Search is not available for this dataset
text
stringlengths
10
518k
Serialın prodüserliyini July Moon Productions, Kicked to the Curb Productions, Anonymous Content və Paramount Television etmişdir.
Əslində baş rolunu Selena Qomezin oynadığı bədii film kimi Universal Pictures tərəfinfən ekranlaşdırılması nəzərdə tutulmuş layihə, sonradan Netflix tərəfindən teleserial formatına uyğunlaşdırılmışdır.
Qomez icraçı prodüser vəzifəsini yerinə yetirmişdir.
Serialın on üç seriyası və "13 səbəb: Səbəblərin arxasında" adlı xüsusi əlavə Netflix tərəfindən 31 mart 2017-ci ildə yayımlanmışdır.
Serial, həm tənqidçilər, həm də izləyicilər tərəfindən əsasən müsbət qarşılanmış, mövzuya yanaşma və aktyor seçimi — xüsusilə Dilan Minnett və Ketrin Lenqfordun baş rollara seçilməsi — yüksək qiymətləndirilmişdir.
İntihar və cinsi təcavüz səhnələrinin detallı qrafik təsvir edilməsi, serial ətrafında bəzi mübahisə və müzakirələrə səbəb olmuşdur.
2017-ci ilin mayında serialın ikinci mövsüm üçün uzadılmasını elan etmiş və yeni mövsümün 2018-ci ilin mayında yayımlanmışdır.
6 iyun 2018-ci ildə Netflix serialı üçüncü mövsümə qədər uzatdığını və üçüncü mövsümün 2019-cu ildə yayımlanacağını elan etmişdir.
Kley Censon sinif yoldaşı və sevdiyi qız olan Hanna Bakerın intihar etməsindən sonra evinin qabağında Hannanın hazırlamış olduğu kassetləri tapır.
Kassetlərdə Hanna onu intihara cəzb edən şəxslər və onlar haqqında hekayələri danışır.
Ölümünə 13 səbəb gətirən Hanna kassetləri haqqında danışdığı şəxslərin hamısının sıra ilə dinləməsini tələb edir.
Kley kassetləri dinlədikdən sonra Hannaya pislik edənlərin cəzalandırılmasına çalışır.
Dilan Minnett — Kley Censen Ketrin Lengford — Hanna Beyker Kristian Navarro — Toni Padilla Alişa Boe — Cessika Devis Brendon Flinn — Castin Foli Castin Prentis — Brays Uolker Mayls Heyzer — Aleks Stendall Ross Battler — Zak Dempsi Devin Druid — Tayler Daun Emi Harqrivs — Leyni Censen Derek Lyuk — Kevin Porter Keyt Uelş...
29 oktyabr 2015-ci ildə Netflix tərəfindən kitabın televiziya adaptasiyasının həyata keçiriləcəyi, Selena Qomezin isə icraçı prodüser kimi çıxış edəcəyi elan edildi.
Daha sonra, Tom MakKarti ilə ilk iki seriyanın çəkilməsi üçün razılıq əldə edilmişdir.
Serialda prodüser kimi "Anonymous Content" və "Paramount Television" çıxış etmiş, icraçı prodüser vəzifəsini isə Qomez, MakKarti, Coy Qorman, Maykl Şuqer, Stiv Qolin, Mendi Tifi və Kristel Leyblin həyata keçirmişlər.Çəkilişlər 2016-cı ilin yayında Kaliforniyanın Vallejo, Benisiya, San-Rafael, Krokett və Sebastopol kənd...
İlk mövsüm və xüsusi buraxılış 31 mart 2017-ci ildə Netflix tərəfindən çıxarılmışdır.Serialın ağır məzmunu və emosional gərginliyinə görə, çəkiliş meydanında aktyorlara kanisterapiya məqsədi ilə xüsusi seçilmiş itlər verilmişdir.7 may 2017-ci ildə Netflix serialın ikinci mövsüm üçün yeniləndiyini elan etmişdir.
