fransanın paytaxtı Parisdə yerləşən Park des Prens stadionunda keçirilmiş final matçı.
Finalda turnirin ev sahibi və bir çoxlarına görə Avropanın ən yaxşı komandası olan Fransa ilə turnirə vəsiqə qazanmaq üçün seçmə mərhələnin son matçında Maltanı 12-1 hesabı ilə məğlub edən İspaniya millisi qarşılaşırdı.