Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Hacı Ramazan məscidi – Məhəllə məscidinin tarixi onun fasadına həkk olunmuş yazılı kitabəyə əsasən 1842–1843-cü illərə şamil edilir. |
Yerli əhali isə məscidin daha qədim tarixə mənsub olduğunu qeyd edir. |
Memarlıq şərhinə görə Abşeron yarımadasında Mərdəkan kəndindəki Tuba-şahi (XV əsr), Keşlənin XVII əsr, Nardaran kəndinin Hacı-Baxşı (XVII əsr), Bakının Key-Qubad (XV əsr), Şirvanşahların saray məscidinə (XV əsr), Gəncənin qədim Cümə məscidinə (XVII əsr) analoji yaxınlığı bu fikirləri təsdiqləməyə imkan verir. |
Memarlıq-plan həllinə görə Hacı Ramazan məhəllə məscidi, kvadrat şəkilli quruluşu ilə çox da böyük olmayan həcm-məkan tutumuna malikdir. |
Daxili məkan, mərkəzdəki dörd dayaq sisteminin köməyi ilə doqquz seksiyaya bölünmüşdür. |
Məscidin ibadət zalı mərkəzi günbəzli, xaç şəkilli konstruktiv formaya əsaslanır. |
Bu plan quruluşu Alban-xristian memarlığının təsiri altında yaranmışdır. |
Dayaq sistemlərinin yaratdığı tağlar, təkcə günbəzin barabanının yükdaşıyıcı elementləri kimi deyil, eləcə də zalın künclərində iki mərtəbəli hücrələrin yaradıcısı kimi fəaliyyət göstərirlər. |
Künclərdəki hücrələr konstruktiv həllinə görə xüsusi maraq kəsb edir. |
İkinci mərtəbə ilə əlaqə divarın içindəki pilləkən qəfəsəsi ilə yaradılır. |
Belə pilləkən qəfəsəsi, məscidə girişin sağ tərəfində, azana çağırış məqsədilə dama çıxmaq üçün nəzərdə tutulub. |
Divarın dərinliyində pilləkən qəfəsəsinin həlli, Abşeronun, eləcə də Qala kəndinin dini tikililərinə və müdafiə qalalarına xas olan konstruktiv elementdir. |
İnteryerin vacib elementlərindən olan mehrab, məscidin cənub divarında, oxvari forması ilə diqqəti cəlb edir. |
Müəyyən qədər mürəkkəb, lakin kompakt memarlıq-plan quruluşuna malik məscidin fasadının həlli portalsız, oxvari tağ şəkilli kiçik qapı və düzbucaqlı pəncərələrlə yadda qalır. |
Girişin insan miqyasından kiçik olması, yəqin ki, Allahın məbədinə hörmət əlaməti olaraq əyilərək girmək üçün nəzərdə tutulmuşdur. |
Məscidin interyeri konstruktiv yükün daşıyıcısı, tağ-tavan sisteminə minnətdar olaraq estetik zənginlik əldə etmişdir. |
Hacı Ramazan məscidinin memarlıq-plan həllinə Mərdəkandakı Tuba-Şahi məscidinin təsiri hiss olunur. |
Lakin Tuba-Şahi məscidindən fərqli olaraq, fasadın portalsız həlli, yeni motiv və elementlər, Mərdəkan məscidinin kəndin baş məscidi, Hacı Ramazan məscidinin isə məhəlli xarakter daşımasından və yeni əsrin tikinti texnikasından irəli gəlir. |
Tərəkəmə məscidi – kəndin şimal hissəsində yerləşən eyni adlı məhəllənin yeganə monumental tikilisidir. |
Plan kompozisiyası "T" şəkilli məscidin tarixi XVII-XVIII əsrlərlə bağlanır. |
Tikinti tarixinə görə Cümə məscidindən sonra inşa edilməklə, bu məhəlli məscid kəndin ən qədim dini tikilisi kimi qəbul oluna bilər. |
Kompozisiya həllinə görə iki zallı və ya iki kameralı olan Tərəkəmə məscidinin tikintisinin müxtəlif dövrlərdə iki mərhələdə aparıldığı müəyyən olunur. |
İlk mərhələdə oxvari tağ-tavan örtük sistemi ilə məscidin bir kameralı ibadət zalı tikilmiş, zaman ötdükcə həcm-məkan tutumunun genişləndirilməsi nəticəsində, köhnə tikiliyə perpendikulyar ikinci zalın əlavə edilməsi məscidin yeni memarlıq kompozisiyasında fəaliyyətinə rəvac vermişdir. |
Zalların həcminin kəsişmə oxunda örtük günbəzinin qurulması ilə üfüqi proyeksiyalı tikintiyə şaquli aksentin əlavə olunması, tamamlanmış memarlıq simasına nail olmaq demək idi. Tərəkəmə məscidi yerin qərb-cənub cəhətləri üzrə yerləşməklə portalsız, sadə girişə malikdir. |