İkinci mövsümün qısa promosu serialın Facebook sosial şəbəkəsindəki 13 Reasons Why adlı səhifəsində təqdim edilmişdir.
İkinci mövsümün çəkilişlərinə 12 iyun 2017-ci ildə başlanılsa da, Şimali Kaliforniyada baş verən meşə yanğınlarına çəkilişlər yarımçıq saxlanılmışdır.
İkinci mövsümün istehsalı 2017-ci ilin dekabrında tamamlanmışdır.
İkinci mövsümün bütün seriyaları 18 may 2018-ci ildə təqdim edilmişdir.6 iyun 2018-ci ildə Netflix serialın üçüncü mövsüm üçün uzadılması haqqında məlumat yaymış və yeni mövsümün 2019-cu ildə çıxarılmasını planlaşdırdıqlarını demişdir.
Tənqidçilərin mövqeyi Serial, tənqidçilərdən əsasən müsbət rəylər almış, xüsusilə serialda qaldırılmış mövzulara yanaşma, aktyor heyətinin işi, rejissor işi, hekayə, vizual effektlər, mənbə materialı ilə iş və qarnlıq mövzulara yetkin yanaşma qiymətləndirilmişdir.
Rəy aqqreqatoru "Rotten Tomatoes"da serial, 42 rəy əsasında 86% reytinqlə 7.28/10 balla qiymətləndirilmişdir.
Sayt tənqidçilərinin konsesusunda oxuyuruq: "13 səbəb bestseller olan mənbə materialını yaxşı vizual materialla tamamlayır.
Metacritic"də 16 tənqidçi rəyinə əsasən 76/100 balla qiymətləndirilən serial "əsasən müsbət rəylər" almışdır.
IGN"dən Cessi Şedin serialı 9.2/10 balla qiymətləndirərək "möhtəşəm" adlandırır, serialın "çox güclü və ürək parçalayan" olmasını qeyd edir və "XXI əsrin ən yaxşı məktəb dramaları arasında yer tutması"nı vurğulayır.
The Boston Globe"dan Metyu Gilbert seriala parlaq rəy verərək yazır ki, "drama hissiyyatlı, maraqlı və ən əsası tıxanıqlıq yaratmayandır".
Variety" jurnalından Morin Rayan qeyd edir ki, serial "heç şübhəsiz ki, səmimi, həm də bir çox cəhətdən yaradıcılıq baxımından uğurludur" və onu "mütləq baxmağa lazım" hesab edir.
Entertainment Weekly"dən Li Qrinblatt bütün mövsümü B+ balı ilə qiymətləndirir və qeyd edir ki, serial "gənc, özünü itirmiş və bizim dünya üçün həddən artıq kövrək olmanın nə ilə nəticələnə biləcəyini açıq göstərir.
The Hollywood Reporter"dən Deniel Feynberq də serialı qiymətləndirərək "gənc nəslin şərəfli adaptasiyası" adlandırır, aktyor işi, rejissor işi, aktuallıq və baxımlığı serialın müsbət tərəfləri kimi qeyd edir.Aktyor heyətinin işi, xüsusilə Ketrin Lengfordun canlandırdığı Hanna, Dilan Minnettin canlandırdığı Kley obrazla...
IGN"dən Şedin aktyor heyətinin işini qiymətləndirərək, Minnett və Lenqfordun performansını xüsusi qeyd edərək yazır: "Lenqford baş rol olan Hanna obrazında parlaqdır…və o, Hannanın optimizim və dərin kədərini öz simasında yaxşı əks etdirir.
Minnetin canlandırdığı Kley obrazı bir qədər daha soyuq və çəkingən olsa da, aktyor işin öhdəsindən mükəmməl gələrək, əksər hallarda çətin görünən rolu lazımınca canandıra bilir.
The Boston Globe"dan Gilbert, Lenqford və Minnet arasındakı kimyanı qiymətləndirərək deyir ki, "bu iki gənc aktyoru birlikdə izləmək böyük həzzdir", "IGN"dən Şedin isə bununla razılaşaraq əlavə edir ki, "tez-tez onların birlikdəliyinin ən yaxşı hissəsi, hisslərini bir-birinə etiraf edə bilməyən iki yeniyetmənin düzgün ...
