Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
1:1 hesabı ilə başa çatan cavab görüşündə də, Əfran İsmayılov fərqləndi və ümumi nəticədə "Qarabağ", 3:2 hesablı qələbə qazandı və III təsnifat mərhələsinə adladı. |
Həmin mərhələdə "Qarabağ", Polşanın məşhur "Visla" Krakov futbolçuları ilə üz-üzə gəldi. |
Krakov şəhərində baş tutan görüşdə, Vüqar Nadirovun qolu sayəsində "Qarabağ", minimal hesablı qələbə qazandı. |
Cavab görüşündə də, "Qarabağ" inamlı təsir bağışladı və 3:2 hesablı qələbə qazanaraq, ardıcıl ikinci dəfə UEFA Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazandı. |
Qrup mərhələsinə gedən yolda isə "Qarabağ", Almaniyanın məşhur "Borussiya" Dortmund futbolçularına məğlub oldu. |
Qarabağ", Dortmund şəhərində baş tutan birinci görüşdə 0:4, cavab görüşündə isə 0:1 hesabı ilə məğlub oldu və ardıcıl ikinci dəfə, qrup mərhələsinin astanasında mübarizəni dayandırdı. |
Yarışlara görə Ölkələrə görə 08 mart 2024 tarixinə olan məlumat Qrup mərhələsinin nəticələri Avroliqalarda qol vuran futbolçular 08 mart 2024-cü ilə olan məlumat: Omoniya - Qarabağ oyununda avtoqol qeydə alınıb: Psaltis-1 qol. |
Həmçinin bax Qarabağ FK-nun mövsümlərinin siyahısı Xarici keçidlər "Qarabağ" FK-nun UEFA-nın rəsmi saytında səhifəsi |
Qarabağ" ordeni — Azərbaycan Respublikasının 3-cü yüksək təltifi. |
Vətən müharibəsində qələbə münasibətilə təsis edilmişdir. |
Təsis edilməsi 2020-ci il noyabrın 20-də Azərbaycan Respublikasının Milli Məclisində Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişi... |
Həmin qanunda deyilir: Maddə 1. |
Təltif edilən şəxslər Azərbaycan Respublikasının "Qarabağ" ordeni ilə Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin azad olunmasında, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində igidlik və mərdlik nümunəsi göstərmiş, hərbi əməliyyatlar zamanı həyat və sağlamlıq üçün real təhlükə şəraitində ... |
Təltif edən orqan Azərbaycan Respublikasının "Qarabağ" ordeni ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər.Maddə 3. |
Taxılma qaydası Azərbaycan Respublikasının "Qarabağ" ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər ordenləri və medalları olduqda, "Zəfər" ordenindən sonra taxılır. |
Ordenin təsviri Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir. |
Ordenin ümumi təsviri Azərbaycan Respublikasının "Qarabağ" ordeni (bundan sonra – orden) 900 əyarlı qızıldan hazırlanmış, yuxarı hissəsi hər iki ucu bükülmüş lent formalı, qalan hissəsi üç təbəqəli konturlanmış 41 mm x 37 mm ölçülü oval formalı lövhədən ibarətdir.Maddə 2. |
Ordenin ön tərəfi 2.1. |
Ordenin ön tərəfində lentin mərkəzində "QARABAĞ" sözü yazılmışdır. |
Lövhənin daxili konturunun içərisində tünd yaşıl minalı fonda dəbilqə, iki kəsişən qılınc, aypara və ulduzdan ibarət kompozisiya təsvir olunmuşdur. |
Lövhənin aşağı hissəsindən yuxarıya doğru sol və sağ tərəflərdə palıd çələngləri təsvir olunmuşdur. |
Bütün elementlər və yazılar relyefli olaraq qabarıqdır.Maddə 3. |
Ordenin arxa tərəfi Ordenin arxa tərəfi hamar səthlidir, mərkəzində ordenin seriyası və nömrəsi həkk olunmuşdur.Maddə 4. |
Ordenin elementləri 4.1. |
