Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Top dirəyə dəyib qayıtdı və yenə vurdum. |
Birdən qasıq nahiyəmdə nəyinsə hərəkət etdiyini hiss etdim. |
Ayağımı dizimə sıxıb yerə yıxıldım" – deyə Pele sonralar xatırlayırdı. |
O zaman əvəzetməyə icazə verilmədyindən futbolçu oyunun qalan vaxtını yarımcan halda keçirməli oldu. |
Müdafiəçilər – Masopust, Popluxar və Lala alicənablıq edərək ona qarşı sərt oynamırdılar. |
Düzdü, zərbəyə imkan verməsələr də, Peleyə xəsarət yetirməməyə çalışırdılar. |
Oyun qolsuz başa çatdı və Pele DÇ-ni unutmalı oldu. |
Onun yerini Amarildo tutdu. |
Bu, çempionat boyu Aymore Moreyranın etdiyi yeganə dəyişiklik idi. |
Ola bilsin ispanlar ilk oyundan sonra (1:0) mənfi təəssürat yaradan Çexoslovakiya Peleyə münasibətdə ətrafdakıların rəyini dəyişmək istəyirdi. |
Çexlərlə oyundan sonra ispanlar sanki "ətçəkən maşın"dan keçmişdi. |
Reyha, Riviliya və Seqarra müxtəlif sınıqlarla meydanı tərk etdi. |
İspanların əla heyəti vardı: Peyro, Hento, Suares, Santamariya. |
Vətəndaşlığını dəyişən 35 yaşlı Puşkaş 8 illik fasilədən sonra yenidən mundialsa iştirak etdi. |
Üstəlik, Elenio Errera kimi məşqçi də "sükan arxasında" idi. İkinci turda prineylilər Meksikanı 1:0 məğlub etdi. |
Beləliklə Braziliya – İspaniya oyunu qalan 1 vəsiqənin taleyini həll etməliydi (digərlərini çexlərin qazanacağına şübhə yox idi). |
Təəssüf ki, çilili hakim Bustamantenin yararsız idarəçiliyi oyunu korladı. |
Braziliyalılar bu matçı uduzmalıydı, ancaq Bustamante onların qulağından tutub ¼ finala daşıdı. |
İlk yarı 1:0 ispanların xeyrinə bitmişdi. |
İkinci hissə də onların hücumları ilə başladı. |
İlk qolun müəllifi Adellardo cərimə meydançasında yıxılsa da, hakim penalti vermədi. |
Sonra Puşkaş tullanaraq başı üzərindən gözəl qol vurdu. |
Bustamante onun kobud oynadığını bildirərək qolu hesaba almadı. |
Buna dözməyən ispanlar 2 top buraxdı. |
4-cü qrup: Macarların yeni nəsli Macarlar böyük üstünlüklə qrupun qalibi oldu. |
Onlarda yeni, istedadlı nəsil yetişmişdi. |
İlk turda ingilislərin qapısına həlledici qolu vuran (2:1) Albert bolqarlarla görüşdə (6:1) het-trik etdi. |
Bu bombardirlərin zəif çıxış etdiyi mundialda yeganə het-trik idi. Fransa üzərində sensasion qələbəylə mundiala çıxan bolqarlar uğuru davam etdirə bilmədi. |
İngilislərlə qolsuz heç-heçə yeganə nailiyyət oldu. |
İngilislər aşağı səviyyədə çıxış etdilər. |
Onlar Argentina ilə bərabər xal toplasa da, yalnız top fərqinə görə növbəti mərhələyə çıxdılar. |
¼ final: İtlərin oyunu Braziliya – İngiltərə oyununda təkcə futbolçular yox, meydana qaçan itlər də əyləndi. |
Artıq 2-ci dəqiqədə ingilislərin qapısı arxasında qaraşın it meydana qaçaraq qapıçı Ron Sprincettə hürməyə başladı. |
Nə qolkiper, nə də Qarinça iti tuta bildi. |
Yalnız Cimmi Qrivs bu sahədə ustalıq nümayiş göstərdi: yerə əyilib dörd ayaqlını xatırladan yerişi ilə itin inamını qazandı. |
İt onu iyləməyə başlayanda Qrivs fürsəti əldən vermədi. |
