Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Estetika aşiqləri:Deyirlər, baxmaq başqadır, görmək başqa. |
Görməyi bacaran xanımlar olduğu yeri zövq ziyarətgahına çevirir. |
Məhz buna görə olduqca zərif və gözoxşayan süfrə modelini əldə edə bilərsiniz. |
Villur parça və güpür detalları ilə minimalizm yaradan bu hədiyyə seçimi ilə siz nəinki gözlərə, həm də qəlbə xitab edəcəksiniz. |
Odur ki, bu və digər yüzlərlə hədiyyə seçimi ilə sevindirən şəbəkəmiz olan “Kontakt”da tanış ola bilərsiniz. |
Qeyd edək ki, martın 10-a kimi şəbəkənin mağazalarında nağd alışda 50%-dək endirim, hissəli alışda isə “indi al, 3 ay sonra ödə” kampaniyası aktivdir. |
Ətraflı məlumat üçün *6060 Çağrı Mərkəzinə və ya şəbəkənin sosial media səhifələrinə müraciət edə bilərsiniz. |
Bakıda avtomobillərin hərəkəti üçün nəzərdə tutulan tunellərin birində təhlükəli vəziyyət yaranıb. |
Söhbət Sabunçu rayonu, Əmirulla Əliyev küçəsində yerləşən tuneldən gedir. |
Belə ki, tunelə yığılan su sürücüləri əks yola çıxaraq hərəkət etməyə məcbur edir. |
Sürücülər üç aydır ki, analoji problemlə üzləşiblər. |
Azərbaycan Dəmir Yolları QSC-dən baku.ws-in sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 7 mart 2018-ci il tarixli, 3767 saylı “Bakı şəhərətrafı dəmir yolu xəttinin layihə-smeta sənədlərinin hazırlanması, əsaslı təmiri və tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncamının icrası çərçivə... |
Bunlardan 12-si tunel tipli yeraltı avtomobil keçidləri, 25 ədədi isə piyadaların istifadəsi üçün inşa edilib ki, bunlardan da 18 ədədi yerüstü, 7 ədədi isə yeraltı piyada keçidləridir. |
Qeyd olunan yeraltı avtomobil keçidlərinin hamısında qrunt sularının kənarlaşdırılması üçün nasosxana quraşdırılıb. |
Videodakı Sabunçu qəsəbəsi Əmir Bağırov küçəsinə keçən yeraltı avtomobil keçidi müvafiq tədbirlər planı çərçivəsində inşa olunub. |
Həmin yeraltı avtomobil keçidində qrunt sularının yığılmasına səbəb yağış barmaqlıqlarının aidiyyəti qurumlar tərəfindən vaxtlı-vaxtında təmizlənməməsidir”. |
Şuşada müxtəlif markalı silahlar aşkar edilib. |
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Şuşa Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən silah-sursatın yığılaraq təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir. |
Keçirilən tədbir zamanı müxtəlif markalı 8 avtomat, 5 tapança, 1 pulemyot, 9 ov silahı və digərləri aşkar olunaraq müvafiq qaydada götürülüb. |
Faktla bağlı araşdırma aparılır. |
Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycan dili üzrə sertifikasiya imtahanının modelini təqdim edib. |
Oxu.Az xəbər verir ki, martın 5-də DİM-də bununla bağlı tədbir keçirilib və modellə yanaşı Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər də açıqlanıb. |
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi, Yunus Əmrə İnstitutu və digər təşkilatların nümayəndələri, müxtəlif ali təhsil müəssisələrinin professor-müəllim heyəti iştirak ediblər. |
DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə çıxışı zamanı ölkəmizin öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan dilinin daha da inkişaf etdirilməsi yolunda geniş üfüqlər açıldığını qeyd edib:""“Müstəqilliyimizin başlıca rəmzlərindən sayılan Azərbaycan dilinin inkişaf etdirilməsinə dövlət qayğısının a... |
Ölkə rəhbərliyinin Azərbaycan dili ilə bağlı silsilə sərəncam və fərmanları dilin istifadəsinə və tədqiqinə dövlət qayğısının bariz göstəricisidir. |
DİM tərəfindən Azərbaycan dilini öyrənənlərin dil bacarıqlarının beynəlxalq standartlara uyğun ölçülməsini nəzərdə tutan imtahanların təşkil edilməsi prioritet məsələ kimi müəyyən edilib. |
Bu məqsədlə DİM mütəxəssislərlə birgə “Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” adlı proqram və sertifikasiya imtahanı modeli hazırlayıb. |
Belə bir proqramın hazırlanması və imtahanın keçirilməsi Azərbaycan dilini öyrənənlərin dil bacarıqlarının beynəlxalq standartlar əsasında ölçülməsini təmin edəcək. |
“Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” adlı proqram artıq Əqli Mülkiyyət Agentliyi tərəfindən qeydiyyatdan keçirilib və müstəsna istifadə hüquqlarının Dövlət İmtahan Mərkəzinə məxsus olduğunu təsdiq edən şəhadətnamə verilib”. |
“Bu proqram və imtahan modeli dünyanın müxtəlif yerlərində dilin tədrisi üçün kurikulumların və dil üzrə bilik və bacarıqların ölçülməsi ilə bağlı alətlərin hazırlanmasında istifadə olunan dillər üzrə ümum-Avropa çərçivə sənədi (CEFR - The Common European Framework of Reference for Languages) və Azərbaycan dilinin xüsu... |
Daha sonra çıxış edən Azərbaycan Dillər Universitetinin baş müəllimi və proqramın həmmüəlliflərindən biri Səbinə Əliyeva proqramın yaranma zərurəti, əhatə dairəsi və qarşıya qoyulan hədəflər haqqında məlumat verib. |
Dövlət İmtahan Mərkəzinin əməkdaşı Mehriban Cəfərsoy isə “Azərbaycan dili üzrə sertifikasiya imtahanı” modelinə aid təqdimatla çıxış edib. |
Daha çox şəkil burada:PhotoStock.az"Könül Cəfərli |
Sahibsiz itlərin hücumuna məruz qalan azyaşlının vəziyyəti ağır olaraq qalır. |
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib. |
Açıqlamada qeyd olunub ki, it dişləməsi səbəbi ilə zərərçəkən 9 yaşlı (kişi cinsli) azyaşlının müalicəsi Kliniki Tibbi Mərkəzin Reanimasiya Şöbəsində davam etdirilir. |
Hazırda vəziyyəti ağır olaraq qalır. |
Xatırladaq ki, hadisə mart ayının 3-də “Qobu Park-3” yaşayış kompleksinin yaxınlığında baş verib. |
Belə ki, 3 saylı Zəngilan məktəbinin dördüncü sinif şagirdi öz yoldaşları ilə oynayarkən sahibsiz itlərin hücumuna məruz qalıb. |
Azərbaycan Premyer Liqasının XXV turunda “Qarabağ”la oyunda zədələnən “Neftçi”nin futbolçusu Emin Mahmudovun durumu müəyyənləşib. |
Bakı klubunun Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, 31 yaşlı yarımmüdafiəçinin aşağı daban oynağında gərilmə aşkarlanıb. |
Komandanın kapitanı bugünkü məşqdə iştirak etməyəcək. |
Martın 6-da isə yenidən müayinədən keçəcək. |
Onun zədəsi yalnız müayinənin ardından bilinəcək. |
Qeyd edək ki, “Qarabağ”la görüşdə rəqibin yarımmüdafiəçisi Marko Yankoviçin müdaxiləsindən sonra Emin Mahmudov ayağından xəsarət alıb. |
Azərbaycan millisinin üzvü görüşün 51-ci dəqiqəsində əvəzlənib. |
Qarşılaşma “Qarabağ”ın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. |
“Telegram” mesencerinin yenilənmiş versiyası istifadəçilərə əlavə biznes imkanları olan bölmə təklif edir. |
Belə ki, tətbiqin premium abunəçiləri yeni müştəriləri üçün parametrlərə salamlama mesajları əlavə edə, həmçinin media faylları və formatlaşdırma ilə əvvəlcədən hazırlanmış blankları sürətli cavablar şəklində göndərə bilərlər. |
Bundan əlavə, sahib olduğu şirkətin iş qrafiki və ofis ünvanını göstərmək, habelə avtomatik olaraq “işdə yoxdur” statusunun göndərilməsini quraşdırmaq mümkün olub. |
Həmçinin “Stories”də mal və ya xidmətlər olan foto-videoları dərc etmək, adın yanında biznes statusu (emoji) təyin etmək və çatlar üçün çoxrəngli teqlər quraşdırmaq mümkün olub. |
O da qeyd olunur ki, zaman keçdikcə funksiyaların siyahısı genişləndiriləcək. |
Yeni funksiyalar müvəqqəti olaraq “Premium” abunəliyinə daxildir. |
Bundan əvvəl “Telegram”ın bəzi istifadəçilərə ödəniş edəcəyi barədə xəbər vermişdik. |
“Təəssüf ki, heyvan ətinə olan ehtiyaclarımızı hələ də yerli istehsal hesabına ödəyə bilmirik”. |
Məsələ ilə bağlı fikirlərini Bizim.media ilə bölüşən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, 2015-ci ildən bəri ət istehsalı ilbəil azalır:""“Son iki ildə isə bu sahədə antirekord qeydə alınıb. |
Hesab edin ki, yay aylarında bir qayda olaraq ətə tələbat azaldığına görə qiymətlər aşağı düşürdü. |
Çox təəssüf ki, 2023-cü ilin yayında bu ənənə pozuldu. |
Ət yay aylarında bahalaşmaqda davam etdi. |
Artan tələbatsa, təbii ki, idxala öz təsirini göstərir. |
Bu səbəbdən ət idxalı da aybaay artır”. |
Həmsöhbətimiz yerli istehsalın azalmasının səbəblərindən də danışıb:“Birinci səbəb örüş yerlərinin azalmasıdır. |