Orden paltara bərkidilmək üçün elementi olan 52 mm x 15 mm ölçülü tünd yaşıl minalı bükülmüş lent formalı lövhəyə iki halqa və ilgək vasitəsilə birləşdirilir. |
Lövhənin üzərində üfüqi vəziyyətdə nizələr həkk olunmuşdur. |
Lentin mərkəzində dairəvi lövhə yerləşdirilmişdir. |
Dairəvi lövhənin mərkəzindən yuxarı hissəsində üzəri xətlərlə işlənmiş ikitərəfli şüalı səkkizguşəli ulduz həkk olunmuşdur. |
Dairəvi lövhənin aşağı hissəsindən yuxarıya doğru sol və sağ tərəflərdə səkkizguşəli ulduzu əhatə edən dəfnə çələngləri təsvir olunmuşdur. |
Ordenə paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 52 mm x 10 mm ölçüdə qəlib əlavə edilir. |
Qarabağ" ordeni — Azərbaycanda Vətən müharibəsində qələbə münasibətilə təsis edilmiş ali hərbi ordenidir. |
9 dekabr 2020 Məmmədov Şahin İsgəndər oğlu — general-leytenant Nağıyev Əfqan Vəli oğlu — general-leytenant Osmanov Nizam Ramazan oğlu — general-leytenant Rəhimov Arzu Yusif oğlu — general-leytenant Abdullayev Cavid Mirhəmzə oğlu — general-mayor Bağırov Ramin Sabir oğlu — general-mayor Bərxudarov Mais Şükür oğlu — gener... |
Haluk Bayraqdar — Baykar Makinanın baş meneceri.24 iyun 2021 Məmmədov Alay Zeynəddin oğlu — polkovnik-leytenant Mirzəyev Hikmət İslam oğlu — mayor 7 noyabr 2023 Həsənov Zakir Əsgər oğlu — general-polkovnik Vəliyev Kərim Tofiq oğlu — general-polkovnik Əfəndiyev Ənvər Zəkəriyyə oğlu — general-leytenant Mirzəyev Hikmət İz... |
Qarabağ bülbülləri" ansamblı — bədii rəhbəri Murad Rzayevdir. |
Ansambl dünyanın əksər ölkələrində Azərbaycanı mahnı festivallarında təmsil edərək, 40 qızıl medal, 100-dən cox fəxri fərman almış, 12-sənədli və bədii filmlədə çəkilərək Zaqafqaziya Ümumittifaq və Beynəlxalq Festivallar Laureatı adına layiq görülmüşdür. |
Mükafatları Sovet İttifaqı Mərkəzi komitəsinin mükafatı SSRİ Xalq Təsərrufatı Nailiyyətlər Sərgisinin mükafatı Ağdam Rayon Partiya Komitəsinin mükafatı Ümumittifaq Komsomolun Mərkəzi Komtəsinin mükafatı Pioner Təşkilatının Mərkəzi Komitəsinin mükafatı Həmçinin bax Qarabağ bülbülləri (film, 1977) Oğlan (film, 1984) Xari... |
Qarabağ bülbülləri"nin yaradıcısı kimdir. |
Təzadlar" qəzeti, 20 may 2008, səh. |
Qaraheybət helikopter qəzası və ya Qaraheybət faciəsi — Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması. |
İlkin məlumatlara görə, helikopterin qəzaya uğraması nəticəsində 14 nəfər həlak olmuş, 2 nəfər isə yaralanmışdır. |
Bu, Azərbaycanın hüquq-mühafizə orqanlarının tarixindəki ən böyük aviasiya qəzasıdır.Qəzadan dərhal sonra DSX-nin və Baş Prokurorluğun rəhbər heyəti hadisə yerinə getmişdir. |
Baş Prokurorun birinci müavini ədliyyə general-mayoru Elçin Məmmədovun rəhbərliyi ilə hadisə haqqında istintaq başlanılmışdır. |
Hadisənin səbəbi hələ də araşdırılır.Azərbaycan Prezidenti İlham Əliyev və vitse-prezident Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ölkədəki digər siyasi xadimlər, xarici ölkələrin Azərbaycandakı səfirlikləri, eləcə də beynəlxalq qurumlar tərəfindən hadisədə həlak olan şəxslərin doğmalarına və yaxın... |
Mi-17" tipli hərbi helikopter DSX-nin arsenalına təxminən 2011-ci ildə daxil edilmişdir. |
Bu helikopterin təyinatı quru qoşunların mobilliyinin artırılmasına və döyüş meydanında atəş dəstəyinin verilməsinə hesablanmışdır. |
