Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Stadiondan hər il Amerika Birləşmiş Ştatlarının müstəqillik günü (4 iyul) münasibətilə Amerika Ticarət Palatasının (AMCHAM) keçirdiyi piknik üçün istifadə olunur və bu tədbirə yüzlərlə qonaq təşrif buyurur. |
Bakı funikulyoru — Azərbaycanda yeganə funikulyor. |
Bakı funikulyoru Əliş Ləmbəranskinin təşəbbüsü ilə tikilmişdir. |
1960-cı il mayın 5-də istifadəyə verilmişdir. |
SSRİ zamanında funikulyorun qatarları xüsusi sifarişlə Ukraynanın Xarkov şəhərində hazırlanaraq buraya gətirilmişdir. |
Stansiyaları "Bəhram Gur" və "Şəhidlər Xiyabanı" adlı iki stansiyası mövcuddur. |
Stansiyalar arası məsafə 455 metrdir. |
Cəmi 2 vaqonu olan bu funikulyorda vaqonlar saniyədə 2,5 metr sürətlə hərəkət edərək bir stansiyadan digərinə 4 dəqiqəyə çatırdı. |
Vaqonlararası interval 10 dəqiqə, gediş haqqı isə 20 qəpik olmuşdur (hal-hazırda gediş haqqı 1 manatdır.). |
2012-ci ildə 4il müddətinə pulsuz fəaliyyət göstərmişdir. |
Funikulyor saatda orta hesabla 2 min sərnişini daşımaq imkanına malik idi. Bakı funikulyoru müxtəlif vaxtlarda bir neçə dəfə təmir edilmişdir. |
1980-ci illərin sonlarında qəza vəziyyətində olduğu əsas gətirilərək bağlanıb və 2001-ci ilin sonunda yenidən istifadəyə verilmişdir. |
Bakı funikulyoru 2001 və 2007-ci ildə iki dəfə əsaslı şəkildə təmir edilmişdir. |
2007-ci ildəki təmirdən sonra vaqonların hərəkəti zamanı yaranan səs-küy minimuma endirilmişdi. |
2011-ci ilin aprelində isə yenidən təmirə dayandırılmışdır. |
23 may 2012-ci ildə əsaslı təmir və yenidənqurmadan sonra yenidən istifadəyə verilmişdir. |
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak etmişlər. |
2018-ci lin noyabr ayında bir müddət profilaktika işləri ilə əlaqədar fəaliyyətini dayandırıb. |
2020-ci ilin mart ayında pandemiya ilə əlaqədar fəaliyyətini 21 ay müddətinə dayandırmışdır. |
Xarici keçidlər Sökdülər, yenidən tikmək üçün — Fotosessiya. |
Arxivləşdirilib 2012-02-07 at the Wayback Machine (az.) |
Şəhriyar dastanı ― XVIII əsrdə yazılmış Azərbaycan dastanıdır. |
Şəhriyar və Sənubər" xalq nağılı əsasında hazırlanmışdır. |
Şeir məzmununa və üslubuna görə təhlil və tədqiq edilmişdir. |
Azərbaycanda XVIII əsrin ən mühüm ədəbi əsərlərindən biri hesab olunur. |
Əsərin müəllifinin kimliyi barədə dəqiq məlumat yoxdur. |
Bu dastan məşhur "Şəhriyar və Sənubər" adlı xalq dastanından istifadə edilərək yenidən işlənilmişdir. |
Əsərin müəllifi mənbələrdə şair və nasir kimi adı çəkilən Məhəmməddir. |
Dastan XVIII əsr yazılı ədəbiyyatımızın, xüsusən nəsrimizin gözəl nümunələrindəndir. |
“Şəhriyar”ın iki nüsxəsi bizə gəlib çatmışdır. |
Əsərlə tanışlıq göstərir ki, onun müəllifi Məhəmməd dövrünün adlı-sanlı şair və nasiri olmuşdur. |
Mövzunu folklordan alan müəllif onu özünəməxsus bir şəkildə işləmiş, qədim dastanı Öz yaradıcılıq süzgəcindən keçirərək olduqca maraqlı bir əsər yaratmışdır. |