Beş dəqiqə keçməmiş sol cinahdan başqa bir it meydana qaçdı. |
Zaqallo bir müddət onu müşayiət etdi, Ancaq bu dəfə heyvan oyunun davam etməsinə mane olmadı. |
Qarrinçanın məhəbbəti Braziliya 4 il öncə olduğu kimi qrupdan çətinliklə çıxsa da, pley-offda rəqiblərini rahat yenməyə başladı. |
Qollar yağış kimi yağırdı. |
Xüsusən də Qarrinça fəal idi. Braziliyalı estrada ulduzu Elza Suareslə eşq macərası quran kimi futbolçu parlaq oyun göstərməyə başladı. |
Elza İspaniya üzərində qələbədən sonra yığmanın düşərgəsinə gəlmişdi. |
Yığma rəbərliyi belə belə gözəl gecədə rejimi unudaraq futbolçulara sərbəstlik vermişdi. |
Qarrinçaya da elə bu lazım idi. O, gecəni müğənni ilə keçirdi. |
Onların sevgi romanı elə coşqun idi ki, bütün komanda narahat olmağa başladı. |
Məşqçilər bilik və nizam-intizamı saxlamaq üçün tədbir görməli idi. Pelenin ardınca Qarrinça da kənarda qalsayı, hər şey dağılardı. |
Qarrinçanın Braziliyada Nair adlı həyat yoldaşının olması işləri daha da çətinləşdirdi. |
Rəhbərlik nəyin bahasına olur-olsun bu ilişkini gizli saxlamalıydı. |
Qarrinçanın gizlincə oteldən getməsini istəməyən yığmanın bossları Elzaya otelə köçməyə icazə verdi. |
Həyat göstərdi ki, bu doğru addım idi. Mane ruhlanaraq fantastik oyun sərgiləməyə başladı. |
Qarrinça ingilislərə iki qol vurdu və onlarla qol vəziyyəti yaratdı. |
Hətta başla oynamaqda usta olmayan futbolçu həmin gün bu cür qol vurdu. |
Bir dəfə o uşaq vaxtl palçıqlı və yaş topa başla zərbə endirdikdən sonra huşunu itirmiş, ondan sonra kompleksdən yaxa qutara bilməmişdi. |
Görünür, Elza hər şeyi unutdurmuşdu. |
SSRİ ¼ finalda yenə ev sahibləriylə düşdü. |
Çili yığması Yaşinin qapısına iki kuryoz qol vurmaqla qələbə qazandı – 2:1. |
Yaşin uzun müddət bu məğlubiyyətdə günahkar sayıldı. |
Digər iki ¼ final oyunlarında Çexoslovakiya Macarıstanı, Yuqoslaviya isə Almaniyanı minimal hesabla məğlub etdi. |
½ final: Zarafat Qarrinçaya baha başa gəldi Braziliya – Çili görüşü turnirin ən maraqlılarından oldu. |
Bir saat ərzində Qarrinça və Vava ingilislərlə oyunun süjetini təkrarladı. |
Rəqib üç qola biriylə cavab verdi. |
Perulu hakim Yamasaki sonradan oyuna müdaxilə etdi. |
Onun təyin etdiyi penaltiylə Sançes fərqi minumuma endirdi. |
78-ci dəqiqədə Vava 4-cü topu vurdu. |
İki dəqiqə keçməmiş Landa meydandan qovuldu, Ancaq Yamasaki Qarrinçanı da onun dalınca göndərərk sayı bərabərləşdirdi. |
Buna Qarrinçanın rəqibə yüngül təpik vurması səbəb oldu. |
İş ondadı ki, Rohas kobudluğu ilə onu o qədər bezdirmişdi ki, epizodların birində Mane dözməyərək onun dalınca qaçıb sonda təpik vurdu. |
Daha çox zarafatla edilən bu hərəkətə hətta ətrafdakılar da güldü. |
Səbəbkarlar da bir-birinin əlini sıxmağa hazır idi. |
Bu an Yamasaki gözlənilmədən Qarrinçanın meydanı tərk etməsini istədi. |
Meydandan çıxarkən tribunadan atılan butulka onun başına dəydi vəyaraya bir neçə tikiş vuruldu. |
Çexoslovakiya yuqoslavları 3:1 hesabıyla məğlub etdi. |
Burada da kuryoz hadisə baş verdi. |
