Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında 2012-ci il sərhəd toqquşmaları iyun ayının əvvəllərində baş verdi. |
Qarşıdurmalar hər iki tərəfin itkilər verməsi ilə nəticələndi. |
İki ölkə 1990-cı illərin əvvəllərindən Dağlıq Qarabağ anklavı uğrunda müharibə aparırdı, gərginlik isə son vaxtlar daha artdı. |
2011-ci ilin əvvəllərindən bəri Ermənistanla Azərbaycan arasında baş verən atışmalarda 63 nəfər həlak olmuşdur.Ən son gərginlik Ermənistan-Azərbaycan sərhədinin Tavuş vilayəti ilə Qazax rayonu arasında keçən hissəsində gücləndi və aprel ayında mənşəyi bilinməyən sərhədyanı atışmalara çevrildi.Bundan əvvəl Azərbaycan di... |
Ermənistan-Rusiya əlaqələri və Ermənistan-Amerika münasibətləri də Azərbaycanın silah əldə etmək səylərinə maneə törədir.İyunun 2-də, ATƏT-in planlaşdırılan monitorinq səfərindən bir neçə saat sonra Azərbaycandan gələn atışla Nerkin Karmirarghbyur sakininin odlu silahdan yaralandığına dair məlumatlara cavab olaraq, ATƏ... |
Aygepar, Musa və Nerkin Karmiraghbyur kəndlərində bombardman və atəş izlərinə aid foto və video qeydlər aparmağa başladılar. |
İlk qarşıdurmalar iyunun 4-də erkən saatlarda baş verdi və Tavuş vilayətinin Berdavan və Çinari kəndləri yaxınlığında üç erməni əsgərinin öldürülməsi və altısının yaralanması ilə başladı. |
Ermənistan Müdafiə Nazirliyinin həmin gün yayımladığı açıqlamada Azərbaycan qüvvələrinin Tavuş bölgəsinin şimal tərəfinə təşkil etdikləri hücumları dəf edərkən Ermənistan əsgərlərinin öldüyünü və eyni zamanda "düşmənin də hücum zamanı itkilər verdiyi və hücumun da dəf edildiyi" bildirildi.Ertəsi gün Azərbaycanın qərbin... |
Ermənistan Müdafiə Nazirliyinin açıqlamasında, Tavuş vilayətinin Voskepar kəndi yaxınlığındakı erməni mövqelərinə soxulmağa cəhd göstərən 15–20 əsgərdən ibarət bir birliyin bir hissəsi olduqları bildirilirdi. |
Eyni regionda ayrı bir silahlı hücum nəticəsində beşinci Azərbaycan əsgəri öldürüldü.Başlanğıcda, Azərbaycan sərhəddəki atışma və ya hər hansı bir azərbaycanlının ölümü ilə bağlı iddiaları rədd etdi və üç erməni əsgərinin ölümü ilə bağlı hadisəni "Ermənistan ordusundakı daxili fikir ayrılıqları" nəticəsində baş verdiyi... |
Daha sonra Azərbaycan Müdafiə Nazirliyi 5 iyun atışmasını təsdiqlədi və baş vermiş qarşıdurma zamanı dörd Azərbaycanlı əsgərin öldüyünü, həlak olan beşinci azərbaycanlı əsgərin isə sonra öldürüldüyü və onun uzaqdan atılan atəş nəticəsində vurulduğu bildirilmişdir. |
Azərbaycan döyüşlərin Ermənistandan olan təxribatçı qrupun Asağı Əskipara kəndindəki mövqelərdən Azərbaycan ərazisinə nüfuz etməyə çalışması nəticəsində baş verdiyini bildirmişdir.Dağlıq Qarabağ Müdafiə Nazirliyinin yaydığı məlumata görə 6 iyunda Azərbaycan əsgərləri Horadiz yaxınlığındakı mövqelərdən Dağlıq Qarabağa s... |
Bu hücum nəticəsində bir Qarabağ əsgəri öldürülmüş, ikisi yaralanmışdır. |
Panorama ertəsi gün Azərbaycan tərəfdən atışmanın başladıldığını bildirmişdir. |
Reaksiyalar Hadisələrin başlanğıcında ABŞ Dövlət Katibi Hillari Klinton üç Cənubi Qafqaz dövlətinə səfəri çərçivəsində Ermənistanda idi. Hər iki tərəf bir-birlərini onun Qafqaz səfəri ilə üst-üstə düşən hərbi təxribatlarda günahlandırdı. |
4 iyunda Ermənistanda olarkən və 4 iyun ölümlərini eşitdikdən sonra Klinton bir mətbuat konfransında "Gərginliyin artması və gənc əsgərlərin və günahsız mülki şəxslərin mənasız ölümü təhlükəsi məni çox narahat edir. |
