Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Oxu.Az-ın əməkdaşları 8 Mart - Beynəlxalq Qadınlar Günündə kişilərlə çiyin-çiyinə çalışan, neft-qaz hasilatı üzrə operator Nəzakət Cəfərova ilə söhbətləşmək üçün onun işlədiyi mədənə səfər ediblər. |
O, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin “Bibiheybətneft” Neft və Qaz Çıxarma İdarəsində (NQÇİ) çalışır. |
Həmsöhbətim ömrünün 25 ilini neft sahəsinə həsr edib:"""“1972-ci ildə Bakıda neftçi ailəsində anadan olmuşam. |
Valideynlərim də neftçi olublar. |
Onlar evdə neftdən, quyulardan danışırdılar. |
Mənə də bu sahə çox maraqlı gəlirdi. |
Hər zaman özümə sual verirdim ki, görəsən, neft necə çıxır? |
Artıq 25 ildir ki, neft sənayesində çalışıram. |
Neft-qaz sənayesində işləmək ağır və çətin olsa da, mən sevərək bu peşəyə gəlmişəm, həvəslə öz işimlə məşğulam”. |
Peşəsinin incəliklərindən danışan neftçi düşünür ki, bu sahənin kişisi, qadını olmur:""“Bir insan işini yaxşı bilirsə, deməli, o sahənin sənətkarıdır. |
Cinsindən asılı olmayaraq, kim işini bacarır və həvəslə görürsə, hər zaman uğur qazana bilər. |
Uzun illərdir, kişilərlə birlikdə çalışıram. |
Hər səhər saat 9:00-da iş başlayır. |
İşimiz elədir ki, hava şəraitindən asılı olmadan quyuları yoxlayırıq. |
İlk olaraq, səhər fərdi mühafizə vasitəsi ilə təmin edilir və təlimatlandırılırıq. |
Daha sonra neft sahəsi ərazisinə çıxırıq və quyulara nəzarət edirik. |
Ehtiyac olduqda quyunun ətrafını təmizləyir, torpaqlayırıq və kəmərlərində nasazlıq varsa, yenisi ilə əvəz edirik. |
Bizim üç sahədə 43 quyumuz var və onlara daim nəzarət edirik. |
Hər bir quyunun öz xüsusiyyəti olur. |
Biz onların verim əmsalını ölçürük. |
Hansı quyuda problem varsa, onun həlli üçün çalışırıq”. |
N.Cəfərovadan hansı quyuları açmağın onun üçün asan olduğunu soruşuruq:""“Dayaz quyunu açmaq daha yaxşıdır. |
Dərin quyularda isə qaz olur və təzyiq səbəbi ilə çətinlik yaradır. |
Quyuların təmir müddəti isə 20 gündən beş aya kimi olur”. |
Neftçi qadının həyat yoldaşı da neft sahəsində çalışır. |
Həmsöhbətim deyir ki, işlədiyi kollektiv çox mehribandır:"""“Bizim işimiz məsuliyyətlidir. |
Komandamızla hər zaman çiyin-çiyinə çalışmışıq, bir-birimizə dəstək olmuşuq. |
Bəzən elə an olur ki, o işi görməyə fiziki cəhətdən gücüm çatmır. |
O zaman kişi neftçilər köməyə gəlirlər. |
Əynimizdə kişi paltarı, başımızda kaska olur”. |
Neftçi işə təzə başlayan zaman başına gələn maraqlı hadisəni də bizimlə bölüşüb:""“Yeni idim. |
Rəhbərlik tapşırıq verdi ki, quyu neft vermir və analiz edilməlidir ki, səbəbi bilinsin, neftin verim əmsalı öyrənilsin. |
Mən də quyudakı boltu açdım və neftdən nümunə götürdüm, verim əmsalını ölçdüm. |
Daha sonra boltu yerinə bağlamağı bacarmadım. |
Kişi neftçidən xahiş etdim ki, mənə kömək etsin. |
İş yoldaşım mənə kömək edən zaman gülə-gülə:“Boltu açırsan, bağlaya bilmirsən?” - dedi. |
(gülür)"Neftçi qadın deyir ki, qadın zəif deyil, zərifdir:""“Cəmiyyətdə bəzən qadınları zəif məxluq kimi təqdim edirlər. |
