Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Eurovision Song Contest 2012; fr. |
Concours Eurovision de la chanson 2012) — sayca 57-ci Avroviziya Mahnı Müsabiqəsidir. |
Eldar Qasımov və Nigar Camalın ifa etdikləri "Running Scared" mahnısı ilə 2011 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2012-ci ildə Azərbaycan ilk dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. |
Müsabiqə paytaxt Bakı şəhərində, Bakı Kristal Zalında keçirilmişdir. |
Müsabiqənin yarımfinalları 2012-ci ilin 22 və 24 may, final isə 26 may tarixində baş tutmuşdur. |
2012-ci ildə iki illik fasilədən sonra Monteneqro Avroviziyaya geri dönmüşdür. |
Polşanın dövlət kanalı TVP teleefirin digər vacib proqramlarla yüklənməsini səbəb göstərərək müsabiqədə iştirakdan imtina etmişdir. |
Ermənistan isə ilk öncə Bakıda keçiriləcək müsabiqədə iştirak edəcəyini elan etsə də, daha sonra ölkənin dövlət televiziyası Avroviziya 2012-də iştirak etməyəcəklərini bəyan etmişdir. |
Ümumilikdə 42 ölkənin iştirak etdiyi Avroviziya 2012-də İsveç təmsilçisi Lorin ifa etdiyi "Euphoria" adlı mahnı ilə 372 xal toplayaraq qalib gəlmişdirlər. |
Bu sonuncu dəfə Avroviziyada 1999-cu ildə Şarlotta Perellinin təmsilində qalibiyyət əldə etmiş İsveçin müsabiqədə ümumilikdə beşinci qələbəsi idi. Təşkilat komitəsi 2012-ci ilin may ayında Bakı şəhərində Avroviziya 2012 mahnı müsabiqəsinin keçirilməsi üzrə Təşkilat Komitəsi Azərbaycan Respublikası Prezidentinin 19 may ... |
Təşkilat Komitəsinin sədriMehriban Əliyeva – YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidentiTəşkilat Komitəsinin üzvləriElmar Məmmədyarov – Azərbaycan Respublikasının xarici işlər naziri Ramil Usubov – Azərbaycan Respublikasının daxili işlər naziri Şahin Mustafayev – Azərbaycan Respublikasının iqtisadi... |
Ümumilikdə isə tədbirə 3 milyard dollar vəsaitin xərcləndiyi iddia olunur. |
Keçirildiyi yer Azərbaycanda müsabiqənin hansı məkanda keçiriləcəyi ilə bağlı müxtəlif versiyalar səslənirdi. |
Əsas namizəd kimi Tofiq Bəhramov adına Respublika Stadionu göstərilsə də, müsabiqənin keçiriləcəyi yer haqqında qərar 2012-ci ilin yanvar ayında təşkilat komitəsinin iclasında verildi və tikilməkdə olan "Bakı Kristal Zalı" məkan kimi seçildi. |
Avropa Yayım İttifaqı da bu seçimi dəstəklədi. |
Bakı Kristal Zalı" təxminən 26 min tamaşaçı tutur. |
2012 Avroviziya Mahnı Müsabiqəsində 2010-cu ilə qədər istifadə olunan səsvermə sistemi tətbiq olunub. |
Belə ki, səsvermə ancaq şou bitəndən sonra 15 dəqiqə ərzində həyata keçirilib. |
Avropa Yayım İttifaqından bildirilib ki, bütün şou ərzində həyata keçirilən səsvermə zamanı əsas səslər iştirakçılara şounun sonunda gəlib və bu durumdan dolayı AYİ belə bir dəyişiklik etmək qərarı verib. |
Yeni qərara görə SMS nömrələri ekranda daha kiçik ölçüdə verilib. |
Buna kimi sms nömrələri ekranın 25 faizini tuturdu, lakin bundan sonra daha kiçik ölçüdə olacağı bildirilmişdir. |
AYİ hesab edir ki, bu yazıların böyüklüyü tamaşaçıların diqqətini ifadan yayındırır. |
Konsepsiya və vizual dizayn Bakıda baş tutan 2012 Avroviziya Mahnı Müsabiqəsi "Öz məşəlini alovlandır"" (ing. |
şüarı altında keçirilib. |
