Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Turnir cədvəli Xarici keçidlər Liqanın rəsmi saytı Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine (ing.) |
rsssf.com saytında Malta çempionatı |
1962 Avroviziya Mahnı Müsabiqəsi (ing. |
Eurovision Song Contest 1962; fr. |
Concours Eurovision de la chanson 1962) — 7-ci Avroviziya Mahnı Müsabiqəsidir. |
Jan-Klod Paskalın ifa etdiyi Nous Les Amoureux mahnısı ilə 1961 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1962-ci ildə Lüksemburq müsabiqəyə ev sahibliyi etmək hüququ qazanmışdı. |
Müsabiqə ölkənin paytaxtı Lüksemburq şəhərində Villa Luvinyidə keçirilmişdir. |
Müsabiqə 1962-ci ilin 18 mart tarixində baş tutmuşdur. |
Fransanı müsabiqədə təmsil edən İzabel Obre ifa etdiyi "Un Premier Amour" adlı mahnı ilə müsabiqənin qalibi olmuşdur. |
Bu Fransanın Avroviziyada 7 ildə üçüncü qalibiyyəti idi. Xarici keçidlər Eurovision.tv Həmçinin bax Avroviziya Mahnı Müsabiqəsi |
VII Dünya Çempionatı Çili – 1962 Final Mərhələsi 30 may – 17 iyun Çilidəki dünya çempionatı ikili təəssürat yaratdı. |
Bir tərəfdən Pele, Qarrinça, Puşkaş, Albert, Skobar, Masopust, Bobbi Çarlton, Rivera kimi istedadların oynaması mundiala rəng qatdı. |
Digər tərəfdən, kobudluq, dava-dalaş çox oldu. |
Turnirin gedişində ağır zədə alan oyunçuların sayı 20-dən çox oldu. |
Onlardan 12-i evə "əlavə ayağ2ın kpməyi ilə qayıtmalı oldu. |
Hətta FİFA mundial zamanı meydandakı vandalizmlə bağlı iclas da keçirdi. |
DÇ Dittbornun həyatı bahasına başa gəldi DÇ təşkilatçılığının Çiliyə həvalə olunması çoxları üçün sirr olaraq qaldı. |
Bu ölkənin yığması futbolda ciddi nailiyyətlər qazamamışdı. |
, iqtisadiyyatı da durğunluqda idi. Hətta Pinoçetin gəlişinə 11 il qalmış Çilidə siyasi vəziyyət stabil deyildi. |
Cəmiyyət 3 yerə parçalanmışdı: hakimiyyətdə olan Xorxe Alessandri Rodriges mühafizəkarlar idi. Onu isə Eduardo Freyin demxristianları və Salvador Alyendenin kommunistləri sıxırdı. |
Üstəlik 60-cı ildə Çilidə dəhşətli zəlzələ baş verdi və Argentina mundialı qəbul etməyə hazır olduğunu bildirdi. |
Çoxsaylı tənqidlərə, baxmayaraq, Çili təşkilatçılıq hüququnu özündə saxlaya bildi. |
Burada Karlos Alberto Dittborn Pintonun da böyük rolu oldu. |
Alman kökləri olan bu adam (1956-cı il iyunun 10-da FİFA DÇ-ni Çiliyə verəndə onun 32 yaşı vardı) böyük qəhrəmanlıq göstərərək DÇ-nin Çilidən alınmasına mane olmuşdu. |
Zəlzələdən sonra turnirin yerinin dəyişdirilməsi ortaya çıxanda Dittborn "qoyun DÇ bizdə qalsın. |
Bizim ondan başqa heç nəyimiz yoxdu. |
Onun səsində o qədərdramatiklik və istək var idi ki, rəqiblər dərhal geri çəkildi. |
Dittbornun ifadəsi isə tarixə düşdü və sonralar Santyaqodakı milli stadionun tribunalarından birində yazıldı. |
6 illik iş təsirsiz ötüşmədi. |
Mundiala bir ay qalmış Dittborn xəstələndi və vəfat etdi. |
Tale Di Stefanonu mundialsız qoydu Seçmə mərhələdə yalnız bir sürpriz oldu. |
Ötən çempionatın bürünc mükafatçısı fransızlar Fonten və Kopanın olmasına baxmayaraq, əlavə oyunda 0:1 uduzaraq yerini Bolqarıstana verdi. |