Yerkoviç cavab topunu vuranda çexlərdən biri tullanaraq topu çıxarmaq istəyərkən butsının dişi tora ilişdirildi və tor cırıldı. |
Uzun müddət xidmətçilər onu bərpa etməli oldu. |
Final: Günəş Şroyfun gözünü qaraltdı Braziliya və Çexosolovakiya bir qrupdan çıxmışdı. |
Oyundan öncə nizam-intizam komissiyasının iclası oldu. |
Qarrinça bəraət qazandı. |
Çilili azarkeşlər onun meydana çıxmasını sevinclə qarşıladı. |
Hətta onların həmyerlisi Landa bağışlanmayıb, yuqoslavlarla 3-cü yer uğrunda oyunda (1:0) iştirak etməsə də. |
Brazilyaya teleyayımı məşhur Leonidas şərh edirdi. |
O, braziliyalı üçün səslənən Şroyfun adını uzun müddət düzgün söyləyə bilmədiyindən, axırda onu "qapıçı" deyə çağırmağa başladı. |
Sonda məhz Şroyf Braziliyaya yardımçı oldu. |
İkinci hissədə hesab 1:1 olarkən o, adi vəziyyətdə topu əlindən saldı və özünü yetirən Zito 2-ci qolu vurdu. |
Oyundan sonra qolikper günəş şüalarının gözünə düşdüyünü söylədi. |
Sonra Vava 3-cü qolu vurdu. |
Oyunu idarə edən Latışev isə ilk yarıda çexlərin kapitanı Masopustdan idarlar eşitdi. |
Onun fikrincə hakim Nilton Santosun əllə oynadığı epizodda penalti təyin etməliydi. |
26 aprel, 2002-ci il, Futbol+ qəzeti, Atəş Sultanovun yazısı 16 komanda 4 qrupda mübarizə apardıqdan sonra, hər qrupdan 2 qalib komanda 1/4 finala yüksələrək mübarizəni olimpiya sistemi ilə davam etdiriblər. |
776 000 tamaşaçı (orta hesabla hər oyunda 24 250) 89 qol (orta hesabla hər oyunda 2,78) Ən yaxşı futbolçu – Qarrinça (Braziliya), Masopust (Çexoslovakiya) "Het-trik" (bir oyunda üç qol) – Albert (Macarıstan) Yubiley qolu: 600-cü qol Yerkoviç (Yuqoslaviya) Bombardir: Florian Albert (Macarıstan), Vava (Braziliya), Qarrin... |
Voleybol üzrə qadınlararası dünya çempionatı 1962 — hələlik ilk və yeganə çempionatdır ki, özündən əvvəlki analoji turnirdən iki il sonra başlamışdı. |
1962-ci ildə oktyabr ayının on üçündə Sovet Sosialist Respublikaları İttifaqında başqa bir deyimlə, SSRİ-də başlamışdı. |
Turnirin qapanış matçı isə adı çəkilən ayın iyirmi beşində olmuşdu. |
Turnirin qalibi böyük sensassiya ilə Yaponiya olmuşdu. |
Halbuki ev sahibi SSRİ millisi çempionatın açıq-aşkar fovariti sayılırdı. |
Bu baxımdan SSRİ-dən fərqli ölkənin çempion olduğu ilk dünya çempionatıdır. |
Qrup mərhələsi 9-cu - 14-cü yer uğrunda görüşlər Son altı yeri tutanlar 1-ci - 8-ci yer uğrunda görüşlər İlk səkkiz yeri tutanlar Women Volleyball IV World Championship 1962 Moscow (URS) 13-25.10 Winner Japan (ing.) |
15-ci idman gimnastikası üzrə Dünya Çempionatı 1962-ci ilin iyul ayının 3–8 tarixlərində Praqada (Çexoslovakiya) keçirilmişdir. |
Kişilər arasında nəticələr Komanda şəklində Qadınlar arasında nəticələr Komanda şəklində Medal cədvəli www.gymn-forum.net( Arxivləşdirilib 2010-01-12 at the Wayback Machine 2009-09-03) |
15-ci idman gimnastikası üzrə Dünya Çempionatı 1962-ci ilin iyul ayının 3–8 tarixlərində Praqada (Çexoslovakiya) keçirilmişdir. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.