Giriş hər iki kameradan nəzərdə tutulub. |
Mehrab interyer kimi dekorsuz həll olunmuş və məscid, daş şəbəkəli bir-neçə kiçik pəncərədən işıqlandırılır. |
İnteryerdə günbəz barabanının, tağ-tavan örtüyünün yaratdığı genişlik, sağ və sol qollar ibadət zalına ilk baxışdan rahatlıq bəxş edir. |
İnteryerdəki kiçik taxçalar ikinci dərəcəli işıqlanma üçün nəzərdə tutulmuşdur. |
Fasadda yerləşdirilmiş daş navalçalar fasadın zənginləşməsində müəyyən rol oynayır. |
Minarəsiz Tərəkəmə məscidinin memarlıq kompozisiyasının şaquli aksenti, onun yarımsferik həndəsi formalı günbəzi və binanın yan fasadındakı bir marşlı pilləkən qəfəsəsidir. |
Namaza çağırış daxildən, divarın içindən və xaricdən məscidin şimal divarına bitişik pilləkənlərin köməyi ilə binanın damından həyata keçirilmişdir. |
Məscid, kənd ağsaqqallarının verdiyi məlumata görə Hacı Ağahüseyn və Məşədi Məmmədyarovlar tərəfindən tikdirilmişdir. |
Tərəkəmə məscidinin tam memarlıq kompozisiyasını tapması bir-neçə illər davam etsə də, şəhərsalma sistemində, kəndin şimal qolunda məhəllə sisteminin formalaşmasında ilk rüşeym rolunu məhz bu məscid oynamışdır. |
Bu tipdə memarlıq-plan quruluşuna malik məscidlər demək olar ki, Abşeronun kəndləri üçün xarakterikdir. |
Hökməli, Pirşağı, Kürdəxanı, Fatmayı, Corat kimi kəndlərdə analoji plan quruluşlu, lakin həcm-məkan tutumuna görə fərqli dini məbədlərə rast gəlinir. |
1911-ci il məscidi- Tərəkəmə məhəlləsində yerləşən "Göy günbəzli məscid" 1911-ci ildə tikilmiş məhəllə məscididir. |
Məscid bərpa olunmuşdur və dini məqsədlər üçün istifadə edilir. |
Məscid orta günbəzli tikilişə malikdir. |
Cənub və qərb tərəfdən məscid meydana baxır. |
Şərq fasadı əhənglə örtülmüş və bəzədilmişdir. |
Giriş hissəsi tac şəklindədir. |
Giriş hissəsinin üzərində ay və 8 uclu ulduz təsvir edilmişdir. |
Damın üzərində ərəb dilində tikilişinin tarixini 1911-ci ili göstərir. |
Məhəllə meydanının memarlıq dominantı olan məscid, məhəllə meydanına istiqamətlənməsinə baxmayaraq onun baş fasadı arxadakı kiçik həyətə açılır. |
Həyətdəki daş tavalar və hovuz məscid tikilisini tamamlayır. |
Məscidin baş fasadı rustovka daşı ilə üzlənmiş və daşın yaratdığı gözəl işıq-kölgə effektindən bəhrələnmişdir. |
Giriş qapısının nəzərə çarpdırılması üçün istifadə olunan və portalı əvəz edən pilyastrlar yarımdairəvi tağ şəkilli qapını hər iki tərəfdən haşiyələyir. |
Pilyastrlar sanki qoşa minarəni xatırlatmaqla baş fasadı ritmik ahənglə şaquli oxlar üzrə kəsir. |
Daş navalçalar, pəncərələri haşiyələyən rustovkalar, karnizlər, dekorativ detallar kimi fasadın estetik gözəlliyini artırmışdır. |
İnteryerdən əlavə məscidin baş fasadında qurulan mehrab, onun xaricində ibadət edən insanlarla ünsiyyət yaratmış və kəndin digər məscidlərindən fərqli simasını formalaşdırmışdır. |
Şıxlar məscidinin əsas şaquli elementi olan yumurtavari günbəzi, onun memarlıq kompozisiyasını öz hündür həcm-fəza tutumu ilə tamamlayır. |
Məscid bir kameralı ibadət zalından və vestibüldən ibarətdir. |
Zal kvadrat şəkilli plan quruluşuna malik olmaqla mərkəzi günbəzlidir. |
İbadət zalı, dörd sütunun köməyi ilə üç nefə bölünmüşdür. |
Məscidin memarlıq konstruksiyası tağ-tavan sisteminə əsaslanır. |
Şıxlar məhəllə məscidi Qala kəndinin yeganə nefli məscididir ki, bu da XX əsrin tikinti texnikasının inkişafının təcəssümüdür. |