Zor tətbiq etmək Dağlıq Qarabağ münaqişəsini həlli yolu deyildir və bu səbəbdən güc tətbiq edilməməlidir" demişdir. |
Prezident Serj Sarkisyana da bu fikirlərini Bakıda olarkən bildirəcəyini demişdir. |
Həmin mətbuat konfransında çıxış edən Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan "Hər gün Azərbaycan və Dağlıq Qarabağın təmas xəttində azərbaycanlılar tərəfindən pozuntuların olması ilə Azərbaycan kifayətlənmir. |
Gərginliyi artırmağa, bununla da gərginliyi ən yüksək səviyyədə saxlamağa çalışırlar. |
Ermənistanla Azərbaycan arasındakı sərhəddəki vəziyyət, danışıqlar prosesini xeyli pozur, eyni zamanda regional sabitliyi də təhdid edir. |
Bu cür fəaliyyətlərin bütün mümkün nəticələrinə görə məsuliyyət Azərbaycan tərəfindədir" demişdir.İyunun 6-da Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlardan sonra Klinton "şiddət və qisas dövrü bitməlidir" demişdir.İyunun 8-də Azərbaycan Baş nazirinin müavini Əli Həsənov Azərbaycan qüvvələrinin "Dağlıq Qarab... |
Bundan sonra Azərbaycan Qarabağ məsələsini ATƏT-dən Birləşmiş Millətlər Təşkilatına təhvil verməyə çalışacaq, çünki bu təşkilat Azərbaycanın Sovet ərazilərində çəkilmiş sərhədləri daxilində ərazi bütövlüyünü tanıyır. |
Həmçinin, 2012-ci ildə Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilmişdir. |
2012 Türkiyə Superkuboku — 2011-12 sezonu Super Liqa çempionu Qalatasaray ilə Türkiyə Kuboku qalibi Fənərbaxça arasında keçirilən Super Kubok qarşılaşmasıdır. |
Finalın təşkil ediləcəyi şəhər Ərzurum olaraq təyin olunmuşdur. |
Qarşılaşma 12 avqust 2012-ci il bazar günü tarixində Kazım Karabəkir Stadionunda keçirilmişdir. |
Final oyununda Qalatasaray Fənərbaxçanı 3-2 hesabı ilə məğlub edərək kuboka sahib çıxmışdır. |
Super Kubok 2012-də Türkiyənin bir-biriylə ən çox matç keçirən 2 komandası arasında adı 2006-ci ildə dəyişdirildikdən sonra keçirdiyi ilk matçı olmuşdur. |
Kubok mübarizəsi ilk dəfə İstanbul xaricinə çıxarkən əlavə hakim tətbiqidə ilk dəfə olaraq bu matçda edildi. |
Onuda qeyd edək ki, bu derbi 372-ci dəfə üz-üzə gəlmişlər. |
Oyundan əvvəl Oyunun biletləri Oyunun biletləri qarşılaşmadan 3 gün əvvəl satışa çıxarıldı. |
Bir qala arxasına Fənərbaxça tərəfdarı yerləşdirilərkən, digər qala arxasına isə Qalatasaray tərəfdarları yerləşdirildi. |
Oturma planı iki komandanın tərəfdarların bir-birinə çata bilməyəcəyi şəkildə nizamlandı. |
Oyunun hakimləri Qarşılaşmanı hakim Cüneyt Çakır idarə etmişdir. |
Çakır'ın yardımçıları Bahattin Duran ve Tarık Ongun, dördüncü hakim isə Süleyman Abay seçilmişdir. |
Matç barədə Bu 2 komanda 2011-12 sezonunda 4 dəfə üz-üzə gəlmişlərki bunların 1-ində Qalatasaray, digərində Fənərbaxça qalib gəlmişdir. |
Digər 2 oyun isə heç-heçə başa çatmışdır. |
Sezonun ardından Qalatasaray Super Liqa, Fənərbaxça isə Türkiyə Kubokunun sahibi oldu. |
Ona görə də bu komandalar yenidən üz-üzə gəldilər. |
Fənərbaxçada Sərdar Kesimal və Gökhan Gönül zədələri səbəbiylə oyunda yer almadı. |
Qalatasarayda isə Felipe Melo komandaya gec qatılması, Tomas Uyfaluji və yeni transfer Burak Yılmaz kart cəzaları səbəbiylə oyunda yer ala bilmədi. |
Matçın adamı Qalatasarayın Fənərbaxçanı 3-2 hesabı ilə məğlub etdiyi Super Kubok matçında oyunun 2 qoluna imza atan Umid Bulut mətbuat nümayəndələrinin səsverməsiylə kubokun ən qiymətli oyunçusu seçildi və mükafatını aldı. |