Bu onunla əlaqədardır ki, Azərbaycanı çox vaxt "Odlar Yurdu" adlandırırlar və bu günün özündə də Azərbaycanda simvol kimi od və alovdan geniş istifadə olunur; azərbaycanlılar bu assosiasiya ilə fəxr edirlər. |
Bu səbəbdən müsabiqənin loqotipi kimi də alov-gül seçilmişdir. |
Müsabiqənin mövzusunu fikirləşib tapanlar özlərinin vizual dizayn ideyalarını belə izah edirlər: "Qədim zamanlardan insanlar hekayət danışmaq, mahnı oxumaq, rəqs etmək üçün od ətrafına toplaşmışlar. |
Avroviziya isə insanların bayram etmək, mahnı və rəqs vasitəsilə ünsiyyət qurmaq üçün bir araya gəldiyi yerdir" İştirakçı ölkələr 42 ölkənin iştirak etdiyi Avroviziya 2012 otuz altı ölkənin final uğrunda mübarizə apardığı iki yarımfinal mərhələsindən (hər yarımfinalda on səkkiz ölkə) və iyirmi altı ölkənin qalibiyyət u... |
Böyük Beşlik" ölkələri (Almaniya, Böyük Britaniya, Fransa, İspaniya, İtaliya) və ev sahibi Azərbaycan müsabiqənin finalında birbaşa iştirak etmək hüququ qazanmışdırlar. |
Yarımfinallara bölünmə səbətləri 25 yanvar 2012-ci il tarixdə Avroviziya 2012-də iştirak edəcək ölkələrin yarımfinallara bölünməsi üçün püşkatma mərasimi keçirilmişdir. |
Tədbirdən əvvəl də məlum idi ki, iştirakçı ölkələrdən altısı; Almaniya, Böyük Britaniya, Fransa, İspaniya İtaliya və ev sahibi Azərbaycan birbaşa finalda iştirak edəcək. |
Müsabiqənin səsvermə üzrə rəsmi sponsoru olan Digame-nin apardığı hesablamalar nəticəsində 2012-ci ilə kimi bir-birinə çox səs verən ölkələrin fərqli yarımfinallarda iştirak etməsi üçün ölkələr beş səbətə ayrılmışdır. |
Hər bir səbətdə fərqli səsvermə qruplaşmaları yer almışdır (Balkan ölkələri bir səbətdə, Keçmiş Sovet ölkələri bir səbətdə, Skandinaviya ölkələri bir səbətdə və s.). |
Həmin bu üsul yarımfinal püşkatması zamanı eyni səbətdə yer alan altı və ya yeddi ölkənin eyni yarımfinalda iştirak etməməsinə şərait yaradırdı. |
Mərasimin kuliminasiya nöqtəsi müsabiqədə müxtəlif illərdə iştirak etmiş və eləcə də qalib gəlmiş müğənnilərin çıxışları oldu. |
Onların arasında Ruslana, Aysel Teymurzadə, Aleksandr Rıbak, Safura Əlizadə, Lena Meyer-Landrut və Eldar Qasımovla Nigar Camal dueti də vardı.. Konsert proqramında Alim Qasımov, İsfar Sarabski, Teymur Geokçayevin rəhbərlik etdiyi kamera teatrı, Aygün İsmayılova, Samir Cəfərov, Murad Hüseynov və Azərbaycan xalq rəqsləri... |
Yarımfinallar 1-ci yarımfinal 22 may tarixində baş tutan yarımfinal mərhələsində 18 ölkə iştirak etmişdir. |
Bu yarımfinalda iştirak edən bütün ölkələr və eyni zamanda İspaniya, İtaliya ev sahibi Azərbaycan səsvermədə iştirak etmişdir. |
50% telesəsvermə, 50% münsif səslərinin tətbir olunduğu yeni səsvermə metodu ilə ən çox səs toplayan 10 ölkə müsabiqənin finalına vəsiqə qazanmışdır. |
Cədvəldə işarələnmiş ölkələr müsabiqənin final mərhələsinə vəsiqə qazanmışdırlar. |
2-ci yarımfinal 24 may tarixində baş tutan yarımfinal mərhələsində 18 ölkə iştirak etmişdir. |
Bu yarımfinalda iştirak edən bütün ölkələr və eyni zamanda Almaniya, Böyük Britaniya və Fransa səsvermədə iştirak etmişdir. |
50% telesəsvermə, 50% münsif səslərinin tətbir olunduğu yeni səsvermə metodu ilə ən çox səs toplayan 10 ölkə müsabiqənin finalına vəsiqə qazanmışdır. |
Cədvəldə işarələnmiş ölkələr müsabiqənin final mərhələsinə vəsiqə qazanmışdırlar. |