The Hollywood Reporter"dən Feynberq hər iki aktyorun işini qiymətləndirir: "Lenqfordun ürək parçalayan açıqlığı sizi qeyri-mümkünlüyünü bildiyiniz taleyə inanmağa sövq edir.
Aktrisanın dinamik diapazona malik performansı, Minnetti çətin vəziyyətə salaraq, iki obrazın əhval-ruhiyyəsi arasındakı fərqi daha qabarıq göstərməyə məcbur edir.
Variety" jurnalından Rayan yalnız baş rol ifaçılarını deyil, ikinci dərəcəli rolları ifa edən aktyorların işini də qiymətləndirərək, xüsusilə Hannanın anasını canlandırmış Keyt Ualşın ifasını vurğulayır və aktrisanın "yaradıcılığının ən yaxşı işi" adlandırır.
Seriala müsbət rəy verən Rayan, Feynberq və Şedin ikinci dərəcəli rol aktyorlarının (xüsusən Alişa Boe, Mayls Heyzer və Kristian Navarronun canlandırdıqları Cessika, Aleks və Toni obrazlarını) işlərini vurğulayırlar.
Indiewire"dən Liz Şennon Miller serialdan zövq aldığını bildirərək onu B+ balı ilə qiymətləndirir və ikinci dərəcəli aktyor heyətində irqi və gender balansının saxlandığını vurğulayır.Serial haqqında rəy bildirmiş tənqidçilərin qeyd etdiyi digər bir məsələ isə serialda qaldırılan ciddi problemlərə yetkin yanaşmadır.
Bu məsələ, "Indiewire"dən Miller tərəfindən qiymətləndirilir və qeyd edir ki, "hekayənin böyüklər üçün nəzərdə tutulmuş hissələri inandırıcı və dürüst səslənir", lakin o, bu xüsusiyyətin teleserialın məzmununu daha da ağırlaşdırdığını qeyd edir.
The Hollywood Reporter"dən Feynberq də qeyd edir ki, serial baxış üçün çox çətindir, "IGN"dən Şedin isə qeyd edir ki, seriala baxış "həddən artıq ağır və təzyiq edicidir…kifayət qədər güc alıcı təcrübədir, xüsusilə hissələrin toplaşaraq vahid mənzərə yaratdığı sonlarda seialın izlənilməsi çox çətindir.
Feynberq serialda rejissor işini qiymətləndirərək deyir: "Tom MakKarti, Qreqq Araki və Karl Franklinin də daxil olduğu Sandens meylli rejissorlar qalereyası performanslarını yaxşı saxlayırlar", "The Boston Globe"dan Gilbert isə hekayə nəqlini qiymətləndirir: "Hekayə nəqli texnikası güclüdür, çünki biz bir saat ərzində ...
Tədricən serialın fonu daha da zəngin və dərin olmağa başlayır.
Yeniyetmə qorxusunu təsvir etdiyinə görə, serial həm də ciddi tənqidlərə məruz qalmışdır.
The New York Times"dan Mayk Heyli yazır ki, "serialda Hannanın məqsədinə əminliyi inandırıcı verilmir.
Bu, ictimai işçinin gördüyü işi tez-tez xatırlatması kimi süni təsir bağışlayır.
O, həm də, Kleyin ard-arda hər seriyada bir kasseti dinlədiyi süjet xəttini tənqid edərək yazır: "Bunun, süjet xətti qurmağa xidmət etməkdən başqa heç bir anlamı yoxdur.
Seriyalar davam etdikcə siz özünüzü Kleyə qarşı qoyaraq, tez bir zamanda onun bütün kassetləri dinləməsini istəyəcəksiz.
The Guardian"dan Rebekka Nikolson serialın bir çox xüsusiyyətlərini, o cümlədən Minnett və Uelşin aktyor işini qiymətləndirsə də, süjet xəttini bəyənməmişdir.
