Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Yazı bacarığı üzrə 2 hissəni cavablandırmaq üçün 60 dəqiqə, danışıq üzrə 3 hissəni cavablandırmaq üçün 15 dəqiqə veriləcək”. |
Sözügedən imtahan nəticələri üç səviyyə:A1-A2 - başlanğıc səviyyə, B1-B2 - orta səviyyə, C1-C2 - yuxarı səviyyə üzrə qiymətləndiriləcək. |
Yer kürəsində iqlim sürətlə dəyişir. |
Mütəxəssislərin hesablamalarına görə, 2023-cü ildə havanın orta temperaturu sənaye inqilabından əvvəlki dövrlə müqayisədə 1,48 Selsi dərəcəsi yüksək olub. |
Bu da iqlim dəyişikliyi barədə müzakirələri xüsusilə aktual edir. |
Bildiyiniz kimi, bu il Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək. |
Bununla əlaqədar şəhərsalma və memarlıq üzrə beynəlxalq məsləhətçi İrina İrbitskaya (Paris) 2022-ci ilin də isti keçdiyini və Avropada bu səbəbdən 61 672 nəfərin həyatını itirdiyini xatırladıb. |
Ölümə səbəb olan istilər İrina İrbitskayanın martın 7-də onlayn mühazirəsinin mövzusu olacaq. |
Ekspert hesab edir ki, Avropa şəhərlərinin həddindən artıq istilərə tab gətirməkdə minillik təcrübələri yoxdur. |
Məhz İrina İrbitskaya “arid relyef”, “arid memarlıq” və “arid urbanistika” (arid iqlim - havanın temperaturunun yüksək olduğu iqlim - red.) |
Oxu.Az-a müsahibəsində İrina İrbitskaya ilk növbədə qeyd edib ki, iqlim dəyişikliyi ilə bağlı mühazirəsini “İstilik” adlandırması təsadüfi deyil, növbəti mühazirənin adı isə “Daşqınlar” olacaq. |
- Bizə içində olduğumuz vəziyyəti təsvir etmək üçün yeni bir dil lazımdır. |
Və bu dil insana daha yaxın olmalıdır. |
Çünki insanlar “iqlim dəyişikliyi” ifadəsini eşitdikdə bu onları elə də narahat etmir, çünki bu ifadə onlar üçün çox az məna kəsb edir. |
Bu, astronomik hadisə kimi, “planetlərin paradı” kimidir. |
İnsan “istidən öləndə” demir ki, “iqlim dəyişikliyindən ölür”. |
Bakıdakı COP29 sessiyasında haqqında danışılacaq iqlim dəyişikliyi də çox mühüm mövzudur. |
- Deyə bilərsinizmi, yeni təhlükələr, ilk növbədə, istilər fonunda memarların qarşısında hansı məsələlər dayanır? |
Şəhərsalma və memarlıq istiliyə qarşı mübarizədə əsas alətlərdir. |
Onların vəzifəsi şəhərlərimizi istidən qurtulmaq üçün adalara çevirməkdir. |
Arid memarlıq və arid urbanistika - əlçatan aşağı texnologiyalar sistemidir (“low tech”). |
Yüksək texnologiyalar (“high tech”) sistemi üstün olsa da, onların tətbiqi böyük xərc tələb edir. |
Çünki son istifadəçilərin əhəmiyyətli bir hissəsi bu sistemdən istifadə etmək üçün müvafiq səriştəyə malik deyil. |
Aşağı texnologiyaların istifadəsi zamanı belə xərclərə ehtiyac olmur. |
Gələcəkdə beynəlxalq inkişaf artıq təkcə pul və texnologiyanın inkişaf etmiş ölkələrdən inkişaf etməkdə olanlara transferi ilə deyil, hər iki istiqamətdə mübadilədən ibarət olacaq. |
İsti hava şərtlərinə tab gətirmək təcrübəsi inkişaf etməkdə olan ölkələrin arid relyef fonunda qurduqları həyat tərzində özünü göstərir, çünki onların əksəriyyəti quraq bölgələrdə yerləşir. |