Finalçılar: "Böyük Beşlik" ölkələri (Almaniya, Böyük Britaniya, Fransa, İspaniya və İtaliya); Ev sahibi ölkə (Azərbaycan); Birinci yarımfinal mərhələsində ilk onluğa daxil olan ölkələr; İkinci yarımfinal mərhələsində ilk onluğa daxil olan ölkələr.26 may tarixində baş tutan yarımfinal mərhələsində 26 ölkə iştirak etmişd... |
Müsabiqədə iştirak edən bütün ölkələr səsvermədə iştirak etmişdir və İsveç təmsilçisi ən çox səs toplayaraq müsabiqənin qalibi elan edilmişdirlər. |
Digər ölkələr Andorra — Andorranın RTVA kanalı ölkənin 2012-ci ildə də müsabiqəyə qayıtmayacağını rəsmi olaraq açıqlamışdır. |
Andorra Avroviziyada son dəfə Moskvada keçirilən müsabiqədə 2009-cu ildə iştirak etmiş və yarımfinal mərhələsində 15-ci yeri tutmuşdur. |
Çexiya — Çexiya 2010-cu ildə keçirilən Avroviziyadan sonra ölkənin göstərdiyi pis nəticələrə və müsabiqənin özünün ölkədə aşağı reytinqi olduğuna görə Avroviziyada iştirak etmir. |
Çexiya Avroviziyada son dəfə Moskvada keçirilən müsabiqədə 2009-cu ildə iştirak etmiş və yarımfinal mərhələsində sıfır xalla sonuncu yerdə qərarlaşmışdır. |
Ermənistan — Əvvəlcə Ermənistanın müsabiqədə iştirak edəcəyi təsdiqini tapsa da və bu ölkə mayın 24-də keçiriləcək 2-ci yarımfinalda iştirak etməli olsa da, sonradan Ermənistan İctimai Televiziyası Avroviziya-2012 mahnı müsabiqəsində iştirakdan imtina etmişdir. |
Əsas səbəb bır sıra Ermənistan ifaçılarının EİT-yə müsabiqədə iştirakdan imtina etmək tələbləri hesab olunur. |
Lüksemburq — Lüksemburq Teleradio Şirkəti 2012-ci ildə keçiriləcək Avroviziya Mahnı Müsabiqəsində iştirakdan rəsmən imtina etmişdir. |
Lüksemburq Avroviziyada son dəfə İrlandiyada keçirilən müsabiqədə 1993-cü ildə iştirak etmiş və 20-ci yeri tutmuşdur. |
Mərakeş — Azərbaycan KİV-də Mərakeşin 2M TV teleradio şirkətinin müsabiqəyə qayıtmaqda israrlı olması ilə bağlı məlumatlar yayılsa da (bunun üçün əsas Fransa nümayəndə heyətinin müsahibəsi olmuşdur), AYB-nin təqdim etdiyi yekun iştirakçılar siyahısında bu ölkənin adı olmamışdır. |
Mərakeşin müsabiqədə iştirak etməməsinə əsas səbəb kimi İsrailin Avroviziyada iştirak etməsi düşünülür. |
Monako — Monakonun 2012-ci ildə keçiriləcək Avroviziyada iştirakı ehtimal olunsa da, bu cırtdan ölkə maliyyə problemləri ilə əlaqədar müsabiqədə iştirakdan imtina etmiş və yaxın illərdə iştirakla bağlı planlarının olmadığını bildirmişdir. |
Monako Avroviziyada son dəfə Afinada keçirilən müsabiqədə 2006-cı ildə iştirak etmiş və yarımfinal mərhələsində 21-ci yeri tutmuşdur. |
Polşa — Polşanın dövlət kanalı TVP teleefirin digər vacib proqramlarla yüklənməsini səbəb göstərərək Avroviziya 2012-də iştirakdan imtina etmişdir. |
Yerli teleradio şirkəti əsas diqqəti yay olimpiya oyunlarına və futbol üzrə 2012-ci il Avropa çempionatına yönəltməyi qərara almışdır. |
Avropa Yayım Birliyi Polşaya teleyayım və maliyyələşdirmə ilə bağlı öz köməklərini təklif etmişdir, amma 2012-ci il yanvarın 17-də yerli teleradio şirkəti müsabiqədən imtinanı təsdiqləmişdir. |
Yenidən iştirak edən müğənnilər 1-ci yarımfinal 2-ci yarımfinal Müsabiqəni canlı yayımlayan ölkələr Xarici keçidlər Eurovision.tv Həmçinin bax Avroviziya Mahnı Müsabiqəsi |