Məktəb həyatından bəhs edən "Çılğınlar və axmaqlar" və "Mənim həyatım adlandırılan şey" kimi seriallardan fərqli olaraq, "13 səbəb, niyə" serialının yaşlılar tərəfindən bəyənilməsinə də skeptik yanaşır: "Serial, incə hisslərlə əlaqəli istənilən qorxunc hərəkətin dəhşətli nəticəyə gətirib çıxaracağı ictimai məzmunun çat...
Washington Post"un televiziya tənqidçisi Henk Styuver serialı "qarışıq" və "inandırıcı olmayan" adlandırır və yazır: "13 seriya və bitmək bilməyən 13 saat – passiv-aktiv, inanılmaz sıxıcı, pis yazılmış və insanın enerjisini alan serial, ABC-nin köhnə "Afterschool" verilişləri kimi banal görünərək depressiya, rişxənd və...
O, əlavə edir ki, "Hannanın kasset yazıları, getdikdən sonra insanların onun yoxluuna necə reaksiya verəcəyi haqqında düşünən yeniyetmənin fantaziyalarıdır.
San Francisco Chronicle"dan Devid Viqand seriala mülayim şərh verərək deyir ki, xüsusilə Hanna personajının uyğunsuz xarakterini bəyənməəyib.
Lenqfordun "möhtəşəm aktyor işini" tərifləyən Viqan qeyd edir ki, "Elə olur ki, biz sadəcə personaja inanmırıq, onların etdikləri hərəkət və ya dedikləri sözlər bizim inamımızla üst-üstə düşmür…Hannanın düzgün olmayan hissləri onu dalana aparır.
Sözsüz ki, eniyetmələr həmişə qarışıq və mürəkkəb hisslər yaşayırlar, lakin serial sərhədləri keçərək, bunu inanılmaz həddə çatdırır.
Serial, yeniyetmələrin real həyatda hansı problemlərlə üzləşmələri, emosional qapalılığın necə intihara yol açmasını göstərdiyinə görə də təbliğ edilmişdir.
Bəzi insanlar Hannanı sevərək onun qayğısına qalmış, qəhrmanı intihara sürükləyən səbəbləri qəbul etmişlər.
Cəmiyyətə təsiri Təsvir edilən intihar və özünə-qəsd səhnələrinə görə, serial, cəmiyyətdə ciddi fikir ayrılıqlarına səbəb olmuş və nəticədə Netflix hər seriyanın başlanğıcında ciddi xəbərdarlıq yerləşdirməyə məcbur olmuşdur.
Məktəb psixoloqları və pedaqoqlar serialla bağlı həyəcan təbili çalmışlar.
Florida ştatının Palm-Biç qraflıq məktəblərinin superintendantının sözlərinə görə, onlar rəsmi olaraq valideynlərə müraciət edərək, məktəblərdə intihar və özünə-qəsd hallarının artması, qarşılaşılan bu cür hallarda bəzi tələbələrin "fikirlərini Netflix vasitəsiylə yayımlanan "13 səbəb" serialı əsasında formalaşdırmalar...
O, Associated Press agentliyinə verdiyi müsahibədə bildirir ki, "Cey Aşerin yazdığı kitab əvvəlcədən gözəl faciə, mürəkkəb və həyəcanlı əsər kimi nəzərdə tutulmuşdu və biz yaradıcılıq prosesində ilkin mənbəyə sadiq qalmışıq.
Biz bunu ədalətlə etmişik və bəli, [cavab reaksiyası] gələcək, heç nəyə baxmayaraq.
Bu, müzakirə üçün heç də sadə mövzu deyil və mənim bəxtim gətirib ki, mövzu ilə işləmək imkanı əldə etmişəm.
2017-ci ilin aprelində Milli Məktəb Psixoloqları Assosiasiyası (ing.
National Association of School Psychologists) tərəfindən yayımlanmış bəyannamədə deyilir: "Tədqiqatlar göstərmişdir ki, bir şəxsin intiharının görünməsi və ya bu haqqda xəbər, psixi xəstəlikdən əziyyət çəkən gənclərin intihara əl atmasına gətirən çoxsaylı faktorlardan biridir.