İtalyanlar isə xoşagəlməz hadisə ilə üzləşdilər. |
Onlar Təl-Əvivdə İsraillə oynayırdı. |
53-cü dəqiqədə yerli komanda hesabda 2:0 irəlidə olsa da, "Skaudra Adzurra" 4 top vurmaqla sensasiyaya mane oldu – 4:2. |
Düzdü, cavab oyununda Omar Sivorinin pokeri hər şeyi həll etdi – 6:0. |
İspaniya yığmasnda Di Stefano peyda olmuşdu. |
35 yaşında o, DÇ-də oynamaq üçün sonuncu şansını qazanmışdı. |
Di Stefano daha gənc yaşlarında mundialda oynamamasına Argentina futbolunda baş verən böyük qalmaqal səbəb olmuşdu, Ancaq tale onu yenə DÇ-yə buraxmadı. |
Ağır zədə alan Di Stefano klub səviyyəsində böyük uğurlar qazasa da yığmanın heyətində mundialda bir dəqiqə belə oynamayan unikal futbolçu oldu. |
1-ci qrup: Çislenkonun etirafı DÇ-58-lə müqayisədə SSRİ yığması xeyli dəyişmişdi. |
Üstəlik 60-da qazanılan Avropa kuboku onları favoritlərdən birinə çevirmişdi. |
İlk oyunda sovetlərin rəqibi Yuqoslaviya idi. Yuqoslavların kobud oyunu rəqib üçün gözlənilməz oldu. |
Ponedelnik və İvanov bir neçə dəfə həkim yardımı üçün meydanı tərk etdi. |
Dubinski xərəkdə xəstəxanaya, ordansa birbaşa Moskvaya yollandı. |
Həmin an hesab 1:0 SSRİ-nin xeyrinə idi. Azlıqda daha 1 qol vuran İttifaq futbolçuları qələbəyə rəğmən meydanı üzgün tərk edirdi. |
Dubinskidən başqa Metreveli də çıxışını dayandırmalı oldu. |
Kolumbiyanın o zaman nüfuzu yüksək deyildi. |
İlk oyunda Uruqvay kolumbiyalıları 2:1 hesabıyla yenmişdi. |
Artıq 12-ci dəqiqədə SSRİ kolumbiyalıların qapısına 3 cavabsız top vurmuşdu. |
Fasiləyəcən Yaşin bir top buraxsa da, ikinci hissədə fərq yenidən üçə yüksəldi, Ancaq kolumbiyalıların künc zərbəsindən birbaşa qol vurması SSRİ yığmasını "sındırdı". |
Rəqib daha 2 top vuraraq hesabı bərabərləşdirdi – 4:4. |
Son dəqiqələrdə Yaşinin sıçrayışı olmasaydı sovetlər 5-ci topu da buraxacaqdı. |
Yuqoslavlar Uruqvayı (3:1), sonra Kolumbiyanı (5:0) da yenərək vəsiqəni təmin etdi. |
SSİ isə son turda ikiqat dünya çempionları ilə oynamalı idi. Mamıkinin qolundan sonra Çislenkonun yaddaqalan zərbəsi baş verdi. |
Onun qapıya yönəltdiyi top tordan keçsə də, uruqvaylılar qolun olmadığını təkid etdi. |
Onların dediyinə görə, top dirəyin arxasındakı deşikdən keçmişdi. |
Hətta Çislenko onun yanına qaçan Nettoya, o isə hakimə qolun olmadığını bildirdi və hakim qərarını dəyişdi. |
Uruqvaylılar dərhal irəli atılıb. |
Ikinci hissədə hesabı bərabərləşdirdi, Ancaq İvanov yenidən komandasını irəli çıxardı – 2:1. |
2-ci qrup: İtalyanlar almanlardan qorxdu İtalyanların heyətində hələ də "oriundilər" var idi, Ancaq öz istedadları – Rivera, Korso, Menikelli də peyda olmuşdu. |
Potensialına görə bu, müharibədən sonra ölkənin ən güclü komandası idi, Ancaq bu yığma da heç nə edə bilmədi. |
Komandaya iki nəfər – Covanni Ferrari və Paolo Matsa rəhbərlik edirdi. |
Futbola fərqli baxışı olan adamların "Skuadra Adzurra"ya rəhbərlik etməsi işləri korladı. |
İtalyanlar ilk turda almanlardan əməlli-başlı qorxurdu. |
Əsləində isə almanlar əvvəlki iki mundialda olduğu qədər güclü deyildi. |