Azərbaycan qadınları tarix boyu mərdliyi, şücaəti ilə kişilərdən geri qalmayıblar. |
At çapıb, qılınc oynadıb, döyüşlərdə iştirak edib. |
Ailəsini, vətənini qorumaq üçün canından, qanından keçib, ölkəsinə layiqli övladlar yetişdirib. |
Həyatda vaxtaşırı çətinliklərlə qarşılaşmalı oluruq. |
Hər şeyə səbirlə yanaşıb, mübarizə aparmaq lazımdır. |
Kişiyə də, qadına da Allah iki əl, iki ayaq verib. |
Niyə biz kimdənsə asılı olmalıyıq? |
Azərbaycan xanımları qürurlu və zəhmətsevərdirlər. |
Biz qadınlar, eyni zamanda, anayıq, övladlarımız var. |
Bu sahədə çalışmaq istəsələr, onlara dəstək olaram. |
Bilirsiniz, hansı sahə olur-olsun, qadın güclüdürsə, savadlıdırsa, onun yetirdiyi övlad da güclüdür”. |
Qadınlar dövlətimizin, bu günümüzün, gələcəyimizin dayağıdırlar. |
Biz də Nəzakət Cəfərovanın timsalında bütün xanımları təbrik edirik. |
Onlar həmişə olduğu kimi, yenə də fədakar əməkləri ilə doğma vətənimizin iqtisadi qüdrətinin yüksəlməsinə böyük töhfələr verirlər. |
Daha çox foto burada:PhotoStock.az"İlhamə Əbülfət |
Ukraynanın Odessa limanında partlayış baş verib. |
Qeyd olunur ki, həmin vaxt Ukrayna prezidenti Volodimir Zelenski Yunanıstanın baş naziri Kiriakos Mitsotakislə görüşüb. |
Yunan mənbələrinin məlumatına görə, Mitsotakisin təyyarəsi yerli vaxtla saat 10:30 radələrində şəhər limanında baş verən güclü partlayışdan 15 dəqiqə əvvəl Odessaya enib. |
Yunanıstanın baş nazirinin səfərinin ən ciddi məxfilik şəraitində planlaşdırıldığı vurğulanır. |
Bəzi imənbələr raketin şəhərdən buraxıldığını bildirir. |
Digər mənbələr iddia edir ki, Odessada partlayış zamanı Zelenskinin özü də partlayış baş verən ərazidə ola bilərdi. |
Həmin vaxt limanda Xüsusi Əməliyyat Qüvvələrinin üzvlərinin mükafatlandırılması mərasimi keçirilib. |
İran bir həftə ərzində 25 kiloqram yüksək zənginləşdirilmiş uran ala bilər. |
Bu barədə ABŞ-nin Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutunun (Institute for Science and International Security) xüsusi hesabatında deyilir. |
Təhlilçilər bildirirlər ki, İranın uran ehtiyatları və sentrifuqa gücü birləşərək bir ay ərzində yeddi nüvə başlığı istehsal etməyə kifayət edir. |
Eyni zamanda, uranın ilk zənginləşdirilməsi üçün iranlı fiziklərə cəmi 7 gün lazım olacaq. |
İzah edilir ki, belə bir ssenari üçün Tehran dörd təkmilləşdirilmiş sentrifuqa kaskadından, əlavə zənginləşdirmə texnologiyasından istifadə etməli və daha çox xammal xərcləməli olacaq. |
Ekspertlər xəbərdarlıq edirlər ki, İran Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) müfəttişlərinin öz nüvə obyektlərinə girişini məhdudlaşdırmaq qərarına gəlsə, İranın nüvə silahlarının yaradılması gizli şəkildə baş verəcək. |
Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmi istifadəçiləri tərəfindən təhlükəsizlik qaydalarına riayət olunmasının müəyyən edilməsi məqsədilə nəzarət tədbirlərini davam etdirir. |