DSX-nin aviasiya sistemində "Mi-17" bütün variantlarda istifadə olunur. |
Sərhəd zastavaları müxtəlif relyef quruluşuna malik ərazilərdə olduğu üçün, ucqar nöqtələrə məhz sözügedən helikopter vasitəsilə gedilir. |
Hadisə nəticəsində yaralanan Emil Cəfərova görə, "Mİ-17" dünyada ən universal helikopterlərdən biridir. |
Bunlardan İkinci Qarabağ müharibəsində də istifadə olunmuşdur. |
O həmçinin, helikopterin pilot barədə danışarkən onun birinci dərəcəli pilot olduğunu bildirmişdir, onu "canlı əfsanə" adlandırmışdır. |
DSX-nin rəhbəri Elçin Quliyev pilot Fizuli Cavadovun təcrübəli olduğunu vurğulamış və onun Birinci Qarabağ müharibəsinin iştirakçısı olduğunu, helikopterin demək olar yeni olduğunu və qısa müddət əvvəl onda təmir işləri aparıldığını bildirmişdir. |
DSX-nin döyüş növbəsinə çıxan aviasiya vasitələri uçuşdan əvvəl texniki baxışdan keçirilir. |
Döyüşə hazır olması ilə bağlı raport qəbul edildikdən sonra, helikopter tapşırığa göndərilir. |
Helikopterlər tapşırığı yerinə yetirdikdən sonra təkrar yoxlanışa qayıdır, yenidən döyüşə hazır vəziyyətə gətirilir.Azərbaycan tarixində ən dəhşətli helikopter qəzası 20 noyabr 1991-ci il tarixində Xocavənd rayonunun Qarakənd kəndində yaxınlıqlarında baş vermişdir. |
Qarakənd faciəsi kimi bilinən hadisə nəticəsində Tofiq İsmayılov, İsmət Qayıbov, Məhəmməd Əsədov və başqaları olmaqla ümumilikdə 22 nəfər həlak olmuşdur. |
24 iyul 2019-cu il tarixində Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təlim uçuşları həyata keçirən MİQ-29 təyyarəsi qəfil radarlardan itmişdir. |
Təyyarə Xəzər dənizinə düşəndən sonra pilot polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşmüş, uzun axtarışlardan sonra pilotun nəşi tapılmışdır. |
2021-ci il 30 noyabr tarixində saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin Azərbaycanın şərqində yerləşən Səngəçal aerodromundan qalxan Mi-17 hərbi helikopteri paytaxt Bakı şəhərindən 70 kilometr (43 mil) uzaqlıqdakı Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən ... |
Qəzanın səbəbi kimi ilkin ehtimallar olaraq pilotun ehtiyatsızlığı, helikopterdə baş vermiş hər hansı texniki nasazlıq, hava şəraiti, o cümlədən hər-hansı digər səbəb irəli sürülmüşdür. |
Hadisə nəticəsində yaralanmış Emil Cəfərov qəzanın enişin yerinə yetirilməsi zamanı baş verdiyini bildirmişdir. |
Onun sözlərinə görə, helikopter təzə idi və onun hər bir şeyi yoxlanılmışdı. |
Küləklə bağlı heç bir məhdudiyyət aşılmamışdı, proqnoza görə külək günortadan sonra olmalı idi. Digər yaralı Ramil Ədilov da çox küləyin və heç bir kənar müdaxilənin olmadığını bildirmişdir.Hadisədən dərhal sonra Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun rəhbər heyəti hadisə yerinə getmişdir. |
Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanmış və cinayət işinin istintaqı Baş Prokuror tərəfindən xüsusi nəzarətə götürülmüşdür. |
Helikopter qəzasını araşdıran istintaq qrupuna Baş Prokurorun birinci müavini ədliyyə general-mayoru Elçin Məmmədov rəhbərlik etmişdir. |
2 dekabrda helikopterin qara qutusu tədqiq edilsin deyə Rusiyanın Kazan şəhərinə, helikopterin istehsal olunduğu zavoda göndərilmişdir. |