Dastana görə hadisə Şah Abbasın dövründə baş vermişdir. |
Sənubər Kirman bəylərbəyi Cahangir xanın qızıdır. |
Şəhriyar isə adi sevən oğlandır. |
Bir sıra əsərlərdə olduğu kimi, "Şəhriyar"da ictimai bərabərsizlik, haqsızlıq hökm sürür. |
Dastanın baş qəhrəmanı Şəhriyardır. |
Əsərin adı qoşa aşiqin yox, baş qəhrəmanın adı ilə bağlıdır. |
Klassik məsnəvi və dastanlarda olduğu kimi "Şəhriyar"da da eşqin tarixçəsi də, qəhrəmanın dünyaya gəlişi də qeyri-adidir. |
Əsərdə göstərilir ki, Tiflis şəhərində yaşayan Saleh adlı bir tacirin övladı olmurmuş, bu da onu kədərlənldirirmiş. |
Bir gün o, Soğanlıq deyilən ərazidə iki uşağı bir zalımın əlindən qurtarır. |
Bir müddətdən sonra həmin tacirin oğlu dünyaya gəlir. |
Adını Şəhriyar qoyurlar. |
Uşaq tezliklə böyüyür, öz "camal və kamal”ı ilə tanınmağa başlayır. |
Günlərin birində o, Kirman hakimi Cahangir xanın qızı Sənubəri yuxuda görür və ona vurulur. |
Sənubər xanım da Şəhriyarın eşq badəsini içir. |
Əsərin ana xətti sevgi, məhəbbətdir. |
Müəllif göstərməyə çalışır ki, məhəbbət aləmində şah da, adi insan da birdir. |
Şəhriyar eşqinin elə ilk anlardan düyünə düşdüyünü anlayıb, əlac axtarmağa çalışır. |
O, sazını götürüb Kirman elini gəzib-dolanmağa başalyır. |
Öz sözü, ağıl-kamalı ilə çoxlarını heyran edir. |
Şəhriyarla Sənubərin görüşü dastanın ən gözəl, ən cazibədar yeridir. |
Bu səhnədə ilk dəfə olaraq iki aşiq, iki döyünən ürək üz-üzə gəlir, röya, yuxu həqiqətə çevrilir. |
Dastanda aşiqin muradına çatması, öz sevgilisinə qovuşması müəllif tərəfindən xüsusi incəlik və yüksək peşəkarlıqla qələmə alınmışdır. |
Şəhriyar" dastanında kamil, dolğun qadın surətləri vardır. |
Şəhriyarın anası Zöhrəbəyim nəcib, təmkinli, qayğıkeş bir anadır. |
O, oğlunun məhəbbətindən xəbərdar olan kimi iztirab çəkir, çıxış yolu arayıb axtarmağa çalışır. |
Zöhrəbəyim surəti orta əsr Azərbaycan ədəbiyyatı tarixində yeni bir ana-qadın surətidir. |
Hadisələr Azərbaycanda, Gürcüstanda, Şəmsəddin mahalında, Kirman və Gəncədə cərəyan edir. |
Əsərdə Əmirli, Qazax, Soğanlı, Ortaçala, Zəyəm, Tovuz, Dağıstan, Sınıq körpü, Qarayazı meşələri, Ozan məhləsi və s. yer adları da çəkilir. |
Dastanın dili "Şəhriyar" dastanı hadisələrin bədii tutumuna, əhatə dairəsinə görə roman da adlandırıla bilər. |
Əsərin dili sadə, şeirləri isə qoşma, qəzəl, gəraylı, müxəmməs biçimindədir. |
1960-cı ildə çap olunmuş "Azərbaycan ədəbiyyatı tarixi" və 1982-ci ildə nəşr edilmiş "Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı" kitablarında "Şəhriyar" dastanı haqqında ətraflı məlumatlar verilmiş, məqalələr yazılmış, mətbuatda dərc edilmişdir. |
Həmçinin bax Kitabi-Dədə Qorqud Xarici keçidlər Azərbaycan dastanları 2 ci cild - PDF |
Şərəf" ordeni — Azərbaycan Respublikasının dövlət təltifi. |