- Bununla bağlı nümunələr göstərə bilərsinizmi? |
- Məsələn, su qıtlığının yaşandığı Özbəkistanın Kaqan şəhəri Buxara vahəsi və genişlənən səhranın sərhədində yerləşir. |
Faktiki olaraq bu şəhər aqropolis modelinə görə yaşayır, yəni kənd təsərrüfatı əraziləri üçün xarakterik olan qida istehsalı ilə məşğuldur. |
Qızmar Günəş altında, su çatışmazlığı şəraitində sakinlər şəhərdə, fərdi evlərə məxsus kiçik sahələrdə meyvə-tərəvəz yetişdirir, ev heyvanları və quş saxlayırlar. |
Şəhər sakinlərinin 70%-i bu işlə məşğuldur. |
Yəni sakinlərin 70%-nin isti hava şəraitində fəaliyyətlə bağlı səriştəsi var və onlar arid relyefdə təsərrüfat qurublar. |
Dünyanın belə bacarıqlara ehtiyacı var. |
Bunlar Mərkəzi Asiyada minilliklər ərzində formalaşmış əlçatan aşağı texnologiyalardır. |
Kaqanda həyat tərzi ilə bağlı araşdırmalar zamanı kəşf etdiyimiz şəhər arid kənd təsərrüfatı modeli isə şəhərlərin inkişafı üzrə beynəlxalq agentlərin axtardığı şeydir. |
Kaqanın və ümumilikdə Orta Asiyanın arid memarlığı tam olaraq bina deyil. |
Bu, metamemarlığın prototipidir ki, burada bina və onu əhatə edən xarici məkan - daş divarla əhatə olunmuş həyət və eyvan - vahid memarlıq obyektini formalaşdırır. |
Həyət və eyvan memarlığın “məsamələri”dir ki, təkcə insanları deyil, həm də bitkiləri və heyvanları istidən qoruyur. |
- Sizcə, Azərbaycan arid memarlıqdan və aşağı texnologiyalara əsaslanan arid şəhərsalmadan istifadə etməlidirmi? |
Və hesab edirəm ki, Azərbaycanda arid iqlim şəraitində həyatla bağlı dərin təcrübə mövcuddur. |
Yeri gəlmişkən, bunu sıx fəaliyyət apardığım Orta Asiyanın hər yerində görürəm. |
Yeni tikintilər - dünyanın istənilən nöqtəsində rast gələ biləcəyiniz universal müasir memarlığın versiyalarıdır. |
Problem burasındadır ki, bu, nəinki arid iqlim üçün yararsızdır, həm də şəhərlərdə həddindən artıq istiləşməyə gətirib çıxarır. |
Bir çox digər səhvlər arasında kiçik bir detal:bunlar mükəmməl cilalanmış plitələrlə örtülmüş fasadlar, Günəş düşən tərəfdə olan şüşəli qalereyalardır. |
Bütün bunlar ideal istilik toplayıcılarıdır. |
Arid memarlıq və arid urbanistika isə insanları həddən artıq qızmar havada işləyə bilməyən kondisionerlərdən daha yaxşı sərinlədə bilər. |
- Bəs beynəlxalq konfranslarda arid urbanistika müzakirə olunurmu? |
İnsanların artıq iqlim dəyişikliyini öz üzərilərində tam şəkildə hiss etdiklərini nəzərə alsaq, bu nə dərəcədə vacibdir? |
Əlbəttə, Bakıda keçirilən COP29 kimi əlamətdar tədbirdə memarlığın insanları və təbiəti yüksəlməyə davam edən istidən necə qoruya biləcəyi ilə bağlı sual qaldırıla bilər. |
Bu mövzu artıq sırf klassik arid bölgələrə aid məsələ deyil. |
İstilik artıq bir vaxtlar mülayim iqlimə malik olan Avropaya gəlib və hərəkətini davam etdirir. |
“Bu ilin əvvəlindən əmək müqavilələrinin sayı 26 minədək artıb və bunun 23 mindən çoxu qeyri-neft-qaz özəl sektorda qeydə alınıb”. |
Bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” hesabında paylaşıb. |
Nazir bildirib ki, qeyri-neft-qaz sektorunun özəl bölməsində bağlanmış müqavilələrin sayı dövlət sektorundakı (neft-qaz sektoru istisna olmaqla) müvafiq göstəricini 59 min vahid qabaqlayaraq ümumi əmək müqavilələrində 50%-i keçib. |
“İş yerlərinin rəsmiləşdirilməsinin təmin edilməsi istiqamətində islahatın başladığı 2019-cu ildən indiyədək işçilərlə işəgötürənlər arasında bağlanmış əmək müqavilələrinin sayı 432 mindən çox, qeyri-neft-qaz sektorunun özəl bölməsində isə 381 mindən çox artıb”, - deyə o qeyd edib. |
Bu ilin əvvəlindən əmək müqavilələrinin sayı 26 minədək artıb və bunun 23 mindən çoxu #qeyrineft-qaz özəl sektorda qeydə alınıb. |
Qeyri-neft-#qaz sektorunun özəl bölməsində bağlanmış müqavilələrin sayı dövlət sektorundakı (neft-qaz sektoru istisna olmaqla) müvafiq göstəricini 59… pic.twitter.com/JXRUXDgRra |
“Gənclik Mall” ticarət mərkəzində yerləşən “CineMastercard” premium kinoteatrında bir çox məşhur və populyar aktyorun iştirak etdiyi “Hayatla Barış” türk bioqrafik filminin təqdimatı keçirilib. |
Təqdimatın fəxri qonaqları Azərbaycan “Amputant Futbol” İctimai Birliyinin İkinci Qarabağ müharibəsi zamanı mina partlayışı nəticəsində xəsarət almış futbolçuları olublar. |
Artıq 2 ilə yaxındır ki, fəaliyyət göstərən Birliyin idmançıları milli komanda səviyyəsində beynəlxalq yarışlarda iştirak edirlər. |
Qonaqlar arasında həmçinin Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) nümayəndələri də olublar. |
ANAMA Amputant Futbol İctimai Birliyinə ən çox dəstək göstərən qurumdur. |
“Hayatla Barış” filmin rejissoru Ekin Pandırdır. |
Baş rolları Taner Ölmez, Nazan Kesal və Bülent İnal canlandırıblar. |
Film haqqında qısaca:“Uşaqlıqda keçirdiyi qəza nəticəsində əlil qalsa da, bu, Barış Tellinin planlarına mane olmur. |
Qəza nəticəsində sağ ayağını itirən Barış illər ərzində tennisdən atletikaya qədər idmanın bir çox sahəsində Türkiyə rekordları qırıb. |
Amputant futbol milli komandasında çoxsaylı çempionluqlar qazanan və bombardir olan idmançı zamanla “Ampute Messi” kimi tanınmağa başladı”. |
“CineMastercard” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır. |
Kanadanın Makgill Universitetinin alimləri müəyyən ediblər ki, inkişaf etməkdə olan və zəif inkişaf etmiş ölkələrdə insanların xoşbəxtlik səviyyəsi iqtisadi cəhətdən güclü ölkələrin sakinlərinə nisbətən daha yüksəkdir. |
Tədqiqatın nəticələri “Proceedings of the National Academy of Sciences” jurnalında dərc edilib. |
Sorğuda 71 ölkənin sakinləri iştirak ediblər. |
Psixoloji rifah geniş şəkildə insanın stress və çətinliklərin öhdəsindən gəlmək və cəmiyyətə məhsuldar töhfə vermək qabiliyyəti kimi müəyyən edilib. |
Afrika və Latın Amerikası ölkələri ən yüksək bal toplayıblar. |
Birinci yeri Dominikan Respublikası, üçüncü yeri isə Tanzaniya tutub. |