Firits Valter çoxdan karyerasını bitirmişdi. |
Frants Bekkenbauer isə hələlik böyük futbolda yox idi. İtaliya yığması müdafiə taktikası seçməsəydi, Almaniyanı yenə bilərdi – 0:0. |
İsveçrəliləri 3:1 sonra yenən Çili ilk turdan sonra lider oldu. |
Hər mundialda hakimlər az-çox "ev" sahiblərinin tərəfini saxlayır. |
Çili – İtaliya görüşündə ingilis Astonun hakimliyi əfsanəyə çevrildi. |
Artıq 7-ci dəqiqədə o, Ferrini meydandan qovdu. |
Düzdü, müdafiəçi buna layiq idi, Ancaq çilili Sançes də onun dalınca göndərilməli idi. Çünki Sançes boksçu yuçruğu ilə eks-uruqvaylı Maskionun burnunu sındırdı. |
Sançesin hərəkətini görən David özünü saxlaa bilməyib çılğınlıq etdi. |
Bu üzdən meydanda italyanların sayı 9 oldu. |
Üstəlik Almaniya ilə oyundan sonra "Skuadra Adzurra"nın məşqçiləri gözləinləmədən heyəti dəyişmişdi. |
Qapıçı Buffon (Canluici Buffonun uzaq qohumu), Maldini (Paolo Maldininin atası) Radiçe, Lozi, Rivera və Sivori ehtiyatda oturmuşdu. |
Bir sözlə Çili ilə oyuna təcrübəsiz oyunçular çıxmışdı. |
Kapitan Mora o zaman yığmada cəmi 10 oyun keçirmişdi. |
Beləcə italyanlar 0:2 hesabıyla uduzdu. |
Hakimlərin köməyindən başqa, Çili yığmasının uğurunu baş məşqçi Fernando Riera ilə də bağlamaq olar. |
O, oyunçuların bacarığından maksimum istifadə edə bildi. |
3-cü qrup: Nə Pele dözdü, nə də ispanlar Braziliya Çiliyə demək olar 4 il əvvəlki heyətlə gəlmişdi. |
Jilmar, Nilton və Calma Santoslar, Zito, Didi, Vava, Qarrinça, Zaqallo, və Pele yenə əsas heyətdə idi. Bellini də mundiala gəlmişdi, ancaq ehtiyat oyunçu qismində. |
Onun mərkəz müdafiəçisi mövqeyində Mauro oynayırdı. |
Argentinaya yollanan Orlandonun əsas heyətdə yerini Zozimo tutmuşdu. |
Komandanı yenə Feola hazırlayırdı, Ancaq xəstəlik üzündən Vittorio Potsonun nailiyyətini (məşqçi kimi iki dəfə dünya çempionluğunu (1934, 1938) qazanan yeganə şəxs) təkrarlaya bilmədi. |
Bu missiyanı Ayomre Moreyra yerinə yetirdi. |
Braziliyalılar seçmə turnirdən azad olduğundan mundiala yoldaşlıq görüşləriylə hazırlaşmışdı. |
Portuqaliya ilə oyunun sonunda Pele qasıq nahiyəsindəki ağrılar üzündən meydanı tərk etmişdi. |
Ağrı sonralar kəsməsə də, mundiala getmək arzusunda olan gənc ulduz uzun müddət onu gizlətmiş və qalan yoxlama oyunlarında canını dişinə tutaraq oynamışdı. |
Beləliklə, Pele Çiliyə zəif fiziki vəziyyətdə yollandı. |
Braziliya turnirə zəif Meksika üzərində qələbəylə(2:0) başladı. |
Qolardan birini Pele vurdu, Amma ağrılar daha da kəskinləşdi. |
Buna dözməyən futbolçu həkimə müraciət etdi. |
Qoslinq onun məşqlərdən kənarlaşdırılmasını istədi və "futbol kral"ı bir daha ona bu barədə ona heç nə deməməyi sadəcə dözmyi qərara aldı. |
Növbəti oyun Çexoslovakiyayla idi. "Oyun başlayanda ağrıya fikir verməməyə çalışırdım. |
Ayağımın zərbəyə necə reaksiya verəcəyini yoxlamaq istəyirdim. |
Qarrinçadan ötürmə alıb bir neçə müdafiəçini keçdim. |
Bir fəndlə topu çəkib var gücümlə zərbə endirdim. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.