Hazırda kənd yerlərində örüş yeri olmadığından heyvanlar ancaq tövlələrdə bəslənilir. |
Bu da məhsulun maya dəyərini artırır. |
Təbii ki, əksər kənd adamları da rəqabətə tab gətirə bilmir, heyvanlarını dəyər-dəyməzinə satırlar. |
Nəticədə istehsal ciddi şəkildə azalır. |
Ona görə də əhalinin qırmızı ətə olan ehtiyacı bu gün daha çox idxal hesabına ödənilir. |
Yəqin ki, yaxın aylarda da ət idxalı artacaq”. |
Akif Nəsirli hesab edir ki, ət idxalını azaltmaq üçün yerli istehsalı stimullaşdırmaq lazımdır:“Hər bir kənd üçün örüş yerləri yaradılmalıdır. |
Səmərəsiz sahələrə diqqət azaldılmalıdır. |
Bundan başqa işğaldan azad olunmuş ərazilərin imkanlarından istifadə edilməlidir. |
Bildiyimiz kimi, tarixən Laçın, Kəlbəcər yaylaqları heyvandarlar üçün bir nəfəslik idi.Ən azından ilin 3-4 ayını insanlar öz heyvanlarını yaylaqlarda açıq örüşlərdə bəsləyirdilər. |
Həmin örüş sahələri yenidən dövriyyəyə qaytarılsa, əminəm ki, yerli istehsal artacaq. |
Ən əsası da təbii örüş sahələri bütün rayonlar üzrə bərpa olunmalıdır. |
İqtisadçı ekspert Fuad İbrahimov isə idxalın artmasını tələbatın çoxalması ilə əlaqələndirib:“Təəssüf ki, heyvan ətinə olan ehtiyaclarımızı hələ yerli istehsal hesabına ödəyə bilmirik. |
Bildiyimiz kimi, kənd təsərrüfatı sahələrinin şaxələndirilməsi sayəsində örüş sahələri dövriyyədən çıxdı. |
Örüşlərin azalması da yem bazasının kiçilməsinə səbəb olur. |
Ona görə də yerli istehsalda təkcə azalma yox, həm də bahalaşma var. |
İndiki halda idxal yerli tələbatın doğru-düzgün ödənilməsinə və qiymətlərin artmamasına xidmət edən amildir. |
Yerli tələbatı ödəmək üçün bu idxal bizə lazımdır. |
Düşünürəm ki, balans mərhələli şəkildə bərpa olunacaq. |
Amma indiki vəziyyətdə idxal qaçılmazdır. |
Hazırda idxal qiymət artımının qarşısını alacaq hələlik yeganə amildir. |
Çünki bu faktor xaricə valyuta axınına da təkan verir. |
Ona görə də yerli resursları hərəkətə gətirməliyik”. |
Xatırladaq ki, yanvarda Azərbaycana 8 milyon 542 min ABŞ dolları dəyərində 4 min 410 ton ət idxal olunub. |
Dövlət Gömrük Komitəsinin məlumatına görə ötən ilin müvafiq dövrü ilə müqayisədə 63,8 faiz artım olub. |
Ötən ilin yanvarı ilə müqayisədə ölkəyə idxal olunan ətin statistik dəyərində isə 1,7 dəfə artım qeydə alınıb. |
Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən, hər ilin bu günü Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd edilir. |
Oxu.Az xəbər verir ki, həmin günün martın 5-də qeyd olunması təsadüfi deyil. |
Məhz 1995-ci il martın 5-də ulu öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb. |
1997-ci ildən Milli Olimpiya Komitəsinə rəhbərlik edən Prezident İlham Əliyevin ardıcıl səyləri, uğurlu siyasəti nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkəsinə çevrilib. |
Ölkəmizdə keçirilən gimnastika üzrə Dünya Kuboku, “Formula-1” üzrə Azərbaycan Qran-prisi, bədii gimnastika üzrə Avropa çempionatı, taekvondo üzrə böyüklər arasında dünya çempionatı, şahmat üzrə kişilər və qadınlar arasında Dünya Kuboku, atıcılıq üzrə dünya çempionatı, çövkən üzrə dünya çempionatı, hərbçilər arasında gü... |
Xüsusilə 2023-cü il qazanılmış nailiyyətlər, ilklər və rekordlar baxımından Azərbaycan idman tarixində mühüm yer tutub. |
İdmançılarımız ötən ildə beynəlxalq yarışlarda ümumilikdə 1 472 medal əldə etməklə Azərbaycan idman tarixində rekorda imza atıblar. |
Ötən il dekabr ayının 21-də xalqımız tarixi hadisəyə şahidlik edib. |
30 illik fasilədən sonra Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları qarşılaşıb. |
Azərbaycan xalqı Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə yenidənqurma işlərinin başa çatdığı Xankəndi şəhər stadionundakı qarşılaşmanı ilk dəfə canlı izləmək şansı əldə edib. |
Bu möhtəşəm hadisə təkcə ilin yox, Azərbaycan idman tarixinin ən önəmli hadisələrindən biri kimi yaddaşlara həkk olunub. |
Xankəndi stadionunda keçirilmiş oyun həm də dünya ictimaiyyətinə bir daha nümayiş etdirib ki, Qarabağ Azərbaycandır! |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.