Qəzaya nəyin səbəb olduğu dərhal açıqlanmayıb.Qara qutuların tədqiqi zamanı müəyyən olunub ki, helikopter havaya qalxdıqdan 16 dəqiqə 59 saniyə sonra meydançaya eniş etmək qərarı qəbul edilib, həmin vaxt helikopterin sürəti 141 km/saat, radiohündürlük 101 metr olub. |
Uçuşun 17 dəqiqə 10-cu saniyəsində, eniş zamanı küləyin təsiri nəticəsində helikopterin uçuş sürəti 0 km/saat, radiohündürlük 89 metrə qədər dəyişib. |
Helikopterin qəzaya uğraması nəticəsində üç polkovnik, beş mayor, dörd kapitan, iki leytenant və bir podratçı həlak həlak olmuşdur. |
Həlak olanların nəşləri Səhiyyə Nazirliyinin Bakıda yerləşən Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə gətirilmiş, müayinə olunduqdan sonra növbəti gün morqdan çıxarılaraq DSX-nin "Sərhədçi" İdman Kompleksində onların vida mərasimi keçirilmişdir. |
Həlak olanların çoxusu II Şəhidlər xiyabanında, Fərid Nağıyev isə Beyləqan Şəhidlər xiyabanında dəfn olunmuşdur. |
Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəhbəri Elçin Quliyev qəzada həlak olan əsgərlərə şəhid statusunun veriləcəyini demiş, Azərbaycan Prezidenti İlham Əliyevin hadisənin təfərrüatlarının daha da aydınlaşdırılması, şəhidlərin dəfn edilməsi və yaralıların müalicəsi üçün lazım olan hər şeyin edilməsi ilə bağlı tapşırıqlar... |
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qəzada həlak olanların "şəhid" olduğunu bildirmiş, bu statusda nəzərdə tutulan bütün ödənişlərin onların ailələrinə ödəniləcəyini, mənzil və avtomobil təminatı olacağını əlavə etmişdir. |
DSX-nin məlumatına görə, hadisə nəticəsində həlak olanların siyahısı: Cavadov Fizuli Əli İbram oğlu — polkovnik Nəbiyev Elçin Fikrət oğlu — polkovnik Nəzirov Emil Nəzir oğlu — polkovnik Həsənov Elmir Mircəlil oğlu — mayor Əhmədov Elbrus Səmrəddin oğlu — mayor Mayılov Emil Şahid oğlu — mayor Məmmədov Murad Yaşar oğlu — ... |
Quliyev qəza zamanı xəsarət alan iki hərbçi ilə telefonla danışdığını və onların səhhətinin normal olduğunu bildirmişdir. |
DSX-nin Mətbuat Mərkəzinin 4 dekabrda verdiyi məlumata görə, hər iki hərbi qulluqçunun səhhəti normaldır, onların sağlamlıqlarının bərpa olunması və qısa müddətdə xidmətə qaytarılmaları üçün bütün lazımi tədbirlər görülür. |
DSX-nin məlumatına görə, hadisə nəticəsində yaralananların siyahısı: Cəfərov Emil Məmməd oğlu — polkovnik-leytenant Ədilov Ramin Ramiz oğlu — kapitan Reaksiyalar Ölkə daxili Azərbaycan Prezidenti İlham Əliyev və vitse-prezident Mehriban Əliyeva həlak olanların ailələrinə başsağlığı veriblər. |
Milli Məclisin sədri Sahibə Qafarova qəza nəticəsində həlak olanların ailələrinə başsağlığı vermişdir. |
DSX rəisi, general-polkovnik Elçin Quliyev həlak olan hərbi qulluqçuların ailələrinə başsağlığı vermiş və qeyd etmişdir ki, "onların xatirəsi daima yaşayacaq". |
Quliyev 2 dekabrda+ DSX-nın digər vəzifəli şəxsləri ilə birlikdə həlak olan hərbi qulluqçular Cavadov və Əliyevin məzarlarını ziyarət etmişdir. |
Milli Məclisin 3 dekabrda keçirilən payız sessiyasının plenar iclasında qəzada həlak olan hərbi qulluqçuların xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. |
BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva Xızıda faciəvi helikopter qəzası xəbərinin onu kədərləndirdiyini bildirmiş, yaxınlarını itirən ailələrə dərin hüznlə başsağlığı vermişdir. |