Ən yüksək həyat məmnuniyyətinə malik ilk beş ölkəyə Şri-Lanka, Panama və Malayziya da daxildir. |
Daha az xoşbəxt olanlar arasında isə Tacikistan, Özbəkistan və Braziliya olub. |
Elm adamları iqtisadi cəhətdən çiçəklənən ölkələrdə psixoloji rifahın aşağı səviyyədə olmasını müxtəlif amillərlə əlaqələndiriblər - smartfonlara aludəçilik, qeyri-sağlam qida istehlakının artması, ailənin və nikahın dəyərinin azalması və uzaqdan işləyənlər üçün iş yerlərinin sayının artması. |
Yeni yaradılan Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyəti təsdiq edilib. |
Oxu.Az xəbər verir ki, İdarə Heyətinin tərkibində Xalq artistləri Şəfiqə Məmmədova və Vaqif Mustafayev, Xalq yazıçısı Anar da daxil olmaqla 37 nəfərin adı var. |
Rejissorlar Oqtay Mirqasımov, Əbdül Mahmudov və Zamin Məmmədov İdarə Heyətinin üzvlüyündən imtina ediblər. |
14:09"Azərbaycanın iki kino ittifaqı birləşib və yeni təşkilatın adı “Azərbaycan Kinematoqrafçılar İttifaqı” olub. |
Oxu.Az xəbər verir ki, məsələ səsverməyə qoyularaq yekdilliklə qəbul edilib. |
Səsvermə ilə yeni təşkilatın Nizamnaməsi təsdiq edilib. |
Xalq artisti Şəfiqə Məmmədova yeni yaradılan kino ittifaqının sədrliyinə namizədliyini geri götürüb. |
Azərbaycanda yeni yaradılan Azərbaycan Kinematoqrafçılar İttifaqına sədrlik etmək üçün Xalq artisti Rasim Balayevin namizədliyi irəli sürülüb və səs çoxluğu ilə təsdiqlənib. |
Qeyd edək ki, yalnız rejissor Oqtay Mirqasımov birləşmənin əleyhinə səs verib. |
12:30"Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birləşmiş konfransı keçirilir. |
Oxu.Az xəbər verir ki, konfransda mədəniyyət xadimləri, incəsənət adamları iştirak edirlər. |
Konfransın gündəliyinə birləşmiş kino ittifaqının yaradılmasının rəsmiləşdirilməsi və nizamnamənin təsdiqi, eləcə də ona sədr və idarə heyətinin seçilməsi məsələləri daxildir. |
Xatırladaq ki, iki kino ittifaqının birləşməsi məsələsi ötən il gündəmə gəlib. |
2023-cü il iyulun 26-da AKİ və ARKİ idarə heyətlərinin birgə iclası keçirilib və hər iki təşkilatın birləşməsi haqqında birgə bəyanat qəbul edilib. |
AKİ 1963-cü ildən fəaliyyət göstərir. |
İttifaqın İdarə Heyətinin hazırkı sədri Xalq artisti Rasim Balayevdir. |
ARKİ 2012-ci ildə yaradılıb və İdarə Heyətinin sədri Xalq artisti Şəfiqə Məmmədovadır. |
Daha çox foto burada:PhotoStock.az"Nəzrin Vahid |
“Son dövrlərdə Bakıda pilot layihə üzərindən çox sayda köhnə bina sökülüb, yerlərində isə yeni binalar tikilib”. |
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib. |
Deputat bildirib ki, Azərbaycanda müəyyən tikinti şirkətləri var ki, tikintiyə icazə almadan söküntü işləri aparır, tikintiyə başlayır:""“Bunlara heç kəs mane ola bilmir. |
Bizdə elə tikinti şirkətləri var ki, onlar bir çox dəyərləri itiriblər, Allahdan da qorxmurlar. |
Başa düşmürlər ki, insanlara qan ağladanlara Allah qan qusduracaq. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.