Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Elə qadın var, özünü 25, eləsi də var, 60 yaşda xoşbəxt hiss edir. |
Qadınlara onları xoşbəxt hiss etdirəcək yaşı arzu edirəm. |
Qadınlar həyatdan çox şey istəyirlər, ilk növbədə öz ayaqları üzərində dayanmağı. |
Bütün qadınlar istəyərlər ki, savadları, təhsilləri, peşələri olsun. |
Bütün qadınlara ana olmağı arzu edirəm. |
Bununla yanaşı, onları yalan, zərbə almaq, yanılmaq da qorxudur. |
Arzu edirəm, heç bir qadın tək qalmasın, zərbə almasın. |
“Elə günahlar var ki, onları bağışlamaq olmur. |
Hədiyyə ilə günahı yumaq fikrinə ciddi yanaşmıram. |
Günahlar hədiyyə ilə yuyulmalı olsaydı, hamı istədiyi günahları işlədərdi. |
İnsanlar günah işlər görməməyə çalışmalıdırlar. |
Günah işləmə ki, hədiyyə ilə yumaq məcburiyyətində də qalmayasan. |
Heç bir hədiyyə günahı yuya bilməz. |
Qadın dostluqda kişilərə nisbətən daha mərd, dürüst olur. |
Qadın yaxşı dost və arxa-dayaqdır. |
Sev ki, sevən mərd olar, sevməyən sevgilisiz olar”, - deyə V.İsazadə fikrini tamamlayıb. |
Aktrisa Naibə Allahverdiyeva qadınların hər zaman əzab-əziyyətə düçar olduqlarını bildirib:"""“Qadının ümumiyyətlə bəşəriyyətdə rolu böyükdür. |
Qadın olmasa, insan artımı da olmaz. |
Qadınlar dünya yaranandan mənəvi və fiziki yük daşıyırlar. |
Qadını sevgi, diqqət, qayğı xoşbəxt edir. |
Bu, təkcə xarici görkəmə aid deyil. |
Qadın üçün hər şey gözəl olmalıdır. |
Qadın Allahın əmanəti olaraq kişilərə verilib. |
Lakin təəssüf ki, kişilər xəyanət edirlər”. |
N.Allahverdiyeva qadınların diqqətsiz qalanda mənəvi iztirab çəkdiklərini söyləyib:""“Qadınları tənhalıq qorxudur. |
Kişilərə nisbətən qadınlar daha həssasdırlar. |
Qadınlar nə qədər çox yaşasalar, dünya gözəlləşər. |
Qadın qadınlığını itirməməlidir. |
Ölən günə qədər xanım-xatın davranmalıdır. |
Qadın özünü qorumalı, ondan istifadə olunmasına imkan yaratmamalıdır. |
Bütün qadınlar hədiyyələri sevirlər. |
Lakin sən ona elə mənəvi zərbə vura bilərsən ki, dünyanı da versən, bağışlamaz. |
Aktrisa qeyd edib ki, dünyanın heç bir yerində axmaq ərinə dözən qadın yoxdur:""“Bəzi kişilər sözlərinin üstündə dayanmırlar. |
Azərbaycan qadınları çox mərd və qeyrətlidirlər, zəhmetkeşdirlər. |
Dünyanın heç bir yerində axmaq ərinə dözən qadın yoxdur. |
Kişilər sevginin nə olduğunu bilmirlər. |
Ailədə isə qarşılıqlı anlaşma şərtdir. |
Qadın ölümlərinin artması məni çox kədərləndirir. |
Bizim qadınlarımıza qarşı belə davranış olmamalıdır. |
Gənc analar fiziki hazırlıqlı olmalı, özünümüdafiəni bacarmalıdırlar. |
Kişi guya qadını sevir, sonra evinin xanımı edir, sonda isə qatilinə çevrilir”. |
“Sev ki, sevən mərd olar, sevməyən...bu dünyaya gərəksiz olar. |
Sevgisiz insan bu dünyaya gərək deyil. |
Sevgi olmasa, dünya alt-üst olar. |
Bütün müharibələr sevgisizlikdən yaranır”, - deyə N.Allahverdiyeva qeyd edib. |
Xanəndə Gülyanaq Məmmədova həmcinslərini təbrik edib:"""“Qadın - xanım-xatınlığı, zərifliyi, gözəlliyi, isməti, əxlaqı, hörməti, sevgini - hər bir şeyi özündə cəmləşdirən varlıqdır. |
Bütün gözəlliklər qadın sözündə cəmləşir. |
Hər kəsi ürəkdən təbrik edirəm”. |
Deputat Aqil Abbas qeyd edib ki, qadın müqəddəs zülmətdir:"""“Qadın - ana, bacı, qız, nəvədir. |
Qadın Allahdan sonra yaradandır. |
Qadını səmimiyyət, mehribanlıq xoşbəxt edir. |
Mən düşünürəm ki, xoşbəxtlik var-dövlətdə deyil”. |
A.Abbas xanımının ondan çox yaşamasını istədiyini bildirib:""“Qadınıma məndən çox yaşamağı arzu edərdim. |
İstəyirəm ki, öləndə üstümdə ağlayanım olsun. |
Qadın yoldaşından öncə ölürsə, yoldaşı da ölmüş kimi olur. |
Qadınlar xoşbəxtlik, sevgi istəyirlər. |
Təklik həm kişiləri, həm qadınları qorxudur. |
Qadınların sevinci övladlarıdır. |
Övladlarını xoşbəxt görmək arzularıdır. |
Qadına normal yanaşmaq lazımdır, başqa niyyətlə yaxınlaşmaq dostluq deyil. |
Günah var ki, onu heç nə ilə yuya bilməzsən. |