Assosasiya tərəfindən bütün ölkə məktəblərinə məktublar göndərilmiş və serialla bağlı xəbərdarlıq edilmişdir.2017-ci ilin mayında Klinik Uşaq və Yenyetmə Psixologiyası Cəmiyyəti (ing.
Society of Clinical Child and Adolescent Psychology) tərəfindən nəşr edilmiş bəyannamədə də, serialın zəif psixoloji vəziyyətə malik gənclər arasında özünə-qəsdə səbəb ola biləcəyi, həmçinin bu cür gənclərlə işləyən mütəxəssislərin iş vasitələrinin yararsız hala gətirməsi qeyd edilmişdir.
Netflixə ünvanlanmış tələbnamədə isə hər seriyadan sonar psixi sağlamlıq resurslarının göstərildiyi teqlərin yerləşdirilməsi, depressiya və intihar simptomlarının ixtisaslaşmış mütəxəssislər tərəfindən effektiv müalicə edilməsi haqqında qeydin göstərilməsi tələb edilmişdir.
Klinik psixoloqlar Deniel Cey Reydenberq və Erika Martinez, həmçinin, "Teen Vogue" jurnalının psixi sağlamlıq vəkili MolliKeyt Klayn, serialın Verter effekti yarada biləcəyi ilə bağlı narahatlıqlarını ifadə etmişlər.
Lakin, Şimal-Qərb Universitetinin Ailə İnstitutunun məsləhətçisi Erik Bison qeyd edir ki, "bir serialın kimisə intihara sövq edəcəyi inandırıcı deyil.
Psixi sağlamlıq üzrə mütəxəssislər də, intihar hallarının qarşısının alınması üçün filmlər və bədii ədəbiyyatda intihar səhnlərinin təsvirindən qaçınmağa çağıran müraciətə əhəmiyyət vermədən "açıq intihar səhnələrini göstərən serial"ı tənqid etmişlər.
Hannanın intiharını kiçik detallara kimi qrafik və nəqli təsvir edən mövsüm finalı bu baxımdan daha çox tənqid edilmişdir.
Serialın ssenari müəlliflərindən biri olan Nik Şeff isə müdafiə mövqeyində dayanaraq bildirir ki, serial, intiharın "sakit getmək" olması haqqında mifin dağıdılmasına istiqamətlənmişdir, həmçinin, o, özünün necə intihardan çəkindirilməsini xatırlamış, sağ qalmış intiharçılardan bunun necə ağrılı və dəhşətli olmasını öy...
Minneapolisdə məktəb məsləhətçisi olan Aleks Moen ümumilikdə serialın süjetini müzakirə edir: "ümumilikdə təsvir edilir ki, intihar etsəz də siz yaxınlarınızla ünsiyyətdə ola bilərsiz, və insanlar qəfildən sizi anlamağa başlayacaqlar, nələr yaşadığınıcı və qğrılarınızın dərinliyini başa düşəcəklər…Cazibədar, sentimenta...
Digər məsləhətçilər isə, Hannanın Cənab Porterə müraciət etmək cəhdində onun şagirdin açıq suisidal göstəricilərini gösdən qaçırması, həmçinin hadisəni törədənin adını çəkmədən zorlama ilə bağlı polisi xəbərdar etməkdən imtina etməsini tənqid edirlər.
Moenin sözlərinə görə, məktəb məsləhətçiləri populyar mədəniyyətdə adətən qeyri-effektiv və kobud təsvir edilsələr də, bu dəfə bütün çərçivələrdən çıxaraq qeyri-etik və qeyri-leqal təsvir edilmişdir.
Slate" jurnalına verdiyi müsahibədə o, qeyd edir: "Bu, gülüncdür!
Məsləhətçilər polis deyil.
Biz tədqiqat başlamalı deyilik.
Biz gördüyümüz iş və aldığımız məlumatla bağlı hər bir məlumatı polisə çatdırmalıyıq.