Oyunun detalları Həmçinin bax Super Liqa 2011–12 Türkiyə Kuboku 2011–12 |
2012 UEFA Çempionlar Liqası finalı (alm. |
UEFA-Champions-League-Finale 2012, ing. |
2012 UEFA Champions League Final) — UEFA Çempionlar Liqası turnirinin 2011/12 mövsümünün final oyunu, Avropa Çempionlar Kubokunun 57-ci və UEFA Çempionlar Liqası tarixində 20-ci mövsüm finalı idi. Oyunun keçirələcəyi stadion 2009-cu ilin yanvarında seçilmişdir. |
Oyunun biletləri matçda 2,5 ay qalmış martın 1-dən satış çıxarıldı, o tarixlərdə finalçılar hələ məlum deyil idilər. |
2012-ci il aprelin 25-də finalçılar müəyyənləşdi, onlardan biri Londonun Çelsi klubu, digəri isə Münhenin Bayern klubu idi. Turnir tarixində ilk dəfə idi ki, bir komanda final oynunu öz meydanında keçirirdi. |
Buna görə 2012-ci ilin Çempionlar Liqasının final oyununu Bavariyada "ev finalı" (bav. |
Finale dahoam) adlandırırdılar. |
Futbol oyunu şənbə günü, 19 may 2012-ci ildə Münhendə yerləşən Allianz Arena stadionunda keçirilmişdir. |
Əsas vaxtda qalib müəyyənləşmədi, Tomas Müller və Didye Droqbanın qollarından sonra hesab bərabər idi. Əlavə vaxt da bu hesabla bitdi. |
Oyun sonrası penalti zərbələrində Çelsi qalib gəldi və tarixində ilk Avropa Çempionlar Kubokunu qazandı. |
Çelsi həmçinin bu kuboka yiyələn ilk London klubu oldu. |
Bayernin məğlubiyyəti ağır qarşılandı, Almaniya mətbuatı və ekspertlər nəticəni haqsız hesab edirdilər. |
Eyni zamanda istər İngiltərə, istər bütün dünyada Çelsi oyunçularının bəxtləri gətirdiyi etiraf olunurdu, bəzən oyunu "xilas" edən və penaltilər seriyasında həlledici zərbəni vuran Didye Droqba ayrıca fərqləndirilirdi. |
Ertəsi gün Londonda Çelsinin turnirdə qələbəsi şərəfinə on minlərlə azarkeşin iştirak etdiyi parad təşkil olunmuşdur. |
Çempionlar Liqasının qalibi kimi Çelsi həmçinin Avropa Liqasının cari mövsümünün qalibi Atletiko Madrid ilə UEFA Superkubok oyununu keçirməli idi, bundan əlavə FİFA Klublararası Dünya Kubokunun yarımfinalında iştirak etməli idi. Keçirilmə yeri Yer seçiminin keçirilməsi UEFA Icraiyyə Komitəsi 2009-cu ilin yanvarında ela... |
Almaniya sığorta şirkəti olan Allianz UEFA Çempionlar Liqasının sponsoru olmadığı üçün məkanın rəsmi adı "Münhen Arena" (alm. |
Fußball Arena München) kimi qəbul edilmişdir. |
Bundan öncə Münhendə final 1979, 1993 və 1997-ci illərdə keçirilmişdir, qaliblər müvafiq olaraq İngiltərənin Nottingem Forest, Fransanın Olimpik Marsel və Almaniyanın Borussiya Dortmund klubları olmuşdular. |
Üç oyunun hamısı 1972 Yay Olimpiya Oyunları üçün tikilən "Olimpiyaştadion" stadionunda baş tutmuşdur, lakin 2005-ci ildən bəri şəhərin əsas stadionu sıfırdan inşa edilən Allianz Arenadır. |
Münhen hökuməti UEFA ilə final oyununun keçirilməsi xərclərinin 76,9% -nı ödəyəcəyinə razılaşmışdı. |
Beləliklə, UEFA cəmi 300 000 avro xərclədi. |
Turnirin səfiri 1972-ci ilin Avropa Çempionu və 1974-cü il Dünya Çempionu Paul Braytner təyin olundu. |
Oyun öncəsi ajiotaj və bilet satışı Oyuna biletlər 2012-ci il martın 1-də, Mərkəzi Avropa vaxtı ilə gündüz saat 12-də satışa buraxıldı. |
Geniş ictimaiyyətə 42 000 bilet paylanıldı ki, bu da stadion tutumunun üçdə ikisini təşkil edirdi. |
Daha 17,5 min bilet finala gedəcək klub azerkeşləri üçün saxlanıldı, üstəlik 7 000 sayda bilet dünyanın müxtəlif yerlərindən gələn azarkeşlər üçün nəzərdə tutuldu. |