İnteryer kompozisiyasında, günbəz barabanından və yan pəncərə açımlarından düşən işıqlanma, sadə mehrab, özünəməxsus kapitellərlə tamamlanan sütunlar yüksək səviyyəli interyer təəssüratı yaradır. |
Qala kəndində 3 hamam olmuşdur. |
Bunlar "Şor hamamı", "Qum hamamı", "Bayraməli hamamı" adı ilə tanınan hamamlardırlar. |
Şor hamamı" kəndin cənub hissəsində, duz gölünün yaxınlığında yerləşirdi. |
Oraya göldən su çəkilmişdir. |
Bu hamamın suyu duzlu olduğundan daha çox müalicəvi məqsəd daşımışdır. |
Bu su daha çox dəri xəstəlikləri zamanı istifadə olunardı. |
Hamam dağılmış, lakin özülü bu günə qədər qalmışdır. |
2012–2013-cü illərdə aparılmış tədqiqatlar, hamamın XVIII əsrə aid olduğunu sübut etmişdir. |
Tədqiqat zamanı tapılmış dəmir materialları hamamın XIX və XX əsrlərdə bərpa edildiyini göstərir. |
Bu hamamlardan yalnız biri bu günə qədər fəliyyət göstərir. |
Həmin hamam çox vaxt "Cümə hamamı" yaxud da "Bayraməli hamamı" adlanırmış. |
Giriş hissəsindəki epiqrafik yazıdan məlum olmuşdur ki, hamam 1881-ci ildə Bayraməli adlı şəxs tərəfindən təmir edilmişdir. |
Demək ehtimal var ki, hamam daha qədim ola bilər. |
Hamam iki hissədən ibarətdir. |
Soyunmaq və yuyunmaq yerləri. |
El hamamlarına gəlmək üçün qadınlar və kişilər üçün ayrıca günlər olardı. |
Bu hamamdan hal-hazırda Azərbaycan xalqının adətlərindən biri olan "Bəylik hamamı" kimi-el adəti ilə oğul evləndirəndə bəyi hamama gətirmək üçün istifadə olunur. |
Keçmişdə gəlinləri oğlanın anası, bacısı hamamda görüb bəyənərdilər. |
Belə bir deyim də var idi: "Qız bəyənəndə onu ya hamamda bəyən, ya da səhər-səhər əl-üzünü yuyanda". |
Qum hamamı – Bu hamamlardan, "Qum hamamı" daha qədimdir. |
Təsadüfən bərpaçılar tərəfindən tapılmışdır. |
Tamamilə zibil və torpaq altında uzun müddət qalmışdır. |
Təmizlənmə aparıldıqdan sonra məlum olmuşdur ki, hamam XII–XIV əsr memarlıq quruluşuna malikdir. |
Hamam torpağın altında yerləşdiyindən "Qum hamamı" adlanmışdır. |
Sanitariya –gigiyena məqsədlərindən əlavə, hamamda istirahət otaqları vardır. |
Hamamın özünəməxsus xüsusiyyəti, yer səthindən 1,5–2 m aşağı olmasıdır ki, bu da istiliyin saxlanması rolunu oynayır. |
Bu hamamın arxasında qazanxanası mövcuddur. |
Divarların içindən və döşəmənin altı ilə saxsı (keramik) borular vasitəsilə hamamı qızdırırlarmış. |
Hamam soyunmaq otağı və hovuzla yanaşı, 8 otağı özündə birləşdirir. |
Hamamda olan hovuz əhəng daşından yumru şəkildə yonulmuşdur və soyuq su üçün nəzərdə tutulur. |
Hər otağın giriş hissəsində ayaqqabı üçün xüsusi taxçalar vardır. |
Qaynar sudan qorunmaq üçün xüsusi ayaqqabı- başmaq geyinərlərmiş. |
Hamamda təkcə yuyunmaq üçün yox, dincəlmək üçün də istifadə edilirdi. |
Burada görüşlər keçirilir, ticarət edilir, nərd oynanılır və çay içirmişlər. |
Qadınların həyatında hamamlar böyük rol oynamışdır. |
Onlar hamama azuqə gətirir və bütün günü burada mahnı oxumaqla və söhbət etməklə keçirərmişlər. |
Otaqların biri mehrab üçün nəzərdə tutulmuşdur. |
Buradan namaz qılmaq üçün istifadə olunmuşdur. |
Hətta türk səyyahı Cəlal Əsəd XIX əsrdə qeyd edirdi: "Hamamlar müsəlmanlar üçün məscidlər kimi lazımdır". |
Avstriya səyahətçisi Q. Vamberi göstərirdi ki, hamamlar bütün müsəlmanlar üçün həm daxili tələbatı ödəmək üçün, həm də dini məqsədlər rolunu oynamışdır. |
Yuyunmaq üçün otaqlarda hovuz olurmuş. |
Müsəlman adətinə görə su başqasının bədəninə dəydikdə təmiz su sayılmırmış. |
İsti və soyuq suyun saxlanması üçün lap arxada kiçik otaqlardan istifadə edilirmiş. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.