16 fevral 2007-ci ildə təsis edilmişdir. |
Tarixi və statusu "Şərəf" ordeni və onun statusu Azərbaycan Respublikasının 2007-ci il 16 fevral tarixli 248-IIIQ saylı Qanunu ilə təsis edilmişdir.Əsasnaməyə əsasən orden Azərbaycan Respublikasının vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə aşağıdakılara görə verilir: Azərbaycan Respublikasının dövlət... |
Şərəf" ordeninin hal-hazırkı təsviri Azərbaycan Respublikasının 30 sentyabr 2013-cü il tarixli 726-IVQD nömrəli Qanunu ilə edilmiş dəyişikliklərlə aşağıdakı formada verilmişdir: "Şərəf" ordeni qızıldan və platindən hazırlanmış səkkizguşəli ulduz və onun üzərinə bərkidilmiş girdə lövhədən ibarətdir. |
Girdə lövhədə platindən duzəldilmiş xarici və qızıldan düzəldilmiş daxili dairə mövcuddur. |
Platindən hazırlanmış xarici dairənin yuxarı hissəsində çevrə boyunca qızıldan "Şərəf" sözü həkk olunmuşdur. |
Girdə lövhənin ortasında süni yaqut bərkidilmişdir. |
Orden halqa və ilgək vasitəsilə kənarları qoşa sarı xətli tünd qırmızı rəngdə lentə birləşdirilmişdir. |
Arxa tərəfi hamar səthlidir, ortasında ordenin seriyası və nömrəsi həkk olunmuşdur. |
Təltif dəstinə aşağıdakılar daxildir: Boyundan asmaq üçün kənarları qoşa sarı xətli tünd qırmızı rəngdə 27 mm enində lentdən ibarət 50 mm qabarit ölçülü orden; Paltara bərkidilmək üçün elementi olan, aşağıya doğru bucaq altında kəsilən, kənarları qoşa sarı xətli tünd qırmızı rəngdə, 37 mm x 50 mm ölçüdə lentə halqa və ... |
Xara lentin yuxarı hissəsinə 40 mm x 5 mm ölçülü qızılı təbəqə bərkidilir. |
Paltara bərkidilmək üçün elementi olan, kənarları qoşa sarı xətli tünd qırmızı rəngdə, ölçüsü 37 mm x 10 mm olan 2 ədəd qəlib. |
Qəlibin birinin üzərinə 17 mm x 6 mm ölçüdə sarı rəngli metal lövhə bərkidilmişdir. |
Metal lövhənin üzərində qoşa sarı xətli tünd qırmızı rəngli dairəvi element mövcuddur. |

ღირსების ორდენი) — Gürcüstan Prezidenti tərəfindən təltif edilən fəxri addır. |
1992-ci ildə təsis edilmiş "Şərəf" ordeni Corciya ştatının quruculuğunda — idarəetmənin, müdafiənin, asayişin, iqtisadiyyatın, səhiyyənin, mədəniyyətin, təhsilin, elmin, incəsənətin və ya ədəbiyyatın inkişafında fərqlənən şəxslərə verilir. |
Həmçinin töhfəli, idman nailiyyətləri, qəhrəmanlıq, sədaqət və s kimi seçilən şəxslərdə layiq görülür. |
Şərəf" ordeninin diametri 38 millimetr olan dairəvi formaya malikdir. |
Yeddiguşəli hörüklü qızılı ulduz dairəvi laylı morkal formalardan ibarət gümüş sahənin üzərində dayanır. |
Diametri 20 millimetr olan hörükün ortasında yeddiguşəli gümüşü Ulduz işarəsinə bənzər fiqurlu qızılı üzüm yarpağı var. |
Ulduz qəlpələri arasında üzüm toxumu şəklində altı gümüş dənəsi var Sifarişin sapı hərəkətli şəkildə 28 mm genişlikdə bir mötərizə ilə mötərizəyə bərkidilir. |
Qrupun ağ fonunun ortasında geniş mavi zolaq var. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.