2012 Avroviziya Uşaq Mahnı Müsabiqəsi − 10-cu Avroviziya Uşaq Mahnı Müsabiqəsidir. |
Müsabiqə 1 dekabr 2012-ci il tarixində Niderlandın paytaxtı Amsterdamda Heineken Music Halldə, "Break the Ice" ("Buzu Sındır") devizi altında keçirilib. |
Daha öncə Niderland 2007-ci ildə Rotterdam şəhərində Avroviziya Uşaq Mahnı Müsabiqəsinə ev sahibliyi etmişdir. |
Albaniya, Azərbaycan və İsrail müsabiqədə ilk dəfə iştirak edib. |
2011-ci ildə müsabiqədə iştirak edən Bolqarıstan, Latviya, Litva və Makedoniya isə maliyyə problemləri səbəbindən iştirakdan imtina edib. |
Amsterdamda keçirilən "Junior Eurovision-2012" mahnı yarışmasında "Nebo" mahnısı ilə Ukrayna təmsilçisi Anastasiya Petrık qalib gəlib. |
İştirakçılar Qiymətləndirilməsi İştirakdan imtina edən ölkələr Bolqarıstan - 11 İyun 2012-ci ildə, Bolqarıstanın BNT kanalı ölkənin 2012 Avroviziya Uşaq Mahnı Müsabiqəsində iştirak etməyəcəyini təsdiqlədi. |
Latviya - 27 İyun 2012-ci ildə, Latviyanın LTV kanalı ölkənin 2012-ci ildə müsabiqədə iştirakdan imtina etdiyini təsdiqlədi. |
İmtinanın səbəbi maliyyə problemləri və son illərdə Latviyanın yarışmada əldə etdiyi zəif nəticələr olduğu düşünülür. |
Litva - 27 İyun 2012-ci ildə, Litvanın LRT kanalı ölkənin 2012-ci ildə müsabiqədə iştirak etməyəcəyini açıqladı. |
Buna səbəb maliyyə problemidir. |
Şimali Makedoniya - 13 İyul 2012-ci ildə, Makedoniyanın MKRTV kanalı 2012 Avroviziya Uşaq Mahnı Müsabiqəsində iştirakdan imtina etdiyini təsdiqlədi. |
Buna səbəb kimi kanal müsabiqənin sesvermə sistemindən razı qalmamasını və maliyyə problemlərini göstərmişdir. |
Həmçinin bax 2012 Avroviziya Mahnı Müsabiqəsi Xarici keçidlər JuniorEurovision.tv |
Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında 2012-ci il sərhəd toqquşmaları iyun ayının əvvəllərində baş verdi. |
Qarşıdurmalar hər iki tərəfin itkilər verməsi ilə nəticələndi. |
İki ölkə 1990-cı illərin əvvəllərindən Dağlıq Qarabağ anklavı uğrunda müharibə aparırdı, gərginlik isə son vaxtlar daha artdı. |
2011-ci ilin əvvəllərindən bəri Ermənistanla Azərbaycan arasında baş verən atışmalarda 63 nəfər həlak olmuşdur.Ən son gərginlik Ermənistan-Azərbaycan sərhədinin Tavuş vilayəti ilə Qazax rayonu arasında keçən hissəsində gücləndi və aprel ayında mənşəyi bilinməyən sərhədyanı atışmalara çevrildi.Bundan əvvəl Azərbaycan di... |
Ermənistan-Rusiya əlaqələri və Ermənistan-Amerika münasibətləri də Azərbaycanın silah əldə etmək səylərinə maneə törədir.İyunun 2-də, ATƏT-in planlaşdırılan monitorinq səfərindən bir neçə saat sonra Azərbaycandan gələn atışla Nerkin Karmirarghbyur sakininin odlu silahdan yaralandığına dair məlumatlara cavab olaraq, ATƏ... |
Aygepar, Musa və Nerkin Karmiraghbyur kəndlərində bombardman və atəş izlərinə aid foto və video qeydlər aparmağa başladılar. |
İlk qarşıdurmalar iyunun 4-də erkən saatlarda baş verdi və Tavuş vilayətinin Berdavan və Çinari kəndləri yaxınlığında üç erməni əsgərinin öldürülməsi və altısının yaralanması ilə başladı. |
Ermənistan Müdafiə Nazirliyinin həmin gün yayımladığı açıqlamada Azərbaycan qüvvələrinin Tavuş bölgəsinin şimal tərəfinə təşkil etdikləri hücumları dəf edərkən Ermənistan əsgərlərinin öldüyünü və eyni zamanda "düşmənin də hücum zamanı itkilər verdiyi və hücumun da dəf edildiyi" bildirildi.Ertəsi gün Azərbaycanın qərbin... |