Türk Dövlətləri Təşkilatı və Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat (GUAM) Azərbaycana başsağlığı vermişdir. |
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edərək Azərbaycanda hərbi helikopterin qəzaya uğraması nəticəsində həlak olan hərbçilərə başsağlığı verib. |
Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycanın müdafiə naziri general Zakir Həsənova və Dövlət Sərhəd Xidmətinin rəisi general Elçin Quliyevə başsağlığı vermişdir. |
Türkiyə Xarici İşlər Nazirliyi, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop, Türkiyənin vitse-prezidenti Fuat Oktay, Türkiyə xarici işlər naziri Mövlüd Çavuşoğlu, Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun, Türkiyə... |
Şimali Kipr Türk Respublikasının Prezidenti Ərsin Tatar qəza nəticəsində hərbi qulluqçuların həlak olması ilə bağlı Azərbaycana başsağlığı vermişdir. |
Qazaxıstanın Birinci Prezidenti Nursultan Nazarbayev qəza nəticəsində hərbi qulluqçuların həlak olması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı vermişdir. |
İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə Azərbaycan Respublikası hökumətinə və xalqına, həmçinin hərbi helikopterin faciəvi qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı vermişdir. |
İran Silahlı Qüvvələrinin Baş qərargah rəisi Məhəmməd Baqiri Azərbaycanın müdafiə naziri Zakir Həsənov və Silahlı Qüvvələrin Baş qərargah rəisi Kərim Vəliyevə başsağlığı vermişdir. |
Ukrayna Baş prokuroru İrina Venediktova Azərbaycana başsağlığı vermişdir. |
Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı vermişdir. |
Misir Ərəb Respublikasının Xarici İşlər Nazirliyi helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı vermişdir.ABŞ-nin Azərbaycandakı səfiri Örl Litzenberger, Avstraliyanın Azərbaycandakı səfirliyi, Belarusun Azərbaycandakı səfirliyi, İranın Azərbaycandakı səfirliyi, İtaliyanın Azərbaycandakı səfirliyi, Fələstinin Azər... |
Konspirasiya nəzəriyyələri Helikopter qəzası ilə bağlı ilk anlardan müxtəlif iddialar dövriyyəyə buraxılmışdır. |
Çoxları, o cümlədən ciddi analitiklər əminliklə iddia edirdilər ki, qəza hansısa xarici qüvvənin işidir və hökumət bunu basdırmağa çalışır. |
Bəziləri qəzada həlak olan hərbçilərin sui-qəsdə məruz qaldığını irəli sürmüşdür. |
Helikopterdə 16 nəfərlik heyət olması hərbi qaydalara uyğun olub-olmaması, yüksək rütbəli zabitlərin bir helikopterə mindirilməsi də sual doğurmuşdur. |
Aşqabadda və Soçidə Azərbaycan üçün əldə olunan uğurlu nəticələrdən dərhal sonra baş verməsi Azərbaycan ictimaiyyətində suallar yaratmışdır. |
Əlavə olaraq, ictimaiyyət daxilində qəza ilə Qarakənd faciəsinin müqayisəsi aparılmışdır. |
Həmçinin, bəzi nəzəriyyələrdə həlak olanların "narkoticarətin üstünü açmış zabitlər " olduğunu deyərək sui-qəsd ehtimalı müdafiə edilmiş, bəzilərində isə helikopterin "Rusiya qırıcısı tərəfindən göydə vurulduğu" iddia edilmişdir. |
Qəzanın texniki nasazlıq nəticəsində baş verdiyini düşünənlər də hər hansı nasaz avadanlıqların məmur korrupsiyası ilə əlaqələndirilə biləcəyini iddia edərək hökuməti günahlandırırlar. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.