Qalan biletlər 53 milli assosiasiya və tərəfdaşlar arasında bölüşdürdürüldü. |
UEFA-nın verdiyi məlumata görə, 2012-ci ildə biletlərin qiyməti daha aşağı oldu, bu da 70 avro dəyərində olan dördüncü kateqoriyanın yaranmasına səbəb oldu, eynizamanda üçüncü kateqoriya 160 avro, ikinci isə 260 avro dəyərində idi, ən bahalı biletlərin nominalı 370 avroya bərabər idi. Həmçinin, dördüncü kateqoriyalı bi... |
XXX Yay Olimpiya Oyunları (ing. |
2012 Summer Olympics) — Londonda keçirilmiş otuzuncu Yay Olimpiya Oyunu. |
İdman qurğuları Medal sıralanması |
2012 Yay Olimpiya Oyunlarının mükafatları Beynəlxalq Olimpiya Komitəsi tərəfindən yarışlarda ilk üç yeri tutan idmançıya verilir. |
2012 Yay Olimpiya Oyunları Böyük Britaniyanın paytaxtı London şəhərində 27 iyul — 12 avqust tarixləri arasında keçirilmişdir. |
204 ölkədən 10.500 idmançı 26 idman növündə 302 ədəd medal uğrunda mübarizə aparmışdır.Azərbaycan London Olimpiadasında 26 idman növünün 16 növündə idmançısı ilə iştirak edirdi. |
2004-cü il Afina Olimpiadasında medal təsnifatına görə Azərbaycan ümumkomanda hesabında 50-ci, 2008-ci il Pekin Olimpiadasında 40-cı, 2012 London Yay Olimpiya Oyunlarında isə 29–30-cu yerlə başa vurdu. |
Yekun nəticə * Ev sahibi — Böyük Britaniya Milli olimpiya komandalarının çıxışlarının nəticə analizi Qızıl nəticə əmsalı — Qızıl medalların sayı / İdmançıların ümumi sayı x 100% Ümumi nəticə əmsalı — (Qızıl x 3 xal + Gümüş x 2 xal + Bürünc x 1 xal) / İdmançıların ümumi sayı x 100% Həmçinin bax Azərbaycan 2012 Yay Olimp... |
2012 Yay Olimpiya Oyunlarında futbol — 2012-ci ildə Böyük Britaniyada baş tutmuş Yay Olimpiya Oyunlarının futbol turniri. |
25 iyul-11 avqust tarixləri arasında baş tutmuşdur. |
Yeganə idman növü olmuşdur ki, rəsmi 2012 Yay Olimpiya Oyunlarının açılış mərasimi baş tutmamışdan 2 gün əvvəl başlamışdır. |
Həmçinin London xaricində keçirilən yeganə idman növü olmuşdur. |
Oyunlar London, Kardiff, Qlazqo, Nyukasl, Mançester və Koventri şəhərlərində keçirilmişdir. |
Final oyunu Londonda Uembli stadionunda baş tutmuşdur. |
Turnirdə iştirak etmək üçün FİFA-ya bağlı olan federasiyalara göndərilən dəvətlər əsasında federasiyalar U-23 kişi millilərini və əsas qadın millilərini göndərmişlər. |
Turnirdə ümumilikdə 504 futbolçu iştirak etmişdir.Kişilərin turniri 16 komanda, qadınların turniri 12 komanda ilə keçirilmişdir. |
Turnirin püşkü 24 aprel 2012-ci ildə atılmışdır. |
Oyunlar ümumlikdə 6 stadionda keçirilmişdir. |
Stadionlar İngiltərənin müxtəlif bölgələrində, həmçinin Şotlandiya və Uelsdə yerləşirdilər. |
Qeyd: Turnir müddətində Rikox Arena kommersiya məqsədli ada sahib olduğu üçün Koventri Şəhər stadionu adı ilə tanınmışdır. |
Oyun proqramı İştirakçı komandalar |
2012-ci il Yay Paralimpiya Oyunları — Böyük Britaniyanın London şəhərində 29 avqust — 9 sentyabr 2012-ci il tarixində keçirilib. |
İştirakçı ölkələr 2012-ci il Yay Paralimpiya Oyunlarında 166 ölkədən idmançılar iştirak edir. |
İlk 10 komandanın uğurları: Oyunların rəsmi saytı (ing.) |
(Yoxlanılıb 8 iyul 2012) |
XXX Yay Olimpiya Oyunları (ing. |
2012 Summer Olympics) — Londonda keçirilmiş otuzuncu Yay Olimpiya Oyunu. |
İdman qurğuları Medal sıralanması |
2012 İspaniya Super Kuboku 23 və 29 avqust tarixlərində oynalınan 2 oyunla keçirildi. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.