Ermənistan Müdafiə Nazirliyinin açıqlamasında, Tavuş vilayətinin Voskepar kəndi yaxınlığındakı erməni mövqelərinə soxulmağa cəhd göstərən 15–20 əsgərdən ibarət bir birliyin bir hissəsi olduqları bildirilirdi. |
Eyni regionda ayrı bir silahlı hücum nəticəsində beşinci Azərbaycan əsgəri öldürüldü.Başlanğıcda, Azərbaycan sərhəddəki atışma və ya hər hansı bir azərbaycanlının ölümü ilə bağlı iddiaları rədd etdi və üç erməni əsgərinin ölümü ilə bağlı hadisəni "Ermənistan ordusundakı daxili fikir ayrılıqları" nəticəsində baş verdiyi... |
Daha sonra Azərbaycan Müdafiə Nazirliyi 5 iyun atışmasını təsdiqlədi və baş vermiş qarşıdurma zamanı dörd Azərbaycanlı əsgərin öldüyünü, həlak olan beşinci azərbaycanlı əsgərin isə sonra öldürüldüyü və onun uzaqdan atılan atəş nəticəsində vurulduğu bildirilmişdir. |
Azərbaycan döyüşlərin Ermənistandan olan təxribatçı qrupun Asağı Əskipara kəndindəki mövqelərdən Azərbaycan ərazisinə nüfuz etməyə çalışması nəticəsində baş verdiyini bildirmişdir.Dağlıq Qarabağ Müdafiə Nazirliyinin yaydığı məlumata görə 6 iyunda Azərbaycan əsgərləri Horadiz yaxınlığındakı mövqelərdən Dağlıq Qarabağa s... |
Bu hücum nəticəsində bir Qarabağ əsgəri öldürülmüş, ikisi yaralanmışdır. |
Panorama ertəsi gün Azərbaycan tərəfdən atışmanın başladıldığını bildirmişdir. |
Reaksiyalar Hadisələrin başlanğıcında ABŞ Dövlət Katibi Hillari Klinton üç Cənubi Qafqaz dövlətinə səfəri çərçivəsində Ermənistanda idi. Hər iki tərəf bir-birlərini onun Qafqaz səfəri ilə üst-üstə düşən hərbi təxribatlarda günahlandırdı. |
4 iyunda Ermənistanda olarkən və 4 iyun ölümlərini eşitdikdən sonra Klinton bir mətbuat konfransında "Gərginliyin artması və gənc əsgərlərin və günahsız mülki şəxslərin mənasız ölümü təhlükəsi məni çox narahat edir. |
Zor tətbiq etmək Dağlıq Qarabağ münaqişəsini həlli yolu deyildir və bu səbəbdən güc tətbiq edilməməlidir" demişdir. |
Prezident Serj Sarkisyana da bu fikirlərini Bakıda olarkən bildirəcəyini demişdir. |
Həmin mətbuat konfransında çıxış edən Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan "Hər gün Azərbaycan və Dağlıq Qarabağın təmas xəttində azərbaycanlılar tərəfindən pozuntuların olması ilə Azərbaycan kifayətlənmir. |
Gərginliyi artırmağa, bununla da gərginliyi ən yüksək səviyyədə saxlamağa çalışırlar. |
Ermənistanla Azərbaycan arasındakı sərhəddəki vəziyyət, danışıqlar prosesini xeyli pozur, eyni zamanda regional sabitliyi də təhdid edir. |
Bu cür fəaliyyətlərin bütün mümkün nəticələrinə görə məsuliyyət Azərbaycan tərəfindədir" demişdir.İyunun 6-da Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlardan sonra Klinton "şiddət və qisas dövrü bitməlidir" demişdir.İyunun 8-də Azərbaycan Baş nazirinin müavini Əli Həsənov Azərbaycan qüvvələrinin "Dağlıq Qarab... |
Bundan sonra Azərbaycan Qarabağ məsələsini ATƏT-dən Birləşmiş Millətlər Təşkilatına təhvil verməyə çalışacaq, çünki bu təşkilat Azərbaycanın Sovet ərazilərində çəkilmiş sərhədləri daxilində ərazi bütövlüyünü tanıyır. |
Həmçinin, 2012-ci ildə Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilmişdir. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.