Xətrinə dəy, sonra gül al ki, bağışla... Sev ki, sevən mərd olar, sevməyən namərd olar. |
Mən də orta məktəbdə müəllimimi, sinif yoldaşımı, tələbə yoldaşımı sevmişəm. |
Lakin əsl sevgim ilə ailə həyatı qurmuşam. |
Yazıçı Seyran Səxavət bildirib ki, qadınları hər zaman sevindirmək lazımdır:"""“Romanımda da var. |
“Qız sevinəndə Allahın dodaqlarına da təbəssüm qonur. |
O, bəşəriyyətə qarşı daha çox mərhəmətli olur”. |
Xanım xoşbəxt olması üçün başını aşağı salıb, ailəsi və işi ilə nəfəs almalıdır. |
Gender bərbərliyi adı altında qadınları hərifləyib, işlədirlər. |
Çöldə də işləməkləri ürəyimi ağrıdır. |
Bir evin xanım-xatını olmaq dünyanın bütün karyeralarına dəyər”. |
Yazıçı qadınların həyatda çox şey istədiklərini bildirib:""“Qadınlar həyatdan hər şey istəyirlər. |
O qədər şey istəyirlər ki, axırda da nə istədiklərini bilmirlər. |
Qadını təklik qorxutmur, ərinin onu boşaması qorxudur”. |
S.Səxavət günah işləyəndən sonra xanımına hədiyyə alanlardan bəhs edib:""“Əgər bir kişi günah işlədir, sonra babat hədiyyə alıb verirsə, qadın da günahından keçirsə, elə kişi ona qarşı həmişə günah işləsə, yaxşıdır. |
Sanki mənəviyyatı alverə çıxarırlar”. |
“Qadınlara demək istəyirəm ki, ay gözəl xanımlar, xırda şeylərə sevinməyi bacarın. |
Sev ki, sevən mərd olar, sevməyən...bədbəxt olar. |
Sevgini də layiq bildiyin adamlara ötürməlisən. |
Mən sevdiyim adamlara borcluyam. |
Onları sevə-sevə Seyran Səxavət olmuşam”, - deyə yazıçı əlavə edib. |
Ermənistan parlamentinin sədri Alen Simonyan iddialı açıqlama ilə çıxış edib və deyib ki, ölkəsi Avropa İttifaqına üzvlüyə namizəd olmağa hazırdır. |
Spiker söyləyib ki, rəsmi İrəvan bununla təhlükəsizliyini təmin edəcək. |
Onun bu açıqlaması Ermənistanın xarici siyasətdə vektoru dəyişmək planı kimi dəyərləndirilə bilər. |
Baş nazir Nikol Paşinyan hakimiyyətinin Avropa İttifaqına üzvlüyə namizədliyə hazır olduqlarını elan etmələri Ermənistandakı vəziyyətə xaricdən verilən növbəti qiymətləndirmənin, daha dəqiqi təhrifedici tərifin nəticəsidir. |
Elə A.Simonyanın fikirləri də bunu təsdiqləyir:“Hərəkətlərimiz göstərir ki, biz artıq Avropa İttifaqının üzvü olan bir çox tərəfdaş ölkələrdən daha yaxşı demokratiyaya malikik. |
Bunu biz demirik, Aİ tərəfdaşlarımız bildirir”. |
Bu il fevralın ortalarında Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel söyləmişdi ki, Brüssel və İrəvan ikitərəfli əməkdaşlığın “iddialı” genişləndirilməsi üzərində əməkdaşlığa başlamaq qərarına gəliblər. |
Onun sözlərinə görə, ittifaq yaxın gələcəkdə bu ölkə ilə təhlükəsizlik və müdafiə sahəsində münasibətləri dərinləşdirmək niyyətindədir. |
N.Paşinyan hökuməti də belə açıqlamalara inanaraq ölkələrini Aİ üzvlüyünə layiq sayır. |
Ancaq reallıq və qaydalar J.Borrel, A.Simonyan və onlarla eyni mövqedə olanların dediklərini inkar edir. |
Düzdür, Ermənistanda Azərbaycan, Moldova, Ukrayna, Gürcüstan kimi Avropa İttifaqının Şərq Tərəfdaşlıq proqramının üzvüdür. |
Ancaq bu həmin ölkələrin quruma namizədliyi və üzvlüyü üçün baryerləri aradan qaldırmır. |
İndi əsas sual odur ki, Ermənistan Aİ-yə üzv olmaq bir tərəfə, quruma qoşulmaq üçün namizəd olmağa layiqdirmi? |
Təşkilata üzv olmaq üçün ilk və əsas şərt Avropa qitəsində yerləşməkdir. |
Ermənistan isə coğrafi bölgüyə əsasən, Asiya qitəsinə aiddir. |
Avroasiya materikinin iki qitə arasında sərhədi belədir:Avropa və Asiya arasındakı sərhəd çox vaxt Ural dağlarının şərq ətəyi və Muğalcar, Emba çayı, Xəzər dənizinin şimal sahili, Kumo-Manıç çökəkliyi və Kerç boğazı olaraq götürülür. |
Bəzi mənbələrdə Avropa sərhədinin tərifinin fərqli bir versiyası da var:Ural silsiləsi, Ural çayı və Qafqaz silsiləsinin suayrıcı ərazisi. |
Ermənistan bu iki bölgü daxilində yoxdur. |
Prosedurlara görə, Avropa İttifaqı Şurası üzvlüklə bağlı ərizəni yalnız yekdilliklə rədd və ya təsdiqləyə bilər. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.