Bildirilib ki, Kür çayının Mingəçevir və Şirvan şəhərlərinin ərazisindən keçən hissəsində nəzarət tədbirləri zamanı ümumilikdə 7 qayıq saxlanılaraq, həmin nəqliyyat vasitələrinin texniki və qeydiyyat sənədləri, təchizat və xilasetmə vasitələri, həmçinin kiçikhəcmli gəmi sürücülərinin sürücülük vəsiqələri yoxlanılıb. |
Kiçikhəcmli gəmilərin təhlükəsiz istismar qaydalarının müvafiq tələblərini - sürücülük hüququ olmadan kiçikhəcmli gəmilərin istismarı, illik texniki baxışdan keçmədən nəqliyyat vasitəsinin istismarı, xilasetmə və digər təchizat avadanlıqları olmadan qayıqlardan istifadə qaydalarını pozan kiçikhəcmli gəmi istifadəçisi, ... |
Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür. |
Sevildiyini hər an hiss edənin də, bircə xoş söz üçün ilin ancaq bu gününü gözləyənin də, təbrik almayanda belə, səbirlə gözləməyi bacaranın da bayramıdır. |
Qadın olmağın yükünü, sevincini hər kəs bir cür anlayır. |
Maraqlıdır, bəs Azərbaycan xanımlarının cəmiyyətdəki yeri necə qiymətləndirilir? |
Oxu.Az-ın əməkdaşı 8 Mart münasibəti ilə məşhur qadınlar və kişilər arasında sorğu keçirib. |
Respondentlərə yeddi sual verib:""Qadın olmaq nə deməkdir? |
Qadına neçə yaş arzulayırsınız? |
Qadınlar həyatdan nə istəyirlər? |
Hansı hədiyyə bütün günahları yuyar? |
Bir də xahiş edib ki, “Sev ki, sevən mərd olar, sevməyən...” fikrini tamamlasınlar. |
Məşhurlarımızın hər birinin özünəməxsus cavabları var. |
Müğənni Elnarə Xəlilova qadınların sevildiklərinin fərqində olaraq yaşamaq istədiklərini qeyd edib:"""“Qadın ilk növbədə ana olmaq deməkdir. |
Onun missiyası ilk növbədə ana olmaqdır. |
Daha sonra artıq xanım, bacı, xala, bibi, nənə, müəllimə, həkim və s. Qadını bir təbəssüm, mülayim rəftar, gözəl davranış, xoş söz, balaca bir diqqət və qayğı da xoşbəxt edə bilər. |
Vacib deyil, məhz nə isə bir hədiyyə olsun. |
Qadınlar yüz yaş yaşamalıdırlar. |
Qadın doya-doya yaşamaq istəyir. |
Sevildiyini bilə-bilə yaşamaq istəyir”. |
E.Xəlilova qadınların tək qalmaqdan qorxduqlarını bildirib. |
Müğənninin fikrincə, hər həftəsonu qadınla bərabər, bütün ev işlərini görən kişinin günahlarını bağışlamaq olar. |
“Qadından dost, əlbəttə ki, olar. |
Allah qadını elə Adəm peyğəmbərə dost, yoldaş olaraq göndərdi”, - o bildirib. |
Məşhur ifadəni tamamlamağa gəlincə, müğənni deyib ki, sevməyən adamdan qorxmaq lazımdır:""“Sev ki, sevən mərd olar. |
Srağagün balaca oğlum sinif yoldaşlarından bir epizod mənə danışdı. |
Dedim, oğlum, sevməyi bacarmayan insanlardan qorxmaq lazımdır, sevməyi bacaranlardan yox. |
Sevən adamdan heç vaxt kiməsə pislik gəlməz”. |
Dizayner Vəfa İsazadə qeyd edir ki, qadının həyatında sevgi, rifah və dəyər varsa, xoşbəxtdir:"""“Qadın - qüvvədir. |
Qadın olmaq - ana, bacı, həyat yoldaşı, sevgili deməkdir. |
Qadın ən xırda şeylərdən belə, xoşbəxt ola bilir. |
Onu ilk növbədə könül rahatlığı, sağlamlıq, sevgi, diqqət, qayğı xoşbəxt edir. |
Qadınlar hər yaşda gözəldirlər. |
Özünü hansı yaşda xoşbəxt hiss edirsə, o yaşı arzu edirəm. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.