2017-ci ilin mayında Kanada Psixi Sağlamlıq Assosasiyası (ing.
Canadian Mental Health Association) və İntiharların Qarşısının Alınması Mərkəzi (ing.
Centre for Suicide Prevention) birlikdə, Milli Məktəb Psixoloqları Assosiasiyasının qaldırdığı məsələlərə toxunan bəyannamə yayımlamışdır.
Kanada Psixi Sağlamlıq Assosasiyası teleserialın intiharı qlamurlaşdıracağından ehtiyat edir, həmçinin bəzi insanların, xüsusilə yeniyetmələrin fikirlərini səhv istiqamətə yönləndirə biləcəyini bildirir.
Həmçinin Hannanın intihar səhnəsinin Kanada Psixi Sağlamlıq Assosasiyası və Amerika Suisidioloqlar Assosasiyasının məsləhətlərinə uyğun gəlmədiyi vurğulanmışdır.
KPSA və İQAM "günbəgün yayılmaqda olan bu sağlamlıq probleminin" işıqlandırılmasında serialın rolunu yüksək qiymətləndirsələr də, əlavə etmişlər ki, işıqlandırma təhlükəsiz vəə məsuliyyətli şəkildə edilməlidir.
Mediada intihar səhnələrinin və intihar mövzusunun təsvirinin intihar hallarının artmasına təsirindən bəhs edərkən qeyd edilir ki, "Onlar, səbəb olaraq yalnız rişxənd hadisəsini göstərməklə intiharı sadələşdirə bilərlər, Hollivud süjetinin əsasına qoymaqla, intiharı romantikləşdirə bilərlər, izləyicilərin, xüsusilə gəc...
Xarici keçidlər 13 Reasons Why Netflixdə 13 səbəb — Internet Movie Database saytında.13 səbəb TV.com saytında
13 səbəb" və ya orijinal adı ilə "Niyəsi üçün 13 səbəb" (ing.
13 Reasons Why) — Cey Aşerin 2007-ci ildə nəşr edilmiş "13 səbəb" romanının Netflix üçün Brayan Yorki tərəfindən uyğunlaşdırılmış ssenarisi əsasında çəkilmiş ABŞ mistik-drama teleserialıdır.
Serialda hadisələr tələbə Kley Censen və onun intihar etmiş rəfiqəsi Hanna Beykerin ətrafında baş verir.
Beyker intihardan əvvəl başına gəlmiş hadisələri audio kassetlərə yazaraq dostlarına miras qoyur, ölümündə kimlərin günahkar olmasını göstərir.
Serialın şourannerləri Dayana Son və Brayan Yorkidir.
Birinci mövsüm on üç seriyadan ibarət olmuşdur.
Serialın prodüserliyini July Moon Productions, Kicked to the Curb Productions, Anonymous Content və Paramount Television etmişdir.
Əslində baş rolunu Selena Qomezin oynadığı bədii film kimi Universal Pictures tərəfinfən ekranlaşdırılması nəzərdə tutulmuş layihə, sonradan Netflix tərəfindən teleserial formatına uyğunlaşdırılmışdır.
Qomez icraçı prodüser vəzifəsini yerinə yetirmişdir.
Serialın on üç seriyası və "13 səbəb: Səbəblərin arxasında" adlı xüsusi əlavə Netflix tərəfindən 31 mart 2017-ci ildə yayımlanmışdır.
Serial, həm tənqidçilər, həm də izləyicilər tərəfindən əsasən müsbət qarşılanmış, mövzuya yanaşma və aktyor seçimi — xüsusilə Dilan Minnett və Ketrin Lenqfordun baş rollara seçilməsi — yüksək qiymətləndirilmişdir.
İntihar və cinsi təcavüz səhnələrinin detallı qrafik təsvir edilməsi, serial ətrafında bəzi mübahisə və müzakirələrə səbəb olmuşdur.
2017-ci ilin mayında serialın ikinci mövsüm üçün uzadılmasını elan etmiş və yeni mövsümün 2018-ci ilin mayında